onun ekvivalentlərinə həm sol, həm də sağ sütunlar üçün həyat
kəmiyyətilə təbiətdən istifadə arasında asılılıq haqqında anlayış
verir. Sağ hissənin göstəricilərinin artmlması təsiretmənin ifadə
olunmuş hesabına əldə edilə bilər; bu təsir etmə, sol hissənin hər üç
və ya bir pozisiyasına müəyyən ola bilər, yəni (1) əlavə resurslann
cəlb edilməsi, (2) götürülmənin artırılması və (3) resurs qənaəti.
Optimal həllin seçilməsi həm resurs şəraiti, həm də sosial ölçülərlə
həyata keçirilir.
4.5 Ekoloji təminatın iqtisadi effekti
Ekoloji tələbat iqtisadi qiymətəmələgəlmənin strukturu,
beynəlxalq münasibətlərə hərtərəfli təsir göstərir.
Liberal ekoloji normalar ciddi normalara malik ölkələrdən
investorları cəlb edə bilər, ancaq son nəticədə bu, ölkənin həm
xammal, həm də depozit resurslara görə resurs əlavəsinə çevirə
bilər.
Resurs funksiyalarının münaqişəsi zamanı ekoloji tələbat
sosial cəhətdən daha nüfuzlu funksiya mənafeyinə ziddiyyətlərin
həllinə imkan yaradır. Belə ki, Keniyada ovçuluq ekoloji turizmin
gəliri hesabına tamamilə ləğv edilmişdir.
Maddi istehsalla əlaqədar olmayan, lakin insanın özünün
fiziki və mənəvi inkişafına lazım olan funksiyalar resursların
tükənməsinə deyil, əksinə, onların qorunmasına xidmət edir.
Əks təqdirdə resurs tamamilə maddi istehsal dairəsindən
defisitliyi, estetik və dərkedilmə ləyaqətinə görə çıxanhr.
Qlobastika.
Qlobastika - müasir dövrün qlobal problemləri
(təbii elmi və ictimai) haqqında təlimdir. Qlobastikanın inkişafı
bəşəriyyətin «geoloji qüvvə» kimi (V.İ.Vemadskiyə görə) vahid
ümumplanet törəməsi olması ilə əlaqədar mümkün olmuşdur.
Qlobastika siyasi, müəyyən dərəcədə tətbiqi aspekt məzmununa
malikdir.
Hazırda bütün ölkələr və xalqlar Yer kürəsi planetimizin
taleyilə bağhdır. Ona görə də planetdə həyat mühitinin pisləşməsi
bütün dövlətləri əhatə edir. Hər cür geniş qarşıdurma təbiət və
adamlar üçün, eləcə də təcavüzkar ölkə üçün ölüm deməkdir.
Əmələ gələn ziddiyyətləri hərbi yolla həll etmək qlobal
114
cinayət aksiyası olar. Cəmiyyət yalnız qarşılıqlı yardım və
qarşılıqlı anlaşma yolu ilə irəliləməlidir. Onu da dərk etmək
lazımdır ki, hər bir xalq özünün xüsusi həyat mühitini yaradır və
müstəqildir. Ona görə də suverenlik vahid iqtisadi məkanı inkar
etmir, o da öz növbəsində, siyasi və individum suverenliyini rədd
etmir. Bu vəziyyət orqanizmdəki orqanlara oxşardır: onlar
müstəqildir, xüsusi hüceyrələrdən təşkil olunmuşdur, ancaq
bir-birindən asılıdır və əsəb və humoral əlaqələrlə öz aralannda
bağhdır.
4.6. Sosial mühit ekoloji mədəniyyətin
formalaşma amilidir
Sosial mühit - insan həyatmın sosial-psixoloji və sosial
iqtisadi mühitinin məcmusudur. Sosial mühit miqdarı əlverişliliyi
müsbət və mənfi streslər nisbəti ilə ifadə olunur.
Sosial-psixoloji mühit - insanlar arasında xarici iqtisadi
münasibətlərin məcmusu olub, dünyanın dərk edilməsinin rahatlıq
dərəcəsini, bir-birinə diqqət meyannı əhatə edən göstəriciləri,
qarşıhqlı hörmət və ya hörmətsizliyi, ümumi işə marağı və ya
laqeydliyi, milli münasibətləri, zövqlərin və səylərin yekdilliyi və
fərqini, sosial-psixoloji göstərişlərin ümumi kompleksini və s. əks
etdirir. Sosial-psixoloji mühit anlayışına dünyagörüşünün dini,
ekoloji və s. cəhətləri, kollektiv üzvlərinin ümumi və fərqli mühiti
daxildir. Sosial- psixoloji mühit ierarxik olaraq ən kiçik qruplardan
qlobal bəşəri birliyə qədər meydana çıxa bilər.
Sosial-iqtisadi mfiÜt - insanlar arasmda, onlann özlərilə
yaratdıqları maddi və mədəni dəyərlər arasındakı münasibətləri
əhatə edir. Eyni zamanda, sosial-psixoloji, sosial, demoqrafik,
milli-mədəni, etnik, iqtisadi və s. yaxın elementləri özünə daxil
edir. Sosial-iqtisadi mühit anlayışma nüfuz və moda hadisələri,
sabahkı günə inam, iqtisadi təminat dərəcəsi, şəxsiyyətin
konstitusiya və ənənə azadlığı və s. daxildir. İnsamn təbii
resurslara münasibəti xüsusi yer tutur.
Təsərrüfat dövriyyəsinə cəlb edilərək, onlar təbii məzmunu
itirir, sosial-iqtisadi mühitin elementi kimi çıxış edir.
115
Ekoloji və ya xarici mühit özünü ancaq canlı orqanizmlərə və
ya canlımn iştirak etdiyi obyektlərə əlavə kimi göstərir. Ona görə
də müəssisənin və ya texnoloji xəttin ekoloji mühiti haqqında
danışmaq olmaz (əgər bu törəmələrin tərkibində insanlar və ya
canlı orqanizmlər nəzərdə tutulmursa).
Son əsrlərdə bütün dünyada ekoloji bilik və bacarığın ərazi və
dövlətlərin sosial-iqtisadi inkişafının müvəffəqiyyətlə davam
etdirilməsində, bütövlükdə insamn həyatı üçün əhəmiyyətin dərk
edilməsində rolu inkaredilməzdir. Bütün bəşəriyyətin taleyüklü və
qlobal məsələlərini həll etmək üçün təkcə alimlərin və
təcrübi-ekoloqların səyi kifayət etmir. Bu işə bütün dünya
ictimaiyyəti qarışmalı, dünyamn bütün dövlətlərinin hökumətləri
və BMT sözdə deyil, əsl mənada ekoloji təminatın reallaşmasında
həlledici rol oynamalıdır.
Yeni, mədəni inkişafın ekoloji təmayülü insanın yaşadığı
sosial mühitin dəyişilməsində mühüm əhəmiyyət kəsb edir, bu da
əsaslı sivilizasiya dəyərlərinə dönüş mənasında - azad əməyə,
normal, dəyişməz, ətraf mühitin əlverişsiz təzyiqinə davamlı, sakit
və layiqli həyata qayıtmaq deməkdir.
Öz növbəsində, ekologiyalaşdırılmış sosial mühitdə təbiətin
mühafizəsi problemləri ictimai şüurda ilk planda durur, ona görə də
bu mühit cəmiyyətin yeni üzvlərinin tərbiyə və təhsili prosesinə
əlverişli təsir göstərir və göstərməyə borcludur; gənc nəsildə
davamlı ekoloji baxış və adətlər insanın təbiətlə ahəngliyinin əldə
edilməsinə istiqamətlənməlidir.
116
Dostları ilə paylaş: |