Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

logiya şəraitini 10%, maşınqayırma isə 7% miqdarında bərpa edir. 
Əgər lazımi dərəcədə dövlət ehtiyatı ödənilmişsə, onda o mövcud 
sənaye  sahəsini  bağlaya  bilər.  Sənaye  sahəsinin  ləğvi  barəsində 
beynəlxalq  birliyə  məlumat  verilir.  Bu  halda  ekoloji  şəraitin 
normativ həddən 2 dəfə yaxşılaşması baş verir. 
Oynnun  məqsədi  ondan  ibarətdir  ki,  onun  iştirakçıları 
qruplarda  işləyərkən  qərar  qəbul  edir,  damşıqlar  aparır, 
müqavilələr  bağlayır  və  s.  Ölkələr  mövcud  məhsul  mübadiləsini 
həyata  keçirir,  ekoloji  bülletendə  qeydiyyat  aparırlar,  5  illik 
müddətinə oyunlar tsiklinin təşkili nəzərdə tutulur. 
Keçirilmə mərhələləri 
L  İştirakçılar  briqadalara  bölünür.  Çöl  briqadasımn  vəzifəsi 
ölkələrdən  birinin  nümayəndəsi  kimi  ölkəni  istehsal  olunan 
məhsulla  təmin  etməkdən  ibarətdir,  bununla  da  ekoloji  şəraitə 
yalnız minimal zərər vurmağa çalışır. 
Ölkə  hansı  məhsulu  istehsal  edəcəksə,  onun  hamısım 
hökümət 5 illik planın tərtibi prosesində həll edir. 
n. Beynəkalq müşavirənin keçirilməsi. 
Hökumət  (briqadalar)  satılacaq  və  ehtiyatda  saxlanılacaq 
sənaye məhsullarının koordinasiyasını aparır, bununla əlaqədar bir 
il üçün planların düzəldilməsini həyata keçirir. 
ni. Bir il ərzində məhsul mübadiləsindən sonra yekun vurulur 
-  «məhsulların  qeydiyyat  siyahısı»  və  «Ekoloji  bülleteni» 
doldurulur. 
Yekun  briqadalarda  müzakirə  edilir.  Sonrakı  il  üçün  plan 
tərtib edilir. 
IV.
 
Məhsullann alınmasının koordinasiyasına dair beynəlxalq 
damşıqlar  keçirilir  (damşıqlar  ikitərəfli,  təxmini  ola  bilər). 
Beynəlxalq satınalma və sənaye məhsullarımn buraxılışı haqqında 
məlumatlar  mübadiləsindən  sonra  ayn-ayn  sahələrdə  sonrakı  üin 
yekunu hesablamr və yenidən qeyd edilən «Siyahı» və «Bülleten» 
doldurulur. Tsikl bir neçə dəfə təkrar edilir. 
V.
 
5 illik plan həyata keçirildikdən sonra sonuncu yekun 
35 


hesablanır və Tyutor tərəfindən yekun siyahı doldurulur. 
Keçirilmə qaydası 
Tyutorun giriş sözü ..................................................... -10 dəq. 
Briqadalara bölünmə, briqadalar tərəfindən 
plamn və ekoloji strategiyanm işlənməsi ....................... -20dəq 
Beynəlxalq müşavirənin keçirilməsi ................................... -20dəq 
«Satqı» və «alqı» yekununun müzakirəsi 
və yeni plamn işlənməsi ......................................... -20 dəq. 
Danışıqlar, nəticələrin müzakirəsi (siyahılan 
doldurmaqla) .................................................................. -70dəq 
Tyutorun oyunlara yekun vurması ...................................... -20dəq 
36 


ü ç ü n c ü   f ə s i l  
3.
 
İNSAN EKOLOGİYASI ƏSAS TƏRKİB HİSSƏLƏRİ 
Artıq cəmiyyətin təşəkkülünün ilk mərhələlərində adamların 
yaşayış şəraiti və onlann sağlamlıqlarının xüsusiyətlərilə əlaqənin 
olduğu  aşkar  edilmişdir.  İki  min  il  əwəl  dahi  alim,  həkim 
Hippokrat  (təxm.-er.  əv.  460-370-cı  illər)  nəinki  iqlimin,  suyun, 
relyefin  həmçinin  ilk  dövrlərin  müxtəlif  sakinlərin  sağlamlığına 
təsirini  təsvir  etmiş,  eləcə  də  Avropa,  Asiya,  Aralıq  dənizinin 
Afrika  sahillərində  yaşayan  xalqların  müqayisəli  antropoloji 
təsvirini vermişdir. Onun əsərlərində xarici mühit amillərinin həyat 
obrazının  insanın  cismani  (konsititusiya)  və  ruhi  (eksperiment) 
xassələrinə təsirinə dair çoxsaylı dəlillər öz əksini tapmışdır. 
XVII əsrdə yeni elm sahəsi - tibb coğrafiyası meydana çıxdı. 
Bu elm təbii və sosial şəraitin müxtəlif ərazilərdə yaşayan xalqların 
sağlamlığına  təsirini  öyrənir.  Bu  elmin  banisi  italyan  həkimi 
B.Ramatseşin (1633-1714) olmuşdur. 
Rusiyada  tibb  coğrafiyasma  dair  ilk  işlər  XVIII  əsrin 
ortalarına aid edilir. XIX əsrin ortalarmda tibb coğrafiyası özünün 
ən yüksək inkişafına qədəm qoydu. Bu dövrdə dəqiq tibbi- coğrafi 
təsvir tərtib edilir ki, onlarda həm müsbət, həm də mənfi mənada 
konkret ərazinin təbii şəraitinin onun əhalisinin sağlamhğma təsiri 
hərtərəfli izah ediHr. 
N.F.Remarsın (1992) fikrinə görə klassik bioloji ekologiya ilə 
eyni  vaxtda,  başqa  ad  altında  insan  ekologiyası  meydana  gəldi. 
Uzun illər ərzində bu sahə iki istiqamətdə formalaşırdı - orqanizm 
kimi  insan  ekologiyası  və  sosial  ekologiya,  insan  ekologiyası 
məzmununa  görə  sosial  ekologiyaya  nisbətən  daha  yaşlı  və 
genişdir. «İnsan biologiyası» adı altmda bu istiqamət geniş inkişaf 
edərək, t.l.Meçnikovun «İnsan təbiəti haqqında etüdlər» (1903) və 
«Nikbinlik  etüdləri»  (1907)  əsərlərində  öz  əksini  tapmışdır.  Rus 
həkimi  A.A.  Ostroumov  1895-ci  ildə  çap  olunmuş  «Klinik 
mühazirələr»ində  yazırdı:  «Bizim  tədqiqatımızın  predmeti  xəstə 
adamdır,  onun  normal  həyatı  onun  mövcudluğunun  şəraiti  ilə 
pozulmuşdur». O, qeyd edirdi ki
37 


«klinik tədqiqatın məqsədi insan orqanizminin yaşayış şəraitinin, 
onun mühitinin, ona uyğunlaşma tərzinin və kefinin po- zulmasınm 
öyrənilməsidir». 
Bizim ölkəmizdə sosial elmi istiqamət kimi insan ekologiyası 
uzun müddət özünü göstərə bilmirdi. Elmdə tibb coğrafiyası, insan 
ekologiyası ideyasının bələdçisi rolunu öz üzərinə götürdü. 1972-ci 
ildə A.P.Avitsmm «Coğrafi patologiyaya giriş» adlı monoqrafiyası 
nəşr  edildi.  Burada  ən  böyük  bölmə  insan  ekologiyasına  həsr 
olunmuşdur.  1972-ci  ildə  Stokholmda  əsasən  insan  ekologiyası 
problemlərinə həsr olunmuş birinci beynəlxalq müşavirə keçirildi. 
Bu  problemlər  1983-cü  ildə  V.N.Koznaçeyevin  nəşr  etdirdiyi 
«İnsan  ekologiyasının  nəzəriyyə  və  təcrübə  oçerkləri» 
monoqrafiyasında  öz  əksini  tapdı.  1984-cü  ildə  Suzdalda  Rusiya 
Elmlər Akademiyasının biosfer problemləri üzrə elmi şurası insan 
ekologiyasına dair məktəb təşkü etdi. Burada insan ekologiyasının 
anlayışlar,  konsepsiyalar  və  modellər  sistemi,  onun  ənənəvi 
ekologiyaya münasibətini aydınlaşdırmağa cəhd edildi. 
Məşhur  ekoloq  N.F.Reymorsa  görə,  elmin  «İnsan 
ekologiyası»  və  «sosial  ekologiya»ya  bölünməsi  insamn  özünün 
dua- list keyfiyyətinə əsasən aparılmalıdır. Söhbət fərd, orqanizm 
haqqında  gedirsə,  onda  bu  «insan  ekologiyası»dır,  lakin  sosial 
problem nəzərə alınarsa, onda bu, «sosial ekologiya»dır. 
İnsan  ekologiyası  şəxsiyyət,  orqanizm  autoekologiyası  kimi 
(yunan  sözü  autos  -  özüm)  orqanizmlərin  yaşama  mühiti  ilə 
qarşılıqlı münasibətini öyrənir. Bu münasibətlərin əsasında insan 
orqanizminin  mühitə  təsirinin  morfofizioloji  reaksiyası  durur. 
Orqanizmə abiotik (fiziki, kimyəvi), biotik və antropogen amillərin 
təsiri  müəyyən  edilir.  Beləliklə,  insan  ekologiyası  -  insanın 
yaşadığı mühitlə qarşılıqlı münasibəti haqqında elmdir. 
3.1. İnsan biososial növ kimi 
Ekoloji 
nöqteyi-nəzərdən 
bəşəriyyətə 
Yer 
kürəsi 
ekosisteminin  tərkib  hissəsi  olan  bioloji  növün  ümumdünya 
populya-  siyası  kimi  baxmaq  olar,  ancaq  bu  növ  planetdə  olan 
növlərin xüsusi, müəyyən dərəcədə fərqlənən əla keyfiyyətlisidir. 
Yer 
38 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə