azadlığa ruhlandıran qüdrətli qüvvə idi. Bu, şanlı-
şövkətli əcdadlar və xalq qəhrəmanları barədə povest
– “Manas” dastanı idi.
Düşmənlər asimanın qüvvətli vergisini – şairanə
sözü lazımınca qiymətləndirmədilər. Onlar asiliyin
səbəbini aşkara çıxaranda, sadəcə bütün qırğız
nəslini qırmaq qərarına gəldilər ki, müstəqillik və
itaətsizlik fikrini hətta həyatdan köklü-köməcli dartıb
qoparsınlar. Təsadüfən balaca oğlan Caysan – şair
Irımanın oğlu xilas oldu. Uşaq atasından şair təbini
miras almışdı. Əfsanəyə əsasən, sonralar o Manasın
qırx məsləkdaşından biri kimi böyük pəhləvanın
qəhrəmanlıqlarından insanlara ilk danışan olub.
Əfsanədə onun şairanə təbi haqqında deyilir ki, şair
günün yarısını ancaq yurtanın içindəki avadanlığı,
bəzək-düzəyi tərənnüm etməyə qabil idi. “Manas”
eposu bizə bu sayaq gəlib çatmışdır. Sonradan böyük
manasçıların bütöv pleyadası yaranmışdı – Çoyükə,
Şapak, Moldobasan, Gəldibəy, Balıkooz, Tınıbəy və b.
Manasçı heç vaxt öyrənilmişi təkrarlamır, ənənəvi
epizodları, məşhur süjetləri öz baxımından, öz sözləri
ilə izhar edir. Süjetin əvvəllər ərz olunduğu ana xəttini
əlində əsas tutan manasçı təfərrüatları öz dili ilə ərz edir,
ayrıca təzahürləri başa salır, hətta bəzi qəhrəmanların
surətlərini öz səpkisindən traktovka edir.
Maraqlıdır ki, manasçıların hamısı nəqletmə
vergisinin peyda olmasını eyni cürə izah edirlər.
Söhbət, bir qayda olaraq, yuxuda məchul bir qüvvənin
zühuru və Manasın hünərləri barədə söyləməyə təkan
verən məqamdan gedir. Bu zaman çoxları etiraf edirlər
ki, Manas haqqında nəql edəndə sanki bu hadisələrin
biixtiyar şahidləri olur və bütün qəhrəmanları canlı
adamlar kimi görürlər. Məs., manasçı Tınıbəy Manas
barədə dastanların nəqlinə meylinin səbəbini və bu
unikal yaradıcılıq növünə naqafil oyanan istedadını
izah edəndə, inanılmaz, fəqət maraqlı tarixçə danışdı.
Bir dəfə, uzaq yoldan bərk yorulanda, çəmənlikdə
uzanıb bərk yuxuya gedir. Yuxusunda Manas özü
başda olmaqla süvariləri görür. Təama oturan Manas
döyüşçülərinə Tınıbəyə bal verməyi əmr edir. Maraqlısı
odur ki, buna qədər Tınıbəy balı heç vaxt yeməmişdi
və dadını bilmirdi. Minnətdarlıqla balı götürən
Tınıbəy ehtiyatla əsgərlərdən sahibin adını soruşmağa
başlayır. Şaşırdıcı cavabı eşidən Tınıbəy Manasa və
məsləkdaşlarına yaxınlaşmağa cəhd göstərən anda,
onlar ayağa sıçrayıb göz qırpımıda atların belinə
atılaraq gözdən itirlər. Tınıbəy onlara çatmaq istəsə də,
hər şey əbəs idi.
Həm də Tınıbəy yuxuda “Manas”ın bötöv
fəsillərini ucadan oxumağa başlayır, səhər oyananda
isə güclü təpər və Manasın hünərləri barədə oxumaq
ehtirası hiss edir. Tınıbəy bütün gecəni sərasər
oxuyur. Bu minvalla da ona manasçı-ravi vergisi
verilir. Ən görkəmli manasşünas rejissorlardan
sandığım M.Ubukeyevin sözlərinə görə, Manasla
ümumiyyətlə çox qeyri-adi şeylər bağlıdır. Axı hər
bir manasçının peyda olması – xüsusi təzahürdür.
Hərgah onlardan kimsə Manas dastanını oxumaqdan
imtina edirdisə, tezliklə həyatını itirirdi.
Akademik K.Karasayevin uşaqlıq haqqında
xatirələrində 1916-cı ilin faciəvi hadisələrinin
təsviri var. Onun həyatına öz taleyindən yaşadığı
müdhiş söz – soyqırım daxil olmuşdur. Qırğızların
Çindən qaçışı və qayıdışı. Uzun və qanlı yol.
Yollarda atılmış minlərlə nəş və cənazələri gəmirən
ac köpəklər... Qısa müddət ərzində qırğız xalqının
40% məhv edilmişdi.
Karasayev xatırlayırdı ki, yolda qaçqınlara
manasçı Çoyükə ürcah olur. O da hamı kimi
aclıqdan üzülmüşdü, ayaq üstə dayanmağa taqəti
yox idi. Amma hər şeyə rəğmən, axşamlar adamları
başına yığıb Səxavətli Manas barədə hekəyətlər
söyləyirdi. Yeddi axşam manasçı adamlara
“Manas”ı danışdı. Aclığı unudan insanların ruhu
dirçəldi, onlar dəyişildilər. Sözün tilsimli qüvvəsi
məşəqqət çəkmiş insanların yaralı ürəklərinə
məlhəm qoydu. Manasçıya qulaq asan adamlar
tezliklə Vətənlərinə qayıtmaq, yurd-yuva salmaq,
ocaq yandırmaq, heyvanat saxlamaq, övladlarının
gələcəyini
düşünmək
barədə
arzulamağa
başladılar... Vətənlərini itirmiş insanlar Manası
itirməmişdilər! Ürəklərində Manasın ruhunu
dirçəldibən onlar milləti qaldırırdılar. Ona görə
hesab olunur ki, qırğızlar – sözün sehrli gücündən
doğulmuş millətdir. Elə bu da mənim azadlıqsevər
xalqımın asiliyinin və yenilməzliyinin əsas tinətidir.
Eposdan bu sətirlər sevimli atalar sözlərinə və
zərbül-məsəllərə çevrilmişdir:
Dehqanın gücü, işində yaşar,
Budanın gücü, tərində yaşayar,
Madyanın gücü, yalında yaşar,
Küləyin gücü, əsəndə yaşar.
Küləkdə bulud gücü yaşar,
Leysanda külək gücü yaşar,
Çovğunun gücü, sazaqda yaşar,
Arvadın gücü, ərində yaşar...
Səxavətli Manasın ruhu bütün zamanlarda
xalqımıza qanad verərək onu xarüqələrə ruhlandırır.
Yəqin, Manasın ruhu sayəsində biz nəhayət,
müstəqilliyimizi əldə edə bilmişik.
Özüm – manasçı istedadının böyük
39
pərəstişkarıyam və şübhə etmirəm ki, eposun
ravisinin hekayətini həyəcansız dinləyə bilən
bir qırğız tapılsın. Üç sutka sərasər yüksək bədii
səviyyədə dastanı əzbərdən söyləyən adamın gücü
haradan aldığını təsəvvürə sığışdırmaq mümkünat
xaricindədir. Həqiqətən, bu insanlar Xaliq
tərəfindən seçilmişlərdir.
Bir dəfə şair Cəlil Sadıkov mənə söylədi ki,
manasçı çulğalayıcı hekayəti ilə hətta təbiətə də
sirayət etməyə qadirdir və özünün şahidi olduğu
əcaib bir hadisəni danışdı.
Cavanlığında tez-tez qələm qardaşları ilə
sadə adamlarla görüşlərə – söhbətləşməyə, təzə
şeirlərini oxumağa gedirdi. Camaat həmişə manasçı
Sayakbayla görüşü xüsusi həvəslə gözlərdi. Bir
dəfə Sayakbay görüşün təşkilatçılarının çox güclü
ziyafətindən sonra sadəcə camaatın qarşısına
çıxmaq üçün ayaq üstə dura bilmirdi. Ancaq dostları
onu xalqın gözünə görünməyə yola gətirdilər,
səhnəyə kreslo çıxardılar, ravinin yerini rahatladılar.
Sayakbay nəqlini ən əvvəldən yox, “Teytorunun
çabılışı” – ən güclü çaparların cıdırından bəhs
edən fəsildən başladı. Manasçı ən yaxşı qaçağan
Teytorunun gerilədiyi məqama çatanda, camaat
gözyaşı tökdü. Qəfildən yağış başladı. Manasçının
səsinin ahəngi dəyişdi, hekayətində vaqiələr digər
məcraya düşdü. Yarış səhnəsindən özü təbə gəlmiş
böyük manasçı qollarını çırmalayıb oturduğu
yerdən sıçradı, onunla bahəm adamlar da ayağa
qalxdılar. O dərəcədə nəql insanları öz ağuşuna
alıb çulğalamışdı. Budur, məğrur Teytoru son
qüvvəsini toplayıb qaçışını sürətləndirdi və birinci
gəlib çatdı! Dinləyənlərin bənizi fərəhdən nurlandı,
həmin andaca yağış kəsdi, günəş boylandı. Sanki
insanların təbiətlə qovuşması baş vermişdi.
Manasçının nəqli adamlara elə təsir bağışlamışdı
ki, hər biri özünü ötüb keçmiş günlərin iştirakçısı
duymuşdu. Bu, əsil triumf idi – həm Sayakbayın,
həm xalqın, həm də Səxavətli Manasın özünün.
Şair Cəlil Sadıkov Sayakbay Karalayevə həsr
olunmuş şeirində yazır ki, manasçı sözünün qüvvəsi
ilə hətta azarlı uşağa şəfa verə bilər. Emosional
nəqli ilə xəstənin başını qatır və ona mütləq
tezliklə sağalacığını təlqin edirdi. Manasçının
nəqli ağlayıb-sıtqayanları saktləşdirir, tənbəlləri
hərəkətə gətirir, insanda yaxşı hisslər oyadır,
getməyə tələsənləri cazibə qüvvəsinin altına çəkib
salır. Hərgah Sözün ilahi mənşəyi, başlanğıclar
başlanğıcı barədə danışılırsa, manasçının vergisi
buna ən yaxşı isbatdır.
Kanıkey Semeteyə atası – Manas bahadır, xalqı
qırğızlar, doğma Talas torpağı barədə danışır:
Oğlum, sənə nəğmə
Söyləyirəm Talasdan.
Ot-ələfli torpaqdan,
Meşəli təpələrdən.
Dağ yamacında maral,
Keçi kimi, qoyun kimi,
Kolluqlarda, sıldırımda,
Qarnıtox dincəlir, bax,
Doğulub böyümüşsən,
O cavan diyarda sən...
Varı çox, sərvəti çox,
Ecazı onlardan çox.
Çeşməsi göz yaşı tək,
Dağda irmaq oxuyar,
Alma ağacda bol-bol,
Vadilərdə axar çaylar.
Quşlar Talasda yuva qurar,
Uca tozağaclarında, bax.
Sürətlidir quş qatarı,
Yola hazır, göyə hazır...
Möcüzə torpağı gözəl!
Yada saxla, oğul, bu yerlərdə
Sənin xalqın qırğızlardır.
Orda gümüş də çox,
Dəmir, qurğuşun da bol...
(“Manas” dastanından parça)
Şair Arstan bəy-ırçı bildirir ki, uzaq keçmişdə
yaşamış manasçı Gəldibəy təbiətə gözgörəsi təsir
etməyə qadir idi. Onun hekayəti dinləyicilərini
çulğalayıb keçmişin faciəvi anlarına aparanda,
külək qalxır, tufan qopur, lərzəyə gəlmiş yurtanın
divarları arxasında göy guruldayır, at dırnaqlarının
tappıltısı eşidilirdi. Aulu qəfildən fırtına ağuşuna
alır, tüğyan edən təbiət qüvvələrinin arasından
naməlum süvarilər zahir olurdu... Lakin sevincli
vaqiələrdən söyləyəndə, hər şey səngiyir və zərrin
günəş parlayırdı. Deyirlər, Gəldibəy nəqli ilə
hətta qadının ağır doğuşunu da yüngülləşdirməyi
bacarırımış.
Ümumiyyətlə, qədim dastanın raviləri ilə
tilsimli qüvvələr bağlıdır. Manasçı Saqımbay
Orozbakov məs., çar II Nikolayın həlakətini
öncədən görmüşdü. İlk dəfə əlinə çarın portreti
basılmış Rusiya rublunu alan manasçı hökmdarın
boyunsuz və çiyinsiz təsviriniə diqqət yetirmişdi.
Akının rəyinə görə isə bu, çox pis əlamət idi. Bu
zaman manasçı qəti şəkildə bildirmişdi ki, çar
həlak olacaq, Allah eləsin, az qan tökülsün!
Bəs ravilərin yuxusuna gələn, onların gələcək
bəxtini bildirənlər? Onlardan sonra insanda şairanə,
40
Dostları ilə paylaş: |