Cetı Oquz (“Yeddi öküz”) mağarasına düşürsən.
Mağaranın adı götürülmüş yeddi nəhəng qırmızı
qaya, vaqiən, çiçəkli örüşdə otlayan iri öküzləri
xatırladır. Yeddi öküz haqqında ən müxtəlif
variantlarda saysız əfsanələr qoşulmuşdur. Onların
biri bu məkanın müalicəvi əhəmiyyətini yaxşı əks
etdirir.
Qədim əyyamlarda yerli sakinlərin birdən birə
yeddi öküzü itir. Uzun müddət onları axtarandan
sonra öküzləri canavarların dağıtdığı güman edilir.
Qəflətən insan ayağı dəyməyən keçilməz bir
dərədə yeddi iri öküz qayadan çıxıb əbədi donur.
Sən demə, kəllərin əbədi pərçim olduqları nöqtədə
qoruq, xoşbəxt, müalicəvi məkan gizlənirmiş.
Zaman keçdikcə insanlar dərəyə keçib dağ talasında
məskən salaraq uca sırtlarda yaşamağa alışdılar, bu
zaman tam bəxtiyarlıq duymadılar.
Lakin hər birinin qəlbində ümid yaşamaqda
davam etdi ki, məhz burada beteqe – otla örtülmüş
tilsimli torpaqlar uzanıb gedir və bu otlaqlarda
sürülərin qarnı tox, dəriləri qızıl olur...
Zəngin radon bulaqları ilə zəngin yerlər bihudə
yerə hələ keçən əsrin ortalarından kurort zonası
qismində seçilməmişdir. Dağın yamacında Cetı-
Oquz kurortu yerləşir. Müalicəvi təbiət suları,
dağ günəşi və duru hava radikuliti, ürək-damar
xəstəliklərini, böyrək və qaraciyər naxoşluqlarını
və bir çox özgə azar-bezarı sağaldır. Amma hər
halda, əcdadlarımızın arzusu “qızıl qoyun dərisi”
əlimizə hələ də əməlli-başlı keçməmişdir.
Bu dərənin başını bir neçə km uzanan Cetı-
Oquz divarı qapayır. Divarı Oquz-Başı (“öküz
başı“) adlanan beş min m-lik zirvə bəzəyir. Bir
əsr yarım əqdəm bu zirvəni görkəmli alim-səyyah
Semyonov-Tyanşanski İsveçrə Alpının fəxri
Yunqfrau dağı ilə müqayisə edirdi.
Ot-ələf burada o dərəcədə gurdur ki, sövq-
təbii əcdadlardan bizə şifahi qalma sadə çoban
bicliklərini yada salırsan: “Qoyunları elə qov
ki, onlar otu yarıb keçməsin, ot onlardan keçsin.
Səhər ertədən sürünün başını şərqə sal, taki günəş
qoyunların gözünə düşənəcən, istiləşəndə isə,
sürünün arxasını günəşə və mütləq üzüküləyə
çevir...” Qoyun – yer canlısıdır, quş – ruh varlığı.
Göylərin və yerlərin vəhdəti – sülhdür.
Başlıca qayda – səhər qoyunu “kölgədən” otar
– üzü şərqə, nə qədər ki, günün şüaları qızmayıb,
sonra tədricən cənuba hərlə, nəhayət, arxaya –
qoyunu günorta yatağına “öz kölgəsi boyu” sür.
Qoyma günün ən isti çağı qoyunun gözünə günəş
vursun. Qoyunları elə qov ki, onlar otu yarıb
keçməsin, ot onlardan keçsin...
Lakin qaydalara düzəlişlər də var. İsti havada
Kalık Akiyev
Tyan-Şan barədə nəğmə
Möhtərəm xalqım mənim,
Sevimli, doğma xalqım.
Ala-Tooya bənzərin var,
Tyan-Şanın dağları uca,
Qarlı zirvələri parlar.
Möhkəm dağlar təkində,
Altun damarlar gizlər.
Xalqımın şan-şövkəti var,
Fitri istedadlarla zəngin.
Akının səs verilmişsə,
Nəğmə oxur Vətəninə.
Vətənimə dastan qoşuram,
Dostlar, xoş günlərimiz artır.
Uca dağlar ətəyində,
Xırda otlar xəfif titrər.
Asimana baxıram mən,
Ağ yallarını yellədibən
Buludlar şütüyür, üzür.
Mavi nura boyanmış yer,
Gədiklər göy rəngdə itir.
Sübh ayazı qılınc kimi.
Dərədəki su çox iti axır,
Firuzeyi alovunu saça-saça.
Yarpaq maviyə, zərrinə bürünmüş;
Abı hava təmiz, təravətlidir.
Addımlaram dağ cığırı boyu mən,
Zirvələrdə sübhə, şəfəqə qənşər.
Arpaya tay dağlar varmı əcəba?!
Örüşümüz necə nəhayətsizdir.
Sanki otlaqlara səpələnmiş daş kimi
Bəyaz qaz sürüsü yamaclara tökülmüş.
Dağlarsa hər tərəfdə qürurla durmuş,
Cahana gözəllik saçmağındadır.
23
çalış, sürünü küləklə apar, qayıdanda isti saatlarda
qoyunlar üzüküləyə getsin: toz arxada qalacaq...
Və daha minlərlə qayda: hansı sürətlə,
hansı otun arasından, ilin hansı mövsümündə,
yamacın hansı dikdirində, hansı dəniz səviyyəsi
hündürlüyündə, müxtəlif sürüləri hansı havada
çıxarmalı.
... Sürü gedir, sürü birbaşa günəşə doğru üzür.
Çoban ilk cərgəni səfləyir ki, güclü qoyunlar irəli
cummasınlar, zəiflərə də yer çatsın.
Çoban at çapır – onun hər şeyi mahnı oxuyur:
ot oxuyur, buludlar oxuyur, dağlar oxuyur. Çoban
da ot, bulud, dağlar barədə oxuyur. Sürünün hər
hərəkətinə göz qoyur: qoyunlar irəli qaçmasın, geri
qalmasın, ayrı düşməsin, ot hamıya çatsın.
Kimsə qoyun kəsəndə, sülb adətinə görə
bütün əqrəbanı qonaq çağırmağa borcludur.
Qoyunun cəmdəyi on iki hissəyə (ustukan) ayrılır:
ən möhtərəm qonağa baş və bir ustukan verirlər.
Əsas ustukanı digər hörmətli qonaq alır, adətən,
kişiyə jambaş (çanaq sümüyünün üst hissəsi),
qadına kuymulçak (büzdüm sümüyünü) təqdim
olunur. Ardınca ciddi ardıcıllıqla digər ustukanları
paylayırlar: kaşka jilik (bud sümüyü), joto jilik
(baldır sümüyü), kyun jilik (dizdən bel sümüyünə
qədər hissə), dalı (bel sümüyü), karı jilik (ön ayağın
bud sümüyü). Qonaqların sayı çox olanda, ustukan
kimi bolluca ət qatı və piylə karçıqa (böyrək hissəsi)
verilir. Hörmətə görə sonuncu omurtka (boyun və
bel onurğası: arka və moyun) hesab olunur.
Bu mərasimin hər incəliyindən hali və
cəmdəyi doğrayan, bişirilmiş ustukanı paylayan
adama bököol, bəzi bölgələrdə isə çıqdançı
deyirlər. Ətin verilməsi mərasimi qırğızların
mehmannəvazlığından irəli gəlir və qonağa, sinli
adamlara səciyyəvi şərq hörmətinə dəlalət edir.
Bunlar bizə əsrlərdən süzülüb gəlmişdir və bu günə
kimi yaşamaqdadır.
Qoyunlarla əlaqəli əfsanələr və inanclar
var. “Qışqırsan, tərs qoyun da gəlib boynunu
bağlatdırar”, “Ucuz qoyun ətinin şorbası da pis
çıxır” kimi atalar sözləri geniş yayılıb.
Köçün illik dövriyyəsi otlaqların dəyişməsini
nəzərdə tutur: qış köçü (kıştoo), yaz köçü (jazdoo),
yay köçü (jayloo), payız köçü (küzdoo). Adamların
deyimləri:
Yaz – hərəkətdir,
Yay – nemətdir,
Payız – bərəkətdir,
Qış – məsrəfdir.
Hər canlının atası kim?
Bəs anası kim?
Qan nədir?
Bəs ruh nədir?
Hər canlının atası – gün,
Anası – torpaq,
Qanı – su,
Ruhu – hava.
Mürəkkəb sülb-tayfa bölgüsü köçəri həyat
tərzinin xüsusiyyətlərinə uyğun idi. Köçlər kor-
koranə sürülmürdü, ciddi şəkildə təşkil edilirdi.
Örüş torpaqları ayıllarda birləşən ailələrə aid
olunurdu.
Qırğızlar qədimdən anlayırdılar ki, birlik olan
yerə bəla gəlmir. O səbəbdən, həmişə varlı da,
kasıb da birgə köç edirdi. “Karış ajıraqan karaqança
körüşpöyt” məşhur atalar sözünün təxmini
mənası belədir: “Bir yerdə olsan, toxsan, ayrı
düşsən, döyülərsən”. Onların həyat tərzi: ictimai
quruluş, adətlər, sənətlər, biliklər, məişət – hər
şey firavanlığın və xalqın rifahının əsas mənbəyi
olan mal-davarın otladığı örüşlərin vəziyyətindən
və ilin mövsümündən asılı olaraq davamlı surətdə
yerdəyişməyə tabe olurdu.
Mənə misilsiz gözəl, əbədi hüznü qoruyub
saxlayan dağ gölü Son-Kulda (tərcüməsi – “sakit
göl”) və planetdə ən iri vəhşi qoz bağı Arslan-
Bobda olmaq xoşbəxtliyi nəsib oldu. Bu məhsuldar
bağa nə səbəbdənsə xalq arasında “vəhşi bağ”
deyirlər. Bu təkrarsız yerlərə mən bitməkdə olan
XX əsrin sonunda baş çəkdim.
Şübhəsiz, tanınmış Süleyman dağını da
diqqətdən kənarda qoymadım.
Oş şəhərində müqəddəs Süleyman dağı bütün
dövrlərdə səyyahların (onlardan biri əfsanəvi italyan
Marko Polodur), tarixnəvislərin, coğrafiyaçıların,
arxeoloqların, şərqşünasların diqqətini özünə çəkir.
Bu müqəddəs dağ XI-XIII əsrlərdə Səmənilər və
Qaraxanilər dövlətinin mərkəzi olmuşdur.
Beş yüz min il əvvəl ibtidai insanların
məskunlaşdığı Süleyman dağı, həmin insanların
sonrakı nəsillərə yüzdən artıq qayaüstü rəsm qoyub
getdikləri unikal mağaralarla zəngindir. Bu rəsmlər
Oş vahəsinin və külleyi Fərqanə vadisinin ən qədim
əhlinin tarixi və dini inancları barədə bol məlumat
verir. Süleyman dağı haçanlarsa həmçinin zərdüşt
məbədgahı kimi də xidmət etmişdir. İslamın
yayılmasından sonra isə Süleyman peyğəmbərin adı
ilə adlandırılaraq, Avrasiya kontinentində “ikinci
Məkkə” kimi müsəlmanların ziyarət məkanına
çevrilmişdir.
Tyan-Şan dağlarında üç ən yuksək zirvə var:
Lenin zirvəsi, Qələbə zirvəsi, həşəmətli Xan-
Tenqri – ruhların fatehi.
Xan-Tenqrini mən artıq XXI əsrin əvvəlində
“fəth” etdim. Xan-Tenqriyə yol “Manas” eposundə
24
Dostları ilə paylaş: |