Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə176/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   172   173   174   175   176   177   178   179   ...   205

Çoxlarının  «Dərdlərin  dərmanı»  deyə  adlandırdığı 

DMMS  özünün  çoxcəhətli  müalicəvi  əhəmiyyətinə  görə 

təbiətin  bizə  verdiyi  əvəzsiz  nemətdir.  Bu  gün  DMMS-dan 

istifadə  edənlərin  demək  olar  ki,  hamısı  ondan  yalnız 

balneoloji  məqsədlə,  yəni  vanna  şəklində  faydalanırlar.  Bu 

suyun  balneoloji  məqsəd  üçün  çox  yararlı  olması  ilə  (belə  ki, 

tərkibində  98%  həll  olmuş  karbon  qazının  olması,  +26,5  S  0 

hərarət,  sulfidli,  arsenli  və  müxtəlif  duz  tərkiblərinin  olması) 

əlaqədardırsa,  digər  tərəfdən  əhalinin,  DMMS-nun  çox 

dəyərli  və  faydalı  olması  haqda  az  məlumatlarının  olmasına 

dəlalət  edir.  Çox  adam  bilmir  ki,  DMMS-nun  əsas  faydası 

həmin  suyun  daxilə  qəbulundan  sonra  baş  verir.  Darıdağ 

mərgümüşlü 

su 


bulaqları 

Culfa 


şəhərinin 

şimal-şərq 

hissəsində  ondan  7,8  km  məsafədə  «Şorsudərə»  adlanan 

dərədə  dəniz  səviyyəsindən  800-900  metr  yüksəklikdə 

yerləşmişdir.

Müalicə  məqsədi  ilə  5  \ə   32  nömrəli  bulaqların  suyu 

elmi  təqdiqat  müşahidələrinə  əsasən  ən  yüksək  müalicəvi 

əhəmiyyətə malikdir.

DMMS-un  müalicəvi  əhəmiyyəti  ilə  Azərbaycan  Elmi- 

Tədqiqat Kurortologiya və  Fiziki  üsullarla  Müalicə İnstitutu,

N.  Nərimanov  adma  Azərbaycan  Dövlət  Tibb  Universiteti, 

Azərbaycan  Elmlər  Akademiyasının  Fiziologiya  bölməsinin 

əməkdaşları 

məşğul 


olmuşlar. 

(8) 


Akademiklərdən

M.Qaşqay,  A.Qarayev,  Ş.Əzizbəyov;  professorlardan  Ə.Əs- 

gərov,  M.Əfəndiyev,  Ş.Həsəncv,  K.Yeqorov,  M.Sultanov  və 

başqaları  bu  suyun  hərtərəfli  öyrənilməsində  xüsusi  xidmət 

göstərmişdir.  (1,2,5,6,9)  DMMS-un  qan  yaradıcı,  sümük- 

əzələ,  həzm  sistemi,  dəri  və  oynaq  ürək  əzələsi,  maddələr 

mübadiləsi  və.s 

müalicəvi 

təsiri 

çoxlu 


təcrübi-kliniki 

müşahidələrlə  sübut  edilmişdir.  DMMS-nun  ürək  əzələsi  və 

onun  fəaliyyətinə  təsirini  müşahidə  edən  müəlliflər  qeyd 

edirlər  ki,  mexaniki,  toksiki  zədə  nəticəsində  fəaliyyəti 

dayanmış  ürəyə  Ringer  məhlulu  tökülərkən  ürəyin  fəaliyyəti 

bərpa  olunmadığı  halda  həmin  ürəyə  təmiz  Darıdağ  mineral 

suyu  yeridildikdə  onun  fəaliyyətə  başlanlaınsı  mümkün

536



olmuşdur.  (6)  Oıiun  fəaliyyətinin  bərpa  olunması  ilə  birlikdə 

ürək  əzələsinin 

sıxılma 

qüvvəsinin 

artması, 

aritmiya 

əlamətinin  də  aradan  qaldırılması  da  müşahidə  edilmişdir. 

Darıdağ  mineral  suyunun  ürək  əzələsinə  və  onun  iş 

qabiliyyətinə  müsbət  təsirini  13-16  gün  ərzində  kəskin  toksiki 

miokarditli  xəstələrə  verməklə  klinik  və  elektrokardioqrafik 

göstəricilərin  yaxşılaşmasını  müşahidə  etmişdir.  Mərgümüşlii 

suyun  xroniki  bel-oma  radikuliti  olan  xəstələrə  vanna  şəklin­

də  istifadə  edilərkən  yanaşı  hipertoniya  I-II  Л  studiyasında 

olan  və  14  hipotoniyası  olan  xəstələrdə  müalicədən  sonra 

sistolik,  diastolik  və  nəbz  təzyiqinin  enməsini  ürək  əzələsinin 

işinin  normallaşmasını  elektrokardioqrafik  göstəricilərlə 

müşahidə  etmişdir.  (10)  Hipotoniyalı  xəstələrdə  ümumi 

zəifliyin, 

əzginliyin 

və 


baş 

gicəllənməsinin 

aradan 

qalxmasının,  nəbzin  yavaşıması,  dolğunluğunun  artması, 



arterial  təzyiqin  yüksəlməsini  müşahidə  etmişdir.  Ürək  qan- 

damar  sistemi  xəstəliklərinin  dekompensasiya  fazasında 

böyük  qan  dövranında  durğunluq  nəticəsində  qaraciyərin 

böyüməsi,  funksiyalarının  pozulması,  mədə  və  bağırsaqların 

selikli  qişasında  durğunluq  nəticəsində  sorulma  prosesinin 

pisləşməsi,  vitamin,  mikroelement  mübadiləsi  və  başqalarının 

pozulması  maşalıidə  edilir.  DMMS-nun  həzm  sisteminin,  o 

cümlədən  mədə,  qaraciyər  və  bağırsaq  xəstəliklərinin  bir 

çoxunda  kifayət  qədər  faydalı  olduğu  kliniki  müşahidələrdə 

sübut olunmuşdur.  (3,4,7)  Bu  məqsədlə  uzun illərlə  axtarışlar 

aparan  30-36  gün  ərzində  xəstələrə  1-  9  xörək qaşığı  ilə gündə 

3  dəfə  yeməkdən  sonra  verilməklə  mədə  şirəsi  ifrazının 

artması mədənin ekskretor qabiliyyətinin  gücləndiyini,  motor 

fəaliyyətinin 

aktivləşməsini 

müşahidə 

etmişdir. 

Çox 


maraqlıdır  ki,  müxtəlif  dozalarda  və  müxtəlif  zamanlarda 

qəbul edilən  DMMS  mədə  turşuluğunun istər artması,  istərsə 

də  azalması  patalogiyalarında  mədə  turşuluğunu 

nizama 


salmış  və  müxtəlif  növ  qastritləri  aradan  qaldırmışdır.  (4) 

Suyun  tərkibində  olan  kalsium,  xlor  və  başqa  duz  qarışıqları 

öd  ifrazını  onun  konsentrasisasını  və  xüsusi  çəkisini  artırır, 

bu  isə  yağların  həzm  olunmasını  yaxşılaşdırır.  (3)  Mədəaltı

537



vəzinin  fermentlərini  artırmaqla  da  həzm  prosesinə  müsbət 

təsir  göstərir.  (7)  Məlum  olduğu  kimi  ürək-damar  xəstəlik­

lərinin  baş  verməsində  ateroskleroz  böyük  rol  oynayır. 

Aterosklerozun  əmələ  gəlməsində  isə  yağ  mübadiləsinin 

pozulmasının 

(hiperlipidemiyamn) 

rolu 

və 


qaraciyər 

funksiyalarının  pozulması  müasir  klinik  və  eksperimental 

müşahidələrlə  isbat  edilmişdir.  Yuxarıda  qeyd  olunanlardan 

aydın  olur  ki,  mübadilə  pozğunluqları  ürək  qan-damar 

xəstəliklərinin  əmələ  gəlməsində  rol  oynamaqla  ürək  qan- 

damar 


xəstəlikləri 

də 


qaraciyər 

həzm 


fəaliyyətinin 

mübadiləsinin  pozulmasına  səbəb  olur.  Ona  görə də  DMMS- 

nun  qeyd  olunan  pozğunluqlarda  tətbiqi  məqsədə  uyğun 

sayıla  bilər.  Bu  məqsədlə  DMMS-un  32  nömrəli  bulağının 

suyundan  istifadə  daha  məqsədə  uyğundur.  (6)  Belə  ki,  bu 

bulağın  suyunda  mərgiımüş  21  mq/1  olmaqla  5  nömrəli 

bulaqdan  daha  sərfəlidir.  Bulağın  1942-ci  ildəki  debiti 

sutkada  140  min  litr  olmuşdur.  (2)  Təəssüflə  qeyd  etməliyik 

ki,  illərlə  bu  su  istifadəsiz  axır,  digər  tərəfdən  onun  ətrafında 

sanitariya  qaydaları  gözlənilmir.  Təbiətin  bizə  bəxş  etdiyi  bıı 

nemətin 

ürək 


qan-damar 

xəstəliklərinin  müalicəsində

istifadəsinin  elmi  təcrübi  və  klini ki  müşahidələr aparılmasına, 

zəmanənin ən çox yayılmış, əhalinin əlilliyinə və ölümünə əsas 

səbəb  olan  bu  xəstəliklərin  ənənəvi  olmayan  müalicə 

üsulunun  əhəmiyyətinin  daha  dəqiq  müəyyənləşdirilməsinə 

ehtiyac  vardır.  Ona  görə  ki,  müasir  kimyəvi  dərman 

maddələrinin  heç  birinin  DMMS  qədər.geniş  təsir  spektrinə 

malik deyildir.

Nəticə:


1. 

DMMS  ürək qan-damar xəstəliklərində qeyri ənənəvi və 

ucuz müalicə üsulu kimi öyrənilməsi faydalı olar.

2. 


DMMS-un  daxilə  müalicə  məqsədi  ilə  geniş  şəkildə 

istifadəsi  üçün  200-250  ml  şüşə  qablara  doldurulmaqla 

apteklərdə satılmasına ehtiyac vardır.

3. 


32  nömrəli  mərgümüşlü  mineral  suyunun  debitinin 

tükənməsinin  qarşısını  almaq  və  gələcək  nəsillərə  əsrin  bəlası

538



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə