Öz evinə, işinə, doğma kəndinə gedəndə.
Atlı piyadaya birinci salam verməlidir.
Ayaq üstə duran oturana birinci salam
verməlidir.
Kiçik böyüyə salam verməlidir.
Sonuncu gələn məclisə salam verməlidir.
Yağışlı gecə uzaq yola çıxmaq – yaxşı işlərdən
xəbər verir.
Çörək
Qırğızlarda çörək – müqəddəsdir.
Qonaq gələnləri duz-çörəklə qarşılayarlar.
Bədbəxtlik gələndə, adamlara yeddi çörək
paylayarlar.
Çörəyin qırıntısını zibilə atmır, itə, quşlara
tökürlər.
Qonaq gedəndə, özləri ilə çörək götürərlər.
Evdə çörək bişəndə, yır-yığış etmirlər.
Yeməyi nəzakətlə verərlər.
Fəxri yerlərdə böyüklər oturar.
Çox danışmazlar, çoz dinləyərlər.
Kiməsə yaxşılıqlarından danışanda, üç dəfə
ağaca vur, çiynindən üstündən tüpür, göz dəyməsin.
Qabaqcadan danışma – göz dəyər, işin gətirməz.
Yetim kimdir?
Acı yetimlik taleyinə aid atalar sözləri və
zərbül-məsəllər də maraqlıdır:
Yetim – ot bitməyən torpaqdır.
Yetim –xalqından uzaq düşən uşaqdır.
Yiyəsiz xalq – yetimdir.
Eşidilməmiş söz – yetimdir.
Ərsiz qadın – yetimdir.
Qarısız qoca – yetimdir.
Yiyəsiz qalmış sürü – yetimdir.
Bu münasibətlə xalqın arasında çoxlu atalar
sözü və zərbül-məsəl var. Onlardan bəziləri:
Həyatda ən dəyərli – valideynlərindir.
Ən yaxın dostun – arvadındır.
Qəzəbin – düşmənindir.
Dostun – ağlındır.
Qohumun – hörmətindir.
Tənqidçin – xalqındır.
Müdafiəçin – səbrindir.
Yol yoldaşın – fikirlərindir.
Dayağın – valideynlərindir.
Taleyin – xasiyyətindir.
Ağsaqqallar insanın təbii qabiliyyətlərini və
mənəvi xasiyyətlərini çox maraqlı surətdə qulaqdan
ağır eşitməyə aid edirlər:
- daşqulaq – karqulaqlıq (qulaqda daş);
- axmaqulaq – yelçəkən (bir qulağından girir,
oi birisindən çıxır);
- quymaqulaq – iti qulaq (vacib sözü göydə
tutur).
Eyni dərəcədə gözlənilmədən insan müdrikliyi
dərəcələrə bölünür:
- bilmədiyini bilməyən insan;
- bildiyini bilməyən insan;
- bilmədiyini bilən insan;
- bildiyini bilən insan.
Xalq arasında yayılmış müdriklik insanın üç
növ varidata malik olmasının vacibliyini vurğulayır:
- birinci sərvət – sağlamlıqdır;
- ikinci sərvət – həyat yoldaşıdır;
- ancaq üçüncü sərvət – ailəni dolandırmaq
üçün təsərrüfat.
Nəsihətlər
Həm də deyirlər, üç bəla həyatı zəhərə döndərir:
sağalmaz dərd, tərbiyəsiz oğul, pis söz.
Tam razı salan üç sevinc: valideynlərin
minnətdarlığı, seçdiyin işindən aldığın zövq,
uşaqların üçün duyduğun sevinc.
Üç üstünlük: ölməkdənsə, yenidən doğulmaq,
öldürülmüş aslandansa, diri siçan, yaxşı qazılmış
qəbirdənsə, köhnə koma.
Zülm verən üç şey: ölüm, qorxu, hakimiyyət.
İnsan qəlbinin üç zəifliyi: həlimlik, qadına
məhəbbət, heyvanlara mülayim münasibət.
Həyat boyu üç yol yoldaşı: dost, düşmən, ailə.
Üç şeyə yazığın gəlir: sağalmaz xəstəlik,
bədbəxt məhəbbət və boşanmış ailə.
Ehtiyat tələb edən üç hiss: göz (iti şey
batırmamaqdan ötrü), dil (deyilmiş sözdən
əzab çəkməməkdən ötrü), boğaz (hər nə gəldi,
yeməməkdən ötrü).
Ən şirin şey: həyat, övlad, yuxu.
Üç növ ağsaqqal: ailə ağsaqqalı, kənd
ağsaqqalı, xalq ağsaqqalı.
İnsan üç halda səhv buraxa bilər: düşünülməmiş
danışsa (ehtiyatsız sözdən), vəd verib xilaf çıxsa
(etimadı itirər), çox gəzəndə (yolun dolanbacında).
Xalq arasında, ehtimalən, tez-tez aparılan söz
deyişmələrinin nəticəsi kimi “kimin nəyi yoxdur?”
sualına hazır cavablar formalaşıb:
- kəlin südü yoxdur;
- ağ ciyərin tükü yoxdur;
60
- buzlağın iyi yoxdur;
- quyu üçün qış yoxdur;
- ilanın ayağı yoxdur;
- daşın kökü yoxdur;
- simicin rəhmi yoxdur;
- ümidin gecəsi yoxdur:
- balığın səsi yoxdur;
- yumurtanın küncü yoxdur;
- yalanın həqiqəti yoxdur;
- Allahla mübahisə yoxdur.
Beş öyüd
1. Bir dəfə aldadana, inanma.
2. Düşmənə inanma.
3. Həmişə ehtiyatını saxla.
4. Pis ailədə gecələmə.
5. Kasıbın heç nəyini götürmə.
Yeddi uğur
1. Sağlamlıq.
2. Ailə.
3. Dost.
4. Bilik
5. Nəsil.
6. Heyvanat.
Yeddi bəla
1. Quraqlıq.
2. Yanğın.
3. Müharibə.
4. Sağalmaz dərd.
5. Zəlzələ.
6. Daşqın.
7. Cut (yemsizlik ucbatından heyvanatın tələfatı).
Orozmatov K. “Sarı-Ozon” 1999-cu il, kətan, yağlı boya, 80 x 110
61
Qırğızların dəyərləri
Onların paklığı – günahlara tab gətirməkdədir.
Onların insaniliyi – xeyriyyəçilikdədir.
Onların tərbiyəsi – qadınlarda hörmətdədir.
Onların dəyəri – öz isimlərinə ehtiramdadır.
Onların müdikliyi – atalar sözündədir.
Onların salamı – səni olasan!
Onların arzusu – çox yaşa!
Onların andı – sıxılmış əllərdədir.
Onların aludə olduğu – İssık-Kuldur.
Onların əminliyi – əlamətlərdədir.
Onların qəm-qüssəsi – ağılardadır.
Onların təmizlənməsi – ardıcdır.
Onların vicdanı – ədalətdədir.
Onların zirvəsi – atadır.
Onların alicənablığı – sadəlikdədir.
Onların diqqəti – gözlərdən oxumaqdadır.
Onların ləl-cavahiratı – əcdadların nəsihətidir.
Onların sərvəti – ana dilidir.
Onların rəmzi – yaşıl mahudlu bayraqdır.
Onların beşiyi – ciyədən qan damlası süzülmüş
torpaqdır.
Onların şərikliyi – yaşlı nəslə ehtiramdır.
Onların müdrikliyi – təbiətə yaxınlıqdır.
Onların var-dövləti – layiqli qocalıqdadır.
Onların düşməni – qeybətdir.
Onların dilə gətirmədikləri – kasıblıqdır.
Onların səbatı – salamlamadadır.
Onların xoşagəlməz işi – daxili bölünmədir.
Onların xoşbəxtliyi – canlıya rəhmdir.
Onların qidası – dördayaqlıların ətidir.
Matayev J. “Cıdır” 2009-cu il, kətan, yağlı boya, 75 x 60
62
Dostları ilə paylaş: |