göstərir, ürək-damar xəstəliklərinin səviyyəsilə suda xromun,
vanadiumun, marqansm, kobalt, sink və litiumun olması arasında
mənfi, mis, kadmium və nitratlarm, eləcə də xloridlərin olması
arasında isə müsbət qarşılıqlı əlaqə mövcuddur. Tərkibində 1
mq/l-dən az konsentrasiyada ftorun olması kütləvi surətdə əhali
arasında kariyesin yayılmasına səbəb olur. Bu xəstəlikdən ilk
növbədə uşaqlar əziyyət çəkir. Ətraf mühitdə, xüsusilə içməli
ftorun artıq olması flyuroz xəstəliyi üçün şərait yaradır.
Suyun
çirklənməsi
intensiv
öyrənilmə
predmetinə
çevrilmişdir, çünki çirklənmiş su vasitəsilə keçən xəstəliklərdən
əzab çəkənlərin sayı milyonlarladır.
Lakin ətraf mühit mürəkkəb sistemdir. Bu anlayış özünə təkcə
havanı, torpağı və suyu daxil etmir. Səs-küy də insan həyatında
xüsusilə böyük şəhərlərdə əhəmiyyətli rol oynayu*. Səs-küyün
mərkəzi əsəb sisteminə, vegetativ reaksiyalara, qan təzyiqinə,
daxili orqanların fəaliyyətinə mənfi təsiri sübut edilmişdir.
Səs-küyün yüksək səviyyəsi hipertenziya və hiko- menziyamn,
qəstritlərin, mədə xora xəstəliklərinin, daxili sek- ressiya
vəzilərinin və maddələr mübadiləsinin pozulmasına, qan dövranı
orqanlarının yüksəlməsinə səbəb olur. Səs-küylü şəhərlərdə
yaşayan əhalidə serebral ateroskleroz, qanda xo- lestrinin artımı,
astetik sindrom tez-tez baş verir. Azçəkili doğulan uşaqların payı
səs-küyün səviyyəsinin artması ilə əlaqədar yüksəlir.
İntensiv səs-küy şəraitində böyük beyin qabığında aydın ifadə
olunmuş müdafiəedici ləngimə inkişaf edir, ali sinir fəaliyyətində
ciddi dönüş baş verir.
Yüksək fizioloji fəallığın orqanı olan baş beyində oksigen
çatışmazlığı nəticəsində çox hallarda səs-küyün təsiri altında beyin
yorğunluğu inkişaf edir, belə ki, səs-küy beyin damarlarının
tonusunu artırır, onun toxumalannın qanla dolmasım aşağı sahr,
səs-küyün 65-95 db olması şəraitində ürəyin fəaliyyəti pozulur,
müxtəlif orqanlannm qan dövram pisləşir, 60 db olan səs-küy
bəzən şəhər nəqliyyat magistrallannda qeydə alınaraq, immunitet
göstəricilərinə təsiri müəyyən edil
108
mişdir.
Beləliklə, səs-küy böyük baş beyin yarımkürələri qabığına və
vegetativ əsəb sistemləri mərkəzlərinə, insanın müxtəlif orqan və
sistemlərinə mənfi təsir göstərir.
Ətraf mühitin fiziki amilləri içərisində şəhər sakinlərinin
sağlamhğma mənfi təsir göstərən qısadalğah, ultra qısadalğalı və
yüksək tezlikli diapozonlannda elektromaqnit sahəsi (EMS) böyük
rol oynayır. Onların əsas mənbələri qısadalğalı ötürücülər,
telemərkəzlər, radiolokatorlar, yüksəktezlikli və orta dalğalı
ötürücülərdir. Hesab olunur ki, EMS təsiri altında insan əhvahnın
pisləşməsi onun elektromaqnit proseslərinə həs- sashğının
nəticəsidir, bu proseslər də fizioloji reaksiyaların tənzimlənməsi
ilə əlaqədardır.
Əsəb sistemi bu təsirlərə daha həssasdır. Güman edilir ki,
EMS-nin təsiri mexanizmində əsas rol böyük beynin listerior
strukturlarına və pinotalamusa aiddir. Ola bilər ki, elektro və
interoreseptop orqanizmlərinə elektromaqnitin təsiri əsəb im-
pulslarma səbəb olmaqla böyük beyin qabığını, hipotalamus və
onurğa beyninə daxil olsun. Hipofizlə funksional əlaqədə olan
hipotalamus hormonları qanın tərkibinə, daxili orqanların işinə və
əsəb sisteminə təsir edən böyrəküstü vəziləri prosesə daxil edir.
Onurğa beyni və vegetativ əsəb sistemindən keçən impulslar daxili
orqanlara çatır və onların funksional vəziyyətinə təsir göstərir.
Elektromaqnit sahələrinin təsiri cinsi sferada da özünü büruzə
verir. Əmələ gələn dəyişiklik özünü həm düzünə, həm də bilavasitə
göstərir. Birinci halda, cinsi vəzilər bilavasitə zəifləyir, ikincidə isə
onların pozuntusu sahələrin əsəb və endokrin sistemlərinə
əlverişsiz təsirilə əlaqədardır.
Sahələrin anaların orqanizminə təsiri cansız nəslin doğul-
masını şərtləndirir. Digər tərəfdən, elektromaqnit sahələrin
təsirinin sonrakı nəticəsi özünü gələcək nəsildə generativ
funksiyanm pozulmasında göstərir. QD və UQD diapazonların
elektromaqnit sahəsi ürək-damar sisteminə təsir göstərərək, pulsun
qısalmasına, ürək sərhədinin müəyyən dərəcədə genişlənməsinə,
ürək tonlarının karlığına, ürək və damar hipoto-
109
niyasının keçiriciliyinin pisləşməsinə gətirib çıxarır.
EMS-nin ürək-damar sisteminin reaksiyasma təsiri iki yolla
ola bilər: birinci, bilavasitə ürəyin avtomat düyünlərinə, ikinci,
mərkəzi sinir sistemi vasitəsilə.
Müəyyən edilmişdir ki, mühüm amillərinin insan
sağlamlığına təsiri müxtəlif effektlər verə bilər. Belə ki, uşaqların
ümumi xəstələnmə səviyyəsi həm atmosfer havasımn karbon
oksidi ilə çikrlənməsindən, həm də şəhər səs-küyündən asılıdır.
Eyni zamanda, iki amilin təsirinin uyğunluğu şəraitində xəstəliyin
artması yüksəlir (qarşılıqlı güclü effekt). Atmosferin çikrlənməsi
və əlverişsiz mənzil şəraiti allergiya xəstəliyinin genişlənməsinə
əhəmiyyətli dərəcədə təsir göstərir. Bu amillər birlikdə xəstəliyin
daha intensiv kütləsinə səbəb olur.
Bir istiqamətdə təsir edən bir neçə amillərin uyğunluğu
sağlamlıq göstəricisində həmin dəyişikliklərə gətirib çıxara bilər.
Ürəyin işemiya xəstəliyinin genişlənməsinin səbəbi atmosfer
havasımn çirklənməsi, səs-küyün
5
mksək səviyyəsi və qida
məhsulları ilə pestisidlərin daxil olmasıdır. Atmosfer havasının
çirklənməsi bu xəstəliyi 44%, güclü akustik təsirdə 20% artması
baş verə bilər. DDT-nin qida məhsullarında (süd, ət, yağ) qahq
miqdarı xəstəliyin 26% artmasına gətirib çıxanr. Bu amillərin birgə
təsiri isə bu xəstəliyə malik adamların sayını 2 dəfə artırır.
Antropogen amillərin insan sağlamhğına təsirinin təzahürü
nəinld onların intensivliyi, eyni zamanda, hava-iqlim fonundan
asıhdır. Yağışh günlərin sayı mötədil olan «yumşaq» iqlim əlverişli
təsir göstərir, daha «quru» və daha «yağışlı» iqlim xəstəliklərin
artmasına səbəb olur. Digər tərəfdən, havanın dəyişmə sürəti də
insan orqanizminə təsir göstərir. Tam məsuliyyətlə demək olar ki,
əlverişli təbii iqlim şəraiti antropogen zərərli təsiri yumşalda bilər,
ancaq kəskin, tez-tez dəyişən hava isə onu dərinləşdirir.
Şəhər mühitinin əlverişsiz amilləri orqanizmin müqavimətini
azaldır, insanın həssas olduğu xəstəliklərin tez-tez təzahürünə
səbəb olur, mövcud xəstəliklərin gedişini isə pisləşdirir.
Beləliklə, urbanlaşma insan cəmiyyətinə birmənalı təsir
110
Dostları ilə paylaş: |