Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   2   3   4   5   6   7   8   9   ...   65

həyəcanlan  ilə  onun  praktiki  tələblərinin  ödənilməsi,  sağlam- 
lığımn  qorunması  arasmda  əlaqənin  olduğu  müəyyən  edilir. 
Məlum olduğu kimi insan üçün ən çox sağlamhq  yaradan təsvir, 
sərin, sakit, zəif işıqh, xoş ətirli meşələr daha xarakterikdir. İnsan 
həmişə səslər dünyasmda  yaşasa da hər gün o,  yaradıcı əmək və 
istirahət  üçün  vacib  şərt  kimi  sakitliyə  üstünlük  verir,  çünki  bur 
amilin müalicəvi əhəmiyyəti artıq özünü doğrultmuşdur. 
İnsanın  sağlamlığı  estetik  görkəmindən  və  səs  rahatlığının 
səviyyəsindən asılı olan təbii landşaftın vəziyyətindən, onun gözəl 
və  ya  bərbad  görünüşündən  çox  asılıdır.  Bu  bağhhq  şəhər 
landşaftından  fərqli  olaraq,  təbiət  qoynunda  daha  cazibədar  və 
əhəmiyyətlidir.  Təbii  landşaft  insana  dərmansız  müalicəvi- 
profılaktik təsir imkanına malikdir. Yer kürəsinə məxsus proseslər, 
işıqlanma, temperatur, nəmlik, elektromaqnit sahəsinin gərginliyi 
təbii  mühitin  vəziyyətinin  göstəricisi  və  canlı  orqanizmlər  üçün 
«bioloji saat» rolunu oynayır. 
İnsan  orqanizmi  təbii  amillərin  müəyyən  intensivlik  və 
davamiyyətinə uyğunlaşmışdır. Belə təsirlərin çoxluğu və ya azlığı 
xəstəlik  yaradır. Bu isə insan adaptasiyasmm nisbiliyini  göstərir. 
İnsan da bütün canlı varlıqlar kimi Günəşdən asıbdır. Onun şüaları 
görmə analizatoru vasitəsilə insam istiqamətləndirir, mərkəzi sinir 
sisteminə təsir edir, böyük yarımkürələr qabığım fəallaşdırır. İşıq 
insan  orqanizmində  fotokimyəvi  proseslərə,  həyatın  sutkahq 
ritminə, maddələr mübadiləsinə və s. təsir göstərir. İstilik, nəmlik, 
işıq,  külək  müxtəlif  birləşmələr  əmələ  gətirir,  atmosferdə  iqlim 
yaradaraq hava amilləri vasitəsilə canh orqanizmlərə təsir göstərir. 
Təbii mühit ritmik şəkildə dəyişir, başqa canlı varlıqlar kimi 
insan  orqanizmi  də  bu  dəyişMyi  hiss  edir.  Sağlam  orqanizmin 
ümumi  vəziyyətinin  universal  göstəricisi  rolunu  sutkahq  ritm 
oynayır. 
Günəş  şüaları  və  digər  Yer  amilləri  vasitəsilə  yaranan  hava 
sağlamhq və xəstəlik amilidir. İnsan bütün canh varlıqlar kimi ətraf 
mühitin  istilik  dəyişkənliyinə  xüsusi  uyğunlaşaraq  orqanizmin 
vəziyyəti və funksiyasımn ritmik dəyişilməsi vasitəsilə 
20 


münasibət  göstərir.  Bu  baxımdan  mühitdə  yüksək,  orta  və  aşağı 
tezlikli ritmiər müəyyən edilmişdir. İrsiyyət, cinsiyyət, sağlamlığın 
vəziyyəti  təbii  amillərin  «optimal  zonasımn»  mövcudluğunu  və 
orqanizmlərin  abiotik  mühitə  adaptasiyasının  nisbi  xarakterini 
təsdiq edən adaptiv reaksiyamn xarakterini müəyyən edir. 
İnsan  növ  tərkibində  müxtəlif  xəstəlik  törədən  canlı 
orqanizmlərlə  zəngin  ekosistemlərlə  bağlıdır.  Təbii  mühit  isə 
məlum olduğu kimi, müxtəlif canlı varhqlarm toplusudur. Onların 
bir  qismi  ya  xəstəlik  törədiciləri,  ya  da  onu  yayanlardır.  Digər 
amillərlə  yanaşı  ətraf  mühitin,  su  və  qidamn  kimyəvi  tərkibi  də 
insamn sağlamlığma təsir edir. İnsan təbiətdə ən qüvvətli bir fərd 
kimi onu xəstəliklərdən qoruyan profilaktik tədbirləri hazırlamağa 
qadir  olmalı,  bu  tədbirləri  reallaşdınb  həyata  keçirməyi 
bacarmalıdır. 
Təkamül  prosesində  insanda  qravitasiyamn,  maqnit 
sahəsinin,  şüalanmamn,  iqlim  şəraiti  və  dəniz  səviyyəsindən 
hündürlüyün  müəyyən  şəraitinə  qarşı  uyğunlaşma  yaran-  ımşdır. 
Ekstremal  şəraitə  düşməklə  insan  ona  müəyyən  hədlər  daxilində 
uyğunlaşa bilər. Nisbətən adaptiv qanunauyğunluq həddində insan 
həyatda 
müəyyən 
dəyişkənlik 
şəraitinə 
uyğunlaşmaq 
zəruriyyətindədir. Çünki bütün canh varhqlar kinu insan üçün də 
müəyyən optimal şəraitə uyğunlaşma səciyyəvidir. 
İnsan bioloji və sosial varlıq olduğundan həyat şəraiti, sıxlıq, 
aclıq, təşviş və qorxu) dünya əhalisinin 1/4 hissəsinin çox ciddi və 
dözülməz əzablarınm əsas təzahürüdür. Özünün qısa tarixi dövrü 
ərzində  bəşəriyyət  köləlik,  təhkimçilik  hüququ,  dünya 
müharibələri dəhşətini yaşaimş, tənəzzülə uğrama- maqla, özünün 
ekstremal  şəraitə  yüksək  səviyyədə  uyğunlaşmasım  nümayiş 
etdirmişdir.  Belə  adaptasiyalar  çox  yüksək  qiymətləndirilə  bilər. 
Lakin  tarixi  faktlar  belə  bir  nəticə  çıxarmağa  imkan  yaradır  ki, 
orqanizm  stress  reaksiyamn  və  zədələnmələrin  qarşısım  alan 
kifayət qədər effektiv mexanizmə malikdir. 
İnsan - ən çətin və dəyişən təbii mühitə uyğunlaşan, tabe olan 
biososioloji varhqdır. Ekstremal vəziyyətlərin müxtəlif ol 
21 


masına  baxmayaraq  adaptik  proseslərin  inkişafı  ümumilik  təşkil 
etməsilə  səciyyəvidir.  Adaptasiya  tədrici  proses  olub,  təcüi 
mərhələdən  sabitliyə  doğru  həyata  keçir  və  öz  xarakterikliyini 
göstərir.  Sistemin  funksiyasımn  artırılması,  stress  hallan 
reaksiyaları nəticəsində adaptasiyalar zənciri birləşməyə qabildir. 
Qüvvətli  stressdən  törəyən  xəstəliklər  yoluxucu  xassəyə  malik 
olmasa  da  depressiv  xarakter  daşıdığından  müasir  tibb  elmi  bu 
xəstəliklər qarşısında profilaktik tədbirlər  görə bilmədiyindən bir 
növ  acizdir.  Tarixi  dövrlər  boyunca  insan  həyatı  müxtəlif  və 
qeyri-sabit  təbii  mühitlərdə  təzahür  edirdi.  Bioloji  və  sosial 
adaptasiya qabiliyyətləri hesabına insan bütün planetə yayılmış və 
müxtəlif şəraitlərə uyğunlaşmışdır. Əmək aləti və silahı kəşf edib 
hazırlamaqla  insan  öz  təbii  ekoloji  əlaqələrindən  daha  çox  azad 
olmuş və özü vacib ekoloji amilə çevrilmişdir. 
tnsan fəlakətinin mənfi ekoloji nəticəsi özünü atmosferin, su 
və torpağın fiziki kimyəvi xassələrinin dəyişməsində büruzə verir. 
Təbii mühitin xüsusiyyətləri kimi onun kimyəvi,  fiziki və bioloji 
çirklənməsi,  normativ  tarazhğm  pozulması  onun  uzun  təkamül 
dövründə  təşəkkül  tapmış  keyfiyyətini  dəyişir.  İnsamn 
sağlamlığının  pisləşməsinə  gətirib  çıxarır.  Hava  və  su  mühitinin 
tərkibi  və  xassələri  dəyişkən  olduğundan  onun  çirklənməsi  çox 
kəskin  xroniki  xəstəliklərin  törəməsinə  səbəb  ola  bilər. 
Çirklənmənin  təsiri  orqanizmə  yad  cisimciklərin  nəfəs  yolları 
vasitəsilə  daxil  olması  nəticəsində  daha  da  güclənir,  çünki  bu 
orqanlar  həzm  sistemindən  fərqli  olaraq,  faqositoz  fəalhğınm 
müqayisəli səviyyədə zəifliyindən çox müdafiəsiz bir şəraitdədir. 
Çirklənmə xəstəliyin həm etoloji, həm də törədici amili kimi çıxış 
edir.  Suyun  çirklənməsi,  onda  mikrobların,  virusların  və 
xəstəliktörədici  parazitlərin  təzahürü  ilə  aşkarlamr.  İçməli  su 
mənbələrinə  kimyəvi  və  radioaktiv  maddələrin  düşməsi 
səbəbindən də insanın sağlamlığı mənfi təsirlərə məruz qalır. Təbii 
radiasiya fonu kosmik şüalar, tərkibində radioaktiv maddələr olan 
torpağın  şüalanması  və  radioaktiv  yağışlar  hesabına  əmələ  gəlir. 
Texnogen mənbələrdən olan ionlaşdıncı şüalanma canh varlıqlara 
dağıdıcı  təsir  göstərir.  Udulmuş  şüaların  dozasından  asılı  olaraq 
cinsiyyət və somatik 
22 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə