Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

nır.  Reflektor  qövsü  reseptorlardan,  hissiyyatlı  əsəb  telindən, 
assosiativ  əsəb  hüceyrəsi  qrupunun  əsəb  mərkəzindən,  hərəkət 
edən (mərkəzəqaçan) əsəb telindən ibarətdir. 
İki  cür  refleks  fərqləndirilir:  somatik  (skelet  əzələlərinin 
hərəkətini təmin edən) və vegetativ (daxili orqanların funksiyasını 
və  damarların  qanununu  tənzimləyən).  Daha  sadə  olan  reflektor 
qövsü (ikineyronlu) hissiyyat və hərəkət neyronla- nndan ibarətdir 
ki,  onların  da  arasında  bu  neyron-sinans  (diz  refleksinin  qövsü) 
yerləşir.  Reflektor  qövslərinin  əksəriyyəti  özünə  iki  deyil,  daha 
çox neyronları daxil edir: hissiyyat, bir və bir neçə əlavə edilmiş 
hərəkət  neyronları.  Əlavə  edilmiş  neyronlar  vasitəsilə  yuxarıda 
yerləşən  MƏS  şöbələrilə  əlaqə  həyata  keçirilir  və  ahnan 
həyəcanlanmaya  qarşı  icraedici  orqanın  adekvat  cavabına  dair 
informasiya verilir. 
Reflektor  reaksiyası  üçün  həyəcanlanma  ilə  yanaşı  ləngimə 
də böyük əhəmiyyət kəsb edir. Bu əsəb prosesi  həyəcanlanmaya 
qarşı  cavabın  ləngiməsindən  və  ya  da  MƏS-də  baş  verən 
həyəcanlanmanın  zəifləməsindən  ibarətdir.  Həyəcanlanma  və 
ləngimə arasındakı qarşılıqlı əlaqə bütün orqanlann və bütövlükdə 
orqanizmlərin razılaşdırılmış işini təmin edir. 
Reflektor  fəaliyyəti  haqqında  ilk  fikirlərini  1863-cü  üdə 
İ.M.Seçenov  «Baş  beynin  refleksləri»  kitabında  söyləmişdir.  O, 
şərti  reflekslərin  təcrübi  metodlarını  yaratmış  və  reflekslərin  ali 
əsəb fəaliyyətinin əsası olduğunu təyin etmişdir. 
Ali  əsəb  fəaliyyəti  adı  altında  heyvan  və  insanların  mühit 
şəraitinə  uyğunlaşmasını  daha  çox  təmin  edən  mərkəzi  sinir 
sistemi ali şöbələrinin fəaliyyəti başa düşülür. 
Reflekslər  iki  qrupa  bölünür:  şərtsiz  və  şərti  reflekslər. 
Şərtsiz reflekslər irsən keçir, daimi reflektor qövslərinə malikdir. 
Fərdi  şərti  reflekslər  bütün  həyat  boyu  orqanizmlər  tərəfindən 
qazanılır,  hazır  reflektor  formasını  yaradır.  Reflektor  növlərinə 
malik  deyillər,  müəyyən  şərtlərdə  formalaşır,  daimi  deyillər 
(əmələ  gələ  və  itə  bilərlər),  orqanizmin  qəbul  etdiyi  hər  bir 
həyəcana  tətbiq  edilir,  baş  beynin  ali  şöbələrinin  fəaliyyəti 
hesabına şərtsiz reflektor bazasında formalaşır. 
Şərti refleksin reflektor qövsü aşağıdakı şöbələrə malikdir: 
87 


reseptor  -  şərti  həyəcana  reaksiya  verir;  hissedici  qüvvə  və  ona 
uyğun  olan  qabıqaltı  əmələ  gəlmələrin  yüksələn  yolu;  şərti 
həyəcam qəbul edən qabıq sahəsi; şərtsiz refleksin mərkəzilə bağh 
olan qabıq sahəsi; şərtsiz refleks mərkəzi; hərəkətedici qüvvə, işçi 
orqan. 
Şərti  reflekslərin  əmələ  gəlməsi  üçün  zaman  daxilində  iki 
qıcıqlandırıcının  növbələşməsi  vacibdir  -  verilən  fəaliyyət  üçün 
etinasız  şərtli  qıcıqlandırıcı  (işıq,  səs  və  s.  məsələn,  qida  həzmi 
üçün) və şərtsiz müəyyən refleks törədən qıcıqlandırıcı (qida və s.). 
Şərti siqnal şərtsizdən qabaq  gəlməlidir. Şərti siqnabn şərt- sizlə 
möhkəmləndirilməsi bir neçə dəfə olmahdır. Şərti qıcıqlandırılma 
zamam  qabaqda  həyəcanlanma  mənbəyi  əmələ  gəlir.  Şərtsiz 
həyəcanlandırıcımn sonrakı təsiri qabıqda həyəcanlanmanın ikinci 
mənbəyinin əmələ gəlməsi ilə müşayiət olunur. Onların arasında 
müvəqqəti əlaqə (Pavlova görə qapanma baş verir) yaranır. Şərti və 
şərtsiz qıcıqlandırıcıların bir neçə dəfə uyğunluğundan sonra əlaqə 
daha möhkəm olur. Bundan sonra şərti qıcıqlandırıcının bir dəfə 
olması  refleksin  əmələ  gəlməsinə  kifayət  edir.  Artıq  sübut 
edilmişdir  ki,  əmələ  gəlmiş  şərti  reflekslər  əsasında  yeni  şərti 
reflekslər yarana bilər. Orqanizmin bütün həyatı boyu yaranan şərti 
reflekslərin  saysız  çoxluğu  onun  davranışının  əsasını  təşkil  edir. 
Şərti  reflekslər  nəinki  işlənib  hazırlanır,  eyni  zamanda  itir  və  ya 
zəifləyir,  bunun  səbəbi  ləngimə  nəticəsində  yaşama  şəraitinin 
dəyişməsidir.  t.P.Pavlov  şərti  reflekslərin  də  iki  ləngimə  növünü 
fərqləndirirdi:  şərtsiz  (xarici)  və  şərti  (daxili).  Şərtsiz  (xarici) 
ləngimə  qüvvətli  gücə  malik  yeni  qıcıqlandırıcımn  təsiri 
nəticəsində  əmələ  gəlir.  Bu  zaman  baş  beyin  qabığında  yeni 
həyəcanlanma  mənbəyi  meydana  çıxır.  Məsələn,  insanda  kəskin 
diş ağrısı zamanı yaralanmış barmağın ağrısı dayanır. Şərti (daxili) 
ləngimə  şərti  refleks  qanunauyğunluğuna  uyğun  olaraq  inkişaf 
edir,  əgər  şərti  qıcıqlandırıcının  təsiri  şərtsiz  qıcıq-  landırıcının 
təsirilə  möhkəmlənmirsə,  onda  ləngimə  sayəsində  qabıqda 
lazımsız olan müvəqqəti əlaqə itir. 
Beləliklə,  qabıqda  həyəcanlanma  və  ləngimənin  mürəkkəb 
qarşılıqh təsir prosesi baş verir. Bu zaman qabıq ayrı-ayrı 
88 


həyəcanlanmanı  fərqləndirmək və ayırmaq qabiliyyətinə  (analiz) 
malikdir; bununla yanaşı, o, həyəcanlanmanın ümumiləşdirmək və 
birləşdirmək (sintez) qabiliyyətini göstərir. 
Hər hansı bir heyvamn davranışı insan davranışından asandır. 
İnsanın ali əsəb fəaliyyətinin xüsusiyyətləri yüksək inkişaf etmiş 
psixi fəaliyyətindən, şüurdan, nitqdən, mücərrəd məntiqi təfəkkürə 
qabil olmasından ibarətdir. İnsamn ali əsəb fəaliyyəti tarixən əmək 
fəaliyyəti və ünsiyyət vacibliyi gedişində formalaşmışdır. İnsan və 
heyvanların ali əsəb fəaliyyətinin xüsusiyyətlərinə istinad edərək, 
l.P.Pavlov  birinci  və  ikinci  siqnal  sistenü  haqqında  təlim 
işləmişdir. 
Heyvan  və  insanlar  xarici  aləmdən  siqnalları  hissiyyat 
orqanları  vasitəsilə  alır.  Ətraf  aləmin  dərki,  analiz  və  sintezlə 
bilavasitə əlaqəli olan siqnallar, görmə, eşitmə, iybilmə və digər 
reseptorlardan keçən siqnallar birinci siqnal sistemini təşkil edir. 
Bu sistemin fəaliyyəti həmçinin şərti reflekslərdə təzahür edir. 
Şərti  reflekslər  baş  beyin  qabığı  toxumalarının  funksiya 
göstərməsi  nəticəsində  əmələ  gəlir,  ikinci  siqnal  sistemi  insanda 
nitqin təzahürü ilə əlaqədar meydana çıxmış və inkişaf etmişdir. 
İkinci  siqnal  sistemi  insamn  ali  sinir  sisteminin  spesifik 
xüsusiyyətlərilə  -  eşidilən  və  ya  görülən  (oxu  zamam)  sözlərlə 
şərtlənmişdir.  Sözün  siqnal  əhəmiyyəti  sadə  səsyoğunluğu  ilə 
deyil, onun məna məzmunu ilə əlaqədardır. 
İnsanda birinci və ikinci siqnal sistemi sıx qarşıhqlı təsir və 
əlaqədədir.  Belə  ki,  birinci  siqnal  sisteminin  konkret  siqnallarla 
həyəcanlanması ikinci siqnal sisteminə ötürülür. 
İkinci siqnal sisteminin ilkin əlaqələri uşaqda onun həyatmın 
birinci ilinin 2-ci yarısında meydana çıxu-. İkinci siqnal sisteminin 
danışıq  refleksləri  alın  sahəsi  neyronlarmm  və  böyük  beyin 
yarımkürələri  qabığının  nitq  hərəkətverici  mərkəzi  sahəsinin 
fəallığı sayəsində formalaşır. 
89 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə