nır. Reflektor qövsü reseptorlardan, hissiyyatlı əsəb telindən,
assosiativ əsəb hüceyrəsi qrupunun əsəb mərkəzindən, hərəkət
edən (mərkəzəqaçan) əsəb telindən ibarətdir.
İki cür refleks fərqləndirilir: somatik (skelet əzələlərinin
hərəkətini təmin edən) və vegetativ (daxili orqanların funksiyasını
və damarların qanununu tənzimləyən). Daha sadə olan reflektor
qövsü (ikineyronlu) hissiyyat və hərəkət
neyronla- nndan ibarətdir
ki, onların da arasında bu neyron-sinans (diz refleksinin qövsü)
yerləşir. Reflektor qövslərinin əksəriyyəti özünə iki deyil, daha
çox neyronları daxil edir: hissiyyat, bir və bir neçə əlavə edilmiş
hərəkət neyronları. Əlavə edilmiş neyronlar vasitəsilə yuxarıda
yerləşən MƏS şöbələrilə əlaqə həyata keçirilir və ahnan
həyəcanlanmaya qarşı icraedici orqanın adekvat cavabına dair
informasiya verilir.
Reflektor reaksiyası üçün həyəcanlanma ilə yanaşı ləngimə
də böyük əhəmiyyət kəsb edir. Bu əsəb prosesi həyəcanlanmaya
qarşı cavabın ləngiməsindən və ya da MƏS-də baş verən
həyəcanlanmanın zəifləməsindən ibarətdir. Həyəcanlanma və
ləngimə arasındakı qarşılıqlı əlaqə bütün
orqanlann və bütövlükdə
orqanizmlərin razılaşdırılmış işini təmin edir.
Reflektor fəaliyyəti haqqında ilk fikirlərini 1863-cü üdə
İ.M.Seçenov «Baş beynin refleksləri» kitabında söyləmişdir. O,
şərti reflekslərin təcrübi metodlarını yaratmış və reflekslərin ali
əsəb fəaliyyətinin əsası olduğunu təyin etmişdir.
Ali əsəb fəaliyyəti adı altında heyvan və insanların mühit
şəraitinə uyğunlaşmasını daha çox təmin edən mərkəzi sinir
sistemi ali şöbələrinin fəaliyyəti başa düşülür.
Reflekslər iki qrupa bölünür:
şərtsiz və
şərti reflekslər.
Şərtsiz reflekslər irsən keçir, daimi reflektor qövslərinə malikdir.
Fərdi şərti reflekslər bütün həyat boyu orqanizmlər tərəfindən
qazanılır, hazır reflektor formasını yaradır. Reflektor növlərinə
malik deyillər, müəyyən şərtlərdə formalaşır, daimi deyillər
(əmələ gələ və itə bilərlər), orqanizmin qəbul etdiyi hər bir
həyəcana tətbiq edilir, baş beynin ali şöbələrinin fəaliyyəti
hesabına şərtsiz reflektor bazasında formalaşır.
Şərti refleksin reflektor qövsü aşağıdakı şöbələrə malikdir:
87