Polo qoyunu) mumiyanı yalayaraq yaralarını
sağaldırdı. Bu barədə xalq şairi Aalı Tokombayev
şeirində yazmışdı:
Çoxdan dağlar mumiyanın
Sirrini açmışdılar,
Cadulu otun, sehrli
Şirəsinin o sirrini…
Əfsanələr bizi həyata gətirdilər,
Bəbir yaralamış maral sağalanda.
O maral ani torpağa yatır,
Ahıl, ağsaç təbib Aukman,
Dərələri gəzərkən-dolaşarkən,
Otları arar-tapar, dəribən yığıb saxlar.
Bir damla donmuş şirə,
Daş yanağında göz yaşıdır.
Günəşin ölməzliyi
O göz yaşında gizli.
Həmin o ölməzliyi,
Bütün cahana paylar.
Cığırda maral qaçsın,
Göylərə qartal qalxsın,
Nəsillərin damarında
Yerin ölməz suyu axsın…
Ümumiyyətlə, bitkilər barədə xalq arasında
çoxlu rəvayətlər qoşulmuşdur. Onlardan biri –
əsrarəngiz çiçək haqdadır.
Batkən şəhərinə girişdə daşlı alçaq dağ durur.
Diqqəti qətiyyən çəkməyən bir dağdır. Dağ – adi
dağdır. İntəhası, onun özəlliyi bətnində çox nadir və
sirli bir çiçəyi gizlətməsindədir. Bu çiçək isə yalnız
daha özgə iki ölkədə təsadüf olunur – Kanadada
və Əfqanıstanda. Unikallığına görə Qırmızı kitaba
düşmüşdür. Xalq arasında bu çox nadir gül – Ayqül
qülü barədə bir neçə əfsanə mövcuddur.
Qədim çağlarda bu diyarda varidatlı bir insan
yaşayırmış və həm ağlı, həm yaraşığı ilə ad çıxarmış
Aygül adlı gözəl qızı var imiş. Qızın pəhləvan güclü
Kozu Ulan adlı bir sevgilisi var imiş. Ancaq bir
savaşda Kozu Ulan və döyüşçülərinin hamısı həlak
olur və məsləkdaşları onun ürəyini aula gətirirlər.
Aygül dərdə tab gətirə bilmir. Rəfiqələrini toplayıb
dağın başına çıxır və özünü dağdan atır. Yazda qızın
qanı dammış yerdən heyrətamiz çiçəklər çıxır.
Onu xalq arasında Aygül gülü, dağı isə Aygül-Daş
adlandırmağa başlayırlar. Üzbəüz, sevgili oğlanın
ürəyi dəfn olunmuş dağı isə Kozu Ulan adlandırırlar.
Məhz bu iki dağ Qara-Bulaq kəndinə girişdə qəribə
bir darvaza şəklini alır. Yovşan qırğızlar üçün Vətən
rəmzidir. Bu günə qədər hüzr yerində qəbirlə yanaşı
yovşan budağı qoyulur ki, guya mərhum Vətənin
qoxusunu “duysun”. Qırğızlar tarixləri boyu harada
məskən salırlar, salsınlar – Monqolustanun Qırğız-
Nur sahillərində, Yeniseydə Altun-göl sahillərində,
İssık-Kul gölündə, yaxud Ala-Tooda, hər tərəfdə
təkrarsız qoxulu yovşan bitir. İlk qırğız tarixnəvisi
B.Soltonoyevin təbirincə, hələ əski çağlardan xalq
təbabətində çoxlu müalicəvi otlar işlənir: zəhərli
akonit – İssık –Kul kökü, girdəyarpaq akonit,
bəngotu, nanə, çobansüzgəci, adıraşman (yabanı
sədəfotu), şıraaljan (yovşanın növü) və b.
Canlı təbiətin müqəddəs harmoniyasına sakral
142
səcdə ilə əlaqədar qırğız xalq şairi Asan-Qayğı
haqqında kəlmə kəsməsəm, mümkün deyil. Bu fitri
qabiliyyətli şair xalqının ağır nəsibinə həmşərik
olaraq hər canlını, o cümlədən, bu dünyaya göz
açmış hər bəni-adəmi sevməyə çağırır, qənaət,
qayğı, “kiçik qardaşlarımız”ın qeydinə qalmaq
kimi hissləri oyatmağa çalışırdı. Asan-Qayğı
hesab edirdi ki, təbiətə yalnız belə münasibət
insana dogma torpağın yardımını və hamiliyini
bəxş etməyə qadirdir. “Kibiregen jandıktar da öz
günün görsün” – “Hətta ən xırda həşəratlar da qoy
öz həyatları ilə yaşasınlar” – Asan-Qayğı belə zənn
edirdi. Onun xalq tərəfindən sevilən şeirləri hər
canlıya qəlb açmağa çağırırdı:
Yuvada qar sıxanda,
Dərd üstünü alanda,
Quşcuğaz necə yaşar?
Qış ayazı gəlmişdir,
Suları buz örtmüşdür.
Qazlar, ördəklər ölmüş,
Durnalara nə olmuş?
Matayev J. “Qürub” 1994-cü il, kətan, yağlı boya, 45 x 80
143
Xalqın sevimlisi, şair Toktoqul barədə
danışmaq zəruridir. Şair nəğmələrində təbiətlə
harmoniyada fəal hərəkətə və həyatın sevincinin
dərkinə çağırır. Məşhur “Quldop al” (“Gül aç”)
şeirindən misralar:
Hələ lap əvvəldəsiniz,
Gözəl həyatın əzəlində,
Lap körpəlik dövründə,
Gül açın, sanki Gülkair tək,
Cavansınız, sevinin siz həyata,
Hələ ki, qocalıq gəlməmişdir.
Canım, sonda həyat tükənir,
Qalacaqsınız torpaq altda,
Əziləcəksiniz kəsək altda…
İnsan taleyinin təbiət qanunları ilə
qırılmazlığını, bu qarşılıqlı münasibətlərin yüksək
mənəviyyat zəruriliyini nəsildən nəslə ötürülən
əski qırğız rəvayət və əfsanələri təcəssüm etdirir.
Onlardan biri: “Qaragül bottom”.
Günlərin bir günü gözünün itiliyi və qorxmazlığı
ilə diyarda ad çıxarmış ovçuya sinli yaşında Allah
bir oğul payı verir – Qaragülü. Ovçu yeganə
oğlunun nazını çəkir, qəlbinin dərinliklərindən
süzülən ata məhəbbətini balasına bəxş edirdi.
Ovçu-ata oğlunu balacalıqdan ov ovlamağı, tələ
qurmağı, şikara ehmallıca yanaşmağı öyrətmişdi.
Çox vaxt ovdan bol qənimətlə gəlməyə çalışırdı ki,
oğlunu sevindirib könlünü xoş etsin.
Bir dəfə ovçu ən yüksək dağa dırmaşıb dağ
keçisi ovlamağa qərar verdi. Yol dikdir və təhlükəli
idi və oğlunu evdə qoymağı üstün tutdu, amma
uşağın nəzərəçarpmadan, ehmallıca arxasınca
evdən çıxmağını sezmədi. Yol uzaq idi və balaca
yorulub əldən düşdü, ağacın altında uzanıb vəhşi
cüyür dərisindən tukilimiş arxalığına bürünərək
möhkəm yuxuya getdi.
Ov uğursuz keçdi və evə gec qayıdan ata
qəfildən ağac altında yatmış vəhşi cüyür balasını
gördü. Uğuruna çox sevindi, ehmallıca ona
yaxınlaşdı və sərrast atəşlə hədəfə dəydi. Ancaq
güllə səsi ilə bahəm oğlu Qaragülün ürəkdeşən
çığırtısını eşitdi: “Ata-aaa!” Vəhşi cüyür balasanın
dərisi altında oğlunu görəndə, atanın dərddən bağrı
çatladı…
Öldürdüm səni, Qaragülüm mənim,
Tək qaldım dünyada, Qaragülüm.
Tale mənə cəza verdi, Qaragülüm,
Tək qaldım dünyada, Qaragülüm.
Səsimə kim hay verəcək, Qaragülüm,
Ağlama, hönkürmə, Qaragülüm.
Səni özüm öldürdüm, Qaragülüm,
Öz əlimlə öldürdüm, Qaragülüm…
Ovçunun faciəsi, atanın ağrısı “Qaragül
bottom” (bottom –nərçəm mənim) xalq ağısında
inikas olunmuşdur. Ağıda xalqımın insanla təbiətin
vəhdətinə inamı əks olunur, o vəhdəti aşıb hüdudu
pozan isə öz-özünü cəzalandırır.
Sarıbağış (marallar qəbiləsi) tayfası haqqında
maraqlı əfsanə mövcuddur.
Taqay biy adlı birisinin iki oğlu var imiş –
Orozbak və Dolozbak. Narın yaxınlığında bir ovçu
yaşayırmış. Arvadı erkən vəfat edir və kişinin əlində
dörd yaşlı qızı qalır. Dolanmaq üçün Alamışıq
dağlarında ov edirmiş. Bir dəfə ovçu boğaz maral
tutur və tezliklə dişi maral doğur. Ovçu onun
südündən qızına verir. Daha doğrusu, dişi maral
qızı balası kimi südü ilə əmizdirir. Taqay biyin artıq
özünün üç övladı olan oğlanlarından biri Orozbak
bir dəfə maralın qızı əmizdirməsini təsadüfən
görür. Oğlan qorxub dişi maralı vurur, qız bərkdən
ağlamağa başlayır. Orozbak şikarını götürür, qızı
isə özü ilə İssık-Kula aparır. İllər keçəndən sonra
kiçik qardaşı Dolozbakı qızla evləndirir. Qızı
maral-gəlin adlandırmağa başlayırlar. Buradan da
tayfanın adı – sarıbağış əmələ gəlir.
Qırğızıstanda hələ bu günə qədər bəşər
sivilizasiyaının toxunmadığı unikal landşaftlar,
ən təmiz buzlaq suları və ozon havası – müasir
iqtisadi dəyər, XXI əsrin beynəlxalq əhəmiyyətli
əvəzedilməz “əmtəəsi” qalır. Bu “əmtəə”nin
məzənnəsi ildən ilə qalxacaq.
Maraqlısı odur ki, uzaq ulularımız bu
“əmtəə”nin əhəmiyyətini anlayırmışlar və buzlaq
sularının mənşəyi haqqında heyrətamiz şairanə
əfsanə qoşmuşlar. “Xoşbəxt əyyami-qədimdə Sarı-
Caz vadisində gözələr gözəli Çinar yaşayırmış o
qədər qənirsiz gözəl imiş ki, bazarda al-ver onun
yaraşığının nuru ilə hətta gecələr gedirmiş. Ancaq
günün qurtarmamasından hirslənən insanlar onun
üzünə örpək salırlar. Ancaq elə bu dəm qorxunc,
çopur, əyriqulaq quldur Batırbay gəlir, bazarı
soyub-talayır və ən gözəl qızı özünə adaxlı tələb
edir. Qorxmuş Çinar örpəyini üzündən atıb
Allaha yalvarır: “Ey Qüdrətli Xaliq, əgər məni
eybəcər Batırbaya verirsənsə, özümü kimdən ötrü
qoruyum!?” Allah onun gözəlliyini görəndə özünü
itirir, Çinarın örpəyini götürür və günəşim üzünü
örtür. Elə zülmət çökür ki, hətta Çinar da öz gözəlliyi
ilə bu zülməti yara bilmir. Günəş isitmir, çaylar,
arxlar quruyur. Batırbay hiddətlənir: “Çinar onsuz
144
Dostları ilə paylaş: |