22
povest”, “Ən yaxşı şeir”, “Ən yaxşı hekayə” adları altında
müsabiqələr təşkil etmək olar. Gənc istedadları həvəsləndirmək
məqsədilə qalibin hekayə və ya povestini elə gənclərin öz iştirakı
ilə səhnələşdirmək onların həvəsini daha da artırar. Gənc
oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə
dəyirmi masanın keçirilməsi məqsədəuyğundur. Gənclərin
həyatının yaxşılaşdırılmasında mühüm rolu olan gənclər
təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur. Tədbir
zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər.
Gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışları
dinlənilir. Hər bir gənci narahat edən problemlər dinlənildikdən
sonra əlaqədar təşkilat üzvləri tərəfindən onların suallarına
açıqlıq gətirilir.
İnsanlar dost qazanmağa hələ gənc yaşlarından vərdiş
etməlidirlər. Çünki bu yaşda olan gənclərin həyatda düzgün
istiqamət seçmələri üçün seçdikləri dostların rolu böyükdür.
Yanlış dost seçimi gəncləri pis vərdişlərə sövq edə bilər.
Kitabxana işçilərinin digər bir borcu da gəncləri ziyanlı
vərdişlərdən uzaqlaşdırmaq, papiros, alkoqol, narkotikin
ziyanlarından onları xəbərdar etməkdir. Demək olar ki, hamı
narkotikin necə ziyanlı olduğunu bilir. Buna baxmayaraq onun
toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Çünki insanlar
arasında maarifləndirmə aşağı səviyyədədir. Buna görə də
narkotikin insanı və onun həyatını necə məhv etməsi barədə
məlumat çox az insanda var. Bizim məqsədimiz bu təhlükəni
gənclərimizə çatdırmaqdır. Bu məqsədlə kitabxana işçilərinin
məktəblərdə gəncləri bu haqda maarifləndirmələri vacib
şərtlərdəndir. Bu səbəbdən məktəblərdə gənclərlə bu barədə
maarifləndirici söhbətlərin aparılması istənilən nəticələri verər.
Gənclər, onu da bilməlidir ki, Respublikamızda QİÇS-lə
mübarizə mərkəzi fəaliyyət göstərir. Mərkəzin qaynar xətti
(494 99 24) hər zaman insanların müraciəti üçün açıqdır. Eyni
23
zamanda mərkəzin saytı (www.AIDS.az) da fəaliyyət göstərir.
Hətta həmin mərkəzin əməkdaşları ilə gənclərin görüşünün
təşkili də mümkündür. Söhbət zamanı kitabxanaçı “Tibb
qəzeti”, “Ailə həkimi” jurnalındakı məlumatlardan da istifadə
edə bilər. Hər bir gənc gün ərzində öz öhdəsinə düşən işləri
görməklə yanaşı düzgün istirahət etməyi də bacarmalıdır. Lakin
gənclərimiz istirahət rejimlərini düzgünmü qururlar? Əyləncə
anlayışını hər kəs eyni mənada qəbul etmir. Gənclərimizin çoxu
istirahəti kitab oxuyub, mütailə etməkdə, musiqi dinləməkdə
televizora baxmaqda görürsə, böyük bir qismi isə əyləncəni
dostlar ətrafında hansısa istirahət mərkəzində dincəlməkdə
görür. Bir sözlə, hər bir gəncin öz maraq dairəsinə uyğun
əyləncə tərzi var. İnsan vaxtını həm iş üçün, həm də istirahət
üçün düzgün bölüşdürməyi bacarmalıdır. Düzgün işləyə
bilməyən adam düzgün istirahət etməyi də bacarmaz. Beləcə
də immuniteti zəifləyə bilər. Bununla əlaqədar kiabxana
işçiləri tərəfindən gənclərimizin asudə vaxtının düzgün
istiqamətləndirilməsi vacibdir. Ancaq onu da qeyd edək ki, kitab
oxumaq istirahət etməyin ən yaxşı üsuludur. Britaniyalı
psixoloqlar bəyan etmişlər ki, kitab oxumaq başqa üsullarla
müqayisədə sakitləşməyə tez bir zamanda kömək edir. Cəmi 6
dəqiqə kitab oxumaq stressin səviyyəsini ikidə üç dəfə endirir.
Kitab oxumaq fikri cəmləşdirməyə, ədəbiyyat aləminə daxil
olmağa və problemlərdən yayınmağa kömək edir. Biz
kitabxanaçıların üzərinə düşən əsas vəzifə gənclərdə kitab
oxumağa marağı artırmaq, oxuduqları və ya oxumaq
istəmədikləri kitabları başqaları ilə paylaşa bilmələri üçün
imkan yaratmaq, kitab almağa maddi imkanı olmayan və ya
kitabxanalara getməyən insanların kitab oxumaq üçün fürsət
əldə etmələridir. Kitabxanaçıların bu mühüm vərdişi gənclərə
sevdirməsi olduqca vacib amillərdən biridir. Mütaliə insan
xarakterini formalaşdırıb, gənclərimizə bir sıra müsbət
24
keyfiyyətlər aşılayır. Bu səbəbdən kitabxanaçılar gənclərdə
mütaliəyə həvəs oyatmaq məqsədilə öz işlərini planlı şəkildə
qurmalıdırlar. Nəzərə alsaq ki, XXI əsr kompüter-informasiya
əsridir. Mütaliəni gənclərə sevdirməyin, gənclərlə daim
ünsiyyətdə olmağın ən yeni üsullarından biri də internetin geniş
imkanlarından istifadə etməkdir. Çünki son dövrlərdə
internetdən istifadə etməyən gənc az tapılar. Bunun üçün
kitabxanaların internet səhifələrinin fəaliyyət göstərməsi, əlbəttə
ki, yaxşıdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, iqtisadi
çətinliklər hər kitabxanaya bu imkanı vermir. Ancaq sadə
üsullarla da gənclərlə əlaqə saxlamaq olar. Bilirik ki, internetdə
Twitter, Facebook kimi məşhur sosial şəbəkələr fəaliyyət
göstərir. Bu şəbəkələrdə kitabxanaların səhifələrini yaratmaq və
səhifələri şəbəkə istifadəçilərinə təklif etmək olar. Həmin
səhifədə kitabxananın şəkilləri, kitabxanaya yeni daxil olan
kitabların üz qabıqları yerləşdirilə bilər. Bununla yanaşı gənclər
səhifəni yaradan kitabxanaçı ilə söhbət edə bilər, onları
maraqlandıran kitablarla əlaqədar suallarını kitabxanaçıya
ünvanlaya bilərlər. Bu həm də kitabxanaçıya gənc oxucuları
kitabxanaya yeni daxil olan kitablarla yaxından tanış etmək
imkanı verir. İnternetdə bu kimi səhifələrin yaradılması həm də
oxuculara virtual olaraq müəyyən əsər haqqında fikir mübadiləsi
etməyə və müzakirələr aparmağa imkan verir. Gördüyümüz
kimi internetin imkanlarından istifadə edərək kitabxana
sahəsində mühüm naliyyətlər əldə etməyə imkan verir.
Gənclərdə maarifləndirməni gücləndirmək məqsədilə onların
yazıçı və şairlərlə kitabxanalarda görüşünün təşkili yaxşı
nəticələr verər. F. Köçərli adına kitabxana öz iş təcrübəsində bu
metoddan geniş istifadə etməkdədir. Belə ki, bu cür görüşlər
gənclərdə savadı, dünyagörüşünü daha da artırır. Bundan əlavə
fikir mübadiləsinin aparılması gənclərə öz fikir və düşüncələrini
daha yaxşı ifadə etməyə imkan verir. Bu da gələcəkdə azad
Dostları ilə paylaş: |