Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

bağlı olan canlılar həyat qabiliyyətinə malik ola bilməzdilər, çünki 
onlar  daim  dəyişən  ətraf  mühit  şəraitinə  uyğunlaşa  bilməzdilər. 
Belə ki, insanda bədən temperaturunun ritm dövrü 25,0+0,5 saata 
bərabərdir, onun bu dövrdə ağır fiziki əmək yerinə yetirməsi və ya 
yataq rejiminə riayət etməsi, insanın təcrid olunması və kollektivdə 
olması ilə heç bir əlaqəsi yoxdur. Bədən temperaturunun sutkalıq 
dinamikası dalğavari xarakterə malik olub, maksimal dəyəri saat 
18-də,  minimal  isə  gecə  saat  l-lə  səhər  saat  5  arasında  olur.  Bu 
dövrdə qan təzyiqinin yüksək göstəriciləri müşahidə edilir. Nəbzin 
ən az sürət kəmiyyəti saat 4-də, qan təzyiqininki isə təxminən səhər 
saat 9-da qeyd olunur. 
Gözdaxili  təzyiq  səhər  yüksəlir,  gecələr  isə  aşağı  düşür. 
Beynin fəallığı sutka ərzində müəyyən dəyişikliyə uğrayır. Gecə, 
xüsusilə  saat  2  ilə  4  arasında  insan  hərəkətlərində  ləngimə 
müşahidə  edilir,  əzələ  qüvvəsi  aşağı  düşür,  yaddaşı  zəifləyir, 
məsələlərin həllində səhvlərin miqdarı artır. 
İnsan və heyvanda sutkahq ritmiərin bütün kompleksi ciddi 
qaydaya  düşmüş  xarakterdə  olur.  Onun  dinamikliyinin 
saxlamiması  vaxt  ötürücüləri  (rejim  sinxronizatorları)  ilə  həyata 
keçirilir.  Fiziki  və  sosial  sinxronizatorları  fərqlənirlər.  Fiziki 
sinxronizatorlara  geofiziki  sutkalıq  tsikllər  daxildir  ki,  onların 
arasında işıq və qaranlığın növbələşməsi aparıcı rola malikdir. İşıq 
bizi fəal fəaliyyətə sövq etməklə, onu əlverişsiz təsirlərdən (şaxta, 
yağış,  birbaşa  günəş  radiasiyasından)  təcrid  edir,  süni  istilik  və 
işıqhlıq yaradır. Qaranlıq bizi rahatlığa sövq edir. Sutkamn vaxtı 
haqqında,  xüsusilə  şəhər  sakinləri,  nəinki  təbii  hadisələrlə,  əksər 
hallarda, saat əqrəblərinin vəziyyətilə fikir yürüdürlər. 
Əmək  rejimi  sosial  sinxronizatorların  ən  mühümlərindən 
biridir  -  bizim  üçün  vaxt  göstəricilərini  iş  və  məişət  qayda- 
qanununun  stereotip  (dəyişməyən)  elementləri  -  işə  getmə  və 
qayıtma,  qida  qəbulu,  televiziya  verilişlərinə  ənənəvi  axşam 
baxıran və s. təşkil edir. 
Vaxtın  sosial  ötürücülərinə  şəhər  həyatının  bəzi  atributları 
daxildir; şəhər səs-küyünün dəyişilməsi, gündüz və axşamın 
60 


düşməsi,  iş  rejiminin  qanunlan,  axşam  vaxtı  küçələrin  işıq  və 
reklamları.  Ritm  sosial  sinxronizatorlarının  rolu  müstəsna 
əhəmiyyətə  malikdir.  Adi  həyat  qaydalanmn  yenidən  qurulması 
zamanı  onun  həlledici  amili  əsas  rol  oynayır:  məsələn,  bir 
növbədən digər növbəyə keçilməsi (növbəli iş zamanı), digər saat 
qütbünə keçmə və s. 
Tezliklə  mülki  aviasiyada  reaktiv  təyyarələrdə  sərnişin 
reysləri, xüsusilə onlar kütləvi xarakter və adi hal aldığı vaxt qeyd 
edilmişdir  ki,  yeni  məkana  gəlmiş  adamlar  fiziki  və  psixi 
narahatlıq keçirirlər: gecə yatmaq olmur, günorta isə adanu yuxu 
basır,  iştaha  pozulur,  əsəbilik  əmələ  gəlir,  iş  qabiliyyəti  aşağı 
düşür. Bir qədər keçdikdən sonra insan əvvəlki əhval- ruhiyyəyə 
qayıdır,  narahathq  keçib  gedir.  Belə  hadisələrin  təzahürü  fərdi 
xarakter  daşıyır.  Ümumilikdə  isə  yola  düşmə  ilə  son  məntəqəyə 
gəlib çatma arasında vaxt fərqi çox olarsa, sadalanan hallar özünü 
daha aydın göstərir. 
Dayaq-hərəkət aparatınm, çoxsaylı periferik və mərkəzi əsəb 
əmələgəlməsinin  ritmiəri  birinci  olaraq  özünün  fazasını  yeni 
sutkalıq qayda-qanuna uyğunlaşdırır. Ancaq orqanizmdə daha çox 
süstlük prosesləri vardır ki, onların da fazası öz vəziyyətlərini çox 
ləng dəyişirlər. Buna misal olaraq, bədən temperaturunun sutkalıq 
rejimini  göstərmək  olar.  Nəticədə  orqanizmin  sirkad  ritmiərinin 
təbii  qarşılıqlı  əlaqəsi  və  qarşılıqlı  təbii  sinxronluğu  itir.  Həyati 
proseslər  sinxronlaşır,  ancaq  inert  ritmlər  özünün  yenidən 
qurulmasını  qurtarmasa,  bu  sin-  xronlaşma  itməyəcək.  Sirkad 
ritmiərinin razılaşması dövründə, onların qarşılıqlı sinxronlaşması 
zamanı  orqanizmin  vəziyyəti  desinxroza  adını  alnuşdır.  Yuxu 
vaxtımn adət edilməmiş vaxtı irəli çəkilməsindən sonra desinxroz 
əvvəlcə  aydın  formada  çıxış  edir:  həzmetmə  pozulur,  iştaha 
tamamilə itir, yuxu çatış- mazhğı əsəbiliyin təzahürünə səbəb olur, 
gündüz  saatlannda  yuxuculuğu  və  süstlüyü  saxlayır.  Sutkalıq 
ritmlər  fiziki  fəallığın  və  rahatlığın  yeni  ritminə  uyğun  gəldikdə 
orqanizmin  sir-  kadiyen  sistemində  hərcmərclik  dayanır  və 
qayda-qanun bərpa edilir, qeyd  edilən simptomlar düzəlir və son 
nəticədə  yox  olur,  bu  isə  desinxrozun  tam  ləğv  edilməsi  demək 
deyil. 
61 


Desinxroz  aşkar  formadan  gizlinə  keçir.  Desinxrozun  gizlin 
vəziyyətində  ritmiərin  əksəriyyəti  özünün  yenidən  qurulmasını 
başa  çatdırmış  olur,  lakin  bir  sıra  inertli  proseslər  hələ 
yenidənqurmanı  davam  etdirirlər.  Bu  mərhələdə  xarici  salamat- 
hğa  -  yuxunun  qaydaya  düşməsinə,  iştahanın  bərpasına,  xoş 
əhval-ruhiyyəsinin qayıtmasına baxmayaraq, orqanizmin səmərəli 
işi həddindən artıq gərginlik hesabına təmin olunur. 
Desinxrozun  aşkar  və  gizli  dövrlərinin  uzunluğu  fazah 
irəliləmənin  kəmiyyətilə  müəyyən  edilir.  «Fəallıq-rahatlıq»  ritmi 
fazasımn maksimal irəliləməsi - 12 saata bərabərliyi zamanı aşkar 
desinxroz fərdi versiyalan hesaba almadan, orta hesabla 10-15 saat 
davam  edir.  Nəticədə,  yuxunun  uzunmüddətli  və  davamh 
pozuntusu
mədə-bağırsaq 
pozğunluğu 
(mədənin 
xora 
xəstəliyindən  12  barmaq  bağırsağın  xəstəliyinə  qədər),  əsəb 
xəstəliyi (nevroz) əmələ gəlir. 
«Yuxu-gümrahlıq»  ritminin  tez-tez  dəyişilməsi  növbəli 
əməyin təşkilində xarakterik amilə malikdir. Müxtəlif növbəli iş, 
xüsusilə  onların  qeyri-səmərəli  növbələnməsində  üçlü  simp- 
tomlar: 
yuxunun davamlı pozuntusu, mədə-bağırsaq 
pozğunluğu  nevrozlarla  bağh  olan  xronik  desinxroza  səbəb  ola 
bilər. Növbəli iş rejimilə işləyən adamlar əlavə dincəlməyə ehtiyac 
hiss edir, bu zaman onlar gündüz və gecənin təbii növl3ələnməsinə 
uyğun gələn aydm həyat qayda-qanununa riayət etməlidirlər. 
Bioloji  ritmiərin  pozulması  işlənilmiş  psixosomatik 
ehtiyatların  bərpasma  maneçilik  törədir,  yorğunluğa  səbəb  olur, 
insan  fiziologiyasının  pozuntularına  gətirib  çıxarır.  Həcm 
çəkisinin  artması  şəraitində  zərərli  xarici  və  daxili  amillərin 
hərəkəti,  şəhərlərin  əksəriyyətində  kritik  ekoloji  vəziyyət 
sağlamhğa ciddi təhlükə yaradır. 
3.6.
 
Sağlamlıq 
Bu, fərdin obyektiv vəziyyəti və subyektiv hissi,  tam fiziki, 
psixi və sosial sağlamhq rəhnidir. 
«Sağlamhq» termini fövqəladə dərəcədə çox planlı olub, tibbi 
ölçüsü optimal əmək qabiliyyəti və sosial fəallıqla ta 
62 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə