11
5. Gənclərin mütaliəsinin düzgün istiqamətləndirilməsi
məqsədilə kitabxanalarda xüsusi proqramların təşkil edilməsi,
informasiya və məsləhət xidmətinin həyata keçirilməsi.
Keçiriləcək tədbirlər
Gənclər Günü ilə bağlı bir sıra tədbirlər; kitab müzakirəsi,
oxucularla söhbət, konfrans, icmal, dəyirmi masa, bu mövzu ilə
bağlı rəsm müsabiqəsi, səhnəcik də təşkil edilə bilər. 2 fevral
Gənclər Günü münasibətilə kitabxanalarda “Gənclərin Vətən
məsuliyyəti” adlı oxucular konfransı da təşkil etmək
mümkündür. Konfransdan öncə onun proqramı tərtib edilməli,
konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır.
Proqramda konfransda çıxış edəcək qonaqların, tələbələrin və
şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular, tədbirin
keçiriləcəyi məkan və zaman qeyd olunur.
Oxucu konfransının planını sizə təqdim edirik:
1. Giriş hissə: “Gənc nəslin milli mənlik şüurunun inkişafı”;
2. Bu mövzuda kitabxana rəhbərliyinin, jurnalist, gənclər
təşkilatlarının aparıcı şəxslərinin çıxışları;
3. Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların bu
mövzuda hazırladığı slaydların təqdimatı;
4. Konfransın yekunu.
Gənclər Günü mövzusunda kitabxanada kitab sərgisinin
təşkili məqsədəuyğundur. Sərgidə Azərbaycan gənclərinin
nailiyyətləri ilə
bağlı fotostendlər, kitablar, görkəmli
şəxsiyyətlərin gənclik haqqında söylədikləri kəlamlardan, dövri
mətbuat materiallarından istifadə olunur. Sərgiyə müxtəlif
başlıqlar verilə bilər:
“Gənclik bir millətin yaşaması, inkişafı
üçün təməl daşıdır”, “Gənclər mədəni mübadilənin aparıcı
qüvvəsidir”, “Gənclər bizim gələcəyimizdir”, “Gənclər böyük
12
qüvvədir”, “Gənclər gələcəyimizin qurucularıdır”, “Gələcəyin
etibarlı təminatı bilikli və bacarıqlı gənclərdən asılıdır”, “Elə
bir sahə tapılmaz ki, orada gəncliyin izi görünməsin”,
“Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” və s.
14
Görkəmli şəxsiyyətlərin gənclər haqqında söylədikləri
fikirlər:
Azərbaycan
gəncləri
sağlam
düşüncəli
gənclərdir,
vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.
Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən,
Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın
dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən
gəncliyi var.
Heydər Əliyev
ümummilli lider
Bugünkü gənclər – müstəqillik dövründə böyümüş, tərbiyə
almış gənclər bizim üçün qürur mənbəyidir... Doğrudan da
bizim gələcəyimiz etibarlı əllərdədir. Azərbaycanın gələcək
inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı,
peşəkar və vətənpərvər olmalıdırlar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi, axtar bir bucaq..
Gənclikdir insana gözəllik verən,
Gözəllik sönərsə, qəlb olurmu şən?
Nizami Gəncəvi
Dünya şöhrətli Azərbaycan şairi
Gənclik, əlbəttə, başqa nemətdir,
Unutulmaz böyük səadətdir.
Hüseyn Cavid
Şair, yazıçı və dramaturq
15
Gənclik bir qızıldır, ömrün əlindən
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsilə həmin qızılı
Torpağı yuyuram göz yaşıyla mən.
Əfzələddin Xaqani
Şair-filosof, nasir
Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə
günlər uzun, illər qısa.
İmmanuil Kant
Alman filosofu
Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına
qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa
bilməzsiniz.
İohan Vilhelm Snelman
Fin yazıçısı, diplomatı və filosofu
Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər.
Yetişmək üçün meyvənin günəşə, cavanın öyüdə ehtiyacı var.
Cavanlıqda odun yığsan, qocalıqda üşüməzsən.
Cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi
tətbiq etmək dövrüdür.
Atalar sözləri
Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə
gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm
də tükənməz gücdür.
“Füyuzat” jurnalından