25
fikirli cəmiyyətin formalaşmasında mühüm rol oynayar.
Gəncləri mütəmadi olaraq kitabxanaya yeni daxil olan kitablar
barədə məlumatlandırmaq lazımdır. Bu məqsədlə müasir
yazıçılarımızın kitablarından ibarət sərgilər təşkil etmək olar.
Sərgidə N. Məmmədlinin “Bu bir oyundur”, “Zəngulə”, “Vicdan
dustağı”, Elxan Elatlının “Pəncərədə görünən kölgə”,
“Cəhənnəmdən gələn səs”, “Xəyanət”, “Bakıdan gələn xəfiyyə”,
“Qan ləkəsi”, “İtmiş qızın axtarışı”, “ Yeddinci mərtəbədə qətl”,
Pərvizin “Yad dildə”, Varisin “Sonuncu ölən ümidlər”, “Bir
ovuc torpaq” “Görünməyən izlər”, Çingiz Abdullayevin “Onun
qəlbinin üçdə bir hissəsi”, “Veneranın ikinci dəfə həyata
gəlməsi”, “Kandaqordan agent”, “Paralel həyat” kitablarını
nümayiş etdirmək olar. Kitabxanalarda gənclərimizi fəaliyyətdə
olan gənclər təşkilatları haqqında məlumatlandırmaq lazımdır.
Belə ki, hazırda ölkəmizdə 170-dən çox gənclər təşkilatı
fəaliyyət göstərməkdədir. Bu təşkilatların fəaliyyətindən,
gördükləri işlərdən gənc oxucuları xəbərdar etmək üçün həmin
təşkilatların
nümayəndələri ilə gəncləri görüşdürmək
mümükündür. Beləcə gənclər onları maraqlandıran suallara
cavab tapa bilərlər.
Son dövrlərin yazıçılarını oxucularımıza sevdirmək məqsədilə
onların əsərlərinin icmallarının keçirilməsi məqsədəuyğundur.
İcmalını keçirə biləcəyiniz əsərlərdən biri son dövrlərin sevilən
yazıçısı Elxan Elatlının “Görünməyən izlər” kitabıdır. Yazıçı
əsərlərini detektiv üslubda yazır. Əsərin əsas qəhrəmanı
Qambay Qasımlıdır. Romanda Humayla onun tanışlığından
bəhs edilir. Əsərdə bu günümüzün gəncliyi üçün olduqca
əhəmiyyətlidir. Belə ki, yazıçı əsərdə narkotikin insan həyatını
necə məhv etdiyini olduqca aydın şəkildə əks etdirir. Elə bu
səbəbdən də əsər gənclərimiz üçün əhəmiyyətə malikdir. Kitab
2010-cu ildə Bakıda “İdeal-print” nəşriyyatında çap olunmuş və
oxucuların ixtiyarına verilmişdir. Müasir dövr Azərbaycan
26
ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Nüşabə
Məmmədlidir. Yazıçının son nəşr olunan kitablarından biri
“Vicdan dustağı” adlanır. Kitab 2010-cu ildə “Çinar-Çap”
nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitabın icmalının təşkili
gənc oxucularda ona qarşı maraq yaradır. Roman onu oxuyan
hər bir gənci öz həyatını, atacağı addımları bir daha düşünməyə
vadar edir. Belə ki, tərbiyəvi mövzuda yazılan əsər müasir
gəncliyimiz üçün olduqca əhəmiyyətlidir. Əsər gənclərə bir sıra
insani keyfiyyətləri aşılamaq cəhətdən olduqca əhəmiyyətlidir.
Romanın əsas qəhrəmanı Səltənətdir. Onun həyatında baş verən
çətinliklər gənclər üçün təhsilin nə qədər vacib olduğunu bir
daha sübut edir. Yazıçı romanda erməni millətinə xas murdar
xüsusiyyətləri böyük məharətlə təsvir etmişdir. Roman
gənclərimizi mübariz olmağa, vətəni, ailəni sevməyə, təhsil
almağa səsləyir. Əsər gənclərimiz üçün böyük tərbiyəvi
əhəmiyyətə malikdir.
Gənclərin fikir və düşüncələrini öyrənmək üçün onlar
arasında müsahibənin keçirilməsi məqsədəuyğundur. Onu
da deyək ki, müsahibə oxucuları öyrənməyin ən yaxşı
üsullarındandır. Müsahibənin ali təhsil və orta ixtisas məktəb
kitabxanalarına müraciət edən tələbələr arasında keçirmək daha
yaxşı olar. Müsahibə zamanı təqdim olunacaq sualları sizə
təqdim edirik:
1. Özünüzü təqdim edin. Harada təhsil alırsınız?
2. Tez-tezmi kitabxanalara müraciət edirsiniz?
3. Hansı janrda olan ədəbiyyata daha çox üstünlük verirsiniz?
4. Ən son hansı kitabı oxumusunuz?
5. Sizcə Azərbaycanda gənclər azmı mütaliə edir?
6. Özünüzü hazırki cəmiyyətdə hansı mövqedə görürsünüz?
27
7. Bəs gələcəkdə hansı mövqedə olmaq istərdiniz?
8. Sizcə gələcəkdə öz ixtisasınız üzrə mütəxəssis ola
biləcəksinizmi?
9. Siz gənc olmağın üstünlüyünü nədə görürsünüz?
10. Sizcə təhsil gənclərimiz üçün nə dərəcədə önəmlidir?
11. Sizcə Azərbaycan gəncliyi nəyə qadirdir?
12. Azərbaycan gənclərinə nə tövsiyə edərdiniz?
13. Azərbaycanımızı necə görmək istərdiniz?
14. Asudə vaxtlarınızı necə keçirirsiniz?
15. Ən çox sevdiyiniz məşğuliyyət nədir?
16. Sizcə bizim gənclərin əsas problemləri nədən ibarətdir?
Maraqlı tədbirlərdən biri ədəbi-bədii gecədir. Əvvəlcə tədbir
iştirakçılarına “Gənclər gələcəyimizin qurucularıdır” adlı slayd
təqdim olunur.
Səhnədəki plakatda ümummilli liderimiz Heydər Əliyevin
respublika gənclərinin II forumundakı nitqindən olan sözləri
əksini tapır. Tədbir ekranda ulu öndərimiz Heydər Əliyevin
çıxışının nümayişi ilə başlanır.
Heydər Əliyev: “Əziz gənclər! Bu gün ölkəmizdə bayram
günüdür, Gənclər Günüdür. Bu bayram münasibətilə sizi,
Azərbaycanın bütün gənclərini səmimi qəlbdən təbrik edirəm.
Sizə can sağlığı, xoşbəxt həyat, təhsilinizdə, gələcək işlərinizdə,
bütün həyatınızda uğurlar arzulayıram. Bu dövrü, bu günləri
yaşamaq bizlərə, sizlərə nəsib olubdur. Həm XX əsrdə
yaşayıb-yaradaraq onu başa vurmaq, həm də XXI əsrə keçib
bunu davam etdirmək nəsib olubdur. Azərbaycan gəncləri