Adətlər
Qırğızlarda bütöv bir məişət qanunları
məcəlləsi var. Onları pozmağa özlərinə nə ahıllar,
nə də uşaqlar rəvac vermir. Onlardan bəzilərini
misal gətiririk:
Papağı yerə atmazlar.
Şər qarışanda uzaq yola çıxmazlar.
Səhər ertədən pis sözlər danışmazlar.
Qurumuş ağacları uzun müddət evin yanında
saxlamazlar.
Nişan üzüyünü kiməsə hətta taxıb baxmağa
belə verməzlər.
Bıçaqla yemək yeməzlər.
Böyüklərin yanında çox gülməzlər.
Evin içində fit çalmazlar.
Su aparanın yolda qabağından keçməzlər.
Oda tüpürməzlər.
Bıçağı çörəyə sürtüb silməzlər.
Hazır xörəyi saxlamazlar.
Boş beşiyi yırğalamazlar.
Oda təpik vurmazlar.
Küləyi söyməzlər.
Gecə qatıq, ya süd istəməzlər.
Adamın dalınca pis danışmazlar.
Kiminsə uğuruna paxıllıq etməzlər.
Hamilə qadınlar qab-qacağın üstündən
keçməzlər.
Balışın üstündən ayaq atmazlar.
Gecə çirk qab qoymazlar.
Boş dağarcıqla başqasının qabağından
keçməzlər.
Evdə çatlaq qab-qacaq saxlamazlar.
Adamın bədəinin eyiblərinə loğaz qoşmazlar.
Böyüklərdən əvvəl söhbətə başlamazlar.
Böyüklərə cavab qaytarmazlar.
Çayı çirkli yerə tökməzlər.
Evin divarını təpikləməzlər.
Yola çıxmazdan əvvəl tikiş tikmək olmaz – yol
uğursuz olar.
Papağı masanın üstünə yox, yuxarı qoyarlar.
Başqasına cib yaylığı hədiyyə etməzlər – göz
yaşları gətirər.
Tingləri sındırmazlar.
Sübh açılana qədər yatmazlar.
Dili nırçıldatmazlar.
Əli büzdümün üstünə qoymazlar.
Duz istəməzlər.
Axşam ev süpürməzlər.
Gecə xörəyi üstüaçıq eşikdə qoymazlar.
Paltar suyu tökülən yeri tapdalamazlar.
Adamın qarşısında əl-qol yelləməzlər.
Böyüyü öyrətməzlər.
Ətəklə burun silməzlər.
Camaatın qarşısında tək yemək yeməzlər.
Uşağın kürəyinə vurmazlar.
Dəfndən sonra kiminsə evinə getməzlər.
Dizini qucaqlayıb oturmazlar.
Sol əllə çay verməzlər.
Paltarı çayda yumaq, yaxalamaq olmaz.
Sınıq güzgüyə baxmazlar.
Böyüyü arxada qoyub qarşısına çıxmazlar.
Özgəsinin söhbətinə qarışmazlar.
Başını aşağı sallayıb oturmazlar.
Kandarda durmazlar.
Astanada qapı çərçivəsinə söykənməzlər.
Evin başına hərlənib qaçmazlar.
Əlini çənəyə söykəməzlər.
Çəliyə yaslanmazlar.
Çörəyi bir əllə qoparmazlar.
Papağı dal-qabaq qoymazlar.
Qayışı boynuna salıb ölçməzlər.
Qürub çağından əvvəl yatmağa getməzlər.
Uşağa gün batan zaman baxmazlar.
Üzü aya yuyunub təharət (daarat) almazlar.
Qəbristanı əllə göstərməzlər.
Suya tüpürməzlər.
Süpürgəni dik qoymazlar.
Astanadan əl verib görüşməzlər.
Adam yanında dərindən ah çəkməzlər (yaxşı
əlamət deyil).
Torpağa əllə dayaq verib oturmazlar.
Süpürgənin üstünə çıxmazlar.
Tonqalın külünə çirkli su tökməzlər.
Əllərini belinə vurub böyüyə cavab verməzlər.
Göyə baxa-baxa tüpürməzlər.
Bıçaq bəxşiş verməzlər.
56
Çəkmələri yatağın baş tərəfinə qoymazlar.
Borcu axşam qaytarmazlar.
Borcu səhər qaytaranda, uğur gələr.
Qadın döşəmədə qılçalarını çarpazlaşdırıb
oturmaz.
Burulmuş kəməndin üstündən adlamazlar.
Qaranquşa daş atmazlar.
Qumruları öldürmək olmaz, əl göyərçinlərini
isə sevgi nişanəsi kimi ağız suyu ilə suvarmaq
gərək.
Böyükləri adları ilə çağırmazlar.
Kişilərə hörmətlə bayke – böyük qardaş,
qadınlara eje – böyük bacı demək lazımdır.
Uçaqları gecə tək qoymazlar.
Gecə su dalınca getməzlər, zərurət olarsa,
suyun ruhundan izin almaq gərək.
Bıçağın, qırmancın, silahın üstündıən
adlamazlar.
Gecə dırnaq tutub oda atmazlar.
Ata sağdırsa, saqqal buraxmazlar.
Böyüklərdən əvvəl yeməyə başlamazlar.
Belin (alət) üstünə çıxmazlar.
Yaşlılarla zarafatlaşmazlar.
Pis yuxunu dilə gətirməzlər, yaxşısı budur,
axar suya pıçıldayasan.
Müsahibinin üzünə qeyzlə baxmazlar.
Adamları barmaqla göstərə-göstərə sanamaq
olmaz.
Çörək istəyəni rədd etmək – böyük günahdır.
Binəsibi incitmək – böyük günahdır.
Böyüklər olan yerdə çox danışmazlar, onlara
çox qulaq asmaq gərək.
Kandarda oturmazlar.
Sol əllə görüşməzlər.
Qu quşlarına güllə atmazlar.
Ölənin dalınca pis danışmazlar.
Südün qalığını yerə tökməzlər, inəyin yeləni
quruyar.
Cilovları satmazlar.
Sürünü, ev karastılarını, neməti təpikləmək
olmaz.
Çörəyi masa üstünə üzü üstə qoymazlar.
Qamçı ilə atın başından vurmazlar.
Ayağını atın yalına qoymazlar.
Bulağın gözünü çirkləndirməzlər.
Yolda böyükləri ötüb keçmək olmaz.
Yola daş, zibil atmazlar.
Uzanan yerdə çörək yeməzlər.
Evdə böyükdən hündür yedə oturmazlar.
Gəlin böyükləri adı ilə çağırmaz.
Uşaqları söymək, ya tərəfini tutmazlar.
Uşaqların yanında özgə adamlarla söyüşməzlər.
Uşaqları suçlandırmazlar.
Uşaqları ərköyün böyütməzlər.
Uşaqlarla hər işdə razılaşmazlar.
Başqasının pis gününə baxıb sevinmə, onun
bəlaları sənin qapına gələr.
Qarışqa yuvasını dağıtmazlar, öz evin dağılar.
Yola sabunlu su atmazlar.
Müsahibinə arxa çevirib oturmazlar.
Tər otu tapdamazlar.
Evin başına hərlənib qaçmazlar.
Böyüklərin sözünü yarımçıq kəsməzlər.
Özündən yaşca böyükdən əvvəl oturmazlar.
Otlamadan sonra dincələn sürünün qoyunlarını
dəng etməzlər.
Atın başına qırmanc vurmazlar.
Andı pozmazlar.
Ağacları yandırmazlar.
Qonağa pis xəbər çatdırmazlar.
Qonağa hiddətini göstərməzlər.
Qonağa namünasib suallar verməzlər.
Tayfanı, sülbünü rüsvay etməzlər.
Göydə ulduz saymazlar.
Evə ilan sürünüb girsə, öldürməzlər, piyalədə
süd, ya da qatıq qoyarlar.
Zahı qadın iti özündən uzaqlaşdırıb qovmaz,
yoxsa dişləri tökülər.
Qırğızlar köçəriləri qonaq edərlər, yardım
göstərərlər.
Qırğızlar ev tikənə, zəmidə toxum səpənə əl
tutarlar.
Qırğızlar it öləndə ağzına ərinmiş yağ qoyarlar
ki, heyvanın acından ölmədiyi bilinsin.
Müşahidə qabiliyyəti
Belə xalq nəsihətləri saysız-hesabsızdır.
Onları sadalamaq uzun çəkər, lakin hər qırğız bu
nəsihətləri təhtəlşüuri bilir və demək olar ki, heç
vaxt pozmur.
Qırğızlara heyrətamiz müşahidəçilik qabiliyyəti
xasdır. Bir çox xalq arasında müşahidə olunan
əlamətlər zamanla sınanıb və o səbəbdən, xüsusən
dəqiqdir. Bu əlamətlərin böyük əksəriyyətini hava
haqqında məlumatlar təşkil edir:
- əgər quşlar pırpızlanmışsa, hava dəyişəcək;
- bildirçin həşirlə oxuyursa, yağış yağacaq;
- yağış iri-iri tökürsə, tez qurtaracaq;
- çisələyən yağış, çox çəkəcək;
- quş yuvanı şərqdə qurursa, yay sərin
keçəcək;
- it yerdə ağnayırsa, yağış tökəcək;
- dolaşalar tez uçub gəlibsə, yaz ilıq keçəcək;
57
Dostları ilə paylaş: |