Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   2   3   4   5   6   7   8   9   10   ...   65

hüceyrələrdə  kəskin  dəyişikliklər  baş  verir,  bədxassəli  şişlər  və 
leykozlar, şüa xəstəliyi inkişaf edir. 
İnsanın  həyat  tərzi  tarixi  zaman,  sivilizasiyanm  inkişaf 
səviyyəsi, 
mədəniyyətin 
xüsusiyyətləri, 
həmçinin 
şəxsi 
keyfiyyətlər,  xarakter  və  iradə  ilə  müəyyən  olunur.  Həyat  tərzi 
əmək, nitq mədəniyyəti, qidalanmanın xüsusiyyəti və insanın həyat 
fəaliyyətinin  digər  cəhətlərini  əhatə  edir.  Hər  tarixi  dövrün 
özünəməxsus həyat tərzi mövcud olmuşdur. Müasir insanın həyat 
tərzi  öz  qədim  əcdadlarından  kəskin  şəkildə  fərqli  cəhətlərə 
malikdir. Səmərəli qida və fəal hərəkət tərzi insamn yalnız cismani 
sağlamlığını  deyil,  eyni  zamanda  onun  ruhi  rahatlığım,  xoş 
emosional  halını  da  müəyyənləşdirir.  Sağlam  həyat  tərzindən 
kənara  çıxmaq  sağlamhq  üçün  çox  təhlükəlidir.  Çünki  bu 
kökəlməyə,  hipodinamiyaya,  ürək  və  qan  damar  sistemi 
xəstəliklərinin inkişafına gətirib çıxanr. 
Minilliklər ərzində cəmiyyətin ən möhkəm zəmini kimi kiçik 
sosial alətlər qorunub saxlanmışdır. Çünki onun köməyi ilə xalqın 
mədəniyyətini,  müəyyən  qanunlannı  nəsildən-nəslə  ötürmək  və 
mühafizə  etmək  mümkün  olmuşdur.  Sağlam  həyat  tərzi  hər  bır 
cəmiyyətin  bacarıqla  idarə  olunması  ilə  əlaqədardır.  Əmək 
fəaliyyəti yalnız insana məxsusdur və onun köməyilə insan əhatə 
olunduğu  ətraf  mühiti  dəyişir.  Əməyin  özü,  onun  inkişafı  və 
təkmilləşdirilməsi  insana  hərtərəfli  təsir  göstərmişdir.  Belə  ki, 
onun  bütün  orqan  sistemləri  dinamik  və  statistik  xarakter  daşıya 
bilən  əmək  fəaliyyətinə  cəlb  olunmuşdur.  Bütün  əmək  növləri 
səmərəli təşkil və mexanizmlərin optimal təmin olunmasım tələb 
edir. 
İnsamn fiziki, psixi və mənfi sağlamhğı çox mühüm şəxsi və 
ictimai  sərvət  olub  irsiyyət,  ətraf  mühit,  həyat  tərzi  və  səhiyyə 
qanunları ilə xarakterizə olunur. XX əsrin sonu və XXI əsrə keçid 
dövrü təbii mühitin öz xassəsini itirməsi, landşaftların korlanması, 
hava, su və torpağın çirklənməsi, yad cisimcik- lərin ətraf mühitdə 
toplanıb  dövran  etməsi  ilə  daha  səciyyəvidir.  Qeyd  olunan 
göstəricilər insan da daxil olmaqla, bütün canlılara qarşı sinergetik 
effektlə təsir göstərir. 
İnsamn həyat tərzi daim dəyişkənliyə məruz qahr. Tə 
23 


kamülün  ilkin  inkişaf  dövründə  insan  orqanizminin  həyatını  ağır 
fiziki  əmək  və  ciddi  maddi  mənəvi  ehtiyaclar  formalaşdırmışdır. 
Hazırda insan həyatında əks xarakterli amillər - kifayət qədər əzələ 
və  fiziki  hərəkət  fəallığının  olmaması,  keyfiyyətsiz  qidalanma, 
psixoemosional təzyiq, hava çox mühüm rol oynayır. Bizim sinir 
sistemimiz  daim  güclənən  müsbət  və  mənfi,  həmçinin  oyanmış 
emosiyalann  təzyiqinə  məruz  qalır.  Həyatın  ümumi  axarı  kimi 
tərəqqipərvərlik,  inkişaf  sürəti  daim  yüksəlir,  ümumi  biliklərin, 
texnikamn mənimsənilməsi möhkəmlənir, köhnələn bir sıra peşələr 
yeniləri  ilə  əvəz  olunaraq  elmin,  mədəniyyətin  inkişafına  təkan 
verir. Bütün bunlar insanın daxili ehtiyatlanna, onun fiziki və psixi 
sferasına  yüksək  tələbkarlıqla  yanaşır.  Məhz  belə  olan  surətdə 
insan  öz  həyat  tərzini  təşkil  etməyi,  sağlam  və  xoşbəxt  olmağı 
öyrənməli, eyni zamanda bunu bacarmağa qadir olmalıdır. Çünki 
Yer  üzünün  «əşrəfi»  adlandırdığımız  insan  bütün  bunlara  tam 
layiqdir. 
İnsanın  əmin-amanlığı  planetin  bioloji  müxtəlifliyindən  ası- 
hdu*. Bizim fəaliyyətimizin müxtəlif cəhətləri biosferin müxtəlif 
növlərinin bilavasitə və ya dolayı yolla məhvinə səbəb olur. Bioloji 
müxtəlifliyin itirilməsi bizi ekoloji fəlakət qarşısında qoymuşdur. 
Hər bir insan müxtəlif varhqlann yaşayış şəraitinin qorunması ilə 
bağlı  fəaliyyəti  öz  qarşısmda  vacib  bir  məqsəd  kimi  qoymalı  və 
bunun icrasına hökmən nail olmahdır. 
Biolooji təkamül canlı maddənin xüsusi xassəsidir. Biosferin 
canlı  maddəsini  təşkil  edən  canlı  orqanizmlər  dəyişkənliyə  və 
irsiyyətə  malikdirlər.  Məhz  bunun  sayəsində  təbii  seçmə  canh 
varlıqlar  mühitinə  daha  çox  uyğunlaşanların  yaşaması  və 
çoxalması,  az  uyğunlaşanların  isə  məhv  olmasına  səbəb  olur. 
Biosfer  Yer  təbəqəsinin  bir  hissəsi  olub  tərkibi,  quruluşu  və 
energetikası ilə canh orqanizmlərin keçmiş və müasir fəaliyyəti ilə 
fərqlənir. Bioloji müxtəliflik biosferin dayanıqhğım və təkamülünü 
təmin  edir,  lakin  insanın  günahı  üzündən  o  çox  yüksək  sürətlə 
tükənməyə doğru meyl edir. 
Həyatın  maddi  enerji  prosesləri  planetin  simasını,  canh 
varlıqların,  o  cümlədən  insamn  fiziki  kimyəvi  mühitini  dəyişir. 
Bioloji müxtəlifliyin itirilməsi təhlükəsi elmi biliklər bazasımn 
24 


inkişafına, təbiətdən istifadənin səmərəliliyinin artmlmasma, onun 
saxlanması  və  qorunması  üçün  beynəlxalq  səylərin  artırılmasına 
maddi təminatı tələb edir. 
Beynəbcalq  birlik  bəşəriyyətin  sabit  inkişafım  təmin 
etməkdən  ötrü  səylərini  biosferin  bioloji  müxtəlifliyinin  qonm- 
ması  ətrafında  cəmləşdirməyə  nail  olmalıdır.  Bioloji  müxtəliflik 
haqqmda elmi biliklərin zənginləşdirilməsi, dağılmaqda olan təbii 
irsin  bərpası,  bioloji  müxtəlifliyin  qorunması  üsuUa-  rımn 
səmərəliliyinin artıniması bəşəriyyəti narahat edən problemlərdən 
ən vacib və zəruri bir məsələ olduğundan dayanmadan öz həllini 
gözləməkdə tam haqhdır. 
Həyatın  başlanğıc  sirri  hələ  açılmamışdır.  Bioloji  faktlar 
sübut edir ki,  həyat  yalnız həyat  vasitəsilə verilir. Həyatın Yerin 
cansız  maddəsindən  öz-özünə  törəməsi  haqda  dəlillər 
tapılmadığından onun sübutu da demək olar ki, yox dərəcəsindədir. 
Arxeogenez  həyatın  qədimdə  Yerin  geologiyay-  aqədərki 
dövrlərində bir anda yaranması, yaxud heterogenez həyatın hansısa 
qarışıq şəkildə yaranması sübuta yetirilməmişdir. Canlı maddə bu 
tsikldə 
onun 
qanunauyğun 
iştirakçısı, 
eyni 
zamanda 
təşəbbüskardır. Canh maddə, biosferin müəyyən Yerində energetik 
təkan verir, sonra bu maddə geoloji, tektonik, vulkanik, radioaktiv 
qüvvələrin təsiri altmda dəyişkənliyə məruz qalır. 
Biosfer qlobal ekosistemdir. Bizim planetimiz nadirdir, çünki 
orada həyat vardır. Həyat təkcə hava və su mühitində deyil. Yerin 
qabığında da geniş  şəkildə  yayılmışdır. Həyat  Yerdə milyonlarla 
növ,  milyardlarla  fərddən  ibarət  olan  canh  maddə  ilə  təmsil 
olunmuşdur. Canh maddə Yerin bütün bioloji müxtəlifliyi kosmik 
şüalardan  geomaqnit  sahə  və  ozon  ekra-  m  vasitəsilə  mühafizə 
olunur.  Həyatın  bütün  forma  və  təzahürləri  öz-özünə  mövcud 
deyildir,  onlar  mürəkkəb  qarşıhqh  təsirlər  vasitəsilə  vahid 
kompleks olan qlobal ekosistemdə - biosferdə birləşmişdir. 
Böyük  sistemləri  yaradan  qohum  növlərin  hər  bir  qrupu 
maddələr  dövranında  müəyyən  rol  oynayır,  yəni  üzvi  maddəni 
yaradır, çevirir, parçalayır. Beləliklə, biogen proseslər, yəni 
25 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə