Təbiətlə harmoniyada
Qırğızıstan, bizim təbiətimiz – səliqə-sahmanda
saxlamalı olduğumuz yaşayış məkanımızdır. Axı
ətraf mühit sadəcə insanın yaşadığı yer deyil, ancaq
həyatın mütləq şərti və vasitəsidir, zira insan Yer
üzündə yaşayır, onun havası ilə nəfəs alır, suyunu
içir, özü üçün yerin nəbati, heyvani, mineral və
digər resurslarını istifadə edir.
Yuxarıda adı çəkilənlərdən savayı deyə bilərəm
ki, ətraf mühit mənəvi dayaq və ilham mənbəyidir.
Elə buradan da dahiyanə nəzm, ölümsüz musiqi,
böyük rəssamların rəsm əsərləri və cahanşümul
məşhur istedadlar tərəfindən yaradılmış neçə-neçə
şeylər.
Sivilizasiyanın lap əzəlində bəşəriyyət
ekologiya üçün belə dünya miqyasında təhlükəni
təsəvvür edə bilməzdi. İnsanın ekologiyaya təsiri
lokal xarakter daşıyırdı və bütövlükdə nə tarazlığı,
nə özününizamlama və özünübərpa qabiliyyətini
pozmurdu. Bu gün bəşəriyyət təbiətin mövcud
simasını kardinal dəyişməyə qabil güdrətli, planetar
miqyasda qüvvənin təcəssümüdür. Cahanşümul
alimlər çoxdan isbata yetirmişlər ki, biz ulduzların
övladlarıyıq və ona görə təbiətlə əlaqəmizi qıra
bilmərik. Mümkünat daxilində hüdudlarında
yaşadığımız Kainatla əlaqə saxlamalıyıq. Fizika
üzrə Nobel mükafatçısı Rikardo Cakkoninin
təbirincə, cismimizdə, daha dəqiqi, hemoqlobində
olan metallar öz mənşəyini ulduzlardan götürür,
bədənimizdə olan hydrogen isə Böyük partlayışdan
əmələ gəlmişdir.
Alimlərin təbiət kataklizmlərinin səbəbləri və
fəlakətlərin cəmiyyətin psixi vəziyyəti ilə əlaqəsi
barədə müxtəlif izharları var. Bu fərziyyə Qədim
Babilistanda bir neçə min il əqdəm yaranmış və öz
inikasını XX əsrdə tapmışdır. Akademik Vernadski
noosfer haqqında nəzəriyyəsində təsdiq edir ki,
təbiətin bugünkü vəziyyəti bilavasitə planetin psixi
durumundan asılıdır. O yazır: “Yer öz biosahəsinə
malik canlı varlıqdır. İnsanlarla planet arasında,
təbir caizsə, bioenergetik mübadilə baş verir.
Ölümündən sonra insanın ruhu psixi enerjinin
sıxması kimi planetin ruhu, yəni noosferlə qovuşur.
Noosferdə bioloji enerji şəklində mənfi informasiya
cəmləşir və bununla bağlı yer kürəsinin təbiətində
dəyişikliklər baş verir”.
Bu gün, ekoloji problemlər qlobal problemlər
səviyyəsinə qalxmışdır və yəqin ki, insanların canlı
təbiətə, yerə, suya ehtiramını və sitayişini yada
salmaq zəruridir. Biz bu əski ənənələrdə daha dərin
gizli məna görməliyik.
Dərinə varmalıyıq ki, nəyə görə əcdadlarımız
torpağa, suya belə əhəmiyyət vermis və təbiətə
dərin izzətlərini nəsildən nəslə ötürmüş, övladları
və nəvələri üçün çoxsaylı əfsanələr və nağıllar
qoşmuşlar ki, onların da baş qəhrəmanı daima
doğma torpaq olur. Yer üzündəki bu cənnətdə
məskən salmış köçərilər necə xəzinəyə malik
olduqlarından hali idilər və həmin anlayışı uzaq
nəsillərinə ötürməyi arzu edirdilər.
Yaradan kürreyi-ərzimizi təbiətin şah
əsəri kimi xəlq etmişdir. Son dövrlərdə ekoloji
fəlakətlər təbiəti lərzəyə gətirir və hərgah insan
ona münasibətini dəyişməsə, böyük bəlalar baş
verəcək. Təbiətə münasibət uşağa bəslənən kimi
səmimi və pak olmalıdır.
Təsadüfi deyildir ki, qədimdə qırğızlar səma
cisimlərinə – günəşə, ulduzlara, aya səcdə edirdilər.
Ay bədirlənəndə, adətən, bu sözləri dilə gətirirdliər:
“Canlı ayı gördüm. Qızıl kəkilli oğlan xeylağını
gördüm. Qızıl dırnaqlı heyvanları gördüm. Bizi
seldən və hər dərddən-bəladan qoru…” İlk bahar göy
gurultusu qopanda, əcdadlarımız dua edir, qurban
kəsir, təbiətdən rica edirdilər: “Ey müqəddəs su! Ey
müqəddəs torpaq! Mal-davarımızı azar-bezardan,
dərddən-bəladan qurtar…” Doğma torpaq heç vaxt
övladlarının təvəqqelərini diqqətsiz qoymurdu.
Elə zənn edirəm, əski qırğızların zahiri
dünya barədə bəzi-para təsəvvürlərinə oxucuların
diqqətini çəkmək yerinə düşər:
Jer – (yer) müxtəlif tərkiblərdən və hissələrdən
ibarətdir. Daşlar yerin mahiyyətidir, onlarsız yer
dağılar, ən xırda hissəciklərə parçalanardı. Yer
Yaradanın iradəsi ilə havada durmuş öküzün qızıl
buynuzları üstündə dayanır. Yerin tərkindən çıxan
140
buxarlanmalar kəlin tənəffüsü ilə izah olunur.
Zəlzələlər ona görə baş verir ki, kəl yeri bir
buynuzundan o birisinə tullayır. Belə bir inanc var
ki, harada narahatlıq, müharibə var, orada təbiət
fəlakətini gözlə. Bu gün biz bundan tez-tez əminlik
hasil edirik. Dünyanı insan dərrakəsini sarsıdan
yanğınlar, daşqınlar, fəlakətlər bürümüşdür.
Od – qırğızlar üçün, məs., sudan daha az
müqəddəslik kəsb edir, çünki alovdan dünyada çox
bəlalar baş verir. Bu zaman əski qırğızlar ənənəyə
riayət edibən oda sitayiş edir, tonqalın üstündən
atılmağı, yaxud alova çirkli su atmağı özlərinə rəva
bilməzdilər.
Suu – (su) qədim qırğızlarda müqəddəs
həyat mənbəyi hesab edirlirdi, çünki təbiətin
özü tərəfindən insana və yer üzündə yaşayan hər
canlıya fayda vermək, nemətini artırmaq üçün
yaradılmışdır. Əcdadlarımızın təsəvvürlərinə
görə külleyi yer suyu iki hissəyə ayrılır: cənnətin
müqəddəs suyuna və cəhənnəmin qaynar suyuna.
Guya yalnız mömin müsəlmanlar cənnətdə
əbədi yaşayıb naz-nemət suyunda yaşayacaq,
cəhənnəmin qaynar sularında isə bütün günahkarlar
və natəmiz dindarlar bişiriləcək. Belə bir inanc var
ki, ana təbiətə təzim edən insanlar axar suya dərd-
bəlalarını danışanda, su onların ağrı-acısını özü ilə
axıb aparar.
Bəllidir ki, su ehtiyatlarının sayəsində, bizim
torpaqlarda heç vaxt aclıq olmayıb. Ulularımız
bulaqdan bulağa köç edirmişlər. Su qonşu xalqlara
nicat verirmiş və hal-hazırda verir. Baharda
Narının suları gur-gur guruldayır, yayda sular sakit
və şəffafdır, payızda irəlidə vuracaq qış sazağını
düşünərək fikrə qərq olur. Bu pəhləvan çayı barədə
minnətdar qırğız xalqı az nəğmə, əfsanə, rəvayət
qoşmamışdır.
Xalq arasında gözəllər gözəli Aksu (Ağsu)
çayı barədə də əfsanələr dolaşmaqdadır. Onun
suları Suusamırın zümrüd vadilərini münbitləşdirir
və sərvətini artırır. Poetik bir əfsanə nəql edək:
“Bu hadisə çoxdan cərəyan etmişdir. O zamanlar
baylar və manaplar, xeyir və şər ruhlar yaşayırdılar.
Qorxmaz igid Aksay və göyçək Adeginə bir
könüldən min könülə aşiq idilər. Ancaq gözəlin
atası onu varlı-hallı Kojoya vermək niyyətində idi.
Bir bayramda igidlər yarışanda, oodarışda qalib
Aksay çıxmışdı. Gözəl qız çevik, güclü pəhləvanını
lap sevmişdi. Atası görürdü ki, qızının ürəyi Aksay
bahadır üçün nanə yarpağı kimi əsir, amma onları
əbədi ayırmaq qərarına gəlir. Aksayı uca dağlara
edelveys sədaqət gülü üçün göndərir ki, igid
məhəbbətini hünəri ilə isbata yetirsin. İllər ötüb
dolanır, Aksay qayıtmır. Ata da ölür, Adeginənin də
saçlarına dən düşür, cəsur igiddən səs-səmir çıxmır.
Bir dəfə Adeginənin gözünə görünür ki, oğlan
sağdır və onun yardımına ehtiyacı var. Vaxtilə
sevgilisinin sehrli gül arxasınca yola düsdüyü cığırı
tutub qaçmağa başlayır. Dərəyə çatıb aşağı boylanır
və buzlaqlarda… əlində edelveys tutaraq donmuş
Aksayı görür. “Sənsiz yaşaya bilmərəm, sevgilim!”
– sözləri ilə Adeginə addımını atıb uçuruma yıxılır.
O vaxtdan bəri hər bahar bu dağın ətəyindəki Ağsu
çayı oyanır. Su zərif-zərif şırıldayır – Aksay öz
Adeginəsinə sevgisini ərz edir”.
“Saysız-hesabsız çaylar və göllər ölkəsi”, “Ağ
su diyarı”, “Göylərin və yerin suları ilə xeyir-dua
verilmiş məkan”, “Vahələr çiçəkliyi” – Qırğızıstan
bu sayaq epitetlərlə çox tez-tez səxavətlə
mükaftlanır. Onlara bineyi-qədimdən Çin, fars,
ərəb və Avropa tarixnəvislərinin və səyyahlarının
əsərlərində rast gəlmək olar.
Duz – həmçinin qırğızlarda müqəddəs sanılır,
çünki məişətdə çox işlənir. Belə bir əfsanə var ki,
Məhəmməd peyğəmbər bir aylıq orucdan sonra
səhrada olanda, Allahın göndərdiyi duzla iftarını
açıbmış. O vaxtdan bəri bir çox müsəlmanlar iftarı
duzla açmağa başladılar. Qırğızlar qonağı süfrəyə
dəvət edəndə, deyirlər: “Duz-çörəyimizdən nuş
edin”. Kimsə pislik edibsə, zərərdidə qarğış tökür:
“Duz ursun” – “Səni duz öldürsün”. Bu sözlər
müdhiş nifrin kimi qəbul edilir. Duz – dogma
torpağın dadının rəmzidir. Qırğızlar həmişə duzun
rolunu yüksək tutmuşlar. Atalar sözü də var:
“Doğma torpağın duzu – qızıldan qiymətlidir”.
Ailəyə rifah, sərvət gətirən böyük işi görüb başa
çatdıranda, qırğızlar doqquz kökə bişirib nəzir
paylayırlar.
Bu günə qədər qırğızların hərgünkü
həyatlarında şamanizmin və bütpərəstliyin
əlamətləri qalmaqdadır. Məs., bəzi bitkilər adları
ilə çağrılmır. Çox gözəl, amma hədsiz zəhərli dağ
zınqırovu İssık-Kul kökü kimi. Xalq arasında ona
“Ququ quşunun göz yaşları” deyirlər və əsilli-
nəsilli otla müalicə edən türkə-çarələr onun ölümcül
şirəsi ilə neçə xəstəliyi sağalda bilirlər. Qırğızlar
üçün ardıc müqəddəs ağacdır: ardıc tüstüsü ilə evi
təmizləyir, bəd ruhları qovur, bəd-nəzəri, cadunu
çıxarırlar. Ancaq ardıcı evin qarşısında əkmək
adət deyil, zira bu ağac uzunömürlüdür və insanın
müəyyən qüvvəsini çəkib aparır.
Manasın dövründən mumiya davacatı – sümük
sınmaları zamanı istifadə olunan həyat kökü
məlumdur. Mumiyanın tətbiqi heyrətamiz effekt
yaradırdı. Deyirlər, hətta alicənab maral (Marko
141
Dostları ilə paylaş: |