Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə29/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

qəbul etmişlər! Ən balacası, doğuş zamanı anasını 
itirmiş özbək qızı idi. Deyirlər, heç vaxt doğmamış 
Şamahmudova  binəva  çağanı  görəndə  ürəyi  elə 
sıxılıb ki, özündə ana südü yaranıb. Qadın təbiəti 
nə dərəcədə səxavətli və izaholunmazdır! 
Qadınlar  barədə  söz  açmışamsa,  anam 
haqqında,  onun  xeyirxah  qabaqcadangörən  qəlbi 
haqda kəlmə kəsməsəm, ədalətsizlik olar.    
1987-ci  ildə  Sovet  Ordusu  sıralarında  uzaq 
Baykalarxasında  qulluq  edirdim.  Bir  dəfə  bütün 
bölümlər,  tibbi-sanitar  hissəsi  də  daxil  olmaqla, 
təlimlərə  göndərilmişdi.  Yalnız  növbətçilər,  o 
cümlədən  mən  qalmışdım.  Soyuq  yazın  burnu 
hələ  təzə-təzə  qanayırdı,  növbətçilikdə  duranda, 
möhkəm  soyuqladım.  Dərman  yox,  tibbi-sanitar 
hissənin  qapısı  bağlı,  boğazımın  ağrısından  isə 
gözüm  açılmır.  Yarım  gün  zülm  çəkdim,  birdən 
yadıma düşdü ki, qışın oğlan çağında anam evdən 
barat göndərəndə, içinə qoyun quyruğu qoymuşdu. 
Onda elə hirslənmişdim ki, utandığımdan, anamın 
göndərdiyi payı camaat görməsin deyə, baratı YBM-
in  (Yoxlama  Buraxılış  Məntəqəsi)  taxtapuşuna 
tolazlamışdım.  İndi  yadıma  düşən  kimi  özümü 
taxtapuşa atdım, tələsik qoyun quyruğu bağlamasını 
açıb  bir  parçasını  odun  üstündə  əritdim,  yavaş-
yavaş  qurtumladım.  Qırğız  xalq  təbabəti  vasitəsi 
kömək  etdi,  boğazımın  ağrısı  səngidi,  boğulmam 
keçdi. Fikrə getdim: anam haradan bilə bilərdi ki, 
başıma nələr gələcək? O qədər ona minnətdar idim 
ki,  yalnız  Allahıma  bəllidir.  Bu  quyruq  məni  və 
əsgər yoldaşlarımı sonradan nə qədər azr-bezardan 
qurtardı.  Bineyi-qədimdən  müdrik  atalar  sözləri 
var: “Uşağın barmağı incidirsə, ananın ürəyi”;
“Ananı  belində  üç  dəfə  Məkkəyə  apar  – 
borcundan çıxa bilməzsən”.
Başıma  bir  iş  də  gəlmişdi  –  iş  yoldaşlarım 
şahiddir.  Beş  il  bundan  əvvəl  baş  vermişdi. 
Qəflətən  əllərimdə  ekzema  əmələ  gəldi.  Açığını 
deyim,  heç  də  ürəkaçan  mənzərə  deyil.  Qələmi 
əldə tutmaq mümlün deyil, dostlarla görüşəndə əl 
verə  bilmirsən.  Xülasə,  həm  fiziki,  həm  mənəvi 
cəhətdən  üstümə  min  tərəfdən  pisliklər  töküldü. 
Dörd  ay  bu  dərdlə  əlləşdim.  Həkim  qalmadı  – 
qəbuluna düşməyim, davacat qalmadı – içməyim, 
ara həkimi qalmadı – baş çəkməyim. Hər şey bihudə 
idi. Əlimi hər yerdən üzmüşdüm ki, anam kənddən 
gəldi və İssık-Kul kökü gətirdi. O dəqiqə qaynatdı, 
birinci suyunu atdı, ikinci suyunu soyudub əllərimi 
ora  qoymağa  məcbur  etdi.  Bu  proseduru  düz  bir 
həftə sərasər etdim. Bir neçə gündən sonra ekzema 
necə  gəlmişdisə,  elə  də  yoxa  çıxdı  –  özündən 
sonra  yalnız  xatirə  qoydu.  Əminəm,  mənə  həm 
ot  dəmləməsi  kömək  etdi,  həm  də  anamım  sidq-
ürəkdən etdiyi duası. İndi hamıya deyirəm ki, ən 
yaxşı təbib – həkimlik təhsili almayan anamdır. 
Rəhmdil ürəkdən – mülayim niyyətlər doğur. 
Mülayim niyyətlərdən – xeyirxah əməllər. Xeyirxah 
əməllərdən isə ədalətli, humanist ideallara söykənən 
mehriban  cəmiyyət.  Qırğızıstan  –  balaca,  dağlıq 
ölkədir, onu əsil xoş niyyətlər və xeyirxah ideallar 
cəmiyyətinə döndərmək ancaq bizim əlimizdədir.
Qırğız  xalqının  qadın  gözəlliyinə  də,  qadın 
qəlbinin  genişliyinə  də  həsr  etdiyi  çoxlu  nəğmə 
və  rəvayəti  var.  Bizdə  deyirlər:  ən  yaxşı  alma 
–  İssık-Kuldadır,  bal  –  Toktoquldadır,  kumıs 
–  Suusamırdadır,  qaysı  –  Batkəndədir,  düyü  – 
Üzgəndədir,  gözəllər  isə  Son-Kuldadır.  Məhz  bu 
unikal dağ gölünün yaxınlığında qənirsiz gözəl və 
istedadlı  aktrisa  Tattıbübü  Tursunbayeva  anadan 
olmuş və böyüyüb ərsəyə yetmişdi. Belə göyçəklər 
haqqında  xalq  arasında  deyirlər:  “Qızı  öpərsən  – 
almanın, şəkərin, balın dadını bilərsən”. Həyatdan 
çox tez köçmüş misli görünməmiş qənirsiz gözəl.
Aktrisanın  doğma  qardaşından  müsahibə 
götürmüşdüm.  Onun  sözlərinə  görə  sonda  dəfnə 
yığılanlardan  heç  kəsin  onun  üzünü  örtməyə  əli 
gəlmirdi.  Hamının  ölüm  yatağında  sanki  yatmış 
gözəl  kimi  uzanmış  Tattıbübüdən  ayrılmağa 
heyfi  gəlirdi...  Hamı  diqqət  yetirmişdi  ki,  qızın 
qəbri  üstündə  qağayılar  necə  uzun  müddət 
hərlənmişdilər.  Hər  kəs  quşların  da  insanlarla 
bahəm  göz  yaşı  töküb  ağlamağına,  cahandan  bir 
gözəlin  getdiyinə  yandıqlarına  inanmaq  istərdi. 
Belə gözəl qadınlar dünyamızı tərk edəndə onları 
tanıyan  üçün  də,  tanımayan  üçün  də  əfsanəyə 
dönürlər... F.Dostoyevski “Dünyanı gözəllik xilas 
edəcək” deyəndə, haqlı idi. Axı ən avam adam da 
qadın gözəlliyinin dəyərini anlayır. 
Atay  Oqonbaeyevin  “Oy,  Bülbül”  mahnısı 
sevgilisi  Bülbülə  həsr  olunmuşdur.  Şair  aşiqinin 
səsini  bülbülün  cəh-cəh  ilə  müqayisə  edir. 
Deməliyəm  ki,  xalqın  ən  sevimli  mahnıları  – 
akınların məhəbbətə dair nəğmələridir. Hətta şair-
demokrat  Toktoqul  ən  yaxşı  əsərlərini  vurğunu 
Alımkana  həsr  etmişdir.  Mahnıların  birində  ona 
xitabən deyir:
At belində qızıl kimi gözəlsən, 
Mənə verilməmiş al bir çiçəksən
Alımkan, sağlamam, ancaq yanıram – 
Sitəmliyəm, ancaq sən bilməyəcəksən...  
Xalqın  sevimli  akını  Jenijok  son  günlərinə 
qədər  sevgilisi  Koksuluunun  vurğunu  qalmışdı. 
73


Hərçənd övladları olmasa da, Koksuluu – kişi üçün 
dünyada yeganə qadın idi. Onun sevgili qadınına 
yazdığı çılğın nəğməsindən sətirlər: 
Kim sevgi ehtirasının oduna düşməmişsə, 
sevgiyə dəyər verər, nə bəxtiyarlığa.   
      
“Manas” dastanında Semetey bahadırın arvadı 
Ayçörəyin gözəlliyi belə vəsf olunur:
Sözləri qənddən şirin,
Gözləri – bir cüt ulduz, 
dərisi məxmərdir
Al yanağı – qırmızı.
Sanki bəyaz qar üstə
Qan yerə dağılmışdır. 
Üzü od tutub yanır,
Gözdən nəvaziş yağır. 
Hörükləri lap ipəkdir.
Tel alnına dağılmış, 
Qaməti hilala bənzər. 
Dodaqları nar kimidir, 
Ağzından da alov çıxır...  
Qadın  gözəlliyini  hamıdan  yaxşı  tərənnüm  edən 
qırğız  akını  Barpı  Alıkulov  ömrünün  son  illərində 
dünya işığından məhrum olmuşdu. Lakin nəğmələrinin 
qəhrəmanları  qadınlar  batinində  daha  parlaq  şüalarla 
bərq vurub cilvələnirdilər. Ölən günü iyirmi saat sərasər 
gözəlliyin ilahi əsrarəngizliyi barədə yeni sətirlər düzmüş, 
yalnız təbi bitəndən sonra dünyasını dəyişmişdi.   
Toktoqul
Qızlara  
Qızlar, atlaslara, ipəklərə,
Bəzənərək siz qurşanın.
Nə qədər cavansınız, 
Deyin, gülün, əylənin.
Cavanlıq tez sürəcək
Bunu siz unutmayın.
Dərd-bəla sizi qocaltmasın, 
Yadınızdan çıxarmayın.
Həm rəqs edin, həm oynayın,
Axı biz də gənc olmuşuq.
Qızlar, atlaslara, ipəklərə,
Bəzənərək siz qurşanın.
Libas nə qədər xoşa gəlir
Geyinin, həm tumarlanın.
Həyat budur – gözəl günlər, 
Çiçək açın, sığallanın.
Ancaq keçən əyyamları
Qaytarmağa çalışmayın.
Həm rəqs edin, həm oynayın,
Axı biz də gənc olmuşuq.
Balbay kimi gül açmısız,
Göylərin rəngi qoy çoxalsın.
Oxuyun, həm oynayın, qızlar, 
Hər anın sevincini yaşayın.
Qocalıq gəlib çatdıracaq özünü, 
Sevməyə ümid bağlamayın.
Üstünüzü torpaq örtəcək
Əbədi qarlarsa sizi göməcək.
74


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə