Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə24/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   20   21   22   23   24   25   26   27   ...   111

Öz evinə, işinə, doğma kəndinə gedəndə.
Atlı piyadaya birinci salam verməlidir. 
Ayaq  üstə  duran  oturana  birinci  salam 
verməlidir. 
Kiçik böyüyə salam verməlidir. 
Sonuncu gələn məclisə salam verməlidir. 
Yağışlı gecə uzaq yola çıxmaq – yaxşı işlərdən 
xəbər verir.
Çörək 
Qırğızlarda çörək – müqəddəsdir. 
Qonaq gələnləri duz-çörəklə qarşılayarlar. 
Bədbəxtlik  gələndə,  adamlara  yeddi  çörək 
paylayarlar. 
Çörəyin  qırıntısını  zibilə  atmır,  itə,  quşlara 
tökürlər. 
Qonaq gedəndə, özləri ilə çörək götürərlər. 
Evdə çörək bişəndə, yır-yığış etmirlər. 
Yeməyi nəzakətlə verərlər. 
Fəxri yerlərdə böyüklər oturar.
Çox danışmazlar, çoz dinləyərlər.
Kiməsə  yaxşılıqlarından  danışanda,  üç  dəfə 
ağaca vur, çiynindən üstündən tüpür, göz dəyməsin.
Qabaqcadan danışma – göz dəyər, işin gətirməz. 
Yetim kimdir?
Acı  yetimlik  taleyinə  aid  atalar  sözləri  və 
zərbül-məsəllər də maraqlıdır:
Yetim – ot bitməyən torpaqdır. 
Yetim –xalqından uzaq düşən uşaqdır. 
Yiyəsiz xalq – yetimdir. 
Eşidilməmiş söz – yetimdir. 
Ərsiz qadın – yetimdir. 
Qarısız qoca – yetimdir. 
Yiyəsiz qalmış sürü – yetimdir. 
Bu  münasibətlə  xalqın  arasında  çoxlu  atalar 
sözü və zərbül-məsəl var. Onlardan bəziləri:
Həyatda ən dəyərli – valideynlərindir. 
Ən yaxın dostun – arvadındır.
Qəzəbin – düşmənindir.
Dostun – ağlındır. 
Qohumun – hörmətindir. 
Tənqidçin – xalqındır. 
Müdafiəçin – səbrindir.
Yol yoldaşın – fikirlərindir. 
Dayağın – valideynlərindir. 
Taleyin – xasiyyətindir. 
Ağsaqqallar  insanın  təbii  qabiliyyətlərini  və 
mənəvi xasiyyətlərini çox maraqlı surətdə qulaqdan 
ağır eşitməyə aid edirlər: 
-  daşqulaq – karqulaqlıq (qulaqda daş);
-  axmaqulaq – yelçəkən (bir qulağından girir, 
oi birisindən çıxır);
-  quymaqulaq – iti qulaq (vacib sözü göydə 
tutur).
Eyni dərəcədə gözlənilmədən insan müdrikliyi 
dərəcələrə bölünür:
-  bilmədiyini bilməyən insan;
-  bildiyini bilməyən insan;
-  bilmədiyini bilən insan;
-  bildiyini bilən insan.
Xalq  arasında  yayılmış  müdriklik  insanın  üç 
növ varidata malik olmasının vacibliyini vurğulayır:
-  birinci sərvət – sağlamlıqdır;
-  ikinci sərvət – həyat yoldaşıdır;
-  ancaq  üçüncü  sərvət  –  ailəni  dolandırmaq 
üçün təsərrüfat. 
Nəsihətlər
Həm də deyirlər, üç bəla həyatı zəhərə döndərir: 
sağalmaz dərd, tərbiyəsiz oğul, pis söz.
Tam  razı  salan  üç  sevinc:  valideynlərin 
minnətdarlığı,  seçdiyin  işindən  aldığın  zövq, 
uşaqların üçün duyduğun sevinc.
Üç üstünlük: ölməkdənsə, yenidən doğulmaq, 
öldürülmüş  aslandansa,  diri  siçan,  yaxşı  qazılmış 
qəbirdənsə, köhnə koma.
Zülm verən üç şey: ölüm, qorxu, hakimiyyət. 
İnsan  qəlbinin  üç  zəifliyi:  həlimlik,  qadına 
məhəbbət, heyvanlara mülayim münasibət.
Həyat boyu üç yol yoldaşı: dost, düşmən, ailə.
Üç  şeyə  yazığın  gəlir:  sağalmaz  xəstəlik, 
bədbəxt məhəbbət və boşanmış ailə. 
Ehtiyat  tələb  edən  üç  hiss:  göz  (iti  şey 
batırmamaqdan  ötrü),  dil  (deyilmiş  sözdən 
əzab  çəkməməkdən  ötrü),  boğaz  (hər  nə  gəldi, 
yeməməkdən ötrü).
Ən şirin şey: həyat, övlad, yuxu.
Üç  növ  ağsaqqal:  ailə  ağsaqqalı,  kənd 
ağsaqqalı, xalq ağsaqqalı.
İnsan üç halda səhv buraxa bilər: düşünülməmiş 
danışsa  (ehtiyatsız  sözdən),  vəd  verib  xilaf  çıxsa 
(etimadı itirər), çox gəzəndə (yolun dolanbacında).
Xalq arasında, ehtimalən, tez-tez aparılan söz 
deyişmələrinin nəticəsi kimi “kimin nəyi yoxdur?” 
sualına hazır cavablar formalaşıb:
-  kəlin südü yoxdur
-  ağ ciyərin tükü yoxdur;
60


-  buzlağın iyi yoxdur;
-  quyu üçün qış yoxdur;
-  ilanın ayağı yoxdur;
-  daşın kökü yoxdur; 
-  simicin rəhmi yoxdur;
-  ümidin gecəsi yoxdur:
-  balığın səsi yoxdur;
-  yumurtanın küncü yoxdur;
-  yalanın həqiqəti yoxdur;
-  Allahla mübahisə yoxdur.
Beş öyüd
1.  Bir dəfə aldadana, inanma.
2.  Düşmənə inanma.
3.  Həmişə ehtiyatını saxla.
4.  Pis ailədə gecələmə.
5.  Kasıbın heç nəyini götürmə. 
Yeddi uğur
1.   Sağlamlıq.
2.  Ailə.
3.  Dost.
4.  Bilik
5.  Nəsil.
6.  Heyvanat. 
Yeddi bəla 
1.  Quraqlıq.
2.  Yanğın.
3.  Müharibə.
4.  Sağalmaz dərd.
5.  Zəlzələ.
6.  Daşqın.
7.  Cut (yemsizlik ucbatından heyvanatın tələfatı).
Orozmatov K. “Sarı-Ozon” 1999-cu il, kətan, yağlı boya, 80 x 110   
61


Qırğızların dəyərləri 
Onların paklığı – günahlara tab gətirməkdədir. 
Onların insaniliyi – xeyriyyəçilikdədir. 
Onların tərbiyəsi – qadınlarda hörmətdədir. 
Onların dəyəri – öz isimlərinə ehtiramdadır.  
Onların müdikliyi – atalar sözündədir.
Onların salamı – səni olasan!
Onların arzusu – çox yaşa!
Onların andı – sıxılmış əllərdədir.
Onların aludə olduğu – İssık-Kuldur.
Onların əminliyi – əlamətlərdədir. 
Onların qəm-qüssəsi – ağılardadır.
Onların təmizlənməsi – ardıcdır. 
Onların vicdanı – ədalətdədir. 
Onların zirvəsi – atadır. 
Onların alicənablığı – sadəlikdədir. 
Onların diqqəti – gözlərdən oxumaqdadır.
Onların ləl-cavahiratı – əcdadların nəsihətidir.
Onların sərvəti – ana dilidir. 
Onların rəmzi – yaşıl mahudlu bayraqdır. 
Onların beşiyi – ciyədən qan damlası süzülmüş 
torpaqdır. 
Onların şərikliyi – yaşlı nəslə ehtiramdır. 
Onların müdrikliyi – təbiətə yaxınlıqdır. 
Onların var-dövləti – layiqli qocalıqdadır. 
Onların düşməni – qeybətdir.
Onların dilə gətirmədikləri – kasıblıqdır. 
Onların səbatı – salamlamadadır. 
Onların xoşagəlməz işi – daxili bölünmədir. 
Onların xoşbəxtliyi – canlıya rəhmdir. 
Onların qidası – dördayaqlıların ətidir. 
Matayev J. “Cıdır” 2009-cu il, kətan, yağlı boya, 75 x 60  
62


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə