yaxınlıqdakı ağacdan istifadə edir, kəndir atırdılar.
Adam çox olanda, “Selkinçək”in ikinci
variantı var – “Altı bakan” (altı paya). Bu ad böyük
yelləncəyin qurulması üçün payaların (bakanların)
istifadə olunduğu dövrdən qalıb. Bu payalarla yurta
quranda xalçaları və yurtanın tündüyünü qaldırırlar.
Selkinçəkdə 1 nəfər yellənirsə, altı bakana 2,
bəzən daha çox nəfər minir. Bu zaman yelləncəyin
yerliyinin başında-ayağında gənclər, ortada isə
qızlar dayanır. Cavanlar çox canlı, şən, emosional
yellənir və mütləq ovqat qaldıran səmimi mahnılar
oxuyurlar.
“Ak tərək-kök tərək”. Keçmişdə bu ancaq
qızların oyunu idi, amma tədricən hər iki cinsdən
olan 12-16 yaşlı yeniyetmələrin oyununa çevrildi.
Komanda oyunudur, məzmunca bizim “Bənövşə,
bəndə düşə” oyununu xatırladır. Oyunçuların sayı
sərbəst olur, adətən, 10-15 nəfər yığılır.
Komandalar 30-50 m uzaqlıqda əl-ələ tutaraq
üzbəüz səf qururlar. Hər komanda əvvəlcədən
şərtləşərək oyun adı alır. Oyun püşklə başlanır.
Oyunun məqsədi rəqibin zəncirini qırmaq və
qırılmış zəncirin daha çox bəndlərini (oyunçuları)
öz tərəfinə çəkməkdir.
“Çikit”. Əsasən, orta və yuxarı sinif şagirdləri
oğlan xeylaqları oynayırlar. Alət kimi iki paya
istifadə olunur. Birincisi – bala, ya da bala çikit
– 15-20 sm, ikincisi – ənə, yainki ənə çikit – 1
m-ə yaxın uzunluqda olur. Respublikanın cənub
bölgələrində bu payalara at və dayaq deyirlər.
Oyun üçün hamar meydançada 3-4 m diametrli
çevrə çəkilir. Dairənin ortasına balanın (paya)
diametrindən kiçik çala olur.
Oyunun məqsədi – ənənin köməyi ilə iti
payanı çaladan qaldırmaq və havada zərbə vuraraq
mümkünat daxilində uzağa tolazlamaqdır.
“Toquz korqol”. Azacıq şahmatı xatırladan
masaüstü mürəkkəb oyundur. Oyun taxtası 18
dəlikdən və 2 qazandan ibarətdir. Hər oyunçu
tərəfdən 9 dəlik və sağ səmtdə qazan var. Eyni
zamanda “Toquz korqol”u yalnız 2 nəfər oynaya
bilər. Hər 9 dəliyin öz adı var, nömrələmə isə
ümumidir – 1-dən 18-ə qədər.
1. Quyruq (quyruq uy).
2. Narahat (tekildək uy).
3. Atötməz dəlik (at ötpös).
4. Yaman inək (jaman uy).
5. Bel (bel uy).
6. Kürək (dalı).
7. İki diş (eki diş uy).
8. Yaşıl boyun (kok moyun).
9. Ağız (ooz).
Qeyd: partiyada gedişlərin yazısı zamanı sözlər
dəliklərin nömrələnməsi ilə əvəzlənir. Oyunçular
üzbəüz oturur. Hər oyunçu 81 kürə alır və hər dəliyə
9 ədəd kürə qoyur. İlk gedişi püşk müəyyənləşdirir.
Bu gediş I və X dəlikdən savayı istənilən dəlikdən
başlana bilər.
Torobəyov S.S. Diptix “Kok Boru” Sol hissə, 2010-cu il, kətan, yağlı boya, 90 x 100
117
Ənənəvi geyimlər
XIX əsrin ortalarında kişilər alnında
və peysərində kəsik, uca, şiş, keçə papaq
qoyurdular; xalatları parçalardan tikib
əlvan qurşaqla qurşaqlayır, yürüşlər
zamanı ətəklərini aşağıdan kəsikli enli
dəri şalvarın içinə salırdılar; dik dabanlı
uzunqunc çəkmələrin pəncəsi qısa idi.
Gənc qadınlar baş örtüyü – konusşəkilli
mahud özüllü, xəzlə, gümüş zinətlərlə,
qiymətli daşlarla işlənmiş, yanlardan
asma bəzəklər vurulmuş şökülö
qoyurdular. Bu barədə tarixçi və
kulturoloq S.M.Abramzon hədsiz
hörmətlə “Qırğız xalqının mədəniyyəti
barədə oçerk” kitabında yazır.
Kişilərin son dövrdə geyimi köynökdən və çit,
yaxud bez, çox vaxt sırıqlı materialdan, yoxsullarda
isə armyakdan tikilən qaytanlı aşırmalı enli şalvardan
– dambaldan ibarətdir; köynəyin üstündən qısa
arxalıq – beşmant, ya da qolsuz kəltəçə, soyuqda
isə astarına pambıq doldurulmuş pambıq parçadan
xalat – çapan, ya da mahud, armyakla örtülmüş
sırıqlı – çəpkən, çəkmən geyilirdi. Qışda aşılanmış
qoyun dərisindən yunu içəri kürk – ton, poston
və eyni materialdan yunu içəri şalvar – terı-şım
istifadə olunurdu. Həmçinin yundan təmizlənmiş,
varlı qırğızlarda isə rəngli ipəklə işlənmiş təkə
dərisindən dəri şalvar – jarqak-şım geyilirdi. Həm
qadınların, həm də kişilərin üst geyimi, altdan hər
hansı xəzlə (qoyun, tülkü, canavar və s.) işlənmiş
və üstünə parça tikilmiş kürk – içikdir. Yağışdan
və çiskinli havadan qoruyan geyim kimi qolçaqlı
keçə yapıncıdan – kementaydan istifadə olunurdu.
Çobanlar keçə astarlı, evdə toxunmuş yun parçadan
xalat – çiydan geyirdilər.
İmkanlı qırğız məxmər arxalıq və şalvar,
bir neçə mahud və ipək xalat geyinirdi, kürkü
yumşaq ağ quzu dərilərindən tikilirdi. Kasıb üst
geyimi kimi bəzən üryan bədənə geyilən qaba
xalatla kifayətlənirdi. Çəkmələr qismən əvvəlki
kimi qorunub saxlanmışdır – hündür dabanlı
uzunqunclar, amma ən çox dabansız
və möhkəm arxasız, yumşaq altlıqlı
uzunqunclar – maas yayılmışdır.
Maası dəri qaloşla – kəpiçlə geyirdilər,
nadir hallarda qaloş rezindən olurdu
– kölöş. Cənublu qırğızların arasında
dabansız, qaba altlıqlı, burnu azacıq
qalxmış uzunqunclar – mökülər geniş
yayılmışdı. Keçmiş zamanlarda keçi
yunundan tikməli ağ keçə uzunqunclar
tikilirdi. Baylarda və manaplarda dəri
altlıqlı məxmər uzunqunclara da təsadüf
olunurdu. Əhalinin ən yoxsul təbəqəsi
kobud uzunqunc – çokoy, aşılanmamış
dəri parçalarından qurama çarıq geyir, çobanlar isə
dağlarda gəzib dolaşmaq üçün at dırnaqlarından
səndəllər – tay-tuyak istifadə edirdilər. Məişətə
həmçinin rus sapoqları növlü ayaqqabılar da
daxil olurdu. Başa araqçın və variyyətdən asılı
olaraq qoyun dərisindən, tülkü, dələ xəzindən
tebetey qoyulurdu. Yayda onu keçə papaqla –
kənarları qatlanmış və məxmərlə işlənmiş qalpaqla
əvəzləyirdilər. Kişi libasının zəruri ləvazimatı
– kəmər, yaxud ətəyinə mütləq bıçaq asılan yun
qurşaq – kur idi. Bayların və manapların kəmərləri
bahalı gümüş zinətlərlə işlənirdi.
Qadın libası eyni zamanda paltar rolunu
oynayan uzun və enli köynəkdən, uzun çaxçurdan
– ılazımdan, paltarın altından geyinən aşırmalı
dambaldan və qolsuz arxalıqdan – jeletkedən
ibarət olurdu. Paltarlar üçün parlaq və çığırqan
çitlər seçilir, az imkanlı qadınlar isə mata
parçasından istifadə edirdilər. Qız xeylaqlarının
geyiminin qadınlarınkından fərqi sinəsində kəsiyin
qaibliyi idi. Bəzi məkanlarda qızlar arxalıq –
çıptama geyinirlər. Əvvəllər qadın köynəklərinin
sinəsini ağ matanın üzərində rəngli yun, yainki
ipək tikmələrlə bəzəyirdilər. Arxalıqları tünd
pambıq parçadan, astarlı tikirdilər. Qızlar və gənc
qadınlar libasın üstündən moruğu, yaşıl, yaxud abı
məxmərdən jaket geyinirdilər. Köç, yainki başqa
118
Dostları ilə paylaş: |