azad, ehtiraslı, intəhası dəqiqliklə süjetin ana xəttinə
otuzdurulmuş bədiyə istedadı baş qaldırır. Bir çox
manasçı etiraf edir ki, vaxtaşırı eposun təkamüllü
hadisələrinin şahidi olur, özləri vaqiələrdə iştirak
edir, sonra isə uzun saatlar boyu görüntülərdən öz
başına gələnlər kimi danışa bilirlər.
Bir dəfə əlimə kosmonavt A.Serebrovun
məqaləsi keçdi. O da belə vaqiə söyləyirdi –
uçuşuna bir xeyli qalmış kosmik fəza ilə əlaqədar
cəlbedici fantastik yuxular görübmüş. Əfsuslar
ki, yuxuların peyğəmbər dilinin açılması hələ
bəşəriyyətin idrakından çox uzaqdır.
“Manas” dastanı bu gün qırğız millətinin birlik
və mənəvi dirçəliş, mədəniyyət, milli ləyaqət və
özünüdərk rəmzinə çevrilmişdir.
1995-ci il “Manas”ın minilliyinin ümumdünya
səviyyəsində qeyd edilməsi ili elan olundu, eposun
yubileyi isə beynəlxalq əhəmiyyət kəsb etdi. Bu
sözdə təcəssüm tapmış qəhrəmanlıq xalq abidəsini
tam dolğunluğu ilə dirçəltmək üçün neçə yüz il
gərək olacaq. Yeri gəlmişkə, indiyəcən eposun digər
dillərə dəqiq tərcüməsi yoxdur, rus dilinə ən uğurlu
təcümə isə Semyon Lipkin tərəfindən eposun kiçik
«Манас Великодушный» kitabçasına sığışdırılmış
süjetinin nəsrlə müxtəsər nəqlidir.
“Manas” o zirvədir ki, xalqımız ora neçə
Gertsen T.T. “Manas” dastanına illüstrasiya “Manas”
minilliklərdir, qalxır. Hərgah millətin ruhunu
dirçəltmək niyyətimiz varsa, o təqdirdə, bu
xalq yaradıcılığı zirvəsini əsrlər boyu qoruyub
saxlamalıyıq. Rəsul Həmzətovun fikrinə azacıq
dəyişiklik verib demək olar: “Əgər sabah “Manas”
eposu olmasa, qırğız milləti artıq bu gün ölməlidir”.
“Manas”ın dili – əxlaqı paklığın və əbədiyyətin
dilidir. Nə qədər ki, hər qırğızın qəlbində Manas
üçün guşə var – ona ölüm yoxdur. Qoy Manasın
ruhu sizə pasiban dursun!
Talas vilayətində qədim gümbzəin yaxınlığında
Səxavətli Manasa abudə qoyulmuşdur. İndən belə
o hamı üçün müqəddəs sanılır və zaman keçdikcə,
zənn edirəm, ziyarətgaha çevriləcək. Təbir
caizsə, sitayiş və ruhun paklığa çıxarılması üçün
özünəməxsus Məkkə olacaq.
Son dövrlərdə, Bübü Məryəm Musa qızınım
oncildliyini mütaliə edərkən, bir daha əminlik hasil
etdim ki, bizim üçün “Manas” dastanı bədii əsər
məfhumundan daha böyük dəyər kəsb edir. Bu
mənəvi müqəddəs məfhum daima hərəkətdədir.
O, tükənməz enerji paylaşır. Son kitab isə, sadəcə,
millətin genetik kodunun açmasıdır. Buna bizim
qüvvəmiz kifayət edəcəkmi? Artıq bu, zaman və
iradə gücü məsələsidir. Hətta ölkənin gələcəyi
məsələsi...
41
42
SÖZ – XALQIN
QƏLBİDİR
II
43
Natiqlik barədə
Qırğız xalqı üçün kəlmə – nitqdən daha çox
əhəmiyyət kəsb edir. Bütün iki min illik tarixi boyu
əcdadlarımız şüuri və təhtəlşüuri söz yaratmağa
qulluq etmişlər. Söz millətin, xalqın tarixini
qoruyub saxlamışdır. Kəlmələrlə mərhumların
ruhlarını oyadır, azar-bezara lövh oxuyur, naxoşları
sağaldır, müharibələri dayandırır, sevgili cananın
qəlbini ələ alırdılar. Xalq arasında hesab olunurdu
ki, söz güclü qüdrətə malikdir. Qırğızlar ruhi
manifest kimi kəlmənin əcaib sehrli qüvvəsinə
inanırdılar. Hələ bineyi-qədimdə yazımız
olmayanda, sözün qüvvəsi camaat arasında o
dərəcədə yüksək dəyərləndirilirdi ki, hətta atalar
sözü də qoşulmuşdu: “İgidin ağzından çıxan kəlamı
ölməkdənsə, özü həlak olsun”. Digər bir atalar
sözü də bundan az məna kəsb etmir: “Gəzəndə
büdrəyən, durar, sözündə büdrəyən, qalxa bilməz”;
“Birinci sözü demək, müharibəni ilk başlamaqdan
çətindir”.
Axıcı dilə malik insanları qırğızlar çeçen
adlandırırdılar. Söz deyişmələrində çeçenlər
anında bədahətən iti söz və müdrik cavab axtarıb
tapmağı bacarmalı idilər. Çeçenlər cəmiyyətdə
mühüm diplomatik funksiya daşıyırdılar. Böyük
və kiçik münaqişələrdə məhz çeçenlər diplomat
qabiliyyətinə malik oluban düşmənçilik edən
tərəfləri barışdırırdılar. Çeçenlər aramla, sərrast,
əsaslandırılmış dəlillərlə, dəqiq, obrazlı, şəraitdən
çıxış edərək improvizə ilə danışır, heç vaxt kobud
ifadə işlətmir, məcazi mənalar üçün geniş surətdə
Ezop dilini tətbiq edirdilər.
Qırğızlar həmişə dildən pərgarlıqları ilə
fərqlənmiş və bu tövr sözünü sərrast deməyi
bacaran adamları da yüksək qiymətləndirmişlər.
Xalq arasında belə rəy var ki, səlis nitq insana sərrast
düşüncə, mülahizə və dünyagörüşünün düzgün
inikasını təlqin edir. Səlis danışıq qabiliyyətinə
əsasən, insanın zehni səviyyəsi barədə fikir
yürüdür, fikrini rəvan ifadə etmək qabiliyyətini
daxili mədəniyyətə bərabər tuturlar.
Qırğız xalqının içindən bu günün özündə də
fikrini obrazlı və hazırcavablıqla ifadə etməyi,
əsrlərdən keçib gəlmiş atalar sözünü, yaxud zərbül-
məsəli yerində misal gətirməyi bacaran söz ustaları
çıxır. Bu insanlar ətrafdakıların xüsusi ehtiramını
və cəmiyyətdə yüksək nüfuz qazanmışlar. Yalnız
təfəkkürün dərinliyi insana kamallı mülahizələr
yürütməyə imkan yaradır – bu məqamda xalq
bineyi-qədimdən mövqeyində dəyişməzdir. Hələ
orta əsrlər məxəzləri qırğızların müdrik kəlama
ehmal münasibətini xatırladır.
Məşhur rus şərqşünası V.V.Radlov qırğız
xalqının natiqlik sənətinin yüksək inkişafını
xüsusi qeyd edirdi. Bu xüsusiyyət türkoloq
alimlər Ç.Vəlixanov, V.M.Jirmunski tərəfindən də
vurğulanmışdır. “Manas” qəhrəmanlıq eposunda
həmçinin qeyd olunmuşdur ki, yaxşı natiqin dilindən
hətta sadə nitq dinləyicilər tərəfindən nəğmə
kimi dinlənilir. Səxavətli Manasın məsləkdaşları
arasında dastansöyləyənlərin – istedadlı natiqlər
Bayjiqit və Ajibayın adları çəkilir. Xalq nağılları
çox vaxt qəhrəmanlarının natiqlik vergisi üzərində
qurulur. Aldar Kose, Akılqaraçaç və b. kimi məşhur
nağıl personajlarının adlarını xatırlamaq kifayətdir.
Deyə bilərik ki, XVII-XIX əsrlər qırğız
xalqının natiqlik və şairlik sənətinin zirvəsi
olmuşdur. Xalq yaddaşı şifahi nitq sənətkarlığının
parlaq nümayəndələrinin adlarını özündə həkk
etmişdir: Tilekmat ake, Moyt ake, Sart ake, Kalıqul,
Arstanbəy, Moldo Niyaz, Moldo Qılıç, Nurmoldo,
Qalmırza və b.
Hesab olunur ki, dildən pərgarlıq erkən
uşaqlıqda özünü göstərir. Məs., belə maraqlı bir
hekayət mövcuddur. Qədim əyyamlarda bir müdrik
araba ilə yol gedirmiş və yolunun üstündə gildən
şəhər yapan uşağa ürcah olur. Müdrik uşağa üz tutur:
“Oğlum, bəlkə mənə yol verəsən?” Tifil müdriyə
baxıb cavab verir: “Ata, sənin yolunun üstündə
şəhər salınır. Şəhər arabaya yol verə bilər? Bəlkə
araba şəhərin başına dolansın?” Müdrik iti cavabdan
elə heyrətlənir ki, arabadan düşüb heyranlığını ona
göstərmək istəyir: “Oğul, belə cavansan, amma
yaşına rəğmən müdrik fikir yürüdürsən!” Uşaq
çiyinlərini qısır: “Nəyə təəccüblənirisiniz? Hətta
44
Dostları ilə paylaş: |