Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə28/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

böyük  töhfə  verdi.  Datka  adına  –  amir  qadın  – 
qadınlardan  yeganə  şəxs  kimi  layiq  görülmüşdü. 
Onu  Alayın  çarıçası  adlandırırdılar.  Kurmanjana 
təkcə  dostları  deyil,  düşmənləri  də  hörmət 
bəsləyirdi.  Rusiya  imperatoru  ona  brilyantlarla 
işlənmiş  qızıl  saatı  şəxsən  özü  təqdim  etmişdi. 
Kurmanjanın adı xalq yaddaşına əbədi yazılmışdır. 
Təbiətin  onlar  üçün  təyin  etdiyi  bir  xeyli 
birbaşa  vəzifələrdən  savayı  ocaqların  mühafizləri 
qadınların  nəsibinə  dəfələrlə  sülalələri  və  hətta 
bütöv  xalqı  birləşdirmək  düşmüşdür.  XIX  əsrin 
ikinci  yarısında  yaşamış,  buqu  tayfasının  başçısı 
Borombayın  nəvəsi  cazibədar  Torotaydan  bəhs 
edək.  O  dövr  ayrı-ayrı  qırğız  xanədanlarının 
mürəkkəb  münasibətlərinin  hökmfərma  olduğu 
zaman  idi.  Göyçək  Torotay  nəslinin  yolunda 
özünü qurban verərək qərib elə – qazaxa ərə getdi. 
Qazaxlar cavan gəlinin həmtayfalarının mövqeyini 
möhkəmlətməyə  vəd  vermişdilər.  Qız  o  dərəcədə 
yaraşıqlı idi ki, şərəfinə mahnılar qoşulur, akınlar 
Çokmorov S. “Bayram” 1987-ci il, kətan, yağlı boya, 117, 3 x 141, 5
Son saatında ana balasını düşünər, 
Balası uzaq-uzaq elləri.
71


onn gözəlliyini İssık-Kulun mavi sularında süzən 
qu  quşunun  zərifliyi  ilə  müqayisə  edirdilər...  Qu 
quşu  naz-nemətli  doğma  yurdundan  uçub  sərt 
qazax çöllüklərinə getdi.
XX əsrin başlanğıcında baş vermiş, Borombayın 
nəvələrindən  başqası  –  buqu  sülbündən  olan  qız 
haqqında daha bir vaqiə. Valideynləri onu əsilzadə 
adamın oğluna vermək niyyətində imişlər. Adaxlı 
oğlan  gəlinin  arxasınca  gələndə,  qız  ilk  dəfə  onu 
görür. Qonaqlarla dolu yurtadan sivişib çıxan qız 
baldızına  bildirir  ki,  adaxlı  oğlan  onun  xoşuna 
gəlmir  və  heç  bir  vəchlə  ona  ərə  getməyəcək. 
Gecə kişi paltarı geyinən qız doğma aildən əvvəlcə 
Narına,  oradan  da  Çon-Kəminə  qaçır.  Uzun 
müddət kişi geyimi ilə gizlənən höcət qız kişilərlə 
çiyin-çiyinə meşəqıran işləyir. Axırda yalanın üstü 
açılır.  Fəqət  tale  qızın  üzünə  gülür  və  o  sevərək, 
əfsanəvi Şabdan bahadırın oğluna ərə gedir. Bu qız 
barədə də xalq arasında çoxlu mahnı və rəvayətlər 
qoşulmuşdur. 
Ananın  alicənablığı  barədə  bir  əfsanə 
mövcuddur.  Əyyami-qədimdə  bir  qadının 
gözünün  ağı-qarası  yeganə  oğlu  böyüyüb  həddi-
büluğa çatandan sonra şıltaq gözələ aşiq olur. Qız 
oğlanın  məhəbbətinin  gücünü  yoxlamaq  üçün  üç 
arzusunun yerinə yetirilməsini tələb edir. Əvvəlcə 
uca dağlarda bitən nadir aygülünü istəyir. İgid onun 
xahişini yerinə yetirir. Sonra qız pələng dərisindən 
kürk tələb edir. Vurğun bu arzunu da yerinə yetirir. 
Qəddar  gözəlin  üçüncü  arzusu  inanılmaz  olur: 
“Sevirsənsə,  ananın  ürəyini  köksündən  qopar, 
mənə  göstər!”  Ehtirasdan  beyni  qaralmış  gənc 
anasını öldürür. Yolda anasının qanı axan ürəyini 
aparanda, büdrəyib yıxılır. Qəfildən, ana ürəyi dil 
açır: “Can bala, əzildin?” Budur ananın nəhayətsiz 
məhəbbəti, həlimliyi!
Qırğız xalqında müqəddəs sözlər var: “Ananın 
südü  halal  olsun”.  Bu  kəlmələrin  mənası  həddən 
ziyadə  dərindir:  layiqli  insan  olmaq,  qocalmış 
ananın qayğısına elə qalmaq ki, ölümündən əvvəl 
bunu deyə bilsin: “Ağ südümü halal edirəm”.
A.Tokombayevin 
sözlərinə 
bəstələnmiş 
gözəl  bir  “Munarım”  nəğməsi  var.  Mahnının 
lirik  qəhrəmanı  sevgilsini  yada  salır,  onun  ətrini 
körpəsinə  süd  verən  qadının  qoxusuna  bənzədir. 
Tam açığlığı ilə təzahür etmiş insan hissləri necə 
də sadə və füsunkardır!
Qadının əliaçıqlığından və ovqatından ailə ab-
havası asılı idi. Müdrik Kalıqulun qadın haqqında 
dediklərindən:  “Gəlinin  üzü  gülmürsə,  əlindən 
xörək – it qabağına atılmış yemə oxşayacaq. Arvadın 
üzü gülmürsə – sağalmaz dərddir. Arvadın xoş üz 
göstərməməsi – cismi saran buz nəfəsdir. Gəlinin 
qayına xoş üz göstərməməsi – yeddiaylıq qışdır...” 
Övladı  olmayan  qadının  xətrinə  dəyməməkdən 
ötrü onu sonsuz adlandırmırdılar, sadəcə deyirdilər 
ki,  hələ  dabanları  qana  batmayıb.  Əcdadlarımız 
bizə belə mənəviyyat miras qoyub getmişlər. 
Qadınlar  bütün  xalqların  zaman  boyu  ilham 
mənbəyi olmuşlar. Əlavə edərdim ki, onlar bizim 
kişilər üçün yalnız ali deyil, kövrək, zərif hisslərin 
də  mənbəyidirlər.  Akademik  Musa  Adışevin 
həyat  yoldaşı,  istedadlı  şairə  Tənti  Adışevaya 
münasibətini  xatırlayıram.  Onlar  Çelpon-Atada 
istirahət  edəndə,  tanınmış  akademik  arvadının 
nahardan  sonrakı  yuxusunun  qayğısına  qalaraq, 
yelpazə ilə milçəkləri qovurdu... Populyar komuzçu 
Samarbübü  Toktoxunovanın  müsahibəsindən  bəll 
olmuşdu  ki,  özü  də  komuzçu  olan  əri  Çalaqız 
İsabayev, arvadının əllərini qoruyaraq ev işlərinin 
hamısını öz çiyninə götürmüşdü: paltar da yuyur, 
xörək  də  bişirir,  hətta  tikiş  də  tikirdi.  Müsəlman 
kişilərinin mentaliteti budur! 
Hamının  yaxşı  tanıdığı  bəstəkar  Mikael 
Tariverdiyev  cavan  vaxtı  sevimli  akrisası  ilə  yol 
gedəndə, sükan arxasında oturmuş qadının başına 
iş gəlir və maşınla adam vurur. Bəstəkar tərəddüd 
etmədən  məhkəmədə  bütün  günahı  öz  boynuna 
götürür. Əsil kişi hərəkəti. 
İndi isə müdrik qadın ədalətinə misal gətirim. 
1995-ci ildə respublika prezident seçkiləri zamanı 
məşhur  təcrübəli  siyasətçi  Apsamat  Məsəliyev 
öz  namizədliyini  irəli  sürmüşdü.  Onun  anası 
sonradan “Qırğız ruhu” qəzetindəki müsahibəsində 
bildirmişdi ki, oğlunun lehinə deyil, cari Prezident 
Əsgər  Akayevin  lehinə  səs  vermişdi.  Jurnalistin 
onun seçimi haqqında sualına ana cavab vermişdi 
ki,  oğlunu  dəfələrlə  namizədliyini  geri  çağırmaq 
üçün yola gətirməyə çalışmışdır, çünki artıq onun 
vaxtı  ötmüşdür,  hər  şey  dəyişilmişdir,  cavanlara 
yol  açmaq  zəruridir.  İstərdim  ki,  sadə  qırğız 
qadını olan bu ananın əməli ambisiyalarını doğma 
xalqının rifahından uca qoyan bir çox siyasətçilər 
üçün nümunə ola idi.  
Bir  vaxtlar  qəzetlərin  çoxu  Daşkənddən 
Şamahmudovların  çoxuşaqlı  ailəsindən  yazırdı. 
Hələ  Böyük  Vətən  Müharibəsinin  başlanğıcında 
öz  övladı  olmayan  ailə  keçmiş  İttifaqın  çox 
şəhərlərindən  təxliyə  olunmuş  müxtəlif  millətli 
balacaları  öz  himayəsinə  götürmüşdü.  Bu 
tifillərin  valideynləri  bombardman  zamanı  həlak 
olmuşdular.  Yadımdadır,  məqalələrin  birində 
deyilirdi ki, ailənin 14 övladlığa götürülmüş uşağı 
var. Sonra aydın oldu ki, onlar ailələrinə 22 cocuğu 
72


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə