Nəbatat dünyası
İnsan üçün təbiət həyat mühiti və mövcudiyyət üçün vacib
təbii ehtiyatların mənbəyidir. İnsan və təbiət qarşılıqlı sıx bağlı və
ayrılmazdır.
Ölkəmizin nəbatat dünyası rəngarəng və zəngindir. Tyan-
Şan şamı meşələrinin nəhəng sahələri. Süni surətdə artırılmış
küknarlar, çoxsaylı üvəz, zirinc, qarağat, itburnu giləmeyvələri
kolluqları. Göbələk, payızın sonuna qədər təzə-tər qalan şirəli
otluqlar, qayalıqlar, ardıclıqlar burada həm yem bitkiləri üçün,
həm də dağ keçisi, cüyür, qaban, maral kimi qiymətli dırnaqlıların
daimi yaşayış və çoxalma yeri üçün qoruyucu şəraitin əlverişli
kompleksini yaratmışdır.
Regionun milyonlarla insanının həyatının və rifahının asılı
olduğu ali dəyərli şey – sudur. Qərbi Tyan-Şan dağları Atlantik
okeandan rütubət gətirən qərb küləklərinin qarşısını kəsərək,
onlarla çayın mənbəyini yaratmışdır. Çayların suyu israf
olunmadan suvarmaya, məişət və sənaye ehtiyaclarına işlənir.
Yağıntının həcmi yalnız dağların hündürlüyündən deyil,
həmçinin təbii bitki örtüyü, ələlxüsus meşə və kolluq örtüyündən
asılıdır. Təbii bitki örtüyü saxlanan yerdə yağmur da çoxdur,
axıntının paylanması da bərabəır həcmdədir. Bulaqlar çağlayan
yerdə çayların da suyu bollaşır. İnsanın ağılsız hərəkətləri
ucbatından bitki örtüyü pozulmuş yerlərdə yağıntının həcmi
azalır, əksinə, daşqınların və sellərin dağıntı gücü və tezliyi artır.
Sellər və daşqınlar evləri, körpüləri, yolları yuyub dağıdır, mln-
larla dollar zərər vurur.
Hissə tamdan böyük olamaz, amma zəngin ola bilər. Qərbi
Tyan-Şanın bioloji rəngarəngliyi – yalnız Mərkəzi Asiyanın və
bütövlükdə cahanın bioloji müxtəlifliyinin bir qismidir. Fəqət
onun konsentrasiyası burada çox yüksəkdir. Buralar sanki yerli
növ – aborigenlərin də, uzaq ölkələrdən gəlmələrin də birləşib
dinc və yanaşı yaşadığı təbii botanika bağı və heyvanxanadır.
Burada 3,5 mindən artıq bitki növü, başqa sözlə cəmi Mərkəzi
Asiyanın bitki aləminin 60 %, 30 növ balıq, 3 növ suda-quruda
yaşayan, 20 növdən artıq sürünən, 300-dən artıq quş, 60 növ
məməli, 6 min növdən artıq həşərat məskundur. Bitkilərin və
ələlxüsus, onurğasızların arasında bir çoxu hələ kəşf olunmaqlarını
gözləyir.
Respublikanın bitki landşaftı bioloji formaların çoxluğunun
sayəsində rəngarəngdir: birillik və çoxillik otlar, kolluqlar,
yarımkolluqlar, ağac növləri .
Dağlıq otlaqlar – keçəl qayalıqların və buzlaqların önündə
sonuncu pillələrdir. Bu otlaqların məskunları sərt şəraitə alışmışlar
– ilin yarısı mənfi temperatur hökmfərmadır.
162
Çokmorov S. “Qırqovulla mənzərə” 1986-cı il, kətan, yağlı boya, 59, 2 x 79
163
Daqlıq çəmənliklərin bitkiləri özünəməxsusdur,
lakin rəngarəngliyinə görə orta dağlıq örüşlərdən
geri qalır. Primula, daşqıran, oksitrop (ostrolodki),
kobreziya, zanbaq, lalə, süsən, yaddaş çiçəyi,
dəlicincilim, astraqal, edelveys, xırdaləçək,
çayırsədəfi,
qaytarma,
şultsiya,
gentiana
(qoreçavka), qarabaşaq, prolomnik, bənövşə,
kalliantemum, dənli bitkilərdən – şırımlı topal,
trişetinnik (trisetim), reqneriya, yumaq, dağ qırtıcı.
Soyuq çınqıllı yüksək dağlıq yerlərdə ən yuxarıdakı
qarların arasından adda-budda tikanlı-balışlııar
bitir.
Sürünənlərdən buralara Alaq qoloqlazı и
qalxansifət (şitomordnik) kərtənkələləri dırmaşır.
Quşlardan keçəl kərkəslər (toğlugötürən, qızıl
ağbaba), berkut, ulu doğan (baloban), ular, qaya
göyərçini, qaya qaranquşu, buynuzlu torağay, dağ
incir quşu, boz quyruqqapan (kamenka-plyasunya),
qırmızıqarın qızılquyruq, qara qızılquyruq,
vüroklar, qarğa, dağ zağcası, kluşitsa xarakterikdir.
Qırğızıstanda çoxlu mağara var – speleoloqlar
üçün geniş fəaliyyət meydanı açılmışdır. Onlar 75
mağaranı tədqiq etmişlər.
Bitkilərin rolu insan üçün əvəzedilməzdir.
Qədim çağlardan bitkilər insanların qida mənbəyi
olmuş, onları yedirtmiş, müalicə etmişdir.
Heyvanların davranışını müşahidə edən insanlar
otların, kökümsovların, giləmeyvələrin köməyi
ilə müxtəlif xəstəliklərdən can qurtarmışlar. Xalq
arasında məlumdur ki, nir çox heyvan xəstələnəndə
inadla müəyyən otları axtarıb tapır və yeyir. Məs.,
itlər, pişiklər dənli bitkilərin yarpaqları, marallar
levzeya (maral kökü), keçilər qəhvə ağacını və b.
yeyirlər.
Yabanı bitkilərin müalicəvi cəhətlərini qədim
yunanlar öz əsatirlərində, babillər, assiriyalılar,
misirlilər və b. papiruslarında qeyd etmişlər.
Qırğızların canlı təbiət sahəsində bilikləri
müstəsna dərəcədədir. Onlara yüzlərlə müxtəlif
dağ bitkilərinin adı məlumdur. Bu zaman bitkilərin
zəhəri, həm heyvanlar üçün, həm də xalq təbabəti
üçün faydalı xüsusiyyətləri yaxşı öyrənilmişdir.
Qırğızıstan bitkilərin rəngarəngliyi üzrə unikal
diyardır və çox illərdir, ölkənin əczaçılıq sənayesinin
cır moruq (acılıq), çaytikanı, termopsis, çayırsədəfi
və digər dərmanlara olan ehtiyacını ödəyir.
Müasir təbabət təcrübəsi xəstələri müalicə
etmək üçün böyük həcmdə dərman vasitələrinə
malikdir. Onlardan 40 % bitki mənşəlidir.
Qırğızıstanın florası 4 min ali bitki növünə
sahibdir. Onların arasında xalq təsərrüfatında geniş
istifadə olunan çoxlu yem, dərman, aşılayıcı, efir-
yağlı, kauçuklu bitkilər var. Onlardan ən azı dörddə
biri dünyanın daha heç harasında bitmir.
Bizim subdağlıq, dağlıq çəmənliklərimizin
təsərrüfat, yem əhəmiyyəti böyükdür. Onlar
yüksək dağlıq örüşlərinin əsas və məhsuldar
tipidir. Qırğızıstanda kənd təsərrüfatı sahələrinin
əksəriyyətini yüksək yem məhsuldarlığı olan
örüşlər təşkil edir.
Meşələr ən mühüm təbiət sərvətlərindəndir.
Qırğızıstanda onlar 705 min hektar ərazini
tuturlar. Respublikanın ən qiymətli meşə massivi
Qırğızıstanın cənubunda cəmləşmiş dünyada
yeganə unikal relikt qozluqlardır. Dağlıq diyarımızın
gözəlliyinə görə nadir guşəsi, təbii botanik bağdır.
Meşəliklərdə 130 növ ağac və kolluqlar bitir: qoz,
püstə, badam, armud, yabanı gavalı, zirinc.
Ardıc – möcüzəli ağacdır. Uzunömürlüdür, 2
min ilə qədər yaşayır. Bəzi ağacların yaşı 3 min ilə
çatır. Tyan-Şan dağlarında diametri 10 m-ə çatan
ardıc nüsxələrinə rast gəlmək olar. Ardıc meşələri
Qırğızıstanın bütün meşələrinin 40 % təşkil edir.
Fitonsidlər buxarlandıran ardıc ağacları
havanın sağlamlaşdırılmasına kömək edir. Ardıc
meşələri dağların yamaclarını eroziyadan qoruyur,
rütubəti toplayıb özündə saxlayır. Təsadüfi deyil
ki, xalq arsında ardıc beşiyində yatan çağanın
böyüyəndə pəhləvan qabiliyyətli olacağını, ardıc
türbəsində basdırılan nəşlərin isə çürümədiyini
hesab edirlər.
Hal-hazırda ardıc oduncağı geniş tətbiq olunur:
taxta məmulatların lakla örtülməsi üçün qətran, efir
yağı istehsal olunur, karandaşlara işlənir. Ona görə
çox vaxt ardıcı karandaş ağacı adlandırırlar.
Qırğızıstan şəraitində Tyan-Şan – Şrenk şamı
geniş yayılmışdır. Bu gözəl ağacın sıx konusşəkilli
tacı var, hündürlüyü 60 m-ə çatır, diametri isə
1,5 m-ə qədər enlənir. Şam 380-450 il yaşayır.
Ən qocaman nüsxələr Terskey Ala-Toosunun və
Kungey Ala-Toosunun yamaclarında rast gəlinir.
Oralarda ağacın inkişafı üçün əlverişli şərait
var. Tyan-Şan şamı meşələri respublikanın meşə
örtüyünün 12%-dən çoxunu təşkil edir.
Ağacın oğuncağı yüngül, ağ və yumşaqdır,
tikintidə, musiqi alətlərinin istehsalında istifadə
olunur. Ondan qətran, zift, skipidar, kanifol, ağac
sirkəsi, aşılayıcı maddələr əldə olunur.
Tyan-Şanı soğan ölkəsi adlandırırlar. Burada
yabanı soğan həddən ziyadə çoxdur. Dağönlərindən
qarlı sıralara qədər bitir. Qırğızıstanda 60 növdən
çox müxtəlif soğan tapmaq olar. Çox növü qidaya
yararlıdır, uğurla baş soğanı əvəzləyir. Bəzi dağ
soğanlarınəın görkəmi o qədər gözəldir ki, onları
bəzək bitkisi kimi tətbiq etmək mümkündür –
güllüklərin və çiçək dirriklərinin bəzəkləri olar.
Maraqlıdır ki, efedranın (cır moruq) yaxın
qohumları (şam, küknar, qara şam, ağ şam)
164
Dostları ilə paylaş: |