F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
  1   2   3   4   5   6   7   8   9


                                F. 

Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

 

 



 

 

              Gənclər gələcəyimizin qurucularıdır 

 

 

Gənclər  Günü    münasibətilə  mərkəzi  kitabxanaların  uşaq  şöbələri, 



MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün  hazırlanmış  

metodik vəsait 

 

 

 

                                     

 

                                    

Bakı – 2018 


 

Tərtibçilər:                                      Ruhiyyə Məmmədli 



                                                          Sevil Əhmədova 

 

Redaktor:                                         Könül Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



    Gənclər  gələcəyimizin  qurucularıdır  :  2  fevral  Gənclər 

Günü  münasibətilə  mərkəzi    kitabxanaların  uşaq  şöbələri,  

MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika Uşaq 

Kitabxanası;  tərt.ed.  R.  Məmmədli;    ixt.red.    və    burax.məsul     

Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  -  Bakı:  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018.- 40 s. 



                                           

 

 

 

 

 

  

 

 

 

 ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

                                       Tərtibçidən 

    Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir 

millətin  mövcud  olması üçün  onun  sağlam  gəncliyinin  olması 

vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin,  müstəqilliyin 

daha  da  möhkəmləndirilməsi,  gələcəyin  etibarlı  təminatı 

intellektual  səviyyəli  potensial  kadrların  yetişdirilməsindən, 

onların  aparıcı  qüvvəyə  çevrilməsindən  çox  asılıdır.  Bu  gün 

Azərbaycanda  sağlam,  vətənpərvər,  intellektli  gənclik 

formalaşıb. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan 

ümidlərini,  ilk  növbədə,  gənc  nəsilə  bağlayır.  Gənc  nəslin 

yetişdirilməsi  hər  bir  ölkə  üçün  ən  başlıca  məsələdir.  Çünki 

ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc 

nəslin  vətənpərvərlik  ruhunda  tərbiyə  olunması  onun  mənsub 

olduğu  xalqın  rifahının,  ölkənin  çiçəklənməsinin  rəhnidir.  Bu 

gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi 

milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan 

qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. 

O, öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bu günü 

və  gələcəyi  haqqında  düşünür,  öz  fəaliyyətində  yüksək 

vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Bu gün 

gənc  nəslin  düzgün  yetişdirilməsi  ölkə  siyasətində  önəmli  yer 

tutur.  Əsası  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən 

qoyulmuş  dövlət  gənclər  siyasətinin  Prezident  İlham  Əliyev 

tərəfindən  uğurla  davam  etdirilməsinin  nəticəsidir  ki,  bu  gün 

Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 

    Azərbaycan  dövlətinin  gənclərə  göstərdiyi  diqqət  və  qayğı 

onları  doğma  yurdu  sevməyə,  yüksək  təhsil  alaraq  ölkəmizin 

inkişafına  töhfə  verməyə  həvəsləndirir.  Məhz  bu  diqqət  və 

qayğının nəticəsində bu gün gənclərimiz cəmiyyətin fəal üzvləri 

kimi  ölkə  həyatının  bütün  sahələrində  səylə  çalışır, 

Azərbaycanın 

çiçəklənməsi 

yolunda 


əsl 

vətəndaşlıq 

mövqeyindən çıxış edirlər.  



 

“Azərbaycan gəncləri 2016-2020-ci illərdə” Dövlət Proqramı 



çərçivəsində gənclərlə bağlı bir sıra yeni təkliflər  

    Gənclər  və  İdman  Nazirliyi  tərəfindən  irəli  sürülən  təkliflər 

içərisində  istedadlı  və  yaradıcı  gənclərin  əsərlərindən  ibarət 

Bədii Yaradıcılıq Fondunun yaradılması, gənc rejissor, rəssam, 

sənətkar və fotoqrafların əsərlərindən ibarət yerli və beynəlxalq 

səyyar sərgi və kino nümayişlərinin təşkili, yerli və beynəlxalq 

elmi-praktik  konfrans,  forum,  seminar  və  digər  tədbirlərin 

keçirilməsi,  yeniyetmə  və  gənclərin  elmi-texniki  yaradıcılıq 

festivalının təşkili yer alıb. Bundan əlavə, gənclərlə bağlı müasir 

teleradio  layihələrinin  hazırlanması,  internet  resurslarının 

inkişafı,  Azərbaycan  tarixi  və  mədəniyyətini  əks  etdirən 

kompüter  oyunları  və  mobil  proqramların  hazırlanması  və  bir 

sıra digər təkliflər irəli sürülüb. 

    Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır 

    1998-ci ildə Lissabonda keçirilən beynəlxalq konfransda hər 

il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması 

qərara alınıb. Ölkəmizdə isə Gənclər Günü hər il fevral ayının 

2-sində  qeyd  olunur.  1990-cı  illərin  əvvəllərində  dövlət 

müstəqilliyini  yenidən  əldə  etmiş  respublikamızda  mürəkkəb 

ictimai-siyasi  proseslər  cərəyan  edir,  dövlətçiliyimizə  xələl 

gətirən, onun ərazi bütövlüyünün pozulmasına çalışan qüvvələr,  

separatçı  mövqedən  çıxış  edir,  Ermənistan  tərəfindən 

torpaqlarımız işğal olunurdu. Yaranmış gərgin vəziyyət, Dağlıq 

Qarabağda  ermənilərin  törətdikləri  vəhşiliklər  və  cəbhədəki 

uğursuzluqlar  gənclərimizi  də  ruh  düşkünlüyünə,  bədbin   

əhvali-ruhiyyəyə  sövq  etmişdi.  Dövlət  müstəqilliyimizin  əldə 

olunmasında  müstəsna  rol  oynamış,  xalq  hərəkatının  önündə 

gedərək  azadlıq  və  müstəqillik  ideyalarının  daşıyıcıları  olmuş, 

Vətənin müdafiəsi torpaqlarımızın qorunması uğrunda yüzlərlə 

şəhid  vermiş  gənclərimiz  diqqətdən  kənar  qalmışdılar.  Məhz 



Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə