ilə bərq vurur, onların soyuq və şəffaf sularında
çimmək isə unudulmaz təəssüratlar yaradır. Burada
buzlaqlara və qarlı aşırımlara qalxmaq, eləcə də
suyu günəşin zərrin şüaları altında göy qurşağının
bütün rəngləri ilə bərq vuran, daşların üzərinə
şırıltı ilə və çilənə-çilənə hündürlükdən tökülüb
köpüklənən məşhur Arslanboba şəlaləsinə getmək
mümkündür. Arslanbobanın həndəvəri turistlərin
sevdiyi məkandır. Qoz ağacları bitmiş enli dərələr
gözəl və əzəmətli mənzərələri ilə göz oxşayır.
Uzaqdan bozaran dağönünə qədər torpağın hər
qarışı təravətli-yaşıl günbəzlərlə örtülmüşdür.
Meşə aləminin heyvanat aləmi də rəngarəngdir.
Burada cüyür, qaban, tülkü, ayı, porsuq, oxlu kirpi
yaşayır. Yenot buranın iqliminə uyğunlaşmışdır. Bu
meşələrdə çoxlu quş da vardır. Qara qaratoyuqlar
dayanmadan oxuyur, şərq bülbülləri kolluqlarda
cəh-cəh vurur, göyərçinlər quruldayır, qoz
ağaclarının yaşıl budaqlarının arasında çalbaş
payızbülbülləri civildəyir.
Qırğızıstanın qoz meşələri təkcə mədəni-
estetik əhəmiyyət daşımır, onların bütün digər
dağ meşələr kimi, aşağılarda yerləşən və pambıq
yetişdirilən bölgələrdə çox mühüm amil olan su
tarazlığının saxlanılmasında və torpağı eroziyadan
qorumaqda dəyəri misilsizdir.
Yabançı meyvələrin, xüsusilə də qozun yığımına
görə Qırğızıstan keçmiş Sovet İttifaqında birinci
yerdə gedirdi. Bizim respublikamızda toplanan
meyvə yüksək keyfiyyətinə görə dəyərləndirilir.
Tərkibindəki yağ (75%) və zülala görə o, təkcə
fransız və ispan qozunu üstələmir, eləcə də bir çox
Orta Asiya respublikalarıın məhsullarına nisbətdə
dünyada öndə gedən yerlərdən birini tutur.
“Gələcəyin ağacı” – K.E.Tsiolkovski qoz
ağacı haqqında belə demişdi. Qozun dəyəri nədən
ibarətdir – gələcəyin də, dövrümüzün də ağacı
insana nə verir?
Onun meyvələri forma, rəng və qabığının
qalınlığına, dadına və ləpənin qabıqdan çıxmağına
görə müxtəlifdir. Qozun ən yaxşı sortları meyvə
əldə etmək üçün çoxaldılır, ehtiyatla qorunur və
mühafizə edilir, pislər isə, əsasən, oduncaq və
qoruyucu yaşıllıqların salınması üçün istifadə
olunur.
Hamıya bəllidir ki, qoz meyvə bitkisi kimi
xüsusilə dəyərləndirilir. Qozun ləpəsində 70%-ədək
yağ, 30%-ədək zülal və şəkər, insan orqanizmindəki
zərərli piroüzüm (pürovik) turşunu məhv edən B
vitamini, görməni gücləndirən A vitamini və sinqa
kimi xəstəliklərin qarşısını alan C vitamini vardır.
Qozun ləpəsi xoş dada malikdir, qidalandırıcı
xüsusiyyətlərinə görə isə buğda çörəyini üç dəfə,
kartofu – yeddi, almanı – on iki-on üç, inək südünü
on dəfə üstələyir.
Arslanboba meşələrində qoz məhsulunun
toplamı orta hesabla bir hektardan 250-300 kq-a
gəlir. Həmçinin bu məhsulun alınmasına edilən
maliyyə sərfiyyatı minimaldır. Onlar, əsasən,
əkilmiş tinglərin kəsilməkdən qorunmağına,
məhsul yığımına və ziyanvericilərdən qoruyucu
tədbirlərin keçirilməsinə xərclənir. Məhsul bol
yetişən il bu qədər qozu sərbəst şəkildə bitən bircə
ağacdan yığmaq olar. Kalori ehtiyatına görə 300 kq
meyvə bir nəfərin illik qida rasionuna bərabərdir.
Qozun ləpəsi təkcə natural vəziyyətdə deyil,
eləcə də, tort, halva, qoz yağı, qoz qaymağı
və konfetlərin hazırlanmasında geniş istifadə
edilir. Kal qozlardan arakəsmələri ilə birlikdə
həm mürəbbə bişirilir, həm də yarpaqlarla birgə
yetişməmiş meyvələr C vitaminin alınmasına
yararlıdır. C vitamini limon, portağal və naringiyə
nisbətən yetişməmiş qozda daha çoxdur. Qoz yağı
həmçinin öz növbəsində təkcə qidaya deyil, tez
quruyan yükəsk keyfiyyətli rəngkarlıq boyaları, lak,
möhkəm mətbəə mürəkkəblərinin hazırlanmasında
işlədilir. Qoz yağı ətriyyat sənayesində bahalı efir
yağlarının – qızılgül, narınc, bənövşə və v. əldə
edilməsində istifadə edilir.
Qozun ləpəsindən əlavə qabığını da sumbata
və bülövlərin istehsalı üçün düzəldilən qarışıq
maddəyə töküb istifadə edirlər. Ondan alınan
furfurol linoleuma və rezin məmulatlara möhkəmlik
verir. Qozun arakəsmələri, qabığı və yarpaqları
25%-ədək aşılayıcı maddələrdən ibarətdir, bu da
dərinin aşılanması və parçaların qəhvəyi və qara
rənglənməsində istifadə edilir.
Mebel hazırlanması və naxışvurma işlərində
ən dəyərli material kimi qoz oduncağına böyük
tələbat vardır. Bu oduncağın dəyərli fərqləndirici
əlamətləri damarların hər hansı qanunauyğunluqdan
asılı olmayan dağınıqlığı və emal olunmuş səthin
olmazın dərəcədə hamar olmasıdır.
Mebel sənayesində qoz uru, yaxud təbir caizsə,
yatmış tumurcuqların koloniyasından gövdədə
əmələ gələn fır ələlxüsus çox yüksək dəyərləndirilir.
Fırın kəsiyi kifayət qədər mürəkkəb şəkildə alınır.
Bu rəsmdə sferik çevrələr və ovallar oduncağın al-
əlvan, fərqli enlikdə dolanbac layları əhatəyə alır
və hər şey füsunkarcasına vəhdət təşkil edir. Dünya
bazarında qoz ağacının fırı həddindən artıq yüksək
dəyərləndirilir. Belə hallara da rast gəlinmişdir ki,
qoz ağacının bir pud fırı bir pud gümüşə bərabər
tutulurmuş.
169
İqlim
Qırğızıstanda günəş çox olur. Gün
parlaqlığının orta illik müddəti burada 2 500- 2 700
saat (Moskvada – təqribən 1 600 saat) həddində
bulunur. Çon-Kəmin, Çonqızılsu, Arasana,
Qarabaltı, Çonaşu və b. tipli çoxsaylı ensiz
vadilərdə illik müddət 1 700-1 800 saatdan yuxarı
olmur. Günəş parıltısının davamiyyətinə müəyyən
təsiri buludluluq da göstərir. Buludluluğun orta illik
ölçüsü Qırğızıstanın bölgələri üzrə 5-6 bal təşkil
edir. Maksimum buludluluq mart-aprel aylarına
düşərək 7-8 bal, minimum avqust-sentyabrda 3-4
baldır.
Davamedici günəş parlaqlığı ilə əlaqədar
Qırğızıstan böyük istilik həcmi alır. İstilik və işığın
bolluğu burada üzüm, pambıq, qaysı kimi bitkiləri
yetişdirməyə imkan verir. Düzənlik Qırğızıstanın il
ərzində aldığı radiasiyanın ümumi həcmi 120-160
kkal/kv. sm-dir ki, keçmiş Sovet İttifaqının heç bir
yerində bu qədər çox radiasiya həcmi yoxdur.
Orta Asiyanın cənubundan – İrandan və
Əfqanıstandan – əsən siklon küləklər İran
havasının (belə desək, Cənubi Xəzər, murqab və
Yuxarı Amudərya siklonları) isti tropik axınları
daxil olarkən, onlara qarışır. İsti qış havası onlarla
əlaqədardır.
Qışda soyuq, qarlı hava və yayda sərin, yağışlı
hava soyuq havanın şimal-qərbdən və şimaldan
axını ilə əlaqədardır. Qışda aydın hava Sibir
170
Dostları ilə paylaş: |