sistemdir. Elə bir əsas yoxdur ki, süni birliklərin quruması ətraf
mühitin sabitliyini təmin edən qüvvə olsun.
«İnsan bütün canlılar kimi ancaq
həyat sahəsində - biosferdə,
müəyyən edilmiş Yer qabığında düşünə və hərəkət edə bilər. Bu
amillərlə o, ayrılmaz dərəcədə bağhdır və oradan uzaqlaşa bilməz.
Onun yaşaması onun vəzifəsidir» (V.l. Ver- nadski).
Məhz insanın biosferdən ayrılmazhğı noosferin qurulmasının
başhca məqsədidir. Bu, biotik növ kimi insamn əmələ gəldiyi və
mövcud olduğu, biosferin qorunmasında özünün sağlamhğmı və
həyatını saxlamaqla, özünü büruzə verir. Yalnız ağıllı insan
fəaliyyəti qlobal inkişafın əsas müəyyənedici amilidir, «Noosfer
bizim planetdə yeni geoloji hadisədir. İnsan isə nəhəng geoloji
qüvvədir» (V.İ.Vernadski).
Noosferin yaranmasında iki əsas fikir mövcuddur: a) bütün
biosferin yenidən qurulmasının məhdudlaşdırılması; b) texnosferin
biosferdən ayrılmasımn və tamamilə tam təcridi yolu ilə sənaye
mühafizəsinin maksimallılığı. Görünür ki, inkişaf iki istiqamətdə
gedə bilər.
3.4.
İnsamn
mühit amillərinin təsirinə
reaksiyasımn
norma və tipləri
Reaksiya norması - müəyyən təsir səviyyəsində orqanizmin
vəziyyətinin yol verilən dəyişməsidir. İnsanın reaksiya norması
onun genotipi ilə müəyyən edilir.
Genotip - orqanizmin valideynlərindən aldığı irsiyyətli
əlamətlərin məcmusudur. Bu, inkişafm irsiyyətli proqraımdır.
Fərdin genotipinin mühitlə qarşıhqlı təsiri onun fenotipini
formalaşdırır.
Genotipin mühitlə qarşıhqlı təsiri mürəkkəb və müxtəlif ola
bilər. Bu qanunauyğunluq, irsiyyət və dəyişkənlikdən bəhs edən
genetika elmi ilə öyrənilir.
İnsanların yer kürəsində müxtəhfliyi genetik və mühiti
fərqlərin birbaşa nəticəsidir. Eyni tipli insanlar mövcud deyil, hətta
diqqətli tədqiqat zamam bir yumurta əkizləri belə böyük olmayan
fərqləri hiss edirlər.
51
zoidlər yüngül və hərəkətlidir), ona görə də oğlan uşaqları qızlara
nisbətən çox doğulur.
Cinsiyyət xromosomlan cinsi inkişafı təyin edən xromo-
somlardır, bunlar vasitəsilə kişi və qadın cinsi bir-birindən
fərqlənir. Qadın orqanizminin cinsiyyət xromosomlarının hamısı
eynidir (XX) və qadın cinsini müəyyən edir. Kişi orqanizminin
cinsiyyət xromosomlan müxtəlifdir (XV).
Xromosomlar - tərkibində DNT olan hüceyrə nüvəsinin
özü-özünü istehsal
edən struktur elementidir, burada genetik (irsi)
məlumat yerləşir. Cinsiyyət hüceyrələri haploid xromo- som
yığımına, autosom hüceyrələr isə diploid xromosom yığımına
mahkdir.
Autosom xromosomlar insanın cinsi əlamətlərindən başqa
bütün əlamətləri müəyyən edən xromosomlardır. Cinsiyyət
hüceyrələri 23 xromosoma (22 autosom və 1 cinsiyyət xromo-
somu) malikdir. Deməli, insan bədəninin digər hüceyrələri 46
xromosoma malikdir ki, onlardan 44-ü autosom, 2-si isə cinsiyyət
xromosomlardır. İnsamn hüceyrəsində xromosomlarm miqdan
sabitdir. Kənarlanmalar isə patologiyaya asəbəb olur.
Patologiya normadan kənara çıxma, eybəcərlik, bir sözlə hər
cür xəstəlikdir.
Sitogenetika - özü-özünü istehsal, rekombinasiya, dəyişilmə,
genetik əhəmiyyətli hüceyrə strukturlarmm ekoloji cəhətdən
əlverişli və qeyri-əlverişli şəraitdə işləmə qabiliyyətidir.
Sitogenetika sübut etdi ki, insamn genetik zədələnməsinə gətirib
çıxaran xromosomlara mühitin çirkləndiricilərinin dağıdıcı təsiri
vardır.
Genomun zəifləməsi (deqradasiya) - strukturun və iş
qabiliyyətinin pisləşməsidir. Bu da bioloji növ kimi Homo sapien-
sin məhvinə səbəb olur.
Beləliklə, hər bir insan ekoloji-genetik fərdiliyinə malikdir.
Ekoloji-geoloji fərdilik - insamn nadir təkrarolunmaz genotip və
fenotipidir.
Ekoloji oyuq - hər bir növün hədd daxilində yaşamasını
mümkün edən mühitin bütün amillərinin məcmusu.
53