F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
1   2   3   4   5   6   7   8   9

 

belə bir vaxtda gənclərin strateji dövlət maraqlarının təminatçısı 



olduğunun  dərk  edilməsi  və  onlarla  yeni  məzmunda  iş 

aparılması, dövlət siyasətinin həyata keçirilməsi olduqca vacib 

idi. Belə bir tarixi şəraitdə Azərbaycan xalqının tələbi və iradəsi 

ilə  yeni  hakimiyyətə  qayıdan  möhtərəm  Prezidentimiz  Heydər 

Əliyevin  apardığı  uğurlu  daxili  və  xarici  siyasət  gənclərlə  iş 

sahəsində  də  ciddi  dönüş  yaratmağa  imkan  verdi.  Gənclərə 

qayğı  gündən-günə  artdı.  Onlara  etimad  göstərilməyə,  məsul 

vəzifələrdə çalışamalarına şərait və imkan yaradıldı. Gənclərin 

ixtisaslarının 

artırılmasına, 

çalışdıqları 

sahələr 


üzrə 

təkmilləşdirilmələrinə,  inkişaf  etmiş  demokratik  ölkələrin 

təcrübələrinə yiyələnmələrinə qayğı göstərildi. 1999-cu il iyulun 

29-da ümummilli lider Heydər Əliyev “Dövlət gəncləri siyasəti 

haqqında”  fərman  imzalamışdır.  Bu  fərmanla  geniş  tədbirlər 

planı  həyata  keçirilməyə  başlandı.  2002-ci  il  aprelin  9-da 

“Gənclər  siyasəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu  qəbul  edildi.  Qanunda  gənclər  siyasətinin  məqsəd  və 

prinsipləri,  onun  həyata  keçirilməsində  dövlətin  vəzifələri,  bu 

siyasətin  əsas  istiqamətləri,  həyata  keçirilməsinin  təşkilati, 

maddi  və  maliyyə  təminatı  və  digər  məsələlər  konkret  əksini 

tapıb.  Bu  istiqamətdə  aparılan  məqsədyönlü  işlər  nəticəsində 

dövlət-gənclər  siyasətinin  normativ  hüquqi  bazası  formalaşıb. 

Respublika gənclərinin  II forumundan sonra uşaq və gənclərin 

problemlərinin həllinə, hüquqlarının müdafiəsinə yönəldilmiş 3 

qanun  qəbul  edilib.  Respublikamız  bu  sahədə  bir  sıra  hüquqi 

konvensiyaya  qoşulub.  Bütün  bunlar  bir  daha  sübut  edir  ki, 

gənclər siyasəti ölkəmizdə çox uğurla həyata keçirilir və o, ölkə 

rəhbərinin daimi nəzarətindədir. Odur ki, bu gün Azərbaycanda 

170-ə  yaxın  gənclər  təşkilatı  fəaliyyət  göstərməkdədir.  Dövlət 

gənclər  siyasətinin  uğurla    həyata  keçirilməsi,  onlara  qayğı  və 

diqqətin  müntəzəm  artırılması  həyatımızın  bütün  sahələrində 

özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçımızın 



 

onlara  olan  etimadlarını  doğruldur.  Ümummilli  liderimiz 



Heydər  Əliyevin  dediyi  kimi,  Azərbaycan  gəncləri  “...  sağlam 

düşüncəli  gənclərdir,  vətənpərvər  gənclərdir,  xalqını,  millətini 

sevən  gənclərdir”.  İnanırıq  ki,  bu  gənclik  Heydər  Əliyevin 

ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında 

gerçəkləşdirəcək,  inkişaf  etdirəcək  daha  işıqlı  gələcəyə 

aparacaq.  Ümummilli  liderimiz  Heydər  Əliyev  öz  siyasətində 

daima  gənclərə  qayğı  göstərmiş,  onların  bir  fərd  kimi 

yetişməsinə  xüsusi  önəm  vermişdir.   Ulu  öndər  respublika 

rəhbərliyinə  gəldiyi  ilk  dövrlərdən  gənclərin  himayədarı  kimi 

çıxış  edərək  sağlam  düşüncəli  yeni  nəslin  yetişdirilməsi 

sahəsində  misilsiz  işlər  görmüşdür.  Hakimiyyətə  gəldiyi  ilk 

günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və 

sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər 

ruhda  tərbiyəsinə  həmişə  önəm  vermişdir.  Heydər  Əliyev 

nitqlərinin birində bu barədə demişdir׃ “Gənclərimiz milli ruhda 

tərbiyə  olunmalıdır,  milli-mənəvi  dəyərlərimizin  əsasında 

tərbiyələnməlidir.  Gənclərimiz  bizim  tariximizə  yaxşı  bələd 

olmalı,  dilimizi  yaxşı  bilməlidir.  Hər  bir  gənc  vətənpərvər 

olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda 

xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa 

bağlı olmaq – budur vətənpərvərlik”. Ötən əsrin 90-cı illərinin 

əvvəllərində  dünyada,  o  cümlədən  Azərbaycanda  baş  verən 

ictimai-siyasi  hadisələr  dəyişdikcə,  gənclər  qarşısında  duran 

problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün 

bunları  gözəl  bilən  ümummilli  liderimiz  Heydər  Əliyev  gənc 

nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 

26-da Gənclər və  İdman Nazirliyini yaratdı. Gənclər və İdman 

Nazirliyi  yaradıldıqdan sonra  dövlət gənclər siyasəti sahəsində 

mühüm  işlər  həyata  keçirilməyə  başladı,  nazirliyin  yerli 

strukturları  formalaşdı,  gənc  nəslin  mənəvi  tərbiyəsi  və  fiziki 

inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda 



 

iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi 



sahəsində  lazımi  tədbirlər  görüldü,  bir  sıra  dövlət  proqramları 

hazırlandı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da 

ulu  öndər  Heydər  Əliyev  tərəfindən  imzalanan  sərəncama 

əsasən,  2  fevral  1996-cı  il  tarixində  Azərbaycan  Respublikası 

gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun 

keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da 

artırıldı.  Forum müstəqil Azərbaycan Respublikasının gəncləri 

qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə 

gənclərinin  hər  bir  sahədə  fəal  iştirak  etməyə  hazır  olduğunu 

nümayiş  etdirdi  və  gənclərlə  işin  nəzərəçarpacaq  dərəcədə 

canlanmasına səbəb oldu.  Ulu öndər Heydər Əliyevin gənclər 

siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 

2006-cı ildə imzaladığı Gənclər və İdman Nazirliyinin yenidən 

təşkil  edilməsi  haqqında  fərman  da  mühüm  hadisə  oldu. 

Dövlətin 

gənclərlə 

bağlı 

siyasətinin 



uğurla 

həyata 


keçirilməsində  bu  mühüm  addımın  çox  böyük  rolu  var. 

Gənclərin  sağlam  böyüməsi  yolunda  atılan  bu  addımla  bütün 

sahələrdə  olduğu  kimi  idman  sahəsində  də  böyük  irəliləyişlər 

əldə olundu. 

     Ölkəmizdə  məqsədyönlü  şəkildə  həyata  keçirilən  işlərin 

nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyi yeni inkişaf 

mərhələsinə  qədəm  qoyub.  Ölkə  rəhbəri  tərəfindən  uğurla 

davam  etdirilən  dövlət  gənclər  siyasətinin  düzgünlüyünü  bu 

sahədə  qazanılmış  uğurlu  nəticələr  də  təsdiqləyir.  Prezident 

İlham  Əliyevin  gənclərin  potensialından  ölkənin  mənafeyi 

naminə  tam  və  düzgün  istifadə  olunması,  onların  faydalı 

məşğulluğunun,  dövlət  idarəçiliyi  sistemində  iştirakının  təmin 

edilməsi  məqsədilə  2005-ci  il  avqustun  30-da  imzaladığı 

"Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) 

təsdiq  edilməsi  haqqında"  sərəncamı  da  gənclərə  dövlət 

qayğısının  davamı  idi.  Bütün  bunlar  deməyə  əsas  verir  ki, 




Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə