Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

təşkil  edir;  yaşlı  orqanizmdə  assimilyasiya  ilə  dissimilyasiya 
arasında müəyyən tarazlıq yaramr; qoca yaşında isə assimilyasiya 
dissimilyasiyadan geri qalır. 
Zülallar  mübadiləsi.  Zülalların  tərkibinə  daxil  olan  amin 
turşuları  əvəzedilənlər  və  qeyri-əvəzedənlər  adı  altında  iki  yerə 
bölünür.  Birincilər  orqanizmdə  sintez  oluna  bilir  və  digər  amin 
turşularla (serin, leysin, tirozin və s.) birləşir, ikincilərin olmaması 
isə  (hətta  biri  olmasa  belə)  orqanizmdə  zülaDarm  mübadiləsini 
poza bilər (valin, lizin, triptofan və s.). Orqanizmə lazım olan amin 
turşuları özündə birləşdirən zülalları tam əhəmiyyətli hesab edirlər 
(heyvan  mənşəli  zülallar).  Tərkibində  heç  olmayan  ya  da 
əhəmiyyətli  miqdarda  bu  və  ya  digər  amin-  turşuları  olmayan 
zülalları  qeyri-əhəmiyyətli  adlandınrlar  (əsasən  bitki  mənşəli 
zülallar).  İki  və  ya  üç  qeyri-əhəmiyyətli  zülallar  bir-birini 
tamamlamaqla  insanın  qidasının  tənzimlənməsini  təmin  edə 
bilərlər. Zülallara olan sutkalıq tələbat 80- 150 q-a bərabərdir və 
fiziki  yüklənmənin  intensivliyindən  asılıdır.  Əgər  qida  zamanı 
zülallar  həddindən  artıq  olarsa,  o  zaman  onlar  yağ  və 
karbohidrogenlərə çevrilirlər. 
Qida zülalları fermentlərlə (biokatalizatorlarla), həzm şirələri 
vasitəsilə amin turşulara qədər parçalamr ki, onlar da qana sorulur. 
Qan  axını  vasitəsilə  onlar  bədən  hüceyrələrinə  daxil  olur  və 
orqanizm  üçün  zəruri  olan  zülallar  sintez  olunur.  Bununla  da 
insana  lazım  olan  spesifik  zülallar  əmələ  gəlir.  Bununla  yanaşı, 
zülallar  enerji  mənbələrindən  biridir.  Belə  ki,  1  qr  zülalın  son 
məhsullara  kimi  parçalanması  nəticəsində  17,6  kC  enerji  ayrılır. 
Ancaq  zülallar  digər  mənbələr  -  karbohidrogenlər  və  yağlar 
tükəndiyi  zaman  enerji  mənbəyi  kimi  istifadə  edilir.  Yaşlı 
orqanizmlərə zülallann ümumi miqdan daxildir, çünki bölünməyə 
nə qədər məruz qalsa da elə həmin miqdarda da onlar sintez olunur. 
Qeyd  edilir  ki,  qara  ciyər  zülallarımn  50%-i  4  sutkadan  sonra 
təzələnir,  əzələ  toxumalarınkı  24,  dəri  zülalları  isə  300  sutkadan 
sonra bərpa olunur. 
Parçalanmamn  son  məhsullan  -  CO
2
,  N
2
O,  sidik  cövhəri, 
sidik cövhəri turşusu və s. orqanizmdən sidik və tər vasitəsilə xaric 
olur. Parçalanma zamam ammonium amin turşusu sidik 
45 


cövhərinin  əmələ  gəlməsi  yolu  ilə  qara  ciyərdə  neytrallaşır. 
Zülallar  mübadiləsinin  təmizlənməsində  qalxanabənzər  vəzinin 
hormonlan  (tiroksin),  hipoflz  (somatotroplu),  böyrəküstü  qabıq 
(hidrokortizon, kortikosteron) böyük rol oynayır. 
Karbohidrogenlər  mübadiləsi. 
Karbohidrogenlər  orqanizmdə 
əsas enerji mənbəyidir. 1 qr zülalın parçalanması za- mam 17,6 kC 
enerji  ayrılır.  Karbohidrogenlərin  sutkahq  tələbatı  500  qr  təşkil 
edir.  Onların  qidada  artıq  olması  piyə  çevrilə  bilər,  çatışmazlıq 
zamanı isə onlar zülal və yağlardan əmələ gəlir. Qidanın mürəkkəb 
karbohidrogenləri  həzmetmə  yolunda  monosaxaridlərə  qədər 
parçalanu  ki,  bunlar  da  qan  dövram  vasitəsilə  qaraciyərə  gəlir, 
onlardan  da  qlikogen  sintez  olunur.  Normal  qarışıq  qidalanma 
zamanı  qlükozanın  3%-dən  5%-ə  qədəri  qlikogenə,  25%-i  yağa 
piyə  çevrilir,  70%-i  isə  CO
2
  və  N20-dək  turşulaşır.  Qlükoza 
əzələlərdə  də  sintez  olunur.  Qli-  kogenin  parçalanması  əzələ 
yığılmalarmın  əsas  enerji  mənbəyidir.  Adrenalin,  qlükoqon 
hormonlan  və  adenokarti-  kotrot  hormonu  qlikogenin 
parçalanmasının  artmasına  səbəb  olur,  insulin  isə  qlikogenin 
parçalanmasım ləngidir və onun qaraciyərdən qlükozamn sintezinə 
şərait yaradır. Bu hormonların razılaşdırılmış hərəkəti qlükozamn 
qanda müəyyən səviyyəsini saxlayır. 
Yağların  mübadiləsi.  Yağlar  enerjinin  ən  böyük  ehtiyatım 
saxlayır.  1  qr  yağın  parçalanması  zamam  389  kC  enerji  ayrıhr. 
Ürək və skelet əzələləri dinclikdə olan qaraciyər və böyrəyin enerji 
sərfinin  yarısı  yağ  turşuları  və  qliserinin  hesabma  təmin  edilir. 
Lipidlərdə  hüceyrə  membram  qurumur.  Yağlara  olan  sutkalıq 
tələbat  70-80  qr  təşkil  edir.  Qidada  karbohidrogen  və  zülallann 
həddən  artıq  işlədilməsi  orqanizmdə  yağların  çökməsinə  gətirib 
çıxanr. insanda norma kimi qidamn karbohidrogenlərinin 25-30%-i 
yağa  çevrilir.  Daxili  sekresiya  vəziləri  -  böyrəküstü  hipoflz, 
qalxanabənzər  vəzi  yağlar  mübadiləsinin  tənzimlənməsində 
əhəmiyyətli rol oynayır. 
Yağlann, karbohidrogenlərin və zülallann çevrilmə prosesi öz 
aralarında ciddi nizamlanır. Bu üç maddə qrupunun çevrilməsində 
yekdillik onların parçalanması zamam ümumi ara 
46 


lıq  maddələrin  əmələ  gəlməsini  şərtləndirir,  bu  zaman  müəyyən 
şəraitdə ya amin turşuları, ya yağ turşulan əmələ gələ bilər, ya da 
bu ümumi metabolitlər oksidləşmə reaksiyasına girə bilər və CO
2

N20-dək parçalanaraq enerjiyə çevrilə bilər. 
Su-duz  mübadiləsi.  Su  bədən  kütləsinin  təxminən  70%-ni 
təşkil  edir.  Yaşlı  orqanizmin  suya  olan  sutkalıq  tələbatı  2,  5-3 
litrdir.  İnsamn  içmə  şəklində  (1500  ml.)  və  qida  məhsulları 
tərkibində  (1000-1200  ml)  qəbul  etdiyi  su  ekzogen  adlamr. 
Zülalların,  yağların  və  karbohidrogenlərin  orqanizmdə  oksi- 
dləşdirici parçalanması zamanı alman su endogen adlamr (500 ml). 
Bütün suyun əsas kütləsi hyceyrələrin protoplazmasında cəmləşir 
(72%).  Bu,  hüceyrədaxili  sudur.  Hüceyrəxarici  su  qatının, 
limfanın, onurğa-beyin mayesinin tərkibinə daxildir (28%). Yaşlı 
insanın  orqanizmi  suyun  istifadəsi  və  ifrazı  dövründə  tarazlıq 
vəziyyətində olur, su böyrəklər (1200-1500 ml), dəri (800 ml). Su 
buxarı zamanı ağciyərlə (500 ml) və nəcis vasitəsilə (100-150 ml) 
ifraz  olunur.  Susuzluq  zamanı  suyun  daxil  olmasına  olan  tələbat 
hipotalamus tərəfindən nəzarət edilir. Bu susuzluq hipotalamusda 
içmə mərkəzinin qıcıqlanması zamanı meydana çıxır. 
Orqanizm  nəinki  suyun,  eləcə  də  mineral  maddələrin  daxil 
olmasına  ehtiyac  duyur.  Sutka  ərzində  insana  8  q  natrium,  4  qr 
xlor, 3 qr kalium, 0,8 qr kalsium, 2 qr fosfor, 15-20 mq dəmir və s- 
lazımdır.  Natrium,  xlor  və  kalium  turşu-qələvi  ta-  razlığmı 
saxlamaq  üçün  vacibdir,  kalium  sinir  və  əzələ  toxumalarının 
qıcıqlanmasmda iştirak edir. Fosfor nuklein turşulanmn, ATF və 
bəzi  fosfatların  tərkibinə  daxil  olur,  onların  kalsium,  və 
maqneziumla  birləşməsi  skeletin  əmələ  gəlməsində  müəyyən  rol 
oynayır. 
Dəmir 
hemoqlobin, 
mioqlo- 
bin, 
həmçinin 
oksidləşdirmə-bərpa  reaksiyalannda  iştirak  edən  fermentlərin 
tərkibində  mühüm  əhəmiyyət  kəsb  edir.  Yod  qalxanabənzər 
vəzinin, sink mədəaltı vəzi hormonlarımn tərkibinə daxildir; ftor 
dişlərin minasının davamlılığım təmin edir; kobalt Bİ2 vitanünin 
tərkibinə daxildir; mis hemoqlobi- nin sintezi prosesində vacibdir, 
boyatmaya təsir edir. 
Vitaminlər adı altında bitki və heyvan mənşəli qidalarla 
47 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə