F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
1   2   3   4   5   6   7   8   9

 

ölkəmizdə  uğurla  həyata  keçirilən  dövlət  gənclər  siyasəti 



gələcək  nəslin  intellektual  səviyyəsinin  artmasına  da  olduqca 

müsbət  təsir  göstərir.  Təhsil  sahəsində  aparılan  islahatlar  da 

gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin 

maariflənməsinə,  savadlanmasına,  elmi  inkişafına  göstərilən 

xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə 

Azərbaycan  gənclərinin  xaricdə  təhsili  üzrə  Dövlət  Proqramı" 

çərçivəsində  tələbələrin  dünyanın  məşhur  universitetlərində 

təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc 

istedadlar  üçün  xüsusi  təqaüdlərin  təsis  edilməsi  haqqında", 

"Azərbaycanın  gənc  istedadlarına  dövlət  qayğısı  haqqında" 

Prezident  fərmanları  bu  istiqmətdə  görülən  mühüm 

tədbirlərdəndir.  Ölkəmizdə  gənc  nəslin  problemlərinin  həlli, 

onların  cəmiyyət  həyatında  layiqli  iştirakının  təmin  olunması, 

milli-mənəvi  dəyərlərə  bağlılığının  möhkəmləndirilməsi  üçün 

də  dövlət  səviyyəsində  bütün  zəruri  tədbirlər  həyata  keçirilir. 

"Bədən  tərbiyəsi  və  idman  haqqında",  "Gənclər  siyasəti 

haqqında"  qanunlar,  habelə  "Gənc  ailə"  proqramı,  "Gənclərdə 

vətənpərvərlik  və  vətəndaşlıq  hisslərinin  yüksəldilməsi 

haqqında",  "İstedadlı  yeniyetmələrin  və  yaradıcı  gənclərin 

sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz 

qabiliyyətlərini  inkişaf  etdirmələrinə  kömək  edən  Dövlət 

Proqramı",  "Ordudan  tərxis  olunmuş  gənclərin  məşğulluğu" 

Dövlət  Proqramı  da  bu  qəbildəndir. Prezident  İlham  Əliyev 

tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə 

Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutu 

idi.  Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. 

Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada 

gənclər  əksəriyyət  təşkil  edir.  Təbii  ki,  bu,  cənab  Prezidentin 

gənc  kadrların  irəli  çəkilməsi  ilə  bağlı  qarşıya  qoyduğu 

vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını 

daim  öz  üzərlərində  hiss  edərək,  nailiyyətləri  ilə  onlara 

göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham 

Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim 



 

gənclərə  xüsusi  münasibətim  var,  mənim  ürəyim  sizinlədir.           



Siz  bütün  işlərdə  mənə  arxalana  bilərsiniz.  Mən  də  sizə 

arxalanıram”.  Bu  yüksək  münasibətə  cavab  olaraq 

Azərbaycanın    parlaq    gələcəyinin    təminatçısı  olan  gənclər 

bütöv  və  müstəqil  Azərbaycan  naminə  bütün  güclərini 

toplamalı,  vətənin  inkişafı  üçün  səylə  çalışmalı,  öz                 

siyasətində  onlara  arxalanan  ölkə  Prezidentinin  etimadını                                   

həmişə  doğrultmalıdırlar.  Gənclik  bir   millətin  yaşaması, 

inkişafı üçün təməl daşıdır. Bunun  möhkəm olması isə yetişən 

nəslin   sağlam   təfəkküründən,  düşünmə  qabiliyyəti  və 

inadkarlığından  asılıdır.  Səbəbsiz   deyil   ki,   bütün   dövrlərdə 

millətinin  adını  qəhrəmanlıqla  tarixə yazan da elə sağlam gənc 

qüvvələr   olub.  Gənclərə  göstərilən  diqqət  və  qayğı 

bəhrəsini verirdi.  Azərbaycan  gənclərinin  səsi dünya miqyaslı 

turnirlərdən  gəlir,  bayrağımız  ən  möhtəşəm  yarışlarda 

dalğalanırdı.  

     Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin 

əvvəlinə  ölkə  əhalisinin  2,8  milyon  nəfərini  və  ya  31  faizini     

14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 

faizi  isə qadınlardır. Gənclər Günü MDB məkanında və Şərqi 

Avropa  ölkələri  arasında  ilk  dəfə  olaraq  Azərbaycanda  qeyd 

olunub.  Azərbaycanda  Gənclər  Günü  qeyd  olunandan  sonra 

digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün 

qeyd olunmağa başlanmışdır. Dünyada isə yalnız 1999-cu ildə 

BMT-nin qərarı ilə avqustun 12-si “Gənclər Günü” elan edilib. 

1997-ci  ildən  etibarən  ölkəmizdə  gənclərin  hüququnu  müdafiə 

edən,  onların  inkişafına  yönələn  bir  sıra  qərar  və  sərəncamlar 

qəbul edilmişdir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası 

Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı 

ilə  təsdiq  edilmiş  "Xüsusi  istedada  malik  olan  uşaqların 

(gənclərin)  yaradıcılıq  potensialının  inkişafı  üzrə  Dövlət 

Proqramı (2006- 2010-cu illər)" xüsusi əhəmiyyətə malik tarixi 

bir  sənəddir.  İctimaiyyət  tərəfindən  rəğbətlə  qarşılanan  bu 

proqram  ümumtəhsil  məktəblərimizdəki  istedad  və  qabiliyyəti 



10 

 

ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi 



formalaşmalarına,  düzgün  peşə  seçmələrinə  şərait  yaradır.  Bu 

sərəncama  əsaslanaraq  kitabxanalarımız  gənclərimizin  xüsusi 

maraq və meyillərinin aşkar edilməsini nəzərdə tutan müəyyən 

tədbirlər görə bilər. Həmin tədbirlər aşağıdakı problemləri əhatə 

etməlidir:  

 1. Gənclərin təşəbbüslərinin dəstəklənməsi; 



 2. Gənclərin asudə vaxtının səmərəli təşkil olunması; 

 3. Gənclərə vətənpərvərlik hissinin aşılanması; 

 4.  Gənclərin  sağlamlığının  qorunması  məqsədilə  onların 

zərərli  vərdişlərdən  uzaqlaşdırılması  üçün  tədbirlərin 

görülməsi; 

 5. Yaradıcı gənclərin üzə çıxardılması. 

     Müasir 

dövrdə  kitabxanalarda  gənclərin  bir  sıra 

problemlərinin  aradan  qaldırılması  üçün  müvafiq  tədbirlər 

görülməlidir.  Belə  ki,  bir  sıra  problemlərlə  əlaqədar 

kitabxanalarımızda  aksiyaların,  gənclərlə  görüşlərin  və 

müəyyən tədbir planlarının həyata keçirilməsi məqsədə müvafiq 

olardı: 


 1.  Müəyyən  səbəblərdən  gənclərin  təhsildən  yayınmasının 

qarşısını  almaq  və  onlarda  təhsilə  maraq  artırmaq  məqsədilə 

görüşlərin keçirilməsi

 2. Qaçqın və məcburi köçkün gənclər üçün müasir informasiya 

kommunikasiya  texnologiyalarına  həsr  olunmuş  təlim 

proqramının təşkili və internet aksiyalarının keçirilməsi; 

3.  Gənclərin  sağlamlığının  qorunması  və  onlar  arasında      

AİDS-in  törətdiyi  fəsadlar  haqqında  geniş  maarifçilik  işi 

aparmaq; 

 4. Gənclərimizi ziyanlı vərdişlərdən (narkotik, alkoqol, papiros) 

yayındırmaq məqsədilə aksiyaların təşkili;  



Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə