Qəbristana əl uzatmazlar.
Qəbri tapdamazlar.
Atın başına vurmazlar.
Meşəni yandırmazlar.
Günəşi sevinə-sevinə qarşıla.
Təzə otu qırma.
Quş yuvasını dağıtmazlar.
Ağacın budağını qırmazlar.
Yola çirkli su tökməzlər.
Qurumuş sümüyü saxlamazlar.
Dula kobud söz demə, yetimi döymə.
Fəqirə əl tut.
İki adamın arasından keçmə.
Qapı çərçivəsində boy ölçməzlər.
Haçan gəldi, yatmazlar.
Yurtanın taxtasının üstündən aşmazlar.
Dil dişlərə şahiddir.
Səadətin kökü – birlikdədir.
Adamlardan qaçan, qurdlara yem olar.
Verdiyin andını tut.
Rüsvayçılıq ölümdən bədtərdir.
Kürkünü tərsinə geymə.
Başının papağını nə itir, nə sat.
Özgəsinin
dərdinə
sevinmə,
özünün
xoşbəxtliyinə sevin.
Dost dar gündə tanınar.
Stukoşin F.M. “Dastansöyləyən” (Manasçı) 1948-ci il, kətan, yağlı boya, 148 x 192, 5
65
Ağsaqqallar divanı
Qırğızlar qədimdən böyüklərə hörmət və izzəti
təbiətin qırılmaz qanunları hesab edərək, onlara
riayəti layiqli iş hesab edirdilər.
Hələ icraedici məhkəmə hakimiyyətinin
mövcudiyyətindən əvvəl bütün mübahisəli
məsələlərlə ağsaqqallar – ahıl qocalar məşğul
olurdular. Fəqət hər ağsaqqal xalq divanına
seçilə bilməzdi. Qazılar – ancaq ləyaqəti, ədaləti,
müdrikliyi və xeyirxahlığı müqabilində hamı
tərəfindən hörmət bəslənən şəxslər ola bilərdilər.
Onlar həm özününkülərə, həm yadlara eyni gözlə
baxmalı idilər.
Bu gün müstəqil Qırğızıstanda Ağsaqqallar
divanının fəaliyyəti Konstitusiya və qanun
tərəfindən möhkəmləndirilmişdir. Belə xalq
məhkəməsi hələlik yalnız bizim ölkəmizdə
mövcuddur.
Nə gizlədək, hüquqi qanunları yaxşı öyrənmiş
dövlət hakimləri çox vaxt onları elə özləri pozur,
xalqın etimadını itirirlər. Məhz belələri üçün
camaat arasında deyirlər: “Qoyunun qarğışı qurdun
qulağına çatmaz”. Dövlət hakimləri, əksərən,
şəhərlərdə, vilayət və rayon mərkəzlərində
yaşayırlar. Ağsaqqallar isə, əksinə, illər boyu
tanıdıqları adamların arasında yaşayır və bu, ya
digər münaqişəli vəziyyətdən ətraflı xəbərdardırlar.
O səbəbdən, kənd yerlərində yaranan istənilən
ixtilafı Ağsaqqalar divanı vasitəsilə həll etmək
daha asan və ədalətlidir.
Nahaqdan müdrik ağsaqqalı kəndin atası
adlandırmırlar. Qırğızlarda maraqlı metafora
silsiləsi var: basın atası – beyindir, cazibənin atası
– bənizdir, qulağın atası – səsdir, burnun atası
– qoxudur, dişlərin atası – yeməkdir, dilin atası
– sözdür, əlin atası – zəhmətdir, kəndin atası –
ağsaqqaldır.
Təkcə doğmaların ailəsi deyil, bütün el-oba –
ail ağsaqqallar tərəfindən qorunan qayda-qanunla
yaşayır. Məhz dünyagörmüş, ağ saqqallı ahıllar
haçanlarsa köçün haçan başlanacağını, havanın
necəliyini, mövsümün dəyişəcəyini qət edirdilər...
Qocalar dağlarda bütün cığırları, bütün örüşləri
tamıyırlar. Qırğız xalqı daima insanları cəmləşdirib
birləşdirən qoca müdriklərinin sayəsində sağ qalıb
yaşaya bilib.
Ağsaqqallar həmişə balacalara böyük diqqət
yetirir, asta-asta onlara əcdadların tarixini, yaxud
nağıllar söyləyirlər. Belə hekayətlər universitetlərdə
professorların mühazirələrindən az təfəkkür qidası
vermir. Çox vaxt uşaqlar “Kimin oğlusan?” sualına
atasının deyil, babasının adını çəkir.
Sancıranı – şəcərəni söyləyəndə, ağsaqqallar
tifillərə erkən yaşlarından ulularının, əsil-nəslinin
adlarını ən azı yeddi arxa dönəmdən bəri tanımağa
öyrədirlər. Balacaları qohum-əqrəbanın və sülbün
adətlərindən baş çıxarıb bəhrələnməyə öyrədirlər.
Şəcərənin öyrənilməsi habelə uşağın hafizəsini
yaxşı inkişaf etdirir.
Sanjırada yalnız nəslin-kökün adı çəkilmir,
habelə ağsaqqalların müdrik nəsihətləri sadalanır.
Uşaq erkən yaşlarından inanır ki, böyüklərə qulaq
asıb onların hörmətini tutsa, onu rifah, ruzi, bərəkət
gözləyir. Balacalar elə zənn edirlər ki, qırğız
anaları həmişə səbirli və zəhmətkeş, insanpərvər
və sakit, qırğız igidləri – cəsur, dəyanətli, hünərvər,
qırğız qızları utancaq və səmimidirlər... Balacanın
gələcək mövcudiyyəti bu tərzdə formalaşdırılır.
Vaqiən, səadət evə yalnız o zaman ayaq açır ki,
kiçiklər böyüklərə, arvadlar ərlərə, ərlər arvadlara
ehtiram göstərir...
Sanjırada kimə nə arzulamağı da öyrədirlər:
düşmənə – əvf, yaşlılara – hörmət, analara – fəxr
etməli övlad, dostlara – sədaqət, özünə – ləyaqət,
aşiqlərə – əhd-peymanlı qəlb, yoxsula – sədəqə,
Vətənə – məhəbbət.
Bizim əcdadlarımızda tarixə özünəməxsus
yanaşma var idi. Tarix məhz xaniman hekayətlərində
həkk olunurdu. Köçəri cəmiyyətində qohumluq
xətti keçmişdə ən yaxşı orientir, emosional
sabitliyin mühüm amilidir. Deyilənlərə bariz
nümunə “Manas” qəhrəmanlıq dastanıdır, orada
bahadırın əcdadlarının şəcərə əfsanəsində cəmi
qırğız xalqının tarixi izlənilir.
Biliklər şagirdlərə müəllimlərə bəslənən
66
hörmətdən süzülüb gəlir, xalqın rifahı isə amirin
ədalətindən asılıdır. Qocalar tərəfindən qısqanclıqla
qorunub saxlanan köçəri əxlaqi məcəlləsinin
başlıca prinsipləri bunlardır.
Ağsaqqallar həmişə fəxri yerdə otururlar.
Səliqəli və sadə geyinirlər. Evə birinci ağsaqqal
daxil olmalıdır. Ağsaqqalın xasiyyətinin tinəti
dözümlülük, xeyirxahlıq və ədalət sayılır.
Ağsaqqallar heç vaxt tamahkarlıq və tənbəlliklə
barışmırlar, həmyerlilərinin və qohumlarının bu
meyllərini pisləyirlər. Ağsaqqaldan hiddətli “Uyat
bolot” – “eyibdir” töhmətini qazanmaq biabırçılıq,
ölümdən bədtər sayılır. Uşaqlara ağsaqqal olan
yerdə ucadan qışqırmağa və qaçışmağa icazə
verilmir. Kimsə iş törədirsə, ən yaşlı ağsaqqaldan
əfv diləmək lazımdır, adətən, o bağışlayır. Ahılların
düzgün qərarları şübhə altına alınmır. Bu dəyərləri
qoruyub-saxlamaq – nəsil-kökümüzlə mənəvi
əlaqəmizi qurmaq deməkdir.
Vaxt var idi, ağsaqqallar hətta ekoloji
problemləri həll edirdilər. Məs., meşələri qırmağa
qadağa qoyurdular. Onlara müti şəkildə qüdrətli
bahadırlar da qulaq asırdı, üstəlik, pəhləvanlar
hünərlərini onların xeyir-duası ilə edirdilər. Hərgah
bu gün Ağsaqqallar divanını əzəli ucalığına
qaldırmağa nail olsaq, külleyi ölkəni yenidən
dirçəldərik.
Tələbə illərində Mərkəzi kitabxananın
qiraətxanasına tez-tez gedib işləyirdim. Bir dəfə
oradakı kartotekanın qarşısında dayanıb işləyən
məşhur akademik Kusein Karasayevi və yanında
dayanmış həyat yoldaşı Aişə-apanı gördüm. Bu
Matayev J. “Berkutçu” 2004-cü il, kətan, yağlı boya, 55 x 60
67
Dostları ilə paylaş: |