Dogma Torpaq haqqında rəvayət
Torpağımız həm də ona görə əzizdir ki, burada
əcdadlarımızın əbədi yuxuya getmiş neçə-neçə
nəsli yatır. Belə nəticə hasil olur ki, torpağımın
kimyəvi təhlili mənim abavü-əcdadımın da bir
damcısının orada olacağını göstərəcək. Torpaq ona
görə də dəyərlidir ki, onun üzərində əcdadlarımız
yaşamışlar, özümüz doğulub boya-başa çatmışıq,
ərsəyə yetişmişik, gələcəkdə də uşaqlarımız burada
ömür sürəcək. Ala-Toonu isə əcdadlarımızın
məhəbbəti ilə sevirik.
Biz bu torpaqlara işğalçı kimi deyil, yolaçanlar
şəxsində gəlib çıxmışıq. Millətimiz məhz burada
doğulmuşdur. Dövlətçilik öz quruculuğu zamanı
təsdiqlədi ki, biz inkişafa qabilik – demək,
əcdadlarımıza layiqik.
Belə bir dastan var. Əyyami-qədimdə qızıl
qəfəsə salınan bülbülü dinləyən bir xan yaşayırmış.
Qəfəsin içi ləl-cavahiratla nəqşlənibmiş, quşun
özünü isə hər cür ləziz nemətlərlə yemləyirmişlər.
Fəqət bülbül daima bir kədərli nəğmə oxuyurmuş:
Budaqdakı qızıl yuva,
Səni bir də görərəmmi?
Yoxsa bu qəfəsdə qalıban
Qəmli-qüssəli öləcəyəmmi?
Xan bülbülün qüssəli nəğməsinə təəccüb qalıb
haqqında oxuduğu qızıl yuvanı görmək niyyətinə
düşür. “Onun yuvası necə olmalıdır ki, quş onun
üçün bu qədər xiffət edir? Güman, saraydakı
qəfəsindən daha zəngindir”. Xan bülbülü azad
buraxmaq əmrini verdi, özü isə igidlərinə quşun
arxasınca düşüb izləməyi, qonacağı yuvanı tapıb
necəliyi barədə ona xəbər gətirməyi tapşırdı.
İgidlər azad olunmuş əsiri izlədilər. Bülbül təmiz
çaya düşdü, çimdi, pırpızlandı, füsunkar səsilə
şən bir mahnını cəh-cəh vurub yuvasına sarı uçdu.
İgidlər yuvanı görəndə heyrətə gəldilər – yuva
adi qurumuş otdan yapılmışdı. Geri qayıdaraq
gördüklərini xana nəql etdilər. “Anladım! Bülbül
üçün dogma torpağının otlarındna yapılmış yoxsul
yuvası hər cürə qızıldan əzizdir”, – xan səsləndi…
Bax belə! Bu ancaq quşlara aiddir. İnsan üçün
isə “qızıl yuva” anlayışı daha geniş, müqəddəs
mənaya malikdir. “Qırğızıstan – ümumi evimizdir”
termini ötüb keçmiş əsrin sonuncu onilliyində
yaranmışdır. Bu gün biz evimizi hamı üçün eyni
məkanlı və bərabər hüquqlu inşa edirik. Bizim
etnik enerjimiz bir çox məqamda dağların xislətinə
bənzər. Dağlarda qayalar müxtəlif şəkildə dayansa
da, hamısı bir yerdə vəhdətdir.
Qırğızıstanın
coğrafi-siyasi
mövqeyi
əzəldən əlverişlidir: cənub-şərqdə Çinlə, şimalda
Qazaxıstanla, qərbdə Özbəkistanla, cənub-qərbdə
Tacikistanla həmsərhədik. Bu minvalla, torpağımız
sanki Mərkəzi Asiyanın mərkəzində, həşəmətli
dağların zirvəsində, demək Allaha yaxın yerləşir.
Sovet İttifaqı Xalq Artisti Mahmud
Esembayev 17.12.1994-cü ildə Bişkekdə olarkən
həmyerlilərinin qarşısında çıxışında söyləmişdi:
“Özbəklərin, taciklərin və qazaxların bəxti
gətirmişdir, axı Qırğızıstanın belə dinc xalqı ilə
qonşudurlar”.
Vətən – sadəcə taleyin əta etdiyi yaşayış yeri
deyil, xalqın beşiyi, əcdadların uyuduğu müqəddəs
torpaqdır. Bura bizə miras qoyulmuş torpaqdır.
Xalq üçün doğma torpağından əziz heç nə yoxdur.
Manasın düşmən düşərgəsində böyümüş nəvəsi
Seytek atası, xalqı haqqında həqiqəti öyrənəndə,
Talasa tələsir:
Doğma yurdunu görcək,
Seytek göz yaşı tökdü!
Qırğızlar adını almış,
Doğma elini görcək,
Seytek göz yaşı tökdü!
Şəffaf pak çayı görcək,
Seytek göz yaşı tökdü!
Dağların açıq qapısını görcək,
Seytek göz yaşı tökdü!
Onda Semetey dindi:
Qırğızların yurdudur bu.
Sən onun çöllərinə bax!
128
Matayev J. “Son-Kul” kətan, yağlı boya.
129
Matayev J. “Söhbət” 2001-ci il, kətan, yağlı boya, 60 x 70
Yerin yeddi qatı var;
Yerin də qulağı var.
130
Sən onun sıldırımına bax!
Sən onun elinə-obasına bax!
Sən onun qışlağına bax!
Sən onun köç yerinə bax!
Sən onun çəməninə bax!
Sən onun qarlarına bax!
Sən onun gülünə, çiçəyinə bax!
Sən onun bulağına bax!
Sən onun qu quşuna bax!
Sən onun atlarına bax!
Sən onun çöllərinə bax!
Orada təkəsi otlar!
Sən onun dərəsinə bax!
Sən onun şəlaləsinə bax!
Sən onun alıcı quşuna bir bax!
(“Manas” dastanından)
Ev – doğma ocaqdır. Ev – hər insanın həyatında
başlıca dəyərlərdən biridir. Hər insan üçün ev –
kiçik vətəndir, burada doğulmuş, ərsəyə yetişmiş,
ilk addımını atmış, ilk sözünü dilinə gətirmiş,
arzulamağı öyrənmiş, oranın qapısından müstəqil
həyata atılmışdır. İnsan harada olursa, olsun, taleyi
onu hansı məkana atırsa, atsın, sevinc və qüssə
anında atasının evinə, anasının ocağının başına can
atır.
Hətta ən xırda canlılar belə evinə məhəbbət
hissindən məhrum deyil. Qarışqa yuvasının
amansızlıqla müdafiəsinə duran qarışqalar barədə
oxuyanda şaşırmışdım. Quraqlıq dövründə meşə
yanğınları tez-tez baş verir, təhlükə qarşısında
qarışqalar evlərini xilas etmək üçün diri-diri
yanmaqdan qorxmadan belə qarınlarından maye
çıxarıb alovu söndürməyə çalışırlar. Təbiət bütün
canlıların batininə evləri üçün məsuliyyət kimi
alicənab bir hiss aşılamağı bacarmışdır.
Qırğız igidləri taleyin hökmü ilə Vətəndən
uzaqda həlak olanda, ömürlərinin son nəfəsində
istədikləri bir ovuc vətən torpağı olur ki, məzara
qoyulmuş doğma torpaq Vətənin uşaqlıqdan
süzülüb gələn şirin yovşan ətri ilə onların əbədi
yuxusunu ağuşuna alıb çulğalasın.
Nəsildən nəslə qüdrətli alay çariçası Kurmanjan
datkanın oğlu Abdılbəyin doğma torpağına
fövqəladə məhəbbətindən bəhs edən hekayət
ötürülür. Əfqanıstana sürgün edilmiş Abdılbəy
ölümünün yaxınlaşdığını duyaraq vəsiyyətnamə
qoymuşdur: “Ölümümdən sonra köksümü yarın,
ürəyimi çıxarın. Cismimi burada dəfn edin, ürəyimi
doğma torpağıma aparın. Qoy xalqım və Vətənim
uğrunda döyünən ürəyim əcdadlarımın yanında
uyusun – yalnız o vaxt ruhum rahatlıq tapar”. Şərqi
mövhumata isnadən, ruh – insanın ürəyindədir.
Daha bir misal. Qərib diyarda rəhmətə getmiş
məşhur qırğız ictimai və dövlət xadimi İshaq
Rəzzaqov vəsiyyətnaməsində rica etmişdi ki,
haçanlarsa, külünü doğma torpağa basdırsınlar.
Onun son iradəsi yalnız 2000-ci ildə yerinə yetirildi.
Dəyərli ənənələr vasitəsilə bizə ötürülmüş
xalqın qədim əyyamlardan qalmış hissləri,
ovqatları, amalları, arzuları bu günümüzlə sıx
qovuşmuşdur. Bunun sayəsində qırğızlar özlərini
xalq kimi saxlamağa müvəffəq olmuş, Allah
tərəfindən bəxşiş verilmiş öz altun beşiklərini –
Vətəni qoruyub müdafiə etmiş və ana dilini ali
müqəddəs məfhum kimi min illərin keşməkeşindən
keçirmişlər. Hər halda, bu Torpaqda özbaşına peyda
olmamışıq. Bizə qədər bizi özlərindən sonra qoyub
getmiş insanlar məskun olmuşlar, bizdən sonra
özümüz qoyacaqlarımız isə yoldadırlar.
131
Dostları ilə paylaş: |