Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

mamlanır. Yaxşı sağlamlıq sosial, iqtisadi və fərdi inkişafm əsas 
resursu, həmçinin həyat keyfiyyətinin mühüm parametridir. 
İctimai  sağlamlıq  və  həyatın  ümumi  davam  etməsi  bioloji 
(irsi) təbii və sosial amillərlə müəyyən ediür. Sağlamlıq insanların 
və yaşayış mühitinin yardımı sayəsində gündəlik həyatda yaranır 
və saxlanılır. 
Sağlamhğı  təmin  edən  mühüm  şərait,  təmiz  hava  və  su, 
yüksək  keyfiyyətli  məhsullar,  flora  və  faunanın  müxtəlifliyidir. 
Əhalinin  sağlamlığı  strategiyası  işlənərkən  ekoloji  problemləri 
nəzərə  almaq  lazımdır.  Bu  problemlərin  həll  edilməsi  sosial  və 
mənəvi dəyərə malikdir. 
Bütün  bunlar  «insan  və  cəmiyyətin  sağlamlığı»  anlayışına 
mənəvi-əxlaqi  sağlamlığı  da  əlavə  etməyə  əsas  verir.  Beləliklə, 
sağlamhq  xəstəliyin  olmaması  deyil,  öz  azadlığında  tam  dəyərə 
malik həyat deməkdir. 
İctimai sağlamlığın əsas göstəriciləri: 
1)
 
xəstəlik (yayılması, yeni hadisələrin tezliyi); 
2)
 
Ölümlük  və  onun  törəməsi  -  həyatın  gözlənilən  orta 
davamiyyəti,  əmək  qabiliyyətinin  olmaması  (müvəqqəti, 
möhkəm), eləcə də bir sıra parametrlərin normadan kənaraçıxma 
tezliyi,  əsas  xroniki  xəstəliklərin  artan  riski  (məsələn,  bədənin 
artıq kütləsi, qalxmış qan təzyiqi və s.). 
Professional sağlamlıq 
- insan orqanizminin kompensasiya və 
müdafiə  xassələrinin  -  professional  fəaliyyətin  davamiyyəti 
şəraitində iş qabiliyyətini təmin edən xassələri saxlama qabiliyyəti 
- professional sağlamlığın səviyyəsi yüksək fiziki və əqli gərginlik 
tələb  edən  peşə  sahiblərinin  (təyyarəçilər,  kos-  monavtlar,  AES 
operatorları və s.) bioloji yaşı ilə aydın surətdə uyğun gəlir. 
Digər peşələrdə professional  sağlamhq  sadə sağlamhq  kimi 
qeyd edilir. Ona görə də əhalinin geniş dairəsinin tədqiqi zamanı 
«respublika, vilayət, region və s.» anlayışı tətbiq etmək məqsədə 
uyğundur. 
63 


3.7.
 
Antropogen çırkləndiricUərinin təsnifatı 
Çirklənmə, sözün əsl mənasında, mühitə yeni, ona səciyyəvi 
olmayan  -  fiziki,  kimyəvi  və  bioloji  agentlərin  gətirilməsi  və 
onların təbii orta çoxillik səviyyələrinin yüksək olmasıdır. 
Başa düşmək lazımdır ki, ekoloji nöqteyi-nəzərdən bu və ya 
digər  komponentlər  sadəcə  suya,  atmosfer  havasına  və  torpağa 
verilməklə  iş  bitmir,  ümumiyyətlə  həmişə  ekosistem 
(biogeosenoz)  çirklənmə  obyekti  olmuşdur.  Bundan  başqa,  təbii 
mühitdə  bir  maddənin  çoxluğu  və  ya  onun  mövcudluğu  ekoloji 
amillər rejiminin dəyişilməsi deməkdir, çünki zərərli maddələr, əsl 
mənada, ekoloji amillər deməkdir. Deməli, bu amillər rejimi (və ya 
onların tərkibi) bu və ya digər orqanizmin (qida zəncirində halqa) 
ekoloji taxçasından kənara çıxır. Bu zaman maddələr mübadiləsi 
dəyişir,  prosudentlərin  assimilya-  siyasımn  intensivliyi  aşağı 
düşür, bütövlükdə biosenozun məhsuldarhğına zərər dəyir. 
Beləliklə,  hava,  su  və  torpaqda  olan  hər  hansı  maddə 
çirkləndirən  agent  (səbəb)  ola  bilər.  Ətraf  mühitə  daxil  olan 
maddələr suqredient adlanır. İnqrediyentlər həm təbii (məs: vulkan 
püskürməsi,  bitki  tozcuğu,  küləyin  qaldırdığı  toz),  həm  də 
antropogen mənşəli ola bilər. 
Mühitin çirklənməsi mürəkkəb, müxtəlif prosesdir. Kimyəvi 
birləşmələr  istehsal  tullantılarında  özünü  göstərir.  Onların  bəzisi 
kimyəvi  cəhətdən  fəal  olaraq  canlı  orqanizmin  toxumaları 
tərkibində  olan  molekullarla  qarşıhqh  təsir  qabiliyyətinə 
malikdirlər, ya da havada fəal oksidləşə bilirlər. Aydındır ki, belə 
maddələr hər bir canlıya zəhər verə bilər. 
Xarici  kimyəvi  mühit  keyfiyyətinin  dəyişilməsinin  canlı 
orqanizmlərin metabolizminə mənfi təsiri son dövrlərdə  «ekoloji 
tələ»  adım  alımşdır.  Buna  misal  olaraq  insan  orqanizmində 
fizioloji proseslərə metilcivənin (CHaHq) təsirini göstərmək olar. 
Məlum olan dinzopropilftorfosfat maddəsi zısetilxamine- steroza 
fermentinə  fəallaşdırıcı  təsir  göstərir.  Zəhərli  kimyəvi  maddələr, 
nəinki onlann tətbiq edildiyi növlər üçün təhlükəlidir, həm də ətraf 
mühitin kəskin çirklənməsinə, eləcə də arzuo- 
64 


lunmaz nəticələrə gətirib çıxara bilər. Vaxıilə DDT-nin intek- tisid 
xassələrinin kəşfi hətta Nobel mükafatına layiq görülmüşdür. Onun 
dünya üzrə istehsalı 30 il müddətində hər il 10 min tona bərabər 
olmuş, onun tətbiqi isə bir sıra kənd təsərrüfatı məhsullannı, eləcə 
də meşə tinglərini qoruyub saxlamışdır. Bununla yanaşı, DDT-nin 
özü və onun preparatlarda- kı qatışığı bəzi heyvanlar üçün zəhərli 
olmuşdur.  Belə  bir  məlumat  da  verilmişdir  ki,  DDT-yə  yaxın 
preparatların  mln-  da  0,04  hissəsinin  suya  düşməsi  artıq  onun 
planktondakı hissəsini 0,5-ə çatdırmışdır, bahq əzələlərində isə 221 
hissə olmuş, yəni 104 dəfədən artıq idi. 
Yüksək  zəhərliliyinə  və  bioloji  fəallığına  görə,  supereko- 
toksikat  adlanan  dioksinlər  xüsusilə  təhlükəlidir.  Dioksinlər 
maddələr  qrupu  olub  özündə  dibenzo-l,4-dioksini  (PXDD), 
dibenzofuranı (PXDF) və bioıenilini (PXBF) birləşdirir. Bu qrupa 
yüzlərlə xlor-, brom- və xlorbromarqanik daxildir. Dioksinlər bir 
çox  texnoloji  poseslərdə  -  sellöloz-kağız,  metallurgiya  və  digər 
istehsal 
sahələrindən 
başlayaraq 
axar 
sulann 
bioloji 
təmizlənməsinə  və  içməli  suyun  xlorlaşmasma,  tullantılann 
yandıniması,  mühərriklərdə  yanacağm  yanmasına  qədərki 
prsoeslərdə əmələ gəlir. 
Bu maddələr öz zəhərliyinə görə ağır metallar birləşməsini, 
xlorüzvi pestisidləri (DDT, heksaxloran və s.) kanserogenliy- inə 
görə isə aromatik benprigen karbohidrogenləri ötüb keçir. 
Dioksinlər  orqanizmdə  toplanma  qabiliyyətinə  malikdir, 
nəticədə  bu  ağır  xəstəliklərə,  kəskin  və  xronİk  zəhərlənmələrə 
səbəb  olur,  dərinin  korlanmasına,  selikli  qişanın  pozulmasına, 
qaranlıqda  dölün  inkişafında  pozuntulara,  qara  ciyərin 
dağılmasına,  bəd  şişin  əmələ  gəlmələrinə  gətirib  çıxanr.  Onlar 
həmçinin  immunodermatik  səbəbkarı  da  ola  bilərlər,  bu  mənada 
bəzən SPİD törədicisilə müqayisə edilir. 
«Ekoloji tələlər» siyahısını nitrat və nitritlərlə artırmaq olar. 
Nitratlar  azot  turşusunun  duzları  olub,  gübrə  kimi  kənd 
təsərrüfatında tətbiq edilir. Azot gübrəsi kimi natrium (Na- 
NO2), 
kalium 
KNO2), 
amonium 
(NH4NO3) 
və  bəzi  şora  növləri  istifadə 
edilə bilər. 
65 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə