Qırğızların etik prinsipləri və əxlaqi-mənəvi
prinsipləri
Vətəni göz bəbəyin kimi qoru.
Bayrağını öz doğma torpağında sanc.
Əsil kişi sərhəddə durub xalqı yağıdan qoruyur.
Kişiləri yaradan xalq – ölümsüzdür.
Düşmənə sirr açmaqdansa, həyatını ver.
Başını itirmək, qeyrətini itirməkdən yaxşıdır.
Şərəfini cavanlığından qoru.
Öz xalqına daş atma.
Camaatdan ayrılma.
Vətənin torpağını da, suyunu da bərk qoru.
Torpağı
müdafiə et, bayrağı qoru.
Doğma torpağı gözlərinlə gör, ürəyinlə duy.
Göy müqəddəsdir, günəş müqəddəsdir.
Adili göylər sevir.
Ata –
dağ zirvəsidir, ana – təmiz bulaq.
Yeddi arxa nəslini tanı.
Sənin atanı tanıyandan məsləhət al.
Atanı Allah kimi əziz tut.
Adətin qiymətini bil, sözünün dəyərini.
Qadına ana gözü ilə hörmət et.
Qızın hətta saçları da hörmətə layiqdir.
Qızı olan ev həmişə yığışılıdr.
Özgə ailəsini dağıtma.
Hiddətinə ixtiyar vermə.
Zarafat
edəndə də, düşünməmiş danışma.
Sözünlə əməlin bir olsun.
Söz eşitməyənlə oturub-durma.
Dilişirindən uzaq ol.
Tərbiyənin kökü – dildədir.
Özgəsinin malında gözün olmasın.
Pis niyyəti də qov, əməli də.
Şərəflə yaşa, təmiz işlə.
Böyüksənsə, rəhman ol.
Su içdiyin quyuya tüpürmə.
Davarı yox, qeyrətini qoru.
Böyüyü öyrətmə.
Böyükdən qabağa düşmə.
Böyüyün sözlərini başına yığ.
Düşmən
su versə, onu dost say.
Partlayanacan yeməkdənsə, qədərincə ye.
Sənə toxunmayana, sən də toxunma.
Yer
varsa da, böyüklərdən yuxarı oturma.
Yuxarıda oturmuşsansa da, sözünü düz de.
Danışmağı xoşlayırsansa, dinləməyi öyrən.
Az danış, çox dinlə.
Camaatın malına göz dikmə.
Sənə çəkilməyən xörəyi arzulama.
Başqasının bəlasına sevinmə.
Başını boş-boş şeylərlə doldurma.
Nahaq qarğış öz başına düşəcək.
Kasıbdan incimə.
Tikanlı sözə cavab qaytarma.
Yaxşı
şeyə səy göstər, pis şeydən qaç.
Keçənə güzəşt deyərlər.
Arı balı xoşlayırsansa, arının qəzəbinə döz.
Torpağa dayaq verib oturma.
Səhər qismətini dadmamış atma.
Boyunu gizlədib belini əymə.
Salamını ver, sonra işindən danış.
Süfrəni tərs üzünə salmazlar.
Şər qarışanda pul istəməzlər .
Adama arxa çevirməzlər.
Məkkəyə tərəf ayaqlarını uzatmazlar.
Qapını ayaqla açmazlar.
64