F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
1   2   3   4   5   6   7   8   9

16 

 

    Zamanın  hər  parçasını  millətinə,  vətəni  adına  dəyərləndirən 



gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmandır. 

“Füyuzat” jurnalından 

 

    Ömrün ən təhlükəli dövrü gənclikdir. 



Corc Noel Qordon Bayron 

                                                                  İngilis romantik şairi 

 

    Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. 



Nikolay Vasilyeviç Qoqol                                                    

 Rus yazıçısı, dramaturqu, şairi 

 

    Müstəqil həyata qədəm  qoyan  gənclər  utancaq və təvəzökar 

olmalıdır, çünki arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa 

çevrilə bilər. 



Fransuo de Laroşfuko 

                                                                           



Fransa yazıçısı 

  

    Cavanlıqda əkdiyini qocalıqda biçərsən. 

Henrik İbsen  

                                                            Norvegiyalı dramaturq 

 

    Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara 

borcluyam. 

Napoleon Bonapart  

                                                                    Fransa imperatoru 

 

    Dünyada  ən  ağıllı  iş  gənclikdə  qazandığın  elmi  qocalıqda 



xərcləməkdir. 

Ceyms Rendal  

                                                                       Amerika yazıçısı 

 


17 

 

    Hər  bir  millətin  istər  tərəqqisi,  istərsə  də  tənəzzülü  həmin  



millətin gənclərinin alacaqları tərbiyədən asılı olur. 

Uilyam Şekspir  

                                                                     ingilis dramaturqu 

 

    Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır. 



Albert Kamyu 

fransız yazıçısı və filosof 

 

    Gənclər günündə təbliğ olunacaq ən aktual mövzulardan biri 

vətənpərvərlik mövzusudur. Vətənpərvərlik ən ülvi bir hissdir. 

Bu  gözəl  və  nəcib  əxlaqi  keyfiyyəti  gələcəyin  qurucularına 

aşılamaq  biz  kitabxanaçıların  borcudur.  Ümummilli  liderimiz 

Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənc nəslin vətənə 

məhəbbət,  xalqa,  elinə  və  obasına  hörmət,  soykökünə,               

ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına 

həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli 

məsələ  kimi  baxmışdır.  Biz  şanlı  tariximizlə,  əfsanəvi 

qəhrəmanlarımızla    həmişə  fəxr  edirik.  Cavanşir,  Babək,  Şah 

İsmayıl  Xətai,  Səmədağa  Mehmandarov,  Əliağa  Şıxlinski, 

Cəmşid  bəy  Naxçıvanski,  Həzi  Aslanov,  İsrafil  Məmmədov, 

Mehdi  Hüseynzadə  kimi  igid  və  cəsur  sərkədələrimizin  şəxsi 

nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman 

xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır 

olan  mətin  gənclər  yetirmişdir.  Erməni  qəsbkarlarına  qarşı 

ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz 

həyatı,  şəxsi  nümunəsi  apardığımız  hərbi  vətənpərvərlik 

tərbiyəsi  işində  ön  plana  keçməlidir.  Respublikamızın 

ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət 

və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün 

fənlərin  gənclərdə  hərbi-vətənpərvərlik  hissləri  aşılamaq  üçün 

çox  böyük  imkanları  vardır.  Gənclərdə  hərbi-vətənpərvərlik 

tərbiyəsini  o  zaman  daha  yaxşı  aşılamaq  mümkündür  ki,                   

orta  məktəbin  X-XI  siniflərində  oxuyan  şagirdlərə  və  ali 



18 

 

məktəbdə  təhsil  alan  tələbələrə  ayrı-ayrı  fənləri  və  ixtisas 



kurslarını  tədris  edərkən  hərbi  məzmunlu  biliklər  də  verilsin. 

Gənclərin  ədalət  və  düzgünlük,  humanizm,  vətənpərvərlik, 

xeyirxahlıq,  mərhəmət,  xeyriyyəçilik,  cəsarət  və  mərdlik, 

təmizlik,  milli-mənəvi  dəyərlərə  bağlılıq  ruhunda  tərbiyə 

edilməsi,  onlarda  dövlətçilik  təfəkkürünün,  millətə,  Vətənə 

bağlılıq  hissilərinin  gücləndirilməsi  mənəvi  inkişafın  vacib 

istiqamətləridir.  Azərbaycan  gənci  öz  tarixinə  hörmətlə 

yanaşmalı, öz vətəninə, xalqına, dövlətinə, dövlətçilik tarixinə, 

bayrağına, himninə, gerbinə, milli dəyərlərinə, adət-ənənələrinə, 

dövlət  rəhbərinə  ehtiramla  yanaşmalı,  milli  dəyərlərini,  milli 

maraqlarımızı  hər  şeydən  uca  tutmalıdır.  Gənclərin  Vətən 

məsuliyyəti  onların  amalı  olmalıdır.  Bunun  üçün  də  gənclər 

arasında  maariflənmə  aparılmalıdır.  Tarixi  şəxsiyyətlərin, 

ictimai  xadimlərin,  milli  qəhrəmanların  kimliyi,  həyat  yolu 

gənclər  arasında  mütəmadi  təbliğ  olunmalıdır.  Bu  təbliğat            

yolu  ilə  hər  bir  gəncin  içində  bir  idealı,  qəhrəmanı  yaranır. 

Müstəqil  Azərbaycan  dövlətinin  qorunub  saxlanılması,                    

onun  tərəqqisi  naminə  gələcəyin  qurucuları  olan  bügünkü              

nəslin  əsl  vətəndaş  kimi  yetişməsi  üçün,  biz  kitabxanaçılar 

xalqımızın  keçmişini  mükəmməl  öyrənməyə  səy  göstərən 

məktəbliləri  torpaqlarımızın  bütövlüyü  və  toxunulmazlığı, 

azadlığı  və  müstəqilliyi  yolunda  qəhrəmancasına  həlak  olmuş 

şəhidlərimizin  həyat  və  döyüş  yollarını  əks  etdirən  kitablarla 

tanış  etməli,  öz  şərəfli  ölümləri  ilə  ölümsüzlük  zirvəsini  fəth 

etmiş  oğullarımızın  qısa,  lakin  mənalı  ömür  yolu  təbliğ 

olunmalıdır.   

    Gənclərimizin  intellektual  səviyyələrinin  yüksəldilməsi, 

onların  dünyagörüşünün  artırılması  əsas  məsələlərdən  biridir. 

Ölkəmizdə  bir  sıra  intellektual  gənclər  klubları  fəaliyyət 

göstərməkdədir. Yaxşı olardı ki, kitabxanalarda da intellektual 

klublar, viktorinalar təşkil olunsun və vaxtaşırı həmin klubların 

yarışları təşkil edilsin. Viktorinaların təşkili orta və böyük yaş 

qrupuna  aid  oxucular  üçün  daha  əhəmiyyətli  olar.  Oyunun 



Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə