Kurmanov T. Manas, 2-ci cild, Gülçörör “Qançoro və Kanıkey” 1985-ci il, Bişkek, quaş, 30 x 20
75
Xalqın səxavəti barədə
Digər milliyyət və xalqların keyfiyyətlərini
nəzərdən salmaq fikrində deyiləm. Sadəcə,
qırğızların
qeyri-adi
mehribanlığı
və
mehmannəvazlığı barədə bəhs etmək istəyirəm.
Bizim xalq qonaqları çox sevir. Yurtaya daxil
olan hər kəsi – bəzən lap yad adamı – ən layiqli
yerdə otuzdurur, təzə bişmiş çörəyə qonaq edirlər.
Qırğızlar təbirincə, öz “ağ hiss”lərini ifadə etmək
qəsdilə qonağa mütləq kumıs, ayran süzürlər,
qarşısına qaymaq qoyurlar. Təamların bəyaz
olması vacibdir. Hətta evə ilan sürünüb girsə də,
ev sahibi onu yedirtməli, ağ ayran, ya da süd
tökməli, bununla çağrılmamış mehmana xoş
niyyətini nümayiş etdirməlidir. Maraqlısı odur ki,
belə hallarda ilan heç vaxt çalmır. Qırğızlarda tək-
tənha oturub yemək qəbul olunmayıb – uğur yan
keçə bilər. Hətta belə adət mövcud imiş – sadəcə
yoldan keçən bir adamı yurtaya dəvət edib ona
kumıs, isti çörək vermək. Yurtanın qapısını qonaq
üçün həmişə açıq saxlayırdılar. Yurtaya əvvəlcə
böyüklər, arxasınca yaşca kiçiklər daxil olurdular.
Qırğız evinə gələn qonaq süfrədə hazırlanmış
bütün təamlardan birinci çörəyi – həyatın əsasını,
təamların tanınmış “şah”ını dadmalı idi. Çörəyi
iki əllə qoparmaq lazımdır – bu üsulla müqəddəs
təama ali ehtiram ifadə olunur. Bu ənənə qırğız
ailələrində günümüzə qədər saxlanmaqdadır. Məs.,
bizim ailədə çörəyə hörmət ciddi qanun səviyyəsinə
qaldırılıb. Atam hətta qurumuş çörək qırıntılarını
ya çaya, ya da şorbaya tökür. Xörəklə dolu kasanı
yalnız sağ əllə kiməsə ötürmək olar.
Qədim çağlarda yurta sahibi qonağı və onun
atını yeddi gün yedizdirməli idi. Vaxt bitəndən
sonra isə qonağını hörmətlə yola salmalı, yəhərə
oturmağa əl tutmalı idi. Ümumiyyətlə, ev sahibinin
mehriban təbəssümü şərq mehmannəvazlığının
mütləq atributudur. Təsadüfən yurtaya gəlmiş
yolçu bir neçə gün orada yaşaya bilərdi və özü
söhbət açmamış, heç kəs ondan kimliyini, haradan
gəlib haraya getdiyini xəbər almağa cürət etməzdi.
Hətta susqun qonağa da diqqət yetirilir, səmimi-
qəlbdən qulluq edilirdi.
Güman ki, harada isə özgə yerdə qonağa bu
dərəcədə hörmət-izzət göstərilən məkan tapmaq
çətindir: qonağı dəstərxanın başında ən yaxşı
yerdə otuzdururlar, dirsəklənməyə balış verirlər,
qoyun ətinin ən yaxşı hissəsini qarşısına qoyurlar,
kumısın ilk piyaləsini ona süzürlər. Ev sahibləri
qonağın birinci içib qəlyanaltı yeməsini gözləyir,
yalnız bundan sonra özləri təama başlayır.
Bir hekayət nəql eləyirlər. Qədim çağlarda
yadelli yolçular uzun səyahətdən yorulub yol
kənarındakı yurtaya qonaq gəlirlər. Həmin
məqamda isə ev sahibinin gözünün ağı-qarası
yeganə oğlu ölüm ayağında can verirmiş. Lakin
kişi qonaqların ovqatını pozmamaqdan ötrü
dərdini heç nə ilə bildirməyibmiş. Onları böyük ağ
yurtaya dəvət edən kişi üzügülər, xoşsima qalaraq
qonaqlarına təam verir, asta-asta söhbətləşir,
komuzunda şən hava çalırmış. Məqam tapan kimi
can verən oğlu uzanmış qonşu yurtaya baş çəkir
və uşağın artıq keçindiyini görür. Binəva atanın
ürəyi dərdən-sitəmdən sıxılır parçalanır, lakin geri
qayıdıb zahirən sakitliyini saxlayır. Hər şeydən
bixəbər qonaqlar vidalaşanda ondan komuzda
bir daha çalmağı təvəqqe edirlər. Bu dəfə komuz
hönkürür. Diqqətlə qulaq kəsilən qonaqlar ev
sahibinin həyatdan köçən əziz adamı üçün koşok
(ağı) dediyini anlayırlar. “Botoy” (“Nərçə”) adlı
bu sitəmli hava insanların yaddaşına həmişəlik
həkk olunur. Dərddən beli bükülmüş ev sahibinə
başsağlığı verən qonaqlar qaydanı pozmayaraq
vidalaşıb yollarına davam edirlər.
Bu,
qırğız
xalqının
mehmannəvazlıq
qanunlarına müqəddəs münasibətinin bariz
nümunəsidir. Əcdadlarımızın ali mənəviyyatı ən
dərdli-ələmli vəziyyətlərdə belə yolçuların ovqatını
pozmağa, öz dərd-sərini onların üstünə tökməyə
izin vermirdi.
Qonaq qarşılamaq, onlara ehtiram göstərmək,
76
Koyçiyev T. “30-cu illərin fəal qadınları”. 1978-ci il, yağlı boya, 18 x 170
Xalqına igidi əzizdir, igidə Vətəni;
Vətən hər igidinin arxasında dağ kimi durar.
77
xoş arzularla yola salmaq qırğız xalqının tinətində
təsadüfən yaranmayıb. Keçmiş əyyamlardan belə
bir inanc dolaşır ki, evə daxil olan hər kəs səadətin
elçisi, hətta Kıdır əkənin (Xızır) – qonaqpərvər və
əliaçıq ev sahibinə rifah, ruzi, hər işində bərəkət
gətirən xeyir və firavanlıq ruhu – özü ola bilər.
Qırğızların Allah tərəfindən seçilmiş bəndə
sandığı Şabdan bahadır barədə maraqlı əfsanə var.
Günlərin bir günü Şabdan bahadır gözəl atının
belində, sadiq igidləri – əshabələrinin müşayiəti
ilə yol gedərkən, bir səfil qocaya ürcah olur. Sinli
kişi ona qeyri-adi rica ilə xitab edir – bahadır çapar
atını ona bağışlasın. Şabdanın igidləri qocanın misli
görünməmiş dikbaşlığından hiddətlənərək onu
yerində oturtmaq istəyəndə, bahadır qeyzlənmiş
nökərlərini (döyüşçü) dayandırıb kirimişcə atdan
düşür, atın cilovunu ahılın əlinə verir. Şabdan
nəinki sevimli atını ahıl kişiyə verir, həm də onu
yəhərə otuzdurur. Onda nurani kişi Şabdana
peyğəmbərcəsinə sözlər deyir: “Qoy sənin
alicənablığın barədə təkcə xalqın yox, qonşular da
eşidib bilsin. Qoy şan-şövkətin intəhasız çöllərə
yayılsın!” Bu kəlmələri dilinə gətirən qoca göz
qırpımında qeybə çəkilir. Şaşırmış Şabdan yoluna
piyada davam edir, fəqət yol burulanda sevimli
çapar atını yol üstündəki ağaca bağlanmış görür.
Həmkəndli qocalar Şabdanın başına gələn vaqiəni
xoşbəxt əlamət kimi yozurlar. Ona rast gələn kişi
– Kıdır əkənin özü imiş. Bahadırı sınağa çəkmək
qərarına gələrək, qarşısında qoca yoxsul dərviş
surətində zühur edibmiş.
Həqiqətən, tezliklə adil və səxavətli Şabdan
bahadır barədə şöhrət bütün köçəbə ellərə yayılır.
Xalq arasında belə bir inam yaranır ki, Şabdan
bahadırı sadə əcəllilərin gözünə görünməyən
qırmızı pələng daima müşayiət edir. O pələngi yalnız
Allahın seçilmişləri – müdriklər, peyğəmbərlər,
qabaqcadangörənlər gözləri ilə görməyə qadirdirlər.
Şabdan bahadır, onun alicənablığı, səxavəti
haqqında çox əfsanələr nəql edilir. Onlardan
birində bəhs edilir ki, müdrik Kalıqulunun yanına
solto xanədanının nümayəndəsi Baytik gələrək
Şabdanın başına ağıl qoymaq üçün xahişini ərz edir.
Sən demə, Şabdan əsilzadə nəcabətini unudub, ən
yoxsul bəndə ilə – fərq etməz, özbək, rus, yaxud
qazax olsun – dostluq edirmiş. Baytik hesab edirdi
ki, kübara belə davranış yaramaz, axı kölgə bütün
manapların üstünə düşür. Kalıqulu diqqətlə şikayətə
qulaq asıb fikrini söyləyir: “Demək, kiçik qardaşım
Şabdan Narın, Sırdərya və Edildərya çaylarının
üstündən atılmış möhkəm körpüyə çevrilib. Elə
körpü ki, oradan qazax da, rus da, özbək də bir-
birinin yanına gələ bilər. Şabdan xalqları bağlayan
qızıl körpü olub!”
Şabdan
bahadırın
anası
Baalı-ənənin
hekayətlərinə əsasən, səxavət elə uşaqlıqdan onun
oğluna xas imiş. Şabdanın cəmi üç yaşı olanda,
xırda dostlarını evə gətirər, anasından onları
südlə yedizdirməyi rica edərmiş. İnsansevərliyin
heyrətamiz nümunəsi! Altı yaşı tamam olanda,
Şabdan atası Cantay xandan sürüdən yağlı bir
qoyun götürmək üçün izin istəyir. Təəccüblənmiş
ata tifilin qoyunu nəyə görə istədiyini xəbər alır.
Şabdan cavab verir ki, bir yoxsul dostunun anası
ağır xəstələnib, isti, üzlü ət suyu içsə, sağalar.
Cantay xan balaca oğlunun sözünü yerə sala bilmir.
Əcdadlarımıza bəlli idi ki, yalnız səbir
firavanlığa gətirib çıxaracaq. Onların deyimi:
“Səbirli olsan – irəli gedərsən, səbirsiz olsan –
rüsvay olarsan”.
Bəzi alimlər müharibələrin yaranma səbəbi
barədə fərziyyələr irəli sürəndə, bütün dünyanı
lərzəyə gətirmiş 11.09. 2001-ci il Nyu-York
teraktına da istinadən, belə nəticə hasil etmişlər
ki, bütün münaqişəli vəziyyətlərin başlıca səbəbi –
insanın təcavüzkar xislətidir.
Qırğız xalqının tarixi – başlıca həyat
instinkti kimi mülayimlik təcəssümüdür. Bəli,
qırğızların da nəsibi qanlı müharibələr olmuşdur.
Lakin əcdadlarımız hərbi münaqişələri özləri
qızışdırmırdılar. Məs., qədim qırğızlar uyğur
xaqanlığını fəth etmişdi, lakin oranın xalqını
qırmamışdı, zira təsir dairələrini genişləndirmək
kimi təcavüzkar tələbatları yox idi.
Daha bir misal gətirək. Ayrı-ayrı millətlərdə,
ələlxüsus, Qafqaz xalqlarında qan ədavəti
hökmfərmadır. Qırğızlara bağışlamaq xasdır ki,
bununla da münaqişəyə sülh yolu ilə xitam verirlər.
Bütün dövrlərdə qırğızlar yalnız alicənablıq və
səbirlə düşmənlərinə qalib gəlirdilər.
Atalar sözü əsrlərlə yaranır, cilalanır, özündə
külleyi xalq müdrikliyini toplayır. Qırğız atalar
sözü eynən Bibliya nəsihəti kimi səslənir: “Kimsə
sənə daş atsa, onu qonaq elə”. Daha bir əski
atalar sözü mövcuddur: “Ananı atanın qatilinə ərə
ver”. Heç bir xalqda ali əxlaqi idealların genetik
yaddaşının təcəssüm olunduğu belə nəsihət yoxdur.
Ailənin çörəkgətirəni həlak olanda, hadisənin
müqəssiri kun – həcmini möhtərəm ağsaqqallar
şurasının təyin etdiyi maddi qanbahası ödəməli
idi. Sonrakı qətllərin qarşısını alan belə ənənə,
mehmannəvazlıq ənənəsi də daxil olmaqla kiçik və
böyük adətlərdən toplanıb formalaşmış səxavətli
xalqın mövcudiyyətini uzadırdı.
78
Dostları ilə paylaş: |