Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

başa düşmək deməkdir. Yorğunluq bir sıra fizioloji funksiyaların 
pozulmasına səbəb olur: ağ ciyər tənəffüsü artır, ürək döyüntüləri 
çoxalır,  onların  effektliliyi  və  qənaətliyi  aşağı  düşür,  oksigen 
çatışmazlığı meydana çıxır, qara ciyərin funksional aktivliyi artır, 
mineral duzlara və vitaminlərə tələbat yüksəlir. Yorğunluq - insan 
fəaliyyətinin  hər  bir  növündən  sonra  qanunauyğun  hadisədir, 
ondan  qaçmaq  mümkün  deyil,  ancaq  həddindən  artıq 
yorğunluqdan çəkinmək lazımdır. İstirahət etməyi bacarmaq, ona 
diqqət vermək hər bir şəhər sakini üçün əhəmiyyət kəsb edir; çünki 
o,  insan  sağlamhğma  və  həyatının  davamh  olmasına  böyük  təsir 
göstərir. İstirahət etməyi bacarmayan, işləməyi də bacarmır. Fiziki 
ağırlıqdan  sonra  istirahətin  əhəmiyyətli  anı  iş  zamanı  oksigen 
çatışmazlığından  azad  olmaq  və  orqanizmdən  maddələr 
mübadiləsi məhsullarını çıxartmaqdadır. 
Yorğunluğun profilaktikası ətraf mühitdə olan fiziki, kimyəvi 
və  psixoloji  xarakterli  ziyanlı  amillərin  təsirini  dəf  etmək  və  ya 
kənar  etməkdir.  İlk  növbədə,  səs-küyün  səviyyəsini,  optik 
qıcıqlandırıcıları,  tozluluğu  və  s.  amilləri  aşağı  salmaq  lazımdır. 
Burada  əməyin  və  istirahətin  düzgün  təşkili  böyük  rol  oynayır; 
nahar  üçün  bir  saatlıq  tənəffüs,  eləcə  də  dəyərli  istirahət  günü 
mühüm əhəmiyyət kəsb edir. Yadda saxlamaq lazımdır ki, ayda bir 
neçə istirahət günü və ya rüb ərzində həftəlik məzuniyyət saxlamaq 
böyük əhəmiyyətə malikdir. 
Yorğunluğun  profilaktikasında  mühüm  amil  rasional 
qidalanmadır:  orqanizmə  zülallann,  karbohidratlann,  yağlann, 
eləcə  də  amin  turşuları,  vitamin  və  mineral  duzlann  lazuni 
miqdarda daxil olması vacibdir. 
Tam  dinclik  şəraitində  passiv  istirahəti  və  fəal,  müxtəlif 
fəaliyyət 
növlərinin 
növbələnməsindən 
ibarət 
istirahəti 
fərqləndirmək  lazımdır.  Təcrübi  surətdə  müəyyən  edilmişdir  ki, 
statik və dinamik işdən sonra bərpa prosesi daha effektlidir. Fəal 
istirahətin  üsullanndan  biri  müntəzəm  idman  məşğələsidir. 
Statistikaya  görə,  əqli  əmək  adamları  -  əhəmiyyətli  psi- 
xikoemosional  gərginliyə  məruz  qalanlar  fiziki  əməklə  məşğul 
olanlara nisbətən infarkt miokarddan 2-3 dəfə artıq ölürlər. 
93 


Əqli əmək işçiləri - müntəzəm fiziki ağırlığa məruz olanlar oturaq 
həyat tərzi keçirənlərə nisbətən 12 il çox yaşayır. 
Fiziki və psixi gərginliyin artması yuxu və istirahətin davam 
etdirilməsinin artınimasım tələb edir. Lakin şəhər sakinləri asudə 
vaxtlarını bəzən qeyri-rasional istifadə edirlər. Bütün gecə ərzində 
yuxumuzu  təmin  etmək  üçün  biz  yuxu  dərmanları  qəbul  edir, 
gündüz  isə  yorğunluğumuzu  və  yuxumuzu  psixostimulyatorların 
köməyilə  yox  etmək  istəyirik.  Eti-  nasızhq,  müasir  insanın  hətta 
minimal  rahatsızhğı  belə  sınamaq  istəməməsi,  şəhər  həyatının 
artan  tələbatından  qaçmaq  cəhdi  farmakoloji  preparatlardan 
istifadəyə  səbəb  olur.  Məsələn,  Fransada  dərman  preparatların 
gündəlik  istifadəsi  400  t-a  çatır  ki,  bu  da  hər  bir  sakinə  10  q 
düşdüyünü göstərir. Belə vasitələrin qəbulu daha kəskin hal alaraq, 
əvvəllər  məlum  olmayan  xəstəliklərin  əmələ  gəlməsinə,  məlum 
olanların isə klinik vəziyyətinin dəyişilməsinə gətirib çıxarır. Digər 
tərəfdən,  iri  şəhərlərdə  bir  bioloji  cinsin-insanın  iri  qruplaşması 
yüksək qlobal hərəkətliliyə malik epidemiyaların bütün Yer kürəsi 
üzrə yayılmasına səbəb ola bilər. Buna misal olaraq, SPİD virusunu 
göstərmək olar. 
Urbanlaşma mühitində nəinki fiziki və psixi sağlamlıq, eyni 
zamanda,  mənəviyyat  insanların  əxlaqı,  bir  sözlə,  insanın  özünü 
təcəssüm etdirən hər şey zərər çəkir. Heyvanlar üzərində aparılan 
təcrübələr  göstərir  ki,  böyük  şəhər  məişətini  fərqləndirən  mənfi 
amillər  nevroz  və  təcavüzə  gətirib  çıxarır.  Təbiətdəki  qüvvətli 
səslər təhlükənin siqnallan olaraq, orqanizmin həyəcan səviyyəsini 
qaldırır.  Darıxma,  həmçinin  təcrid  olma  psixi  diskomfort  əmələ 
gətirir.  Cəmiyyətin  özündə  darıxdırıcı-  lıq  urbaniləşmə  üçün 
xarakterikdir və bütün canlılara xasdır, məhz bunun nəticəsində də 
fərdin təcrid olması getdikcə artır, şəhərin əksər sakinində boşluq 
və tənhahq hissiyyatı özünü büruzə verir. 
Tənhalıq hissi memar və inşaatçılarm biganəliyi ilə daha da 
dərinləşir. İndi müasir şəhərlər planlaşdınlır və tikilir, köhnələri isə 
ilk növbədə, insanlar üçün deyil, onlann avtomobüləri üçün bərpa 
edilir. İndiki şəhərlərdə sahələrin yansmdan çoxunu küçə 
94 


hərəkətinin  mürəkkəb  sistemi  və  texniki  xidmət  tutur.  İnsanın 
həyat məkanı avtomobilizmə və sənaye istehsalına qurban verilir. 
Köhnə, ancaq əksər hallarda yaxşı fəaliyyət göstərən şəhər həyatı 
pozulur,  memarlıq  dəyərləri  məhv  edilir,  bununla  da  sayı  artan 
avtomaşınlara geniş meydan açılır. 
Şəhər  daxilində  məsafələr  elə  ölçüyə  çatır  ki,  onu  ancaq 
nəqliyyat  vasitələrindən  istifadə  etməklə  qət  etmək  olar.  Yeni 
tikintilər,  geniş  magistrallar  arasında  insan  özünü  sıxılmış  hiss 
edir,  belə  ki,  o,  ətrafı  baxışlan  ilə  qavraya  bilmir,  gözlə  görünə 
bilən və üfuqi məkan isə ətraf mühitin qavranılmasında müəyyən 
rol oynayır. Şəhər nə qədər böyük və onun binalan nə qədər çox 
olarsa, insan özünü nəhəng miqyasda alçaldılmış hiss edir. İnsan 
ölçüsündən enerji çıxan hər şey: səs-küy, çirklənmə, dövlətlilik və 
kasıblıq  arasındakı  kontrast,  danxdıncılıq  və  tənhalıq  -  bütün 
bunlar  psixikaya  təsir  edir,  insan  daxilində  nifaq  yaradır.  Bəzi 
sosioloqların fikrincə, müasir böyük şəhərdə həyat dəlilik həddinə 
yaxınlaşmışdır.  Radikal  bədbəxtlik  əlamətləri  artmağa  başlayır, 
buna geniş yayılımş inertlik unut- qanhq arzusu, narkotik maddələr 
və  spirth  içkilər  vasitəsilə  həqiqətdən  uzaqlaşmaq,  daima  artan 
cinayətkarhq və s. daxildir. 
Bütün  yüksək  urbaniləşmiş  ölkələrdə  psixi  xəstəliklərin 
artımı qeyd edilir. Müasir şəhər əhalisinin «psixi sağlamlıq» kimi 
pozuqluq təzahürünün amili alkoqoüzm və narkomanlıqdır, bunun 
nəticəsində  isə  əsəb-psixi  xəstəliklərin  kəskin  artımı, 
cinayətkarlığın  çoxalması,  intiharların  sayımn  yüksəlməsi 
meydana çıxır. Narkomaniyanın faizi gənclər arasında yüksəkdir, 
bunu 
isə 
somatik 
və 
psixi 
akseleroid 
arasındakı 
qeyri-mütənasibliklə izah edirlər. 
Urbaniləşmə,  sənayeləşmə  və  şəhərlərin  mərkəzi  ilə 
şəhərətrafı  infrastruktur  sahələri  arasında  qarşılıqlı  əlaqələrin 
güclənməsi  prosesi  zamanı  anoloji  olaraq  əhalinin  sosial 
əlaqələrinə diqqətin azalmasına şərait yaranmaqla, cinayətkarlığın, 
xüsusilə  də  həddi-buluğa  çatmayanların  cinayətə  sövq  halları 
müşahidə edilir. 
Psixi pozğunluq və cinayətlərin sayı böyük şəhərlərin əhalisi 
sıx olan rayonlarında daha yüksək səviyyəyə çatır. Əhali 
95 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə