üç günlük dovşan balası yem dalınca ora-bura
qaçır, mənim isə artıq yeddi yaşım var – nə isə
bilməliyəm!”. Müdrik lap təəccüblənib dillənir:
“Belədirsə, zəhmətdən keçib, suallarıma cavab ver,
görüm: hansı suda balıq olmur, hansı dağda daş
olmur, hansı ağacda budaq olmur?” Uşaq söyləyir:
“Quyuda balıq olmur, qum təpələrində daş olmur,
çürümüş ağacda budaq olmur”. Və əvəzində
müdriyə xitabən öz sualını ünvanlandırır: “Ata,
bəs göydə nə qədər ulduz var?” Müdrik düşünüb-
daşınıb belə deyir: “Ulduzlar bizdən çox iraqdır, nə
isə yerə aid soruş!” “Qaşlarınızda neçə tük var?” –
uşağın sualı əlüstü hazır idi. Müdriyə ancaq başını
qaşımaq qalır: “Bu sualının da qarşısında acizəm.
Sənin iti zehniyyətinə baş əyirəm. İdrakını bundan
sonra da cilala, ömrün uzun olsun”. Və müdrik
balacaya xeyir-duasını verir.
Başqa bir hekayət də mövcuddur. Nəzakət
adlı məfhumdan uzaq anlayışı da olmayan bir
yolçu mehmannəvaz ev sahiblərinin yurtasında
gecələməyə qalır. Ev sahibinə və ailənin digər
üzvlərinə qarşı müştəbehlik nümayiş etdirir, özünü
öyür. Cavan ev sahibəsinə gözü düşür və bunu aşkar
bildirir. Sahibəyə onun həyasızlığı qətiyyən xoş
gəlməsə də, qonaqpərvərlik qanunu qonağı birbaşa
başa salıb yerində oturtmağı qadağan edir. Evin
Kurmanov T. “Mahnı” 2001-ci il, Bişkek, quaş, 40 x 30
45
xanımı yurtadan eşiyə çıxıb qonağı yola salanda,
həyətin iti yolçunun üstünə bərkdən hürür. Qonaq
itə taziyanə çəkmək fürsətini fövtə vermir. Zavallı
heyvan zingildəyir, ev sahibəsi iti tumarlayıb
sakitləşdirir: “Eybi yox, zərəri yoxdur. İncimə.
Böyük qardaş kiçik qardaşı döyəndə, inciməzlər!”
Utanıb yerə girən qaba qonaq evdən rədd olur.
Növbəti əfsanə aydın olsun deyə, qırğız xalq
natiqlik deyişmə yarışlarını xatırlatmaq vacibdir.
Ağıllı qız barədə əfsanə məhz bu ənənəyə əsaslanır.
Gənc xan ən yaraşıqlı və ağıllı qızla evlənmək
niyyətinə düşür və gələcək zövcəsinin axtarışlarında
bir çox gözələ iti-iti suallar verir. Məs., “Şərqdən
Qərbə at belində nə qədər yol getmək lazımdır? Yerlə
göyün arasında, həqiqətlə yalanın arasında hansı
məsafə var?..” Qızlardan biri ona belə söyləyir:
“Qərblə Şərqin arasında bircə günlük yol var. Yerlə
göyün arasındakı məsafə qaşla kirpik arasındakı
qədərdir, zira gözlərimizi yuxarı qaldıranda səmanı
görürük, aşağı salanda – yeri. Həqiqətlə yalanın
arsındakı məsafə çox deyil – təqribən dörd barmaq,
qulaqla göz arasında. Çox vaxt qulaq bir şey eşidir,
göz özgə şey görür”. Gözəlin hazırcavablığından
heyrətlənmiş xan onunla evlənir.
Qədimdə gənc aşiqlər toydan əvvəl dil
pərgarlığına görə mütləq sınaqdan çıxmalı idilər.
Deyilənə görə, dövrünün məşhuru, natiq və şair
Arstanbəy-ırçı on altı yaşlı gözəl Ayqanıma
ehtiraslı sevgi ilə aşiq olmuşdu. Qız aşiqinin
hazırcavablığını imtahana çəkməkdən xoşlanaraq,
onun fikrinin itiliyindən və nitqinin gözəlliyindən
həzz alırdı. Məs., qız xəbər alırdı: “Sən igidin üç
ən sadiq dostunun, üç düşməninin adını çəkə, üç
ən yaxşı cəhətini və üç ən pis xislətini, üç ən zəruri
əşyanı, üç bəla gətirən əşyanı sadalaya bilərsən?”
Arstanbəy-ırçı bu sualı cavablandırmaqla seçdiyi
qızın könlünü əbədiyyətə qədər fəth etmişdi: “İgidin
üç sədaqətli dostu var: sadiq arvadı, yaxşı atı,
etibarlı yoldaşı. Xasiyyətin üç ən yaxşısı: təmizlik,
adillik və xeyirxahlıq. Təmizsənsə, dağ qovağı
kimi əlçatmazsan; adilsənsə, xalqın hökmdarı ola
bilərsən; hərgah heç kəsə pisliyin keçmirsə, özün
də rahat yaşaya bilərsən. Üç ən zəruri əşya: həyat
mənbəyi – su, həyatın əsası – çörək, həyatın ruhu
– od. Üç düşmən: tənbəllik, laübalılıq, avamlıq. Üç
bəla gətirən məfhum: qəlb üçün əziyyətverici dedi-
qodu, xoşbəxtliyi aparan yalan, insanı şərəfindən
məhrum edən lovğalıq. Xasiyyətin üç ən pisi:
yaltaqlıq, yalançılıq, qorxaqlıq!” Qırğız igidləri
beləcə valehedici fikirlərlə və kəlamlarla gözəllərin
könlünü ram edirdilər.
Qırğızlar və qazaxlar qədimdən qonşu
Kalıqulun
qırğız xalqına
bəlli nəsihətləri
Nəsihətlər
İyirmi ötdü, otuz da çatdı,
Həyat titrər, izin hanı bəs sənin?
Qoca cavanlaşmaz daha heç zaman,
Qızğın at qocalmış, əldən düşmüşdür.
Çinarı kəsə bildin, bəs xırda
Budağı hardan taparsan?
Ölüm səni qəfil haqlasa,
Ruh bədəndə qalmayacaq.
Fürsəti fövtə versən,
Daha tutmayacaqsan.
İgid yoxsul yaşasa,
Kəfəndə rahat olar.
Sorsalar: – Verərmisən?
Hardan alım axı mən,
Ha özümü öldürsəm,
Verərdim, amma heç nəyim yox.
Alın onda elə mənim özümü.
Danışa bilməyən, yumruğun düyər;
Hərcayı sualın, mərcayı da cavabı olacaq.
46
yaşayırlar və tez-tez birgə bayramlarda – toy –
deyişmə təşkil edirlər. Toyların birində qazax
sultanının nəslindən olan Çakırbayla qırğız xalq
natiqi Toktorbay arasında belə yarış baş tutmuşdu.
Çakırbay söz döyüşünü bu aforizmlərlə başlamışdı:
“Həyat – yanmayan, tüstülənən alaq otudur; həyat
sönükləşən alovdur. Arzu – ələkeçməz quşdur,
deyilmiş söz – silahdan çıxan güllə. Bu dünyanı
hamı su kimi, süzülən qum kimi tərk edir. Ot
quruyacaq, dağlar qalacaq. İgidlər gedəcək, xalq
qalacaq. Rəng solacaq, qaşlar qalacaq. Şan-şöhrət
keçəcək, baş qalacaq. Bu cahanda yalnız üç şey
əbədi qalacaq: həşəmətli torpaq, uca dağlar və
axar su. Qalan hamısı – gəldi-gedərdir. Bu gün var,
sabah yox!”
O zaman yarışa Toktorbay girmişdi: “Bəli,
doğru buyurursan. Eşitdiklərinin hamısı – nağıldır,
gördüklərin – gerçək. Camaat kəlmənin qayəsini
dərk etməsə, natiqlər haradan çıxacaq? Sualın
layiqli cavabı tapılmırsa, dil nəyə lazım? İnsan
müdrikləşmirsə, qocalıq niyə başının üstünü alır?
On beş yaşlı oğlan xeylağı uçurumun üstündə
atılıb-düşən çəpişə bənzərdir. İyirmi beş yaşlı
gəncin həyat qüvvəsi quyu kimidir. Otuz yaşında
– hər şeyə hazır pələngsən, qırx yaşında – qınından
sıyrılmış qılıncsan, əllidə – dağ zirvələrini aşan dağ
təkəsisən. Altmışa – axsaq topala dönürsən, yetmişə
– kövrəkləşirsən. Səksənində durğunluq başlayır,
doxsanında mütləq uçuruma yuvarlanırsan...
Təsdiq edirsən ki, aləmdə yalnız üç ölümsüz əşya
var: torpaq, su və dağlar. Əriməz qar altında torpaq
donub ölür. Buzlu quyuda su ölür. Dağların başını
qara bulud uzun müddətə örtsə, hündür dağlar da
ölür. Qəhrəman səhv buraxsa, həyatından məhrum
olur, natiq yanlışlıq buraxsa – ləyaqətini itirir!
Ölümsüz yalnız həqiqətdir! Əlvida rəfiqim mənim,
ehtiyatsızlığı ucbatından həyatını itirən qorxmaz
bəbir, səbri ilə pələngin həmləsindən qurtula
bilməyən səbirli nər!”
Xalq yaddaşı bu deyişməni özündə həkk edərək
qələbəni Toktorbaya vermişdi.
İssık-Kulda vaxtilə iki tanınmış natiq, iki rəqib
yaşayırdı. Moyt ake və Sart ake.
Günlərin bir günü Moyt ake Sart akedən xəbər
alır:
– Dünyada ən varlı adam kimdir?
– Ən zəngin şəxs, ən səxavətlisidir, – Sart eke
söyləyir.
– Bütün ömür boyu ən sadiq dost kimdir?
– Bəlalardan və düşünülməmiş əməllərdən
xilas edən səbir.
– Bəs sitəm nədir?
– Susuzluq. Susuz həyat yoxdur. Su tükənən
yerdə, həyat da məşəqqətlə bitir.
– Bəs insanın əsas düşmənləri kimdir?
– Tez özündən çıxmaq və intiqam hissi. Hərgah
sənə ehtiram göstərilməsini və uca tutulmağını
istəyirsənsə, deməli, əcdadların ənənələrinə
xain çıxmağa ixtiyarın yoxdur, – Sart eke cavab
vermişdi.
Kiçikdən böyüyə bircə addımdır. Burada,
məlum olduğu kimi, artıq şərh verməyə ehtiyac
yox.
Sovet dövründə bir qırğız kolxozunda vaqe olan
hadisəni danışmaq istərdim. Əvvəl SSRİ Nazirlər
Sovetinin sədri Malenkov camaata həyətdə mal-
davar saxlamağa icazə vermişdi. Ancaq tezliklə
Xruşşov fərman çıxardı ki, iribuynuzlu mal-qara
kollektivin olmalıdır, kolxozçular isə həyətyanı
təsərrüfatlarında ancaq toyuq-cücə saxlasınlar.
Sadə kəndli bir baba atlarını itirdiyinə görə çox
sarsılaraq demişdi: “Bax, atları qolçomaq elədilər!
Amma toyuq-cücə Kommunist Partiyasının üzvləri
oldu!”
Əfsanələr həmçinin təsdiqləyirlər ki, bütün
fövqəltəbii xislətlər insana göylər tərəfindən
əta olunur. Əfsanələrin biri hələ Kalıqula qədər
yaşamış məşhur müdrik Sançı-sınçıdan bəhs edir.
Sançı-sınçı atadan-anadan yetim idi və bayın
yanında çoban şagirdi kimi çalışırdı. Bir dəfə
qoyunları Beş-Moynok cayloosunda otararkən,
səmadan gələn səs-küy eşidir. Göydə tənha ağ
bulud süzürmüş. Qəfildən, ancaq çoban şagirdinin
eşitdiyi qorxunc göy gurultusu səslənir. Qoyun-
quzu sakit-sakit otlayırmış. Naqafil göylərdə alov
parlayır, oddan ağ geyimli sinli kişi çıxır, yetimə
xitab edir: “Qorxma məndən, oğul! Sənə sədəmə
yetirmərəm. Sirlər cahanından gəlmişəm ki, sənə
qabaqcadangörmə vergisi əta edim. Qoy asiman
sənə pasiban dursun!”
Sançı-sınçı özünə gələndə, ahıl kişinin izi
belə qalmamışdı. O zamandan bəri Sançı-sınçının
qulağına müdrik sözlər pıçıldayan səslər eşidilməyə
başladı. Sançı-sınçının şöhrəti xalq arasında yayıldı.
O, çox şeyi əvvəlcədən görüb deyə bilir, başlıcası,
istənilən mübahisədə insanları razılığa gəlməyə sövq
etməyi bacarırdı. Müdrik Sançı-sınçı dağınıq qırğız
nəsillərini birləşdirmək üçün çox işlər görmüşdü.
Deyirlər, bir dəfə müdrik Tilekmat ake
peyğəmbər Kalıquluya xitabən müraciət edir:
“Kereqe açılsa – möhkəmlətmək olar, yəhər sınsa
– düzəltmək olar, torpaq çatlasa – sel suları onu
doldurar... Adamların arasına ikitirəlik düşsə, ən
qorxulusu budur. Onda necə olsun?!”
47
Dostları ilə paylaş: |