təzə-təzə istismara veriləndə, Frunze-Prjevalsk
xətti ilə sərnişin daşınması başlayanda, təyyarəçilər
dəfələrlə həmlə edən qartallarla üzləşmişdilər.
Qartallar öz ərazilərində digər, daha güclü
“qartal”ları tanımaq istəmirdilər!
Ulularımız inanırdılar ki, qartal – müqəddəs
quşdur. Qartalın yuvasının altına qoyun şaqqası, ya
da ayrı heyvanın cəmdəyini asır, önun qüvvəsinin və
müdrikliyinin qarşısında sitayişlərini bildirirdilər.
Qədimlərdə qartalın öldürülməsinə ciddi
qadağa qoyulmuşdu. Aşiqləri quşlara bənzədirdilər.
Elçilikdə isə alleqoriyalarla danışırdılar: “Eşitmişik,
sizdə qırğı var, bizdə şunqar... Hesab olunurdu ki,
qartal çağaları qoruyur, ona görə uşağın beşiyinin
üstünə qartal pəncəsi asırdılar – sanki balacaya
qartalın qüvvəsini və müdrikliyini ötürəcək
talisman kimi.
Ümumiyyətlə, xalqımızda hökmfərma olan
quş kultu haqqında danışmaq olar. Qocalar çox
erkən, şəfəq söküləndə qalxırlar. Moldo Kılıçın
“Buudayık” (“Möcüzə-quş”) poemasında quşların
hamisi quş barədə bəhs olunur. İnanclarımıza görə
hər insanın öz hamisi, pasibandarı, qoruyucu-
mələyi var. Məs., Manasın qoruyucusu ak şumkar
idi. Onun ölümündən sonra bahadır da həlakətini
tapdı. Ehtimalən, bir çox əlamətlər bizim günümüzə
quşlar üçün səxavətlə qoynunu açıb sığınacaq
vermiş Yenisey sahillərindən süzülüb gəlmişdir.
250 il bundan əqdəm Moyt əkə – hamının
tanıdğı berkutçu yaşayırdı. Bu qürurlu quşlara
o qədər bağlı idi ki, ölümündən qabaq vəsiyyət
etmişdi – berkutun göstərdiyi yerdə dəfn olunsun.
Sonralar onun basdırıldığı yerdən qazan-tulqa
tapıldı, yəni oralar xoşbəxt yerlərmiş.
Əski çağlardan xalq arasında uca səmada süzən
berkut günəş allahı və yaxşı xəbərlər elçisi sayılır.
Berkutla ov qədimdən məlumdur. Buna qədim
tayfaların qayaüstü rəsmlər dəlalət edir. Köhnə
ovçular nəql edirlər ki, azad quşu əhliləşdirmək
asan məsələ deyil, “qartal xasiyyəti”nin bütün
incəliklərinə bələd olmaq və heç vəchlə onu
incitməmək gərəkdir. Məğrur quşu əhliləşdirən
berkutçu gələcəkdə nəinki tülkü, marmot və dovşan
tutur, hətta təkə və arxar – dağ qoyunu da ovlaya
bilir. İllərlə berkut tədricən qüvvətlənir və həmişə
bel bağlaya biləcəyin etibarlı dosta çevrilir.
Dərhal deyim, berkutun əhliləşdirilməsi və
təlimi çox çətin yoldur. Quşu tutmaq və özünə
isnişdirmək asan deyil. İnsanlarda olduğu kimi
hər quşun da öz xasiyyəti var: biri 2-3 günə alışıb
öyrəşə bilər, digəri neçə sutka sahibinin əlindən
yemək götürməz. Berkutçu həyatını təhlükəyə
qoyaraq sarp qayadan berkutun yuvasına düşür.
Quşu yedizdirən sahib asta-asta onu ova öyrəşdirir,
böyük quşu tutur. Belə də olur: berkutçu payızın
sonunda cələlər və tələ yemləri (kəklik və göyərçin)
qoymaqla berkutu tutur, ardınca ağır təlim prosesi
başlanır. Quşun ayaqlarını qaytanlayır, quşu ilk
sutkalar dəri qayışla qalın əlcəyin üstünə bağlayıb
əl üstündə sərasər daşıyır ki, sahibinin əlinə alışsın.
Heç vəchlə mürgüləmək olmaz – quş dərhal bunu
hiss edib qımıldanacaq. Artıq ikinci sutka sübhə
qədər azca gözünün acısını almaq olar. Berkut ələ
öyrəşən kimi onu ovucdan ət götürməyə alışdırırlar
ki, sahibinə sadiq olsun. Məğrur alıcı qırğı ilə
ünsiyyət hədsiz qəliz işdir. İnsanın qırğıya təlim
keçib tərbiyə vermək bacarıqsızlığı ucbatından
yırtıcı bəzən həyatını itirir.
Berkutla ov qırğız əhalisinin arasında ən
populyar və sevimli işdir. Ovun kökləri ağsaçlı
qədimlərə uzanıb gedir. Buna qayaüstü rəsmlər,
arxeoloji qazıntılar və günlərimizə qədər gəlib
çatmış xalq rəvayətləri, olmuş vaqiələr, mahnılar,
şeirlər dəlalət edir. Xalq yaradıcılığı əsərlərində
qırğız ovçularının alıcı berkutu tutma, təlim və
şikarın üstünə buraxma məharəti aşkar təsvir
olunmuşdur.
Qürurlu quşu tərənnüm edən qırğız şair-akınlar
berkutçuları da vəsf edirlər. Onların yüksək təlim
bacarıqları əzəmətli qartalları insanlara müti
və faydalı xidmət etmək üçün tərbiyələnməyə
yardımçı olur. Berkutu necə əldə edirlər və hansı
üsulla təlim verirlər? Qırğızıstanın dağlıq şəraiti
ilə tanış olmayan nabələd adam çoxsaylı dərələrin,
yalçın uçurumların, sarp qayaların, darısqal
keçidlərin dolanbacında quşun yuvasını axtarıb
tapmağı və təlim qəsdilə yuvadan qartal balasını
götürməyi təsəvvüründə canlandıra bilməz. Bu
çətinliklərə o da əlavə olur ki, quştutanın dağlarda
sezdiyi berkutların hamısı yuva qurmur.
Berkut şikarını yanlışlıq buraxmadan tutanda
gücünü, zirəkliyini, bacarığını ortaya qoyur.
Yırtıcının keyfiyyətlərini hiyləgər, sivişkən
tülkü ovunda, bəzən isə berkuta dəyanətli rəqib
olan canavar ovunda görmək və dəyərləndirmək
mümkündür. Berkuta qurdla təkbətək tutaşmada
səhv buraxmaq olmaz – həlakət qaçılmazdır. Ancaq
berkutun caynaqları həmişə daha güclü, enerjili və
heyrətamiz dərəcədə dəqiq olduğuna görə, adətən,
berkut qalib çıxır.
Allah eləməsin, quşun xətrinə dəyəndə,
ya üstünə qışqıranda, şikar arxasınca qalxanda
birdəfəlik uçub gedərək sahibini tərk edə bilər.
Qayğıkeş, həlim sahibə berkut son günlərinə qədər
xidmət edir. Ən yaxşı berkut dostun itkisi sahibi
tərəfindən çətin yaşanılır:
158
Taleyi niyə tənələyim mən?
İndən sonra necə yaşamaq?
Göz yaşımı quruda billəm?
Qardaş, alıcı quş itirmişəm...
Cavan yaşlarımdan böyüklərin əcdadlarımızın
ən qədim peşəsi – qırğı ovu barədə söhbətlərinə
qulaq asmaq mənim üçün həmişə maraqlı
idi. Hər tövr ov əlamətlərinin və ənənələrinin
toxunulmazlığına məəttəl qalırdım.
Bu gün yəqin məhz bizim torpaq şahinə,
berkuta, qartala, qırğıya, qızılquşa, çalağana
sədaqət qorunub saxlanan yeganə məkandır. Bu
azad quşlar dağlarda məskən salmış qırğızların
əbədi yol yoldaşı olmuş və bu gün qalmaqdadırlar.
Onlar heç vaxt unutmurlar ki, qüvvətli quş təkcə
dost deyil, ruzi gətirən də ola bilər. Qədim Misirdə
qırğıya səcdəyə gedir, onları Günəş allahının rəmzi
hesab edir, şərəflərinə daşdan heykəl yonurdular.
Orta əsrlərdə isə külleyi Avropa bu alicənab
ova aludə olmuşdu. Rusiyada quş ovu Aleksey
Mixayloviçin – Böyük Pyotrun atasının dövründə
xüsusilə populyar idi. Hal-hazırda qırğı Qırmızı
kitaba salınmış nadir quşdur.
Qırğızlar onları əhatə edən əlvan heyvanat
aləmində həmişə yaxşı istinadgah götürməyi
bacarırlar. Onlar təbir caizsə, xüsusi virtuozluqla
ovda istifadə olunan yırtıcı quşların müxtəlif
növlərini və quşların hünərlərini ayırd edirlər.
Qırğızlar qırğıların müxtəlif növlərini ayırırlar:
kırqıy (bildirçintutan qırğı), çüylü quş (tetraquşu
vuran qırğı), qırğıların arasında: şumkar (кречет),
ителги (балобан), ылаачын (сапсан), подвиды
последнего кара-ылаачын, тоо-ылаачын и др.
Mövzu ilə əlaqədar daha bir qətiyyətlə izhar
olunmuş rəyi sizin ixtiyarınıza veririk: “Orta
Asiyada lələkli yırtıcıların ən yaxşı təlimçilıəri
qırğızlar hesab olunur”. ((Г.Белугин, 1903, s.291).
Bir fikir də gətiririk: “Alıcı quşlarla ov –
həm qırğızların, həm də özbəklərin və digər yerli
əhalinin ən sevimli əyləncələrindəndir. Ələlxüsus,
bu ovu qırğızlar sevir... Qəribədir, hər əyləncəni
sevən – cıdırı, bayqunu – qırğız, qırğı ilə ovu da
xoşlayır...” (Д.Н.Кашгаров, 1931, s. 167).
Qırğı ovunun, ələlxüsus qırğızlarda populyar
olması nəticəsinə biz də gəlmişik, zira İssık-Kul
gölünün vadisi, ətrafdakı dağlar və gölün özü,
müəlliflər tərəfindən qeyd olunduğu kimi, Orta
Asiyada alıcı quşların tutulması, təlimi və ov
aparılması üçün ən münasib yerlərdəndir.
Qırğızlar alıcı quşları səciyyəvi xüsusiyyətlərinə
görə fərqləndirməyə qabildirlər. Caynaqları məftilə
oxşayan ırqak var; ak tırmak – ağ caynaqlı qartal;
motonun akşın – təlimə tez gələn; muzdakka tuuqan
muz murut – buzlaqların yanında yuva salan; ak köz
– ən itigözlü və güclü, qanadları açılanda iki m-ə
çatan və ayran kimi ağ gözlü. Dünyada quş çoxdur,
amma hamısı insanla yola gedə və ona xidmət edə
bilmir. Berkutun köməyi ilə bir mövsümə minlərlə
tülkü, marmot, dovşan əldə edirlər. Berkutla ov –
ələlxüsus, canavar düşəndə, cəzbedici mənzərədir.
Qurd – güclü və zirək yırtıcıdır. Bəzən adam elə
zənn edir ki, berkut onunla bacarmayacaq. Ancaq
quş kəskinliklə daş kimi özünü aşağı atır, dəmir
dimdiyi ilə yırtıcının təpəsinə elə vurur ki, heyvan
yerə yıxılır. Quş canavara qurtulmağa macal
vermir. Sonra qıvraq caynaqlarını heyvanın ənginə
və belinə batırıb yenə dimdiyi ilə müdhiş zərbələr
endirir. Yırtıcı halsızlaşıb çökür... Tutaşma, sözsüz,
çox amansızdır.
Əyyami-qədimdə ovçular 1 000 sehrli rəqəminə
inanırdılar. Bu o demək idi ki, insan bütün ömrü
boyu ovla məşğul olurdusa, qənimətin sayı mindən
keçirdisə, daha heyvan öldürməyə ixtiyarı yox
idi. Qırğızlar heyvanların hamisi Kaybərənə sidq-
ürəkdən inanırdı və onun amansız cəzasından
çox qorxurdular. Mən artıq qoca ovçunun yeganə
oğlunu cüyür balası ilə səhv salıb öldürdüyü
əfsanəni danışmışdım. Bu ona Kaybərənin ona
göndərdiyi lənətdən sonra baş vermişdi:
Kaybərənə qarşı çıxdım,
Lənətini mən qazandım...
Kaybərənin qara nəfsilə
Arxam, səni özüm öldürdüm...
Qırğızıstanda vağ və durna kimi alicənab quşlar
yaşayır. Bizdə onlar lirik Leylək (tacikcə – durna)
adlı yerdə məskundur. Xalq inancına görə, durnalar
– tanrıların insanlara sülh və bəxtiyarlıq gətirən
elçiləridir. Təkcə qırğızlarda deyil, dünyanın bir
çox başqa mədəniyyətlərində də durnalara sehrli
qüvvə və mənəvi əhəmiyyət aid edirlər. Məs.,
çinlilər inanırlar ki, durnaların min il ömrü var
və onları uzunömürlülük rəmzi hesab edirlər. Bu
ölkədə uşaqlar yaşlı valideynlərinə üstünə tilsimli
qüvvəyə malik durna rəmzi tikilmiş libaslar peşkəş
edir. Bu güman edilən uzunömürlülük durnaları
həm də sağlamlıq rəmzinə çevirir.
Yaponiyada həyat amuletləri – durnacıqlar
– kağızdan düzəldilir. Burada durnanı gəlinin
kimonosunda da təsvir edirlər, çünki həm də ər-
arvad sədaqətinin və ailə saədətinin rəmzidir.
Bundan əlavə, Yaponiyada yaşayan aynlarda durna
– bataqlıq tanrısıdır və onun hərəkətlərinin təqlidini
159
Dostları ilə paylaş: |