Matayev J. “Gəlin” 2011-ci il, kətan, yağlı boya, 60 x 75
99
Körpənin doğuluşu, ad seçimi
İnsanın doğuluşu, bütün
dünyada olduğu kimi bizim də
xalqımızda bir çox əski ayin və
ənənələrlə nurlanır. Bu ənənələr
hal-hazırda
müasirlərimiz
tərəfindən də əziz tutulur, onlara
ehtiram göstərilir. Elə ekzotikləri
var ki, ayrı heç yanda qarşıma
çıxmayıb. Məs., çağanı ananın
sinəsinə salmazdan əvvəl ağzına
bircə tikə ərinmiş yağ qoyurlar
ki, balacanın sonrakı həyatı o yağ
parçası kimi şirin olsun, ömür
yolu isə hamar getsin. Yalnız
bu prosedurdan sonra ana uşağı
əmizdirməyə başlayır.
Ana südü yəqin bütün insanlar kimi, qırğız
üçün müqəddəsdir və insan ömrü boyu əlindən
gələni etməlidir ki, ananın südü halal olsun.
Belə inanc var ki, körpə yuxuda gülümsəyirsə,
qoruyucu-mələk yuxusuna girib, yarıörtülü gözlə
yatırsa, qismətinə göyçək qızla evlənmək yazılıb...
Qırğız laylaları, bir qayda olaraq, çox lirik
və həlimdir və əksərən, ətraf dünya haqqında
bəhs edir, sanki balaca insancığazı quşlarla və
heyvanlarla: bülbüllərlə, bildirçinlərlə, durnalarla,
sərçələrlə, çəpişlə, nərçə ilə görüşə hazırlayır...
Laylalarda uşaqlardan canlı aləmə ehtiyatla, ehmal,
məhəbbətlə yanaşmağı xahiş edirlər ki, gözəl quşlar
daima insanların yanına uçub gəlsin, heyvanlar isə
hürkmədən yaxınlaşsınlar...
Ümumiyyətlə, qırğızlara heyvan balalarına
riqqətlə yanaşmaq xasdır. Təsadüfi deyil ki,
nəvazişlə övladlarımızı belə adlarla çağırırıq:
qulunum (dayça), botom – nərçə.
Qırğızlar qədimdən körpəyə ad seçiminə böyük
məsuliyyətlə yanaşmışlar. Hesab olunur ki, düzgün
seçilmiş isimdən uşağın taleyi çox asılıdır.
Müsəlman adətinə görə uşağa adı nəsildə ən
möhtərəm şəxs üç dəfə “Allahu-əkbər” deyərək
verir. Bunu deyərkən, həmin şəxs sanki Xaliqi
məlumatlandırır ki, dünyada belə
ismi-şəriflə insan zahir olub və
onun üçün Yaradandan mərhəmət,
nüsrət diləyir.
Çağanın valideynləri üçün
ad verimi çox məsuliyyətli
missiyadır, çünki ata-ana körpə ilə
əlaqədar gələcəyə böyük arzular,
ümidlər bəsləyir. Bəzən körpəyə
adı anadan olmamış verirlər, ancaq
bu nadir hallarda vaqe olur. Belə
vaxtından əvvəl advermə bata
– nəsildəki ən möhtərəm ixtiyar
qocadan xeyir-dua və xoş arzular
almaq niyyətini güdür. Məs.,
“Manas” dastanında Manasın yoldaşı Kanıkey
Koşoyun ricası ilə oğlu hələ boyunda olarkən onu
Semetey adlandırmışdı. Bu qədim ənənə hələ də
yaşamaqdadır. Çağanın adına xeyir-dua verilməsi
çox mühüm iş hesab olunur.
Yeri gəlmişkə, xoş bir ənənə barədə kəlmə
kəsmək istərdim. Hərgah ən yaxın qohumların
övladı olmursa, çox vaxt qırğızlar o ailəyə öz
övladlarından birini verirlər və əmin olurlar ki,
uşaq həmin ailədə sevimli və xoşbəxt yaşayacaq.
Ölkəmizdə tanınmış və möhtərəm xalq yazıçısı
Keneş Jusupov ibrətamiz bir söhbət edirdi ki, çox
məşhur bir kişinin gözünün ağının-qarası, savadlı,
ağıllı-kamallı yeganə oğlu tədricən içkiyə qurşanır,
sonda lap yolunu itirir. Tanış ağsaqqallardan biri
ailəyə məsləhət görür ki, ola bilsin, oğlanın adla
bəxti gətirməyib və nə qədər gec deyil, ona ayrı,
daha alicənab ad vermək və ada xeyir-dua almaq
qəsdilə qonaq çağırmaq, qoyun kəsmək lazımdır.
Yolunu azmış oğul uzun müddət bu niyyətə əks
çıxır, lakin nəticədə, nənə oğlanı yola gətirməyi
bacarır: bəlkə Allah bəxtini verər? Ağsaqqalları
dəvət edirlər, kiçik ziyafət qururlar, qonaqlar
hamılıqla yeni adı bəyənir... Həqiqətən, tezliklə
oğlan spirtli içki qəbul etməyi azaldıb tərkidir, haqq
yoluna gəlir, arvadı ilə barışır, ailəsinə qayıdır.
100
Belə olur ki, çağaya adı məhz həmin gün evə
ilk daxil olan şəxsin şərəfinə verirlər. Bu gün hələ
b.e.ə. V əsrdə mövcud olmuş çox qədim adlara
təsadüf olunur. Məs., Turan, Kaqan, Tegin, Bars...
Atantay, Joomart (comərd, səxavətli)
adlarını ən mehriban körpələrə verirlər. Belə
əhvalat söyləyirlər ki, bir qadın balacasının süd
yeməkdən imtina etməsindən narahat olubmuş.
Uşaq qətiyyən anasının sinəsinə yaxın düşmürdü.
O zaman müdrik bir adam qadına yad çağanı, bir
ac yetimi doyuzdurmağı məsləhət bilir. Qadın
yad balacanı yedizdirdikdən sonra öz çağası tam
sakitliklə südünü yeməyə başlayır. Digər balacanı
isə ac quşları görəndə həmişə ağlamaq tuturmuş...
Çağaların xeyirxah qəlblə anadan olmasına çoxlu
misal gətirmək olar. Qırğızlar bu cür balacalara
Atantay, Joomart və b. adları verirlər.
Çox vaxt çağaya ad verəndə, sanki ətraf aləmi
peşkəş edirlər: Kolbəy – göl sahibi, Taalaybəy
– xoşbəxtlik sahibi... Uzağa getməyəcəyəm.
Özümün iki qızım, iki oğlum var. Hələ xırdadırlar:
böyük qızım Kanayımın yeddi yaşı, ortancıl oğlum
Elimbəyin dörd yaşı var. Ancaq oğlan yaşına görə
yetərincə kamallı uşaqdır. Bir dəfə onu özümlə
İssık-Kula istirahətə aparmışdım. Sahildə gəzişir,
söhbətləşirdik. Uşağın bacılarının, kiçik qaqaşının
adlarının mənasını, nəyin kimə mənsub olmasını
orijinallıqla “açmağına” mat-məəttəl qaldım:
“Ay – göydəki aydır, demək ay Kanayıma
məxsusdur. Kun – günəşdir, ona görə günəşin
sahibəsi Kunayımdır. Dağlar – Tenirbəyindir.
Anamız Şatquldur – güllərin hamısı ananındır.
Mən isə Elimbəyəm , demək bütün xalq mənimdir.
Axı el – millətdir...”
Bax biz beləcə təbiətin başlıca sərvətini
mənimsəmişik!
İlyina L.A. Analıq silsiləsindən “Səadət” (Sevinc) 1967-ci il, Bişkek, linoqravür, 90 x 50
101
Dostları ilə paylaş: |