Bəzi əlamətlər, məişət ənənələri və bayramlar haqqında
Suyunçuloo – hamıdan birinci gətirəndə
müqabilində muştuluq alınan xoş xəbər. Körpə
anadan olanda, bu barədə ilk məlumat alan
şəxs qohum-əqrəbaya xəbər gətirir və əvəzində
muştuluq alır.
Suyunçu – qohumun evliliyi, yaxud özgə yaxşı
xəbər müqabilində alınan sovqatdır. Məs., Manasın
atası – Jakıp oğlunun anadan olmasını eşidəındə,
bu gözəl ismarıcı gətirən şəxsə bir kurcun (xurcun)
qızıl vermişdi.
Jentek – körpənin anadan olması münasibətilə
verilən ziyafət. Uşaq doğulan yurtada süfrə açırlar
ki, qonaqlar balacaya baxsınlar və bu münasibətlə
hazırlanan təamlardan dadsınlar. Yurta sahibi
sevincini qonaqlarla bölüşür ki, yeni insanın gəlişi
ilk gündən cahanı sevindirə bilsin.
Beşikke saluu – çağanın ilk dəfə beşiyə
qoyulması. Beşiyi və bütün lazımi ləvazimatı ana
tərəfdən nənə bağışlayır.
Beşiyi ardıc tüstüsü ilə pak edir, çağaya şirin
yuxu, cansağlığı və müdriklik arzulayırlar. Bu
ayinin şahidləri evə əlidolu gələn qohum-əqrəba
olur. Balacanı beşiyə ilk dəfə qoymaq çoxlu övladı
və nəvə-nəticəsi olan möhtərəm ağbirçəyə həvalə
olunur. Bu zaman qadın belə sözlər deyir: “Ana
beşik, möhkəm dayan. Umay-ənə, çağaya sakit
yuxu ver”.
“Yeddi” rəqəmi nəinki qırğızlar, külleyi
müsəlmanlar üçün xüsusi əhəmiyyətə malikdir. 7 –
müqəddəs sayılır, zira həftədə 7 gün var, asimanda
7 ən parlaq ulduz var, yerin 7 qatı var, hava 7
atmosferdən ibarətdir. Ona görə çağanı beşikdə
7 nazik örtüklə örtür, hərəsi üçün ayrıca xüsusi
sözlər deyir, arzular diləyirlər. Beşiyin başını, ayaq
hissəsini ərinmiş yağla yağlayırlar, uşağa bəxtəvər
uşaqlıq istəyirlər. Mərasim bitəndən sonra çağanın
anası baş əyir və ağbirçəklərin xeyir-duasını alır.
Bu münasibətlə çağanın valideynləri kiçik ziyafət
qurur və dəvət olunan qonaqlara şirniyyat və
boorsok (yağda qızardılmış xəmir) paylayır.
Beşik çox bərk oduncaqlı ağacdan yonulur,
adətən, ardıcdan, palıddan, küknardan. Ona görə
nəsildən nəslə ötürülə bilir. Hərgah beşik layiqli
insana mənsub olmuşsa, hər ana körpəsini o beşiyə
qoymağı şərəf sanır.
Korunduk – “koruu” – görmək, baxmaq
felindən. Qırxı çıxmış çağanı, gəlini, bəyi ilk dəfə
görəndə xoş niyyəti, xeyirli arzunu bildirmək üçün
təqdim olunan peşkəş.
Tuşoo kesuu – körpənin ilk sərbəst addımına
həsr olunmuş bayram. Bayramda təzə-təzə gəzməyə
başlayan balacanın qılçalarında rəmzi “kəndirləri
kəsirlər”. Uşağın qılçalarını nazik kəndirlə
kəndirləyirlər və balacanı bir az aralıda dayanmış
uşaqların dəstəsinin qarşısında saxlayırlar.
Böyüklərin işarəsi ilə körpəyə qaçıb ilk çatan və
kəndiri kəsən uşaq bəxşiş alır. Belə özünəməxsus
yarışda böyüklər də iştirak edir və ərməğan alır.
Həmin gün böyük ailə bayramı təşkil olunur.
Keçmişdə ən sürətli yarışmaçıya qırmanc peşkəş
olunurdu. Hesab edilir ki, kəndirləri kəsəndən
sonra uşaq daha arxayın, yıxılmadan gəzməyə
başlayır. Ona xeyir-dua verirlər ki, həyat yolu düz
və bəxtəvər olsun.
Kırkın çıqaruu. Çağanın qırxı çıxanda,
saçlarını qırxır, qırx qaşıqda duz əridib suyunda
uşağı çimizdirirlər. Hesab edilir ki, bu su körpənin
sağlamlığını möhkəmlədir. Bu ayini çağanın ana
tərəfinin qohumları icra edir. Əsas hədiyyə balaca
dayça sayılır.
Yeni evə köç. Yeni evə köçə yaxın qohum-
əqrəba, dostlar, tanışlar gəlib ən zəruri əşyaları
hədiyyə verirlər: şırdaklar, ala-kiyizlər, balışlar,
tuş-kiyizlər, toşoklar, yataq dəstləri, qab-qacaq, ev
hacətləri və s. Lakin ən dəyərli peşkəş ev heyvanı,
çox vaxt at sayılır.
Tabak tartuu – qonaqlara təqdimat. Milli xörəyin
düzgün təqdimatı incə yanaşma, bacarıq və biliklər
tələb edən incəsənətdir. Tabak (ət xörəyi ilə nimçə)
– qonağın yaşına və mövqeyinə uyğun olmalıdır.
102
Baş tabak - əsas nimçə; sıy tabak – fəxri nimçə;
kuyoo tabak – kürəkən üçün nimçə; kelin tabak
– gəlin üçün nimçə. Tabak tartuu – sadəcə ənənə
deyil, bu hər şeydən öncə, adətlərdən xəbərdarlıq,
ədəb-ərkan və qonaqpərvərlik qanunlarına riayət
deməkdir.
Terqoo – qadınların ərinin qohumlarına
xitabən söylədiyi məcazi sözlərdir. Məs., gəlin
ərinin ən yaxın qohumlarını adbaad çağıra bilməz
– ədəbsizlik sayılır. Və gəlin sözləri seçir və bu
minvalla öz hörmətini izhar edir. Bu zaman belə
münasibət təkcə yaşca böyüklərə aid edilmir, habelə
ərin kiçik qardaşına, yaxud bacısına ərz edilir.
Otko kiruu – gəlinin ilk dəfə bəyin
qohumlarının, yaxud qonşularının evinə getməsi,
sovqatların təqdimatı və yeni ocağın sahibəsi
şəxsində tanınması. Bəyin valideynləri ona örpək
hədiyyə verirlər və bu andan etibarən gəlin ümumi
ev təsərrüfatı işlərinə qoşulmalı və özünü evindəki
kimi duymalıdır.
Bu münasibətlə müəyyən dərəcədə qorunub
saxlanmış qadının ərinin qohumlarından və ərin
arvadının qohumlarından “qaçması” ayinini yada
salmaq lazımdır. Qırğızca “uyat bolot” – “kimdənsə
qaçmaq”, “utanmaq” deməkdir, eyni zamanda
“hörmət bəsləmək” sözünə sinonimdir. Bu adət
özünü fərqli göstərir. Bəzən gəlinə ərinin ailəsinin
bir neçə üzvü ilə görüşmək, ən yaxınlarını adbaad
çağırmaq qadağan edilirdi. Gəlin saçlarını örtən
örpək örtməli idi. Gəlinlə qayınata eyni vaxtda
yurtada bulunmamalı idilər. Gəlin qohum-əqrəbanı
görəndə baş əyməli idi. Qayınataya hörmət və
məhəbbət ən xırda detallarda təzahür edirdi. Hətta
ona qədər ki, gəlin qayınatanın gözünün içinə dik
baxa, kobudluq edə, sözləşə bilməzdi. Uşaqlıqdan
təlqin edilmiş belə tərbiyə qız ərə gedəndə özünü
göstərirdi. O, qayınatasının, qayınlarının gözünün
içinə dikbaşlıqla baxa bilməzdi...
İlk uşaq anadan olandan sonra bu qadağalar
tədricən yumşalırdı. Qadağaların hamısı gəlin
ərinin qohumlarından xeyir-dua alandan sonra
tamamən götürülürdü.
Xalq arasında deyilir: gəlin yaxşı deyil,
düşdüyü yer yaxşıdır. Adətə görə qayınana
narazılığını birbaşa gəlinin üzünə deməməlidir,
sanki kimə isə ayrı adama xitabla bildirməli, gəlin
isə mətləbi tutmalıdır.
Çox gözəl mərasimlər var. Məs., gəlinin ər
evinə gələndə hamıya hörmətlə təzimi. Cavabında
ərin valideynləri cavanlara yaxşılıq və möhkəm
ailə bəxtəvərliyi arzulayırlar. “Ağ örpək başından
düşməsin” duası solmaz gözəllik, təvazökarlıq və
ailə səadəti arzusu rəmzidir. Mənə bəllidir ki, məs.,
İssık-Kul vilayətində gəlinlər hələ də bu ənənəyə
sadiqdirlər. Belə bir hadisə baş vermişdi ki, gəlin
qəzaya düşüb xəstəxanaya aparılmışdı. Qayınanası
onu yoluxmağa gələndə, ayağa durmağa halı
olmayan gəlin üzr istəyərək, təzimini qəbul etməyi
rica ertmişdi. Minnətdar qayınana xoşbəxtliyindən
ağlamışdı – gəlinin bu dərəcədə diqqətcil olması
onu riqqətə gətirmişdi.
Sut akı – “müqəddəs ana südü haqqı”. Gələcək
kürəkənin ona layiqli arvad doğmuş və tərbiyə
etmiş qız anasına minnətdarlıq ifadəsi. Gəlinin
ər evindəki gələcək ocağına aparılması qarşılıqlı
surətdə qudalar tərəfindən danışılıb razılaşdırılır.
Bəy gəlinin arxasınca qızın ata evinə gələndə,
digər sovqatların arasında qız anası üçün nəzərdə
tutulmuş sut akı da götürür. Bir qayda olaraq, bu ən
dəyərli peşkəşdir – at, inək, hətta dəvə.
Kiyit. Elçilikdən sonra gəlinin atası qudalarına
hədiyyə verir və ən dəyərli kiyit (geyim əşyası)
bəyin atasına təqdim olunur. Ümumiyyətlə, qırğız
adətlərinə görə bütün bəxşişlər qohumluq və
layiqlilik dərəcəsinə görə paylanır. Gəlin tərəfdən
qudalar da öz növbəsində kiyit alırlar, ancaq
nisbətən aşağı vəzndə.
Ooz basırık. Pis vəziyyətə düşmüş və bu barədə
söz-söhbətin yayılmasını istəməyən şəxs, şahidə
ooz basırık – susma rəhni verir. Qiymətli pay almış
adamların sirri faş etməyə ixtiyarları yoxdur. Bu,
and içməyə bərabərdir.
Ooz tiyu – qədim, xoş qırğız ənənəsi. Hərgah
adam evə gəlmişsə, mütləq bir fincan çay içməli,
yaxud ev sahibləri ilə nahar etməlidir. Bu ənənə
xalqımın mehmannəvazlığının və əliaçıqlığının
daha bir isbatıdır.
Uquzuu. Qırğızlarda bineyi-qədimdən dəfnlə
bağlı çox ayinlər var ki, bu gün də onlara qeyd-
şərtsiz əməl olunur. Uquzuu – ölüm haqqında xəbər
mühüm iş sanılır. Ölüm barədə söz açmağı həmişə
möhtərəm, ədəb-ərkan gözləyəməyi bacaran,
doğmaları və yaxınları ağır xəbərə hazırlayan,
rəhman bir şəxsə tapşırırlar. Məs., ölən adamın son
sözünü – kereezi eşitmək vacibdir. Ölüm haqda
danışmağa başlayanda mətləbə dərhal keçmirlər.
Söhbət uzaqdan, qeyri-birbaşa yumşaq söz ifadələri
seçməklə gedir. Məs., “Biz onsuz qaldıq” ya da “O
bizi tərk edib uçdu” və s.
Nooruz – yeni gün. Şərq xalqları Yeni ilin
gəlişini martın 21-də bayram edir. Burada dərin
fəlsəfə təzahür edir – insanın sanki qüdrətli təbiət
qüvvəsi önündə təzimi. Bu, yenilənmiş təbiətin
təntənəsinin və bahar gecə-gündüz bərabərliyinin
103
Dostları ilə paylaş: |