Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə32/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   28   29   30   31   32   33   34   35   ...   111

Torogəldiyev A. “Kuu” Melodiya 1994-cü il, kətan, yağlı boya, 90 x 90
81


Layla 
Ulu nənələrimizin körpələrinə çaldığı laylalar 
bu  günümüzə  qədər  gəlib  çatmışdır.  Onlara 
vətənpərvərlik hissinin, doğma torpağa məhəbbətin 
inkişafına  yönəldilmiş  böyük  tərbiyə  qüvvəsi  
hopdurulmuşdur. Balacasını sakitləşdiraən ana ona 
atanın  tezliklə  qələbə  ilə  qayıdacağından,  onun 
isə  atasının  layiqli  oğlu  kimi  böyüməsindən  və 
atasını işini davam etdirməli olacağından – xalqını 
yağılardan  qorumaq  borcundan  oxuyurdu...  Dinc 
vaxtlarda yuxuya gedən çağa böyüyəndə köməkçi 
olacağı valideynlərinin qayğıları barədə dinləyirdi: 
Lay-lay dedim, yatasan, 
İşim çoxdur, yatasan.
Axşama nə bişirim?
Atan gələcək çöldən. 
Lay-lay dedim böyü sən,
Görüm sənin işini, 
Anana kömək elə, 
Dalında dur, dağ kimi...
Eyni  zamanda,  laylalarda  məişətin  sadə, 
sevimli səhnəcikləri də öz əksini tapır:
Lay-lay dedim, oğluma, 
Ağ beşikdə yatanıma, 
Ağlama, yat, qızıl balam...
Sümükdən şirin ilik, 
Çıxardaram səninçün. 
Küçüyün Baykutan da, 
Evə gəlmək istəyir.
Onu qonaq çağıraq, 
Quyruğuna bant bağlayaq.
Üstündəki tikandan, 
Ona yal düzəldərəm.
Lay-lay, mənim ağ balam
Qoyundan papaq balam.
Qoy hamıya kifirsən,
Xoşbəxt olasan, balam.
Lay-lay, gözüm  işığı!
Göldəki qamış balam!
Uca qovağım mənim!
Arxam, dayağım mənim!
Lay-lay, Allahım mənim,
Qulun ollam mən sənin.
Dilimdən dua düşməz, 
Könlümü verrəm qurban.
Lay-lay balacam, laylam,
Ağlama, yat, balacam.
Başının üstündə duran, 
Çox ucadır, balacam.
O Allahım, köməyim, 
Sənə də dayaq, oğlum.
Əlinin bir atı var, 
Topuğunda nişan var. 
Ulduz kimi xalı var,
Başdan-başa xallıdır,
Uzun, ipək yallıdır... 
Çayda canlı su axar,
Haradasa babın var.
Hər yurtada bərk paya,
Gününün böyüyü var. 
Dəmirə – var yerdə çəkic, 
Pis adama – göydən xəbər...
Körpənin eşitdiyi ilk səda – anasının oxuduğu 
sonsuz  laylalardır.  Onlarda  öyrədici  və  əyləncə, 
gerçək  və  nağılvari,  ani  keçici  və  əbədi  hər  şey 
qarışıb  vəhdət  təşkil  edir.  Vətənpərvərlik  məhz 
laylalardan kök alır. 
Xalq  pedaqogikasının  prinsipləri  “Manas” 
dastanında  bariz  göstərilmişdir.  Balaca  Manas 
dəcəllik  edəndə,  onu  çobana  şagird  qismində 
verirdilər.  Gələcək  qəhrəman  zəhmət  çəkə-
çəkə  laylalardan  mövzu  səpkidən  fərqli,  daha 
istiqamətləndirilmiş nəğmələri ruhuna hopdururdu. 
82


Kurmanov  T. Cemetoy 2-ci cild “Madonna” (Alçurek) 1987 – ci il B. 30x30
Osmonov A.
Laylay 
Yat, balamsan...  hamı çoxdandır yatmış,
Ay işığı pəncərədən yüngül-yüngül süzülür.
Yuxun şirin olsun, qəşəng yuxular gör sən,
Anan yatmayacaq, ay balaca, sən yum gözünü,
Gecə aildə işıqların hamısını söndürmüş,
Doğma balam, şirin-şirin yat, yuxun qaçmasın.
83


Əmək nəğmələri 
Qırğız  xalqı  çox  musiqili  xalqdır.  Musiqiyə, 
mahnıya  meyli  köçəri  həyat  tərzi  doğurmuşdur. 
Körpələr  mahnılarla  yatızdırılır,  mahnılarla  yol 
qısaldılır, nəğmələrlə qonaqlar əyləndirilir, nəğmə 
ilə ilk məhəbbət gəlir, mahnı ilə müharibəyə yola 
salınır, müharibədən gələn qarşılanır, son mənzilə 
aparılırdı. 
İlk  xalq  mahnıları  həm  qadınlar,  həm  kişilər 
tərəfidnən  edilən  çoban  zümzümələri  idi.  Onlar 
uzun  zülmət  gecələrdə  yaranmışdı  –  gözlərinin 
acısını almadan, kirpik-kirpik üstə çalmadan qoyun 
sürülərinin  qarovulunu  çəkmək  lazım  gəlirdi. 
Bu  uzun,  sürəkli  mahnılar  hərdən  canavarları 
qorxutmaq və digər çobanları təhlükədən xəbərdar 
etməkdən  ötrü  qəfil  hayqırtılarla  müşayiət 
olunurdu.  Əmək  mahnı  janrı  geniş  yayılmışdı. 
İlxıçıların  arasında  xüsusi  sevgi  ilə  “Şırıldan” 
mahnısı  oxunurdu.  Uca  dağların  başında,  zülmət 
gecədə  tənha  qalan  ilxıçılar  özlərini  yerdən  çox, 
göyə yaxın hiss edibən belə mahnılar qoşurdular:
Çöldə taxıl cücərdi,
Biz Şırıldan oxuduq.
Yaxşı darı bitəcək, 
Biz Şırıldan oxuduq.
Torobekov S.S. “Bazar” 1991 – ci il k. p. 130x140
84


Yəqin ona görə bu mahnı
Hamının ürəyindəndir.
Axı burdan çox uzaqda
İlxıçılar qoşdu onu.    
Mahnı qovur yuxumuzu
Otarırıq ilxımızı.
Atlarımız sağ qalsa,
Sabah yuxumuzu
Yatıb yaxşı alacayıq. 
Bu Şırıldan mahnısı
Yaxşı söhbətimizdir.
Ata və babamız da,
Şırıldanı oxuyub.
Çörək haqqında mahnı oxunurdu:
Ay müqəddəs Baba-dehqan,
Ay əzizim Baba-dehqan
Gəl hirslənmə sən bizə,
Gəl qoru səpinimizi!..
Nə qızıl istərik, nə gümüş,
Varlı-hallı yaşamaqçün.
Bizə lazımdır axı nə çox?
Uşaqlar olsun qarnı tox... 
Məhsul  yığımı  vaxtı  həmçinin  iş  mahnıların 
müşayiəti ilə üsulluca gedirdi:
Üyüdürük, üyüdürük,
Taxıl keçir xəlbirlərdən,
Taxıl keçir xəlbirlərdən.
Taxta təknə dolur, dolur.
Hələ çoxdur təknədə yer.
Xəmiri gör necə yoğururuq, 
Qara-qura bir qazanda.
Çörək bişir od üstündə. 
Əqrəbaya çörək çatar  
Sənə də çatar, 
mənə də çatar.
Heyvanı ayin duası oxunmadan kəsmək qəbul 
olunmamışdı,  çünki  bu  əməl  sağ  qalıb  yaşamaq 
üçün mərasimə tay tutulurdu:
Günün günorta çağı,
Ataya, yaradana, 
Atı qurban veririk
Qoyun qurban veririk.
İlahi, özün qoru,
Bəd nəzərdən, bəd gözdən.
Eşşək kimi anqırmayaq,
Öküz kimi böyürməyək.
Yaşayaq biz şad-xürrəm,
Sonra borc da qoymayaq!
Köçəri  həyat  tərzi  qadın  çoban  mahnısı  da 
doğurmuşdur.  Bu  mahnının  sətirlərinin  arasından 
sürüləri otaran qızların oynaq səsləri ucalır:
Yaxşı bax ha, yaxşı bax!
Gözün olsun, yaxşı bax!
Möhkəm qoru, möhkəm bax!
Gözün olsun, yaxşı bax!.. 
Mahnı təvəqqelər də səslənirdi. Göy guruldayan 
kimi qadınlar üç dəfə yurtanın başına dolanır, qaşığı 
dağarcığa döyə-döyə qışqırırdılar: 
Çevril, ay torpaq – çıxın, ay otlar!
Çevril, ay yelən – ver mənə südü!
Təzə  paltar  biçən  qadınlar  dodaqlarının  altında 
zümzümə edirdilər: 
Qoy ümidim doğrulsun,
Paltarım qəşəng olsun,
Gözəl biçilsin, sadə tikilsin.
Əynimə kip otursun, 
Mənim ucuz libasım.
Kaş ki, hamının gözü, 
Yapışsın, səndə qalsın.
  
Taxıləkənlərin təbiətə xitabən öz ricaları var idi:
Külək, bizə lazımsan!
Xırmanda əs bərkdən sən!
Küləşi sovur apar,
Saxla təmiz taxılı!..
Artıq  6  ildir, Amerikanın  Kaliforniya  ştatından 
gitaraçı və radiojurnalist Mark Hambri Qırğızıstana 
gəlir. O, qırğız xalq mahnılarını, dastanlarını, “Manas” 
eposunun parçalarını və müxtəlif xalq melodiyalarını 
lentə  alıb  toplayır.  Amerikan  gitaraçısını  dünyanın 
yarısını qət edib bura gəlməyə Bəktəmir Əginçiyevin 
xalq  artisti  Salamat  Sadıkovanın  ifasında  bircə 
“Kulqun  jaş”  (Tərəqqi  edən  gənclik)  mahnısı 
olmuşdur. Qırğızıstana gəlmiş Mark Hambri ölkəmizə 
aşiq olub sevmişdir. O, mütəmadi olaraq qırğız xalq 
musiqisini tədqiq etmək üçün bura gəlir və hesab edir 
ki,  bu  sayaq  zəngin  və  unikal  musiqi  mirasını  heç 
yanda tapmaq olmaz.  
85


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə