Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

qml  balıq  və  qızılala  əziyyət  çəkir.  Yeni  körpələrin  şəraiti 
pozulmuş  su  hövzələrinə  buraxılması  belə  meydana  çıxan 
problemləri həll etmir. Məsələn,  İsveçrədə pH-ı aşağı olan  yağış 
balıq  populyasiyalarmı  tamamilə  məhv  etmişdir.  Eyni  hal 
Norveçdə də müşahidə edilmişdir. Turşulu yağışlar sayəsində neçə 
ildir  ki,  cənubi  Norveçin  göl  və  çayları  öz  bahq  ehtiyatım 
itirmişdir; Kanada əyaləti Ontarioda 48000 göl təhlükə qarşısında 
qalmışdır. Belə tale Afrikanın yüzlərlə gölünü gözləyir. 
İsveçrə hökuməti  bu vəziyyətdən çıxış  yolu  taparaq, kömür 
və  neftin  yandırılmasını  məhdudlaşdınmşdır.  Orada  tərkibində 
kükürd olmayan yanacaq işlədilir. 
Afinada  Akropol  antik  tikintiləri  1960-1980-cı  illərdə 
havanın çirklənməsindən daha çox zərər çəkmişdir. Bunun səbəbi 
Pireydə  sement  zavodlarımn  havaya  buraxdığı  SOz-dir. 
Yunanıstan  hökuməti  Akropolu  ətraf  mühitin  çirklənməsindən 
qorumaq üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırmışdır. 
Belə  ki,  şəhər  qaz  stansiyasının,  şəhər  mərkəzindən  isə 
elektrostansiyasımn kənara çıxarılması qərara alınmışdır. Akropol 
yaxınlığından  keçən  avtobus  xətlərinin  istifadəsi  qadağan 
edilmişdir. 
Şimal-Şərqi  Bavariyanın  xəstəxanaları  1980-1985-ci  illər 
ərzində nəfəs yollarının (öskürək, bronxit, astma, yalançı boğulma, 
zökəm), eləcə də konyuktivit və baş ağrısı xəstəhklə- rilə havada 
kükürd qazı konsenstrasiyasının artması arasında paralelliyi qeyd 
etmişlər. Kükürd qazı balaca uşaqların nəfəs yollarında «abstruktiv 
bronxit» adlanan  ağır xəstəliyə səbəb ola bilər.  Bir sıra tədbirlər 
sayəsində  məişət  və  sənayenin  işlənilmiş  qazlarında  S02-nin 
miqdanmn  aşağı  salınması  əvvəllər  təhlükə  yaradan  London 
boğanağının qarşısını almışdır. 
3.9.
 
Ekoloji patologiya 
Vaxtilə  J.B.Lamark  qəmginliklə  belə  söyləmişdir:  «Belə 
demək  mümkünsə,  insanın  təyinatı  öz  nəslini  məhv  etmək,  ilk 
əvvəl  isə  Yer  kürəsini  yaşamaq  üçün  əlverişsiz  vəziyyətə 
salmaqdır». 
Ətraf mühitin çirkləndiricilərinin bioloji effekti artıq mə 
78 


lumdur; toksiki, teratogen, onkogen və mutagen. Aşağıda onların 
səviyyəsi verilir. 
Çirkləndiricilərin  toksiki  təsiri  -  zəhərlənməyə  səbəb  olur, 
toksikologiyada belə maddə zəhər kimi nəzərdən keçirilir. Zəhər - 
yadcinsli  kimyəvi  birləşmələr  (ksenobiotiklər)  olub,  orqanizmə 
daxil olarkən onlar müxtəlif yollarla (tənəffüs yoÜan, dəri örtüyü, 
həzmedici  trakt)  az  miqdarda  orqanizmin  mühüm  həyati 
strukturlan ilə qarşıhqlı əlaqəyə girmək qabiliyyətinə malikdir və 
onun həyat fəaliyyətini pozaraq, xəstəlik vəziyyəti yaradır, bəzən 
insanı  öldürür.  Orqanizmin  və  zəhərin  qarşılıqh  təsirini  öyrənən 
elm toksikologiya adlanır. 
Çirkləndiricilərin  teratogen  təsiri.  Onlar  insan  orqanizminə 
daxili  bətn  inkişafı  mərhələsində  təsir  edərək,  eybəcərliklərə 
(məsələn, nahiyələrin, damağın defekti) gətirib çıxarır. 
Çirkləndiricilərin  onkogen  təsiri  -  orqanizmdə  bəd  şişlərin 
əmələ gəlməsinə səbəb olan hərəkətdir. 
Çirkləndiricilərin  mutagen  təsiri  -  orqanizmdə  mutasiyah 
dəyişikliklərə  səbəb  olur.  Kimya  və  radiasiya  mutagenezləri 
məlumdur. 
Kimyəvi  mutagenez  -  mutasiyaların  əmələ  gəlmə  hadisəsi, 
yəni  kimyəvi  pollütantlarm  təsiri  altında  DNT  molekulları 
strukturunun dəyişilməsidir. 
Radiasiya  mutagenezi  -  radioaktiv  maddələrin  təsiri 
nəticəsində mutasiyaların təzahür hadisəsidir. 
Yaşama mühitində hər şeydən əvvəl, «pollütantlar kokteyli» 
əmələ  gətirir,  onların  kombinasiyah  təsiri  sinergikli,  additivli, 
antoqonistli (qoruyucu) ola bilər. 
PoUütantlərin  sinergikli  təsiri  -  birgə  təsir  olub,  zərərli 
effektin  əhəmiyyətli  dərəcədə  gücləndirilməsinə  gətirib  çıxarır. 
«Pollütantlar kokteyli» antropogen çirkləndiricilərdə geniş təmsil 
olunaraq,  sinergid  təsir  hesabına  ağlagəlməz  effektə  malik  ola 
bilər. 
PoUütantlərin  zərərli  təsirinə  qarşı  mübarizə  məqsədilə 
müxtəlif tədbirlər mövcuddur. Bu məqsədlə aşağıda verilən elmi 
istiqamətlər təklif edilmişdir: 
1) ekoqioksikologiya ~ toksikologiyamn şöbəsi olub ətraf 
79 


mühitdə  zərərli  maddələrin  inqridiyent  tərkibinin  yayılma 
xüsusiyyətlərini, bioloji təsirini, aktivliyini, dezaktivliyini öyrənir. 
2)
 
tibbi-genetik  məsləhətlər 
-  sağlam  nəslin  doğulması 
məqsədilə  ekotoksikantların  insanın  genetik  aparatma  təsirinin 
xarakterini  və  nəticəsini  aydınlaşdırmaq  üçün  ixtisaslaşmış  tibb 
müəssisələrində məsləhətlərdir. 
3)
 
skrininq 
-  mühit  amillərinin  (istehsalat,  məişət,  insamn 
əhatə edən təbii mühit) mutagenliyə və konsentrogentli seçilmə və 
yoxlanışıdır. 
4)
 
zərərli  maddələrin  mühitdə  gigiyenik  normaya  salınması 
(normallaşdırma) 
yəni  sanitar-gigiyenik  normativlərinin  müəyyən 
edilməsi  -  HYK-nin  havada,  suda,  torpaqda,  eləcə  də  bitkilərdə, 
qida məhsullarında, materiallarda miqdarıdır. 
Həddi  yol  verilən  konsentrasiya  (HYK)  -  mühitdə  zərərli 
maddələrin miqdarı olub, praktiki olaraq insanın sağlamlığına təsir 
etmir, onun nəslində əlverişsiz nəticələrə səbəb olmur. 
Yuxarıda  deyilənləri  nəzərə  ahb,  ekoloji  patologiyam  insan 
xəstəliyi haqqında təlim hesab etmək olar. Bu xəstəliklərin əmələ 
gəlməsi  və  inkişafında  mühitin  əlverişsiz  amilləri  aparıcı  rol 
oynayır. 
Mühitin  insan  orqanizmi  və  onun  sistemlərinə  zərər  vuran 
amilləri 7-ci cədvəldə verilir. 
3.10.
 
Ekoloji qaçqınlar 
Regional  ekoloji  problemlərin təzahürünün kəskinliyi  təbii şərait 
göstəricilərinin  dəyişilməsi  ilə  müəyyən  edilir.  Bunlar:  a) 
sanitar-gigiyena  vəziyyətinə  təsir  edir;  b)  təbii  ehtiyatlarm 
tükənməsinə gətirib çıxarır; c) təbii landşaftlan pozur və görkəmini 
dəyişir.  Bu  zaman  atmosferin  çikrlənməsi,  sularm  tükənməsi  və 
çirklənməsi,  meşələrin  və  təbii  yem  sahələrinin  zəifləməsi,  balıq 
ehtiyatımn  azalması,  torpaqlarm  eroziyası,  dağ-mədən  işlərilə 
əlaqədar  torpaqlann  kompleks  pozulması,  landşaftm  rekreasiya 
keyfiyyətinin  aşağı  düşməsi  və  itkisi,  xüsusi  qorunan  ərazi 
rejiminin pozulması nəzərə ahnırdı. 
80 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə