Dünyada cənnət – məhz bizim Ala-Too
torpağıdır, desəm, öz rəyinin olmasına ixtiyarlı
oxucu məndən inciməsin.
Bineyi-qədimdən bu cənnətməkanın qırğız
xalqının ixtiyarına verilməsi barədə məzəli bir
zarafat-əfsanə dolaşır. Allah torpağı övladlarınn
arasında bölüşdürəndə, qırğızlar gecikibmişlər.
Allah xəbər alır: “Harada idiniz? Torpaqların
hamısını müxtəlif xalqların arasında payladım”.
Qırğızlar boyunlarına alırlar ki, sadəcə yatıb
qalıblar. O təqdirdə, Allah deyir: “Səmimiliyiniz
və müqəddəs sadəlövhlüyünüzün müqabilində
özümün istirahətim üçün saxladığım Ala-Toonu
sizə əta edirəm”. Yaradan xalqımın sadədilliyi
əvəzində beləcə səxavətli minnətdarlıq bəxş
etmişdir! Qırğızların sevimli zərbül-məsəli belə
yaranmışdır: “Ən yaxşısını Allah sevən alır!”
Sözsüz, bu əfsanədə həqiqətdən çox zarafat duyulur,
fəqət həqiqətin hissəciyi də var. Susqunluğuna və
zahiri sərtliyinə rəğmən, qırğız dağları əzəmətli
və gözəldir. Dağın ətəyində dayananda, yaxud
yüksəkliyinə dırmaşanda, daşın mükəmməlliyini
öz gözünlə görüb harmoniyasını duymaq olar.
Quş uçuşu hündürlüyündən qırğız dağlarının
özünəməxsus spiralvari burulan və baxışları
sonsuzluğa aparan həmailə bənzəri var. Dağlarda
hava da təmizdir, göy də yaxındır, ulduzlar da
parlaqdır. Təəccüblü deyil ki, bir çox səyyahlar
Qırğızıstanı dağlar ölkəsi adlandırmışlar.
Qədim çağlarda qoşulmuş digər əfsanə belə
bəhs edir: “Qırğızların haçansa münbit məhsuldar
torpaqları yandırıcı günəşdən, səmumdan,
susuzluqdan quruyub cadar-cadar çatladı. Meşələr
və otlar solmağa, adamlar aclıqdan tələf olmağa
başladılar. Fəqət misli görünməmiş qüvvəli bir
pəhləvan zühur edib həyatverici havanın qarşısını
kəsən iri qaya parçalarını araladı və qırğız
torpağı dirildi. Əvvəlkindən daha da zənginləşdi,
gözəlləşdi. Xalq pəhləvanı şərəfyab edib ona
səmavi dağ silsilələrindən də uca mədhiyyələr
oxudu”.
Görkəmli feyləsuf Şarl Monteskyenin
fikrincə, dağlıların üstünlük təşkil edən cəhəti –
azadlıqsevərlikdir. Onlar üçün dağlar yalnız zəruri
Kim V.A. “Ooruk-Daş” 1991-ci il, kətan, yağlı boya. 72,7 x 92
21
həyat şəraiti deyil, dağlar öz təsirini idarəetmə
formalarına da göstərir. Dağlılar digər xalqlara
nisbətdə azadlığı daha çox dəyərləndirir, onlar
üçün azadlıq – hətta həyatı bahasına müdafiəsinə
qalxmağa dəyən yeganə nemətdir, bu səbəbdən,
azadlıq başlıca surətdə məhz yaşayış üçün narahat
dağ ölkələrində hakimdir.
Dağlarda çoxəsrlik həyat təcrübəsi qazanmış
dağlı xalqların xasiyyəti inadkardır, onlarda
əsrlər boyu istənilən təbiət bəlasına qarşıdurma
qabiliyyəti yaranmışdır. Dağlarda sərt həyat tərzi
əcdadlarımızı dəyanətli və cəsur olmağa vadar
etmişdir. Yumşaq xasiyyətlə dağlarda sağ qala
bilməzsən. Qırğızlar ünsiyyətdə açıq, bəzən hətta
sadəlövh, çox məqamda mövhumatçıdırlar. Fəqət
bizim qonaqpərvərlikdə tayımız yoxdur. Bu tinət
də dağların sərt qanunları ilə hopdurulmuşdur –
burada hər insan özünü digəri ilə “eyni kəndirlə
bağlı” hiss edir. Uşaqlar amansız dağ şəraitində
möhkəm və dözümlü böyüyürlər. Bəzən heç ayaq
tutub gəzməyi bacarmadıqları halda gözlərini
yummadan qorxu-hürküsüz yəhərə – böyüklərin
tərkinə minirlər.
Məni sadə bir ağsaqqalın mülahizələri heyrətə
saldı. Onun rəyincə, insanda hər şeydən əvvəl
xarakter, sonra dünyagörüşü formalaşır. Bu azmış,
hər birimizin genlərimizə qoyulmuş qayə təbiətlə
cilalanır. Bu kənd müdriyi mənə bəyan etdi ki,
duru sudan və təmiz havadan insanda mütləq arı
niyyətlər yaranır, torpağın zənginliyindən isə –
qəlbin səxavəti. Toxunulmamış füsunkar təbiətin
qoynunda yaşayan insan özü ruhən gözəldir. İlahi
aura isə onun nəinki ruhunu, habelə cismini paka
çıxarır.
Vaqiən, dağlarda məskən salmış insanlar
nəinki dəfələrlə dözümlü, fiziki sağlam, hər
cürə narahatlığa sakit yanaşan, həmçinin ruhən
pakdırlar. Onların açıqlığı, sadəliyi, səxavəti ana
təbiətin özündən irəli gəlir.
Qırğız xalqında əlçatmaz ucalıqlara meyl aydın
təzahür edir. Bu da dağların yaratdığı səciyyəvi
cəhətin təcəssümüdür. Eləcə də daxili sərbəstlik,
düşüncə azadlığı. Xalqımız inanır ki, yalnız
mənzərəli füsunkar dağlıq yerlərdə əsil gözəl
gəlinlər doğulur. İnanır ki, torpağın və təbiətin
aurası bütünlükdə insanın zahirdən və batindən
gözəlliyi üçün böyük əhəmiyyət kəsb edir.
Ehtişamlı silsilələrlə əhatələnmiş vadidə
doğulmuş şəxs kimi mənim üçün dağlar sadəcə
zahirdən soyuq, bir-birinin üstünə yıxılmış
susqun qəmbər yığnağı deyil, bura mənim isti
evim, Vətənimdir. Doğulduqdan sonra uşaq,
adətən, ilk növbədə valideynlərini və yaxınlarını,
sonra isə pəncərədən görünəni – dağları tanıyır.
Dağlar – açılmış nəhəng qanadlara oxşayır. Məhz
bizim dağlarda dağların özündən ucalıqlara uçan
berkut, Tyan-Şan hündürlüklərinin şahı – qar
bəbiri məskundur. Dağlar – qara ayının, qırmızı
canavarın, bəzəkli kəkliyin, xoşbəxtlik quşu uların
məskənidir...
Qırğızıstanın çoxəsrlik tarixi boyu xalqımın
idrakına müxtəlif etiqadlar hakim kəsilmişdir. Fəqət
ən uzunömürlüsü təbiətə – yedizdirən və xilasedici
anaya xitabən yönəldilmiş bütpərəst etiqad oldu.
Dağlarda, dağətəklərində məskunlaşmış qırğızların
həyatı batırların sakitcə torpaq altına getməsi,
şeytanın özü ilə qovğaya girişməsi və oradan
qorxu-ürkü bilmədən göylərə qalxmasına dair
əsatir və əfsanələri həddən ziyadə çoxdur. Xalqıma
xas qayə də bundadır – cəmi döyüşkən kişilərin
adlarının birbəbir siyahısını özündə ehtiva edən
genetik yaddaşı daşımaq.
Qırğızıstanın dağlarında 600-dən artıq buzlaq
saymaq olar. Onların sahəsi Qafqazın, Alpın
və Dağlıq Altayın buzlu çöllərinin ümumilikdə
götürəndə hamısına bərabərdir. Çatır-kul sırtlarında
əbədi buzların qalınlığı 80 m-ə çatır. Unikal
mağara Saymaluu-Daş, Toquz-Torouz bölgəsində
uzaq əcdadlarımızın bütpərəst etiqadları və bir çox
özgə mətləblərdən uzun zaman bəhs etmək olar.
Məs., tarixin və zamanın işarələrinin həkk olunmuş
izləri təki silinməz siluetlərin çapıldığı oxuyan
daşlar barədə. Bu qəmbərlər təpəliklərin dağlara
keçid bitişiyində, çayların asimanla birləşdiyi
məkanda səpələnmişdir... Təsadüfi deyil ki, Avropa
təfəkkürünün 84 yaşlı qanunvericisi Humboldt
bir dəfə artıq XIX əsrin ortalarında məşhur alim-
səyyah Semyonov-Tyanşanskiyə bildirmişdi:
“Ancaq Sizdən Tyan-Şan qayasının qəlpəsini
alandan sonra öləcəyəm”.
İşimin lap əvvəlində bir fikir mənə rahatlıq
vermirdi – balaca ölkəmin hər bucağına baş
çəkməmiş onun gözəlliyini əks etdirmək
mümkünsüzdür. Və işimə görə yüklənməyimə
rəğmən, qarşımda respublikanı qarış-qarış gəzib
hər məşhur bucağını ziyarət emək məqsədini
qoydum.
Yəqin ki, respublikamızın istənilən sakini kimi
hər şeydən öncə, İssık-Kul regionu ilə tanışam.
Məhz burada daima özünə cəzb edib çəkən
müqəddəs göl-dəniz dalğalanır. Yolda ikən mərkəzi
avtotrasdan azca aralı XIII əsrin unikal abidəsi –
Buran qülləsi ucalır. Qüllə çoxlu sayda elmi işlərin
tədqiqat mənbəyidir – bu işlər haqqında söhbət
uzanıb bitməz. Gölün ətrafına cənubdan dolananda
– xoşbəxtlikdən, dəfələrlə etmişəm – nağılvari
22
Dostları ilə paylaş: |