Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə70/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   66   67   68   69   70   71   72   73   ...   111

Alakunov A.A. “Alp-Solanın yürüşü” Bişkek, 2003-cü il, kətan, yağlı boya, 156 x 240
İgid ölər, silahını atmaz.
189


Alakunov A.A. “Qırğızlar” Bişkek, 2005-ci il, kətan, yağlı boya. 
190


Onlar Yeniseydə nisbi yüksək mədəniyyətə malik 
idilər.  Çin  məxəzləri  xəbər  verirlər  ki,  orada 
çoxlu  sayda  Çin  sənətkarı  olmuşdur  və  bir  sıra 
qırğız  şəhərlərinin  adını  sadalayırlar,  onların  da 
içində  İylan  Çjounun  adını  qeyd  etmək  lazımdır. 
Qırğızlar Tyan-Şanda köçəri həyat sürməyə davam 
edirdilər,  amma  onların  bir  hissəsi  metaldan 
əşyalar  istehsal  edir  və  şəhərlərdə  məskən  salıb 
qalırdı. Qırğızlar özlərinin qabiliyyətli sənətkarları 
ilə  də  öyünürdülər.  Onların  filiz-mədən  ustaları 
xüsusilə məşhurlaşmışdılar. Ətrafda yaşayan bütün 
dövlətlər,  xalqlar  və  tayfalar  qırğız  qılınc,  bıçaq, 
xəncər və zirehlərini yüksək dəyərləndirirdilər. VI 
əsrin ortalarında Yeniseyi ələ almış türk xaqanları 
qırğızlardan  ilk  növbədə  “dəmir  töycüsü”  tələb 
edirdilər.
N.Ya.Biçurinin  sözlərinə  görə,  “...  köçəbə 
obası  yerə  basdırılmış  tirlərlə  çevrələnmişdi.  Ev 
üzərinə  keçə  çəklimiş  və  “midici”  adlandırılan 
çadırdan  ibarətdir.  Rəhbərlər  balaca  çadırlarda 
yaşayırlar.  Qoşun  bütün  nəsillərdən  yığılır. 
Yasak  toplayanlar  (vergiyığanlar)  samur  və  dələ 
xəzi  töycüsü  verirdilər.  Məmurlar  təqribən  altı 
qrupa  bölünürdülər:  nazirlər,  baş  idarə  edənlər, 
idarə  edənlər,  iş  icraçıları,  rəhbərlər  və  daqanlar 
(tarxanlar). Nazirlərin sayı yeddi olurdu. Baş idarə 
edənlər – 3, idarə edənlər – 10. Onların hər birinin 
ordusu  vardı.  İş  içraçıları  on  beş  nəfər  olurdu; 
rəhbərlər və daqanların rütbələri yox idi”. 
VI  əsrin  ikinici  yarısında  Xaqyasda  yeni 
hegemonlar  –  Altay  (qərbi)  qırğızlar  meydana 
gəldilər.  Onlar  vaxtaşırı  məğrur  və  azadlıqsevən 
elləri  –  Xaqyas  knyazlığını  və  Qırmızı  bayraq 
dövlətini birləşdirməyə müyəssər olurdular. Qırğız 
xaqanlğı  güclü  və  qorxunc  dövlətə  çevrilirdi.  VI 
əsrin  sonlarında  Yeniseydə  qırğız  tayfalarının 
bazasında  sərhədləri  şərqdə  Baykal  gölünə, 
cənubda  Şərqi  Türküstana  qədər  gedib  çıxmış 
güclü patriarxat Qırğız xaqanlığı dövləti yaradıldı. 
Qırğız  adları  indinin  özünəcən  Sibirin  xəritəsini 
bəzəməkdədir. Məs.: Ənə-Say – Yenisey, Altı-Ay – 
Altay,  Bay-Kol  –  Baykal,  Min-Suu  –  Minusinsk, 
Qızıl-Jar – Krasnoyarsk və s. 
Yeniseydə qırğızlar avropoid xalqı dinlinlərlə 
qarışdılar və açıq saçlı və mavigözlü avropoidlərə 
bənzəməyə  başladılar.  Yeri  gəlmişkən,  müasir 
qırğızların içərisində saçlarının rəngi açıq, gözlərinin 
rəngi  mavi  olanlara  indi  də  rast  gəlinir.  Minusda 
metal  epoxası  mədəniyyətinin  dövrləşməsinin 
yaradıcısı S.A.Teplouxov təsdiqləyir: “B.e. VII-X 
əsrlər  (Tan-Şu)  hadisələrini  əhatə  edən  bir  qədər 
sonrakı  salnamələrdə  həmin  dövrdə  türk  dilində 
danışan qırğızların (hyaqas) “dinlinlərlə qaynayıb-
qarışdıqları” və güman ki, Yeniseyin cənub hövzəsi 
ərazisini  bütünlüklə  ələ  keçirərək  hakim  mövqe 
tutduqları barədə müəyyən qeydlər vardır”. 
Cənubi  Sibir  və  Mərkəzi  Asiya  ərazisində 
yerbəyer  olmuş  qırğızlar  haqqında  qırıq-qırıq 
kasad  məlumatlar  qalmışdır.  Lakin  elə  onlara 
əsasən  də  qırğızların  həmin  bölgənin  inkişafına 
nəzərəçarpacaq  təsiri  barədə  mülahizə  yürütmək 
mümkündür. 
Tarixi yazılarda qırğız döyüşçülərinin qoçaqlığı 
və qorxmazlığı barədə məlumatlar vardır. Məşhur 
rusiyalı  alim Yu.Xudyakovun  fikrinə  görə,  həmin 
dövr  üçün  qırğız  silahı,  bəlkə  də,  dünyanın  ən 
yaxşısı hesab olunurdu.
Akademik  V.V.Bartoldun  yazdığına  görə, 
o  dövrdə  Qırğız  dövləti  “Orta  Asiyanın  şərq 
hissəsində birincilik əldə etmiş köçəri dövləti hesab 
edilirdi”.  Təqdidatçı  alimlər  qırğız  silahlarının 
heyrətamiz uğur qazandığı, qırğız mədəniyyətinin 
Asiyanın  nəhayətsiz  dağlıq-düzənlik  sahələrində 
geniş yayıldığı bu dövrü qırğız tarixinin qızıl dövrü 
adlandırırlar.  Hətta  böyük  fransız  şairi  Pol Valeri 
“Qırğız haqqında” nəğməsində yazırdı ki, amansız 
qırğız  işğalçısı  yenə  də  atını  Senada  suvarmaq 
istəyir.
  VII  əsrdə  Qərbi-Türk  xaqanlığı  “on  ox 
xalqı”  dövləti  kimi  tanınırdı.  Rəsmən  Aşin  türk 
sülaləsindən  olan  dövlət  başçıları  “caqbu-xaqan” 
və ya “on ox xalqının xaqanı” titulunu daşıyırdılar. 
Həm  dövlətin  adı,  həm  amirlərin  rəsmi  titulu 
ölkədə  “on  ox  xalqı”nın  dominant  mövqeyindən 
xəbər  verirdi,  belə  ki,  bunlar  Mərkəzi  Asiyadan 
gəlmə  türklər  deyil,  yerli  Tenir-Too  əhalisindən 
olan  qəbilələr  idi.  Xalq  iki  böyük  birləşmədən 
ibarət  idi.  Nuşibi  konfederasiyasına  Sır-Dəryanın 
sahillərindən  Çu  çayına  qədər  əraziyə  malik 
beş  tayfa  daxil  idi.  Ümumi  dulu  adı  altında 
birləşdirilmiş beş digər tayfa Çu çayından Altaya 
və  Cunqariyaya  qədər  torpaqları  tuturdu.  Qərbi-
Türk xaqanlığının tərkibinə Şərqi Türküstan, Orta 
Asiyanın  əkinçiliklə  məşğul  bölgələri,  Aralyanı 
ərazinin,  Şimali  Qafqazın  intəhasız  çöllükləri 
daxil idi. Dövlətin inzibati-siyasi mərkəzi əvvəlcə 
Talas  vadisindəki  Min-Bulaq  şəhəri,  618-ci  ildən 
isə  Suyab  şəhəri  (qədim  məskən  Ak-Beşimin 
xarabalıqları indiki Tokmok tərəflərdədir) olmuşdu. 
630-cu ilə Çin imeriyasının yüzminlik ordusu 
türklərə  qarşı  çıxdı.  Şərqi-Türk  xaqanlığı  öz 
mövcudiyyətini itirdi. Qırğızların Yenisey xaqanlığı 
çinlilərin  əsarəti  altına  düşdü.  640-cı  ildə  Çin 
imperiyasının təzyiqi altında Qərbi-Türk xaqanlığı 
191


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə