YEDDİ MÜQƏDDƏS
MƏFHUM
I
5
Hər millətin onu başqalarından fərqləndirən
və xalqa çevirən səciyyəvi cizgiləri, öz müqəddəs
məfhumları mövcuddur. Düşünürəm, bir çox
oxucu mənimlə razılaşar ki, qırğızların yeddi
müqəddəs məfhumu var: komuz, qalpaq, yurta,
at, Səxavətli Manas, Ala-Too dağları və İssık-Kul
gölü. Bunlarsız qırğız xalqının dolğun həyatını
təsəvvür etmək qeyri-mümkündür. Hekayətimi
komuzun yaranışı ilə başlamaq niyyətindəyəm
– onun simləri bütün iki min illik qırğız tarixini
yaddaşına hopdurub saxlamışdır. Mənə elə gəlir
ki, dünyada komuz tərəfindən vəsf olunmamış heç
nə qalmamışdır. Onun havaları bəxtəvər məhəbbət,
uğurlar və məyusluqlar, qəmgin və məzəli
yaşantılar haqqında bəhs edə bilər. Komuzun
zümzüməsi altında salamlamalar, ithaflar oxunmuş,
zəfərlərə mədhiyyələr söylənmiş, məğlubiyyətlərə
Bülbül – komuz barədə
göz yaşı axıdılmışdır. Və xalq musiqisi də, sözlər
də genlərimizdə qorunub saxlanaraq əbədiyyətə
qovuşmuşdur.
Komuz – bizim də miras qəbul etdiyimiz
əcdadlarımızın ruhudur. Xalqımız üçün bu gerçək
mənəvi dəyərdir ki, nəinki insanları qanadlandırır
və ilhama gətirir, həmçinin xalqı birləşdirir. Komuz
odda yanmadı, yüzilliklərin uzun və faciəli yolunda
izsiz-tozsuz batıb getmədi. Komuzun melodiyaları
çətin dəqiqələrdə qırğız xalqına sıralarını
möhkəmlətməyə yardım göstərdi, çox vaxt
mübarizəyə çağırış kimi səsləndi. Komuzçularla
bütün dövrlərdə fəxr etmişlər və onlar bu günə
qədər ən möhtərəm insanlar hesab olunurlar.
Böyük komuzçu və akın Toktoqulun faciəvi
taleyi barədə hekayətləri dinləyəndə, onun nağıl
qəhrəmanı deyil, real şəxsiyyət olmasına inanmaq
Aytiyev Q., Kojəhmədov D. “Akınlar” 1956-1957-ci illər, kətan, yağlı boya, 206 x 306
6
çox çətindir. Danışırlar ki, Toktoqul Sibirə sürgün
zamanı nəzarətçi onun mandolinini sındırıbmış,
lakin komuzçu sonradan salamat qalmış simlərdən
özünə komuz quraşdırıb düzəldibmiş. Heç nə onun
yaradıcılığa məhəbbətini qıra bilməmişdi, axı
yalnız musiqi və mahnı oxumağı ilə azadlığa can
atmasını və Vətənə sevgisini ifadə etməyə qabil
idi. O vaxt komuzçunun bədbəxt yoldaşları, digər
katorqaçılar bildirirdilər ki, Toktoqulun nəğmələri
həmişə həqiqəti əks etdirirdi.
Toktoqulun “Sürgündə” mahnısından bəzi
misraları təqdim edirəm:
Komuzum yorğunları dirçəldir,
Ürəklərə ümid bəxş edir.
Dilimi hamı anlamayır,
Ancaq komuz – hər kəslə danışır!
Özümü
tanıyandan
bəri
komuzun
melodiyalarını
məmnuniyyətlə
dinləyirdim,
uşaqlıqda isə elə zənn edirdim ki, təbiətin özü
oxuyur. Hansısa gizli cazibə qüvvəsi məni həmişə
komuza çəkirdi, fəqət eyni zamanda indiyəcən
onun simlərinə toxuna bilmirəm, sanki onların
müqəddəsliyini və səslənmənin sehrini pozmağa
qorxuram.
İlk dəfə komuzda ifa olunmuş “Get, Buka!”
havasının yaranma tarixi maraqlıdır. Mahnının adı
bir çox mətləbi aydınlaşdırır. “Get, Buka!” – deyə
əcdadlar qırğız torpaqlarının işğalçıları monqolları
lənətləyirdilər. Buka monqolların qırğızlar üzərində
canişini idi. Bir dəfə ovda onun oğlu həlak oldu, lakin
heç kəs bu xəbərin qara çaparı olmaq istəmədi, zira
sahibin sərt cəzasından qorxdu. Fəqət faciəvi xəbəri
çatdırmaq zəruri idi. O təqdirdə, komuzçulardan
biri Bukaya baş vermiş faciədən xəbər verən kədərli
hava çalmaq qərarına gəldi. Buka dərhal hər şeyi
anlayıb mətləbi tutdu və qeyzlənərək komuzun
üstünə və musiqiçinin gözlərinə ərinmiş qurğuşun
tökmək əmrini verdi... Deyilənə görə, o vaxtdan
bəri komuzda səsi gücləndirən dəyirmi dəlik əmələ
gəldi. Sağ qalmış kor musiqiçi bələdçinin köməyi
ilə gəzib dolaşdı, komuzda çalmağını davam
etdirdi. Komuz isə əvvəlkindən də gur, elə şaqraq
səslənirdi ki, quşlar susur, sehrli melodiyanın
ağuşuna düşürdülər. Hətta musiqiçini dünya işığına
baxmaq xoşbəxtliyindən məhrum etsələr belə,
heç kəs yaratmaq bəxtiyarlığını onun əlindən ala
bilmədi. Yerlərə sığmayan müdriklikdən doğulmuş
komuzun gücü bunda idi.
Əfsanəyə görə, komuz ovçu Kambarkan
tərəfindən icad olunmuşdur. İlk qırğız melodiyası
onun sayəsində bəstələnmişdi, bihudə yerə onu
“melodiyanın atası” adlandırmırlar. Bir çox quşun
Raykan Şükürbəyov
Ölümsüz komuz
Ölüm qorxuludur hər şeydən, fəqət, lap əzəldən
Ölümlə həyat qoşa qanaddır. Eynidir onlar.
Lakin həyat daha güclü, ölümə ram deyil,
Həyat, günün bu günündə lap əzəlki kimi.
Xalqımın deyimi belədir: yaxşı heç öləməz!
Cavanlar bunu yadda saxlasın möhkəm...
Naqafil Moldoke nəğməsinə başlarkən həmən,
İssık-Kulun suları tək dalğa-dalğa yayılardı.
Ürəkləri riqqətlədib titrədirdi o gözəl hava.
Onun nəğmələri düşüncələr dəryası,
İri quş qanadları çırpılır hər tərəfdə,
Bəyaz qu quşu süzür sakit sularda,
Hətta taxtalar belə bülbül kimi ötür.
Moldoke, bax bir, dünya necə genişdir!
Komuzun əlində tərk etdin bizi niyə?..
Haralarda öz havanı axtarırsan sən indi?..
Uzaqlardan xəfif komuz sədası yayılır!
Həyat bir göldür, dalğaları dağılır,
Qoca şam ağacını tufan əyib çökdürür.
Bülbül tökür acı-acı göz yaşın o ağaca,
Zaman qadiri-külldür, torpağı da, xalqı da,
Dəyişdirəcək, öz təbirinə salacaq.
Yalnız komuz susmayacaq heç zaman,
Üçsimli komuzun üç qartalın yuvasıdır,
Sizin – Toktoqul, Atay, Karamoldo...
Dənizlər quruyar, dağlar dağılar,
Ancaq siz zirvənizdən heç vaxt enməzsiz.
Ölüm o zirvənizin önündə aciz...
7
Dostları ilə paylaş: |