19
maraqlı təşkil olunması məqsədilə verilən cavablar damalar
daxilində bir-birindən asılı formada lövhədə əks olunur. Hər
cavab tapıldıqca aparıcı düzgün cavabı həmin xanalara yazır.
Gənclər arasında iş aparan zaman kitabxanaçılar onları
aşağıdakı müəyyən qruplara ayıraraq öz işlərini istiqamətləndirə
bilərlər. Bu məqsədlə yüksək intellektli və yaradıcılıq
qabiliyyətli gəncləri aşkarlayıb onlarla iş aparmaq olar. Xüsusi
qabiliyyətli gənclərin əsas fərqləndirici xüsusiyyəti ondadır ki,
onların düşünmə tərzi heç kimə oxşar olmayan, qeyri-standart
və orijinal olur. Xüsusi qabiliyyətli gənclər, bir qayda olaraq,
güclü yumor hissi ilə də fərqlənir və geniş müşahidə
qabiliyyətinə malik olurlar. Bunu nəzərə alaraq kitabxanaların
nəzdində gənclər üçün “Şən və hazırcavablar” klubu təşkil
etmək olar. Viktorinanın suallarını təqdim edirik:
1. Olimpiya oyunları ilk dəfə harada keçirilib?
Cavab: İlk dəfə Yunanıstanda keçirilib. Keçmiş MDB-də ancaq
Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. Sonuncu dəfə
Çində olub.
2. Səmada Günəşdən sonra ən parlaq ulduz hansıdır?
Cavab: Sirius ulduzu – Səmada Günəşdən sonra ən parlaq
ulduzdur.
3. Sovet dövründə belə hesab olunurdu ki, o ən yaxşı hədiyyədir.
O hədiyyənin ən bahasını Bill Gates 24 milyon dollara alıb.
Cavab: . Sovet dövründə kitab ən yaxşı hədiyyə hesab olunurdu.
4. E.ə. 490-ci ildə yunan sərkərdəsi Miltiad hansı düzdə kiçik
itkilərlə 6400 düşməni öldürməyə və qələbə çalmağa nail olur?
Cavab: Marafon.
5. İngilis dilindən sonra dünyada ən çox danışılan Avropa dili
hansıdır?
Cavab: İspan dili.
6. Azərbaycan Respublikasının Dövlət bayrağının üzərindəki
rənglər nəyin simvoludur?
20
Cavab: Dövlət bayrağının üzərindəki mavi rəng türkçülüyün,
qırmızı rəng müasirlik və demokratiyanın, yaşıl rəng isə
islamlığın simvoludur.
7. Azərbaycan Respublikasının Dövlət gerbinin üzərindəki
simvollar nəyi bildirir?
Cavab:
Azərbaycan
Respublikasının Dövlət gerbinin
üzərindəki qalxan – birlik, müdafiə, müqavimət; ulduz –
Vətənimizin cənnət məskəni olmasının; alov – odlar yurdunun;
palıd yarpaqları – uzun ömürlüyün və möhkəmliyin; sünbül isə
bərəkətin, bolluğun rəmzidir. Simvollar "müharibə istəmirik,
lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq" – fikrini
ifadə edir.
8. Azərbaycanı 2 hissəyə bölən müqavilə hansıdır?
Cavab: Türkmənçay müqaviləsi.
9. Azərbaycan xalqının ana kitabı – “Kitabi-Dədə Qorqud”un
neçə əlyazması məlumdur?
Cavab:
Elmə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un
hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur.
10. Azərbaycan Milli Qəhrəmanlarından kimləri tanıyırsınız?
Cavab: Çingiz Mustafayev, Allahverdi Bağırov, Əlif Hacıyev,
Vüqar Hüseynov, Məhərrəm Seyidov, Əsəd Əhmədov, Şirin
Mirzəyev, Fərid Əhmədov, Mübariz İbrahimov və başqaları.
11. Bu qəhrəmanlar haqqında yazılmış hansı kitablar var?
Cavab: İ. İbadoğlu “Sərkərdə”, A. Kərimli. “Zəngilan
şəhidləri”, S. Müslümqızı “Qar üstünə qan yağırdı”, “Xocalı
uşaqları – qan içində qar çiçəyi”, B. Səmədov., S. Aslanov
“Təki Vətən yaşasın”, M. Süleymanov “Milli Qəhrəmanlar”,
E. Elatlı “Qisas gecəsi”, “Cəhənnəmdən gələn səs”, G. Pənah
“Qarabağ dərdi”, M. Çəmənli “Mübariz” və s.
12. Azərbaycan torpağının işğal olunmuş şəhər və rayonları
hansılardır?
Cavab: Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər,
Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan.
13. Qarabağ müharibəsi nə vaxt başlamışdır?
21
Cavab: 1988-ci ilin fevralında.
14. Böyük Vətən müharibəsi illərində neçə nəfər azərbaycanlı
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?
Cavab: 23 nəfər.
15. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyzadədən bəhs edən
filmin adı nədir?
Cavab: “Uzaq sahillərdə”.
16.“Sizi dünyalar qədər sevirəm” bədii filmi kimə həsr olunub?
Cavab: Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova.
17. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə neçənci ildə
qayıtmışdır?
Cavab:1993-cü il 3 oktyabr.
18. “Əsgər marşı”nın musiqisi kimindir?
Cavab: Cavanşir Quliyevin.
19. “Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim” – misralarının müəllifi
kimdir?
Cavab: Xalq şairi Məmməd Araz
20. Azərbaycanda neçə şəxs Milli Qəhrəman adına layiq
görülmüşdür?
Cavab: Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi
uğrunda gedən döyüşlərdə minlərlə insanımız iştirak etmiş
və şəhidlik zirvəsinə qalxmışdır. Onlardan 214 nəfəri
Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli bir ada layiq
görülmüşdür.
Gənclərin iştirakı ilə bir-birindən maraqlı səhnələrin təşkil
edilməsi olduqca maraqlı olar. Bunun üçün dünya şöhrətli
yazıçıların və şairlərin əsərlərindən istifadə edilməsi
məqsədəuyğundur. Belə əsərlərin seçilməsi gənclərdə mütaliəyə
marağı daha da artırar. Əsərin səhnələşdirilməsi üçün bacarıqlı
gənclərin istedadından istifadə edilməsi yaxşı olar. Bu gənclərdə
mütaliəyə həvəsi daha da artırar, onların aktyorluq bacarığını
meydana çıxarar. Yuxarı sinif şagirdləri arasında “Ən yaxşı