Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə21/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   17   18   19   20   21   22   23   24   ...   111

zəhmətsevərlik  və  şərəf,  dəyanət  və  mənəvi 
paklıq  ruhunda  yetişdirmək  üçün  tərbiyənin  ən 
mühüm əsaslarını empirik işləyib hazırlayan xalq 
pedaqogikasının sehrkarlarıdır”.
Yazı  peyda  olanadək  folklor  yaradıcılığı 
qırğız xalqının mənəvi nəsihətinin başlıca forması, 
məişətinin ən yaxşı keyfiyyətlərinin əksi olmuşdur. 
Məhz  nağıllar  kiçik  yaşlarından  qırğız  uşaqlarına 
xoşbəxtliyin  mənbəyinin  yalnız  əmək  olduğunu 
təlqin  edirdilər.  Kiminsə  ricasını  yerinə  yetirmək 
müqəddəs  iş,  vədə  xilaf  çıxmaq  isə  rüsvayçı  və 
utanclı  əməl  hesab  olunurdu.  Mühüm  əxlaqi 
göstərişlərlə bahəm nağıllar yeni nəsillərə saysız-
hesabsız mövhumat və əlamət gətirmişlər. Onların 
tinətinə  vardıqca  xeyirxahlıq  və  ətraf  dünyaya 
ehtiram məntiqi duyulur. 
Xalq  arasında  inanc  var  ki,  yaşadığın  evin 
divarlarını təpikləmək olmaz. Evinə qapını ayaqla 
açan  şəxs  həmişəlik  uğurdan  məhrum  ola  bilər. 
Gecə  canlıları  narahat  edərək  fit  çalmaq  olmaz. 
Hərgah gecə suyu bulandırıb çirkləndirsən, ananın 
sinəsi nasazlaya bilər. 
Günəşin  tülusu  zamanı  yatmaq  qadağan 
edilirdi,  zira  insan  günəşlə  xudahafizləşməlidir. 
Günü  qarşılayıb  ötürmək  qəsdilə  insan  tez 
oyanmalı və gec yatmalıdır. Uzaq yola yalnız yaxşı 
ovqatla  çıxmaq  lazımdır.  Yarı  yoldan  qayıtmaq 
olmaz – uğurunla yolunu səhv salarsan, bir-birinizi 
itirərsiniz. 
İstənilən  qırğız  ailəsində  baş  örtüyü  paltar 
atributları  arasında  ən  hörmətlisidir:  papağı 
dəyişdirmək,  hədiyyə  vermək,  satmaq  olmaz. 
Yurtaya, yaxud evə daxil olanda qalpağı (papağı, 
şlyapanı,  furajkanı)  ən  hündür  yerə  qoymaq 
lazımdır. 
“Nandı  eki  koldop  sındır”  –  çörəyi  iki  əllə 
qoparmaq  lazımdır.  İki  əliniz  varsa,  çörəyi  bir 
əllə  qoparmaq  olmaz.  Çörəyi  həmişə  üzüyuxarı 
Toktəliyev E. “Ayın bədirlənməsi” 1995-ci il, kətan, yağlı boya, 42 x 52
53


qoyarlar. Küçədə, ayaq altında çörəyi görən götürüb 
təmiz yerə qoyar. Qırğızlar çörəyə həmişə ehtiramla 
yanamışlar  və  hətta  ona  səcdə  edirlər.  Hərçənd, 
islam  dinində  Allahdan  uca  heç  nəyin  olmadığı 
və  başqa  şeyə  itaətin  günah  sayıldığı  deyilir.  Bu 
əlamət  ona  dəlalət  edir  ki,  qırğızlarda  bütpərəst 
mədəniyyətin ünsürləri qorunub saxlanmaqdadır.
   “Erkekti teppeyt” – kişiləri təpikləmək olmaz. 
Qızcığaza  və  həddi-büluğa  çatmış  qıza  kişini 
təpikləmək  olmaz.  Əks  təqdirdə,  qadın  sonsuz 
qalar.  
“Böyrök tayanbayt” – əllərini belinə vurmaq, 
dirsəklərini  qaldırıb  ovuclarını  qarının  aşağısına 
qoymaq  olmaz.  Belə  hərəkəti  ərini  ağlayan 
dul  qadın  edirdi.  Kişilər  qırmancın  dəstəyi  ilə 
böyürlərinə  dayaq  verib  mərhumun  yurtasına  at 
belində  yaxınlaşaraq  başsağlığı  verirdilər.  Buna 
görə adi günlərdə belə eləmək olmaz. Əlini belinə, 
büzdümün ortasına  tutmaq – istər kişi, istər qadın 
üçün yaxşı deyil, tək qalmaq arzusunu bildirir.  
“Açuunu  ayabayt”  –  acını  əsirgəmə.  Hərgah 
qapını  zəhlətökən,  gündə  neçə  dəfə  gəlib-gedən 
qonşu döyürsə, ya borc pul istəyirsə, çörək almaq 
yadından  çıxırsa,  ütüsü  xarab  olursa,  nələr,  nələr 
üçün  ağız  açırsa,  kibriti,  bıçağı,  acılı  ərzaqları 
ondan əsirgəmə.  
“Tuz  surabayt”  –  duz  istəmək  olmaz.  Heç 
vəchlə duz borc götürmək olmaz. Bu halda xahiş 
edən şəxs bütün ağrı-acını üzərinə götürür. 
“Keçində şıpırbayt” – axşamlar ev süpürməzlər. 
Axşam  süpürüləndə,  evin  öz  “ırıskı”  –  ruzisi, 
ərzağı, yəni insanın rifahı eşiyə atılır. 
“Butundu  öydö  kötörbö”  –  ayaqlarını  yuxarı 
qaldırma. Deyilənə görə, ayaqları yuxarı qaldıranda, 
düşmənlər  baş  qaldırır.  Bədxahlar  süpürgə  dik 
qoyulan vaxt da üsyan edirlər.
“Beymaalda  uktabayt”  –  şər  qarışanda 
yatmazlar. “Beymaal” – namünasib, uyğun olmayan 
vaxt deməldir. Tülu zamanı Allah mələklərini yer 
üzündəki sağ insanları saymaq üçün göndərir, bu 
vaxt  yatmışlar  isə  hesaba  götürülmürlər.  Üstəlik, 
deyirlər ki, gürub çağı yuxulamışlar duranda güclü 
baş ağrılarından əziyyət çəkəcəklər.   
“Balanı  dalıqa  çappayt”  –  uşağı  kürəyindən 
vurmazlar.  Zira  bu  nahiyədə  qoruyucu-mələklər 
oturur  və  uşaq  döyüləndə  qaça  bilərlər.  Allah 
eləməmiş, bu baş versə, uşaq tez-tez naxoşlayacaq. 
“Jolqo mışık albayt” – yola pişik götürməzlər. 
Qlrğızlar düşünür ki, pişiyin mənfi enerjisi çoxdur 
və pisniyyət canlıdır.  
“Ölqöndön tüz üyqö barat” – dəfndən birbaşa 
evə.  Dəfndən,  yaxud  hüzr  yerindən  qayıdanda 
 Cundubayeva N. 
“Xalq”
 Xalqın göz yaşlarını 
Axdırıb birləşdirsən, 
Çöllər də, vadilər də, 
Zəqqum duz dadar. 
Yazda cayloda açacaq gül də
Göz yaşlarıyla qoxuyar, aman.
Xalqın səadətini
Axıdıb birləşdirsən, 
Müstəbidlər paxıllıqdan
Çatlayar da partlayar.
Xalqın təbəssümlərini
Nurladıb birləşdirsən, 
Göydə al günəş doğar.
Ey xalqım!
Böyük köçlə köç edirsən,
Nəhəng karvanını
Əsrlərdən çəkirsən. 
Milyonəlli,
Milyonayaq, 
Milyongözlü, 
Milyonsima, 
Xalqımsan sən!
54


kiminsə evinə hətta ayaqüstü qonaq getmək olmaz. 
Bu  əlamətə  riayət  edilməsə,  kimə  isə  dərd-qəm 
gətirmək olar. 
“Keçində  akçanı  kolqo  karmatpayt”  –  axşam 
ələ  pul  verməzlər.  Əks  təqdirdə,  bu,  pulsuzluğa 
gətirib çıxarar. 
“Bela  menen  mışıktı  oyqotpoyt”  –  uşağı  və 
pişiyi oyatmazlar. Ehtimalən, burada söhbət adicə 
sağlam  uşaq  yuxusundan  gedir.  Pişik  isə  məkrli 
heyvandır, intiqam ala bilər. 
“Jaş  adam  jelbegey  jamınbayt”  –  cavanlar 
çiyinlərinə üst geyimi salmazlar. Üst paltarı çiyninə 
sinlilər və atasızlar salırlar. Gənclərə həmçinin bığ 
saxlamaq daolmaz. Hətta ailəli kişilər, ataları hələ 
sağdırsa, bığ buraxmırlar. 
“Tizeni  kuçaktabayt”  –  dizi  qucaqlamazlar. 
Belə vəziyyət tənhalığa çağırış sanılır və və ardınca 
“tartış” çatışmamazlıq, əskiklik gətirə bilər. 
Deyilənə görə, məhz qırğız-köçərilər vəhşi iti 
ilk dəfə əhliləşdirmişlər və o çağlardan bəri it ən 
sadəqətli ev heyvanına çevrilmişdir. Evə təsadüfən 
gəlib  çıxmış  iti  yemləmək  ənənəsi  buradan 
qaynaqlanır,  zira  it  –  akjoltoy  –  evə  uğur  gətirən 
ola  bilər. Yeri  gəlmişkə, Akjoltoy  bizim  obalarda 
çox geniş yayılmış it ləqəbidir.  
Hərga  it  ölürsə,  onun  ağzına  ərinmiş  yağ 
qoymaq  lazımdır  ki,  son  nəfəsinəcən  sahibinə 
minnətdar olsun. Sahib onu basdırmağa borcludur. 
Doğrudur,  bəzən  sadiq  ölümcül  naxoş  it  evdən 
çıxıb gedir ki, ölümü ilə sahibini mütəəssir etməsin 
və iraq bir yerdə ölür.  
Sahibini  ən  faciəvi  anda  xilas  etmiş  köpək 
haqqında əfsanə mövcuddur. Sahib qocalmış itini 
suda  batırmaq  niyyətinə  düşür,  ancaq  üzməyi 
bacarmadığı  halda  özü  təsadüfən  yıxılıb  çaya 
düşür. Sədaqətli dördayaqlı dost dartıb kişini sahilə 
çıxarır. 
Qırğızlar heç vaxt itlərini yaxud alıcı quşlarını 
satmazdılar. Sadəcə hədiyyə verər, ya da azadlığa 
buraxardılar. Səbəbini bilmirəm, amma bizə qədər 
belə olub, qoy indən belə də bu sayaq olsun.  
Hesab  olunur  ki,  insana  yuxarıdan  verilmiş 
beş nəsib var və onlarla barışmaq lazımdır. Bunlar 
sevgi ehtirası, istedad, təsadüf, bəla və ölümdür. 
Matayev J. “İntizar” 2005-ci il, kətan, yağlı boya, 55 x 60
55


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə