8
ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti
gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca
müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da
gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin
maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən
xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində
təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc
istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında",
"Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında"
Prezident fərmanları bu istiqmətdə görülən mühüm
tədbirlərdəndir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli,
onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması,
milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün
də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
"Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti
haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi
haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin
sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz
qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət
Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu"
Dövlət Proqramı da bu qəbildəndir. Prezident İlham Əliyev
tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə
Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutu
idi. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir.
Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada
gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin
gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu
vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını
daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara
göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham
Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim
9
gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir.
Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə
arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq
Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər
bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini
toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz
siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını
həmişə doğrultmalıdırlar. Gənclik bir millətin yaşaması,
inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən
nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və
inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə
millətinin adını qəhrəmanlıqla tarixə yazan da elə sağlam gənc
qüvvələr olub. Gənclərə göstərilən diqqət və qayğı
bəhrəsini verirdi. Azərbaycan gənclərinin səsi dünya miqyaslı
turnirlərdən gəlir, bayrağımız ən möhtəşəm yarışlarda
dalğalanırdı.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin
əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini
14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51
faizi isə qadınlardır. Gənclər Günü MDB məkanında və Şərqi
Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd
olunub. Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra
digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün
qeyd olunmağa başlanmışdır. Dünyada isə yalnız 1999-cu ildə
BMT-nin qərarı ilə avqustun 12-si “Gənclər Günü” elan edilib.
1997-ci ildən etibarən ölkəmizdə gənclərin hüququnu müdafiə
edən, onların inkişafına yönələn bir sıra qərar və sərəncamlar
qəbul edilmişdir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası
Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006- 2010-cu illər)" xüsusi əhəmiyyətə malik tarixi
bir sənəddir. İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu
proqram ümumtəhsil məktəblərimizdəki istedad və qabiliyyəti
10
ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi
formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradır. Bu
sərəncama əsaslanaraq kitabxanalarımız gənclərimizin xüsusi
maraq və meyillərinin aşkar edilməsini nəzərdə tutan müəyyən
tədbirlər görə bilər. Həmin tədbirlər aşağıdakı problemləri əhatə
etməlidir:
1. Gənclərin təşəbbüslərinin dəstəklənməsi;
2. Gənclərin asudə vaxtının səmərəli təşkil olunması;
3. Gənclərə vətənpərvərlik hissinin aşılanması;
4. Gənclərin sağlamlığının qorunması məqsədilə onların
zərərli vərdişlərdən uzaqlaşdırılması üçün tədbirlərin
görülməsi;
5. Yaradıcı gənclərin üzə çıxardılması.
Müasir
dövrdə kitabxanalarda gənclərin bir sıra
problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər
görülməlidir. Belə ki, bir sıra problemlərlə əlaqədar
kitabxanalarımızda aksiyaların, gənclərlə görüşlərin və
müəyyən tədbir planlarının həyata keçirilməsi məqsədə müvafiq
olardı:
1. Müəyyən səbəblərdən gənclərin təhsildən yayınmasının
qarşısını almaq və onlarda təhsilə maraq artırmaq məqsədilə
görüşlərin keçirilməsi;
2. Qaçqın və məcburi köçkün gənclər üçün müasir informasiya
kommunikasiya texnologiyalarına həsr olunmuş təlim
proqramının təşkili və internet aksiyalarının keçirilməsi;
3. Gənclərin sağlamlığının qorunması və onlar arasında
AİDS-in törətdiyi fəsadlar haqqında geniş maarifçilik işi
aparmaq;
4. Gənclərimizi ziyanlı vərdişlərdən (narkotik, alkoqol, papiros)
yayındırmaq məqsədilə aksiyaların təşkili;