Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə30/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   26   27   28   29   30   31   32   33   ...   111

Kurmanov T. Manas, 2-ci cild, Gülçörör “Qançoro və Kanıkey” 1985-ci il, Bişkek, quaş, 30 x 20 
75


Xalqın səxavəti barədə
Digər  milliyyət  və  xalqların  keyfiyyətlərini 
nəzərdən  salmaq  fikrində  deyiləm.  Sadəcə, 
qırğızların 
qeyri-adi 
mehribanlığı 
və 
mehmannəvazlığı  barədə  bəhs  etmək  istəyirəm. 
Bizim  xalq  qonaqları  çox  sevir.  Yurtaya  daxil 
olan hər kəsi – bəzən lap yad adamı – ən layiqli 
yerdə otuzdurur, təzə bişmiş çörəyə qonaq edirlər. 
Qırğızlar təbirincə, öz “ağ hiss”lərini ifadə etmək 
qəsdilə  qonağa  mütləq  kumıs,  ayran  süzürlər, 
qarşısına  qaymaq  qoyurlar.  Təamların  bəyaz 
olması  vacibdir.  Hətta  evə  ilan  sürünüb  girsə  də, 
ev    sahibi  onu  yedirtməli,  ağ  ayran,  ya  da  süd 
tökməli,  bununla  çağrılmamış  mehmana  xoş 
niyyətini nümayiş etdirməlidir. Maraqlısı odur ki, 
belə hallarda ilan heç vaxt çalmır. Qırğızlarda tək-
tənha oturub yemək qəbul olunmayıb – uğur yan 
keçə bilər. Hətta belə adət mövcud imiş – sadəcə 
yoldan  keçən  bir  adamı  yurtaya  dəvət  edib  ona 
kumıs, isti çörək vermək. Yurtanın qapısını qonaq 
üçün  həmişə  açıq  saxlayırdılar.  Yurtaya  əvvəlcə 
böyüklər, arxasınca yaşca kiçiklər daxil olurdular.
Qırğız evinə gələn qonaq süfrədə hazırlanmış 
bütün təamlardan birinci çörəyi – həyatın əsasını, 
təamların  tanınmış  “şah”ını  dadmalı  idi.  Çörəyi 
iki əllə qoparmaq lazımdır – bu üsulla müqəddəs 
təama  ali  ehtiram  ifadə  olunur.  Bu  ənənə  qırğız 
ailələrində günümüzə qədər saxlanmaqdadır. Məs., 
bizim ailədə çörəyə hörmət ciddi qanun səviyyəsinə 
qaldırılıb. Atam  hətta  qurumuş  çörək  qırıntılarını 
ya çaya, ya da şorbaya tökür. Xörəklə dolu kasanı 
yalnız sağ əllə kiməsə ötürmək olar. 
Qədim  çağlarda  yurta  sahibi  qonağı  və  onun 
atını  yeddi  gün  yedizdirməli  idi.  Vaxt  bitəndən 
sonra  isə  qonağını  hörmətlə  yola  salmalı,  yəhərə 
oturmağa əl tutmalı idi. Ümumiyyətlə, ev sahibinin 
mehriban  təbəssümü  şərq  mehmannəvazlığının 
mütləq  atributudur.  Təsadüfən  yurtaya  gəlmiş 
yolçu  bir  neçə  gün  orada  yaşaya  bilərdi  və  özü 
söhbət açmamış, heç kəs ondan kimliyini, haradan 
gəlib haraya getdiyini xəbər almağa cürət etməzdi. 
Hətta  susqun  qonağa  da  diqqət  yetirilir,  səmimi-
qəlbdən qulluq edilirdi.
 Güman ki, harada isə özgə yerdə qonağa bu 
dərəcədə  hörmət-izzət  göstərilən  məkan  tapmaq 
çətindir:  qonağı  dəstərxanın  başında  ən  yaxşı 
yerdə  otuzdururlar,  dirsəklənməyə  balış  verirlər, 
qoyun ətinin ən yaxşı hissəsini qarşısına qoyurlar, 
kumısın  ilk  piyaləsini  ona  süzürlər.  Ev  sahibləri 
qonağın  birinci  içib  qəlyanaltı  yeməsini  gözləyir, 
yalnız bundan sonra özləri təama başlayır. 
Bir  hekayət  nəql  eləyirlər.  Qədim  çağlarda 
yadelli  yolçular  uzun  səyahətdən  yorulub  yol 
kənarındakı  yurtaya  qonaq  gəlirlər.  Həmin 
məqamda  isə  ev  sahibinin  gözünün  ağı-qarası 
yeganə  oğlu  ölüm  ayağında  can  verirmiş.  Lakin 
kişi  qonaqların  ovqatını  pozmamaqdan  ötrü 
dərdini heç nə ilə bildirməyibmiş. Onları böyük ağ 
yurtaya dəvət edən kişi üzügülər, xoşsima qalaraq 
qonaqlarına  təam  verir,  asta-asta  söhbətləşir, 
komuzunda şən hava çalırmış. Məqam tapan kimi 
can  verən  oğlu  uzanmış  qonşu  yurtaya  baş  çəkir 
və  uşağın  artıq  keçindiyini  görür.  Binəva  atanın 
ürəyi dərdən-sitəmdən sıxılır parçalanır, lakin geri 
qayıdıb  zahirən  sakitliyini  saxlayır.  Hər  şeydən 
bixəbər  qonaqlar  vidalaşanda  ondan  komuzda 
bir daha çalmağı təvəqqe edirlər. Bu dəfə komuz 
hönkürür.  Diqqətlə  qulaq  kəsilən  qonaqlar  ev 
sahibinin həyatdan köçən əziz adamı üçün koşok 
(ağı)  dediyini  anlayırlar.  “Botoy”  (“Nərçə”)  adlı 
bu  sitəmli  hava  insanların  yaddaşına  həmişəlik 
həkk  olunur.  Dərddən  beli  bükülmüş  ev  sahibinə 
başsağlığı  verən  qonaqlar  qaydanı  pozmayaraq 
vidalaşıb yollarına davam edirlər. 
Bu, 
qırğız 
xalqının 
mehmannəvazlıq 
qanunlarına  müqəddəs  münasibətinin  bariz 
nümunəsidir.  Əcdadlarımızın  ali  mənəviyyatı  ən 
dərdli-ələmli vəziyyətlərdə belə yolçuların ovqatını 
pozmağa,  öz  dərd-sərini  onların  üstünə  tökməyə 
izin vermirdi. 
Qonaq qarşılamaq, onlara ehtiram göstərmək, 
76


Koyçiyev T. “30-cu illərin fəal qadınları”. 1978-ci il, yağlı boya, 18 x 170
Xalqına igidi əzizdir, igidə Vətəni
Vətən hər igidinin arxasında dağ kimi durar.
77


xoş arzularla yola salmaq qırğız xalqının tinətində 
təsadüfən  yaranmayıb.  Keçmiş  əyyamlardan  belə 
bir inanc dolaşır ki, evə daxil olan hər kəs səadətin 
elçisi, hətta Kıdır əkənin (Xızır) – qonaqpərvər və 
əliaçıq  ev  sahibinə  rifah,  ruzi,  hər  işində  bərəkət 
gətirən xeyir və firavanlıq ruhu – özü ola bilər.
Qırğızların  Allah  tərəfindən  seçilmiş  bəndə 
sandığı Şabdan bahadır barədə maraqlı əfsanə var. 
Günlərin  bir  günü  Şabdan  bahadır  gözəl  atının 
belində,  sadiq  igidləri  –    əshabələrinin  müşayiəti 
ilə yol gedərkən, bir səfil qocaya ürcah olur. Sinli 
kişi ona qeyri-adi rica ilə xitab edir – bahadır çapar 
atını ona bağışlasın. Şabdanın igidləri qocanın misli 
görünməmiş  dikbaşlığından  hiddətlənərək  onu 
yerində  oturtmaq  istəyəndə,  bahadır  qeyzlənmiş 
nökərlərini  (döyüşçü)  dayandırıb  kirimişcə  atdan 
düşür,  atın  cilovunu  ahılın  əlinə  verir.  Şabdan 
nəinki sevimli atını ahıl kişiyə verir, həm də onu 
yəhərə  otuzdurur.  Onda  nurani  kişi  Şabdana 
peyğəmbərcəsinə  sözlər  deyir:  “Qoy  sənin 
alicənablığın barədə təkcə xalqın yox, qonşular da 
eşidib  bilsin.  Qoy  şan-şövkətin  intəhasız  çöllərə 
yayılsın!”  Bu  kəlmələri  dilinə  gətirən  qoca  göz 
qırpımında qeybə çəkilir. Şaşırmış Şabdan yoluna 
piyada  davam  edir,  fəqət  yol  burulanda  sevimli 
çapar  atını  yol  üstündəki  ağaca  bağlanmış  görür. 
Həmkəndli qocalar Şabdanın başına gələn vaqiəni 
xoşbəxt əlamət kimi yozurlar. Ona rast gələn kişi 
– Kıdır əkənin özü imiş. Bahadırı sınağa çəkmək 
qərarına  gələrək,  qarşısında  qoca  yoxsul  dərviş 
surətində zühur edibmiş. 
Həqiqətən,  tezliklə  adil  və  səxavətli  Şabdan 
bahadır barədə şöhrət bütün köçəbə ellərə yayılır. 
Xalq  arasında  belə  bir  inam  yaranır  ki,  Şabdan 
bahadırı  sadə  əcəllilərin  gözünə  görünməyən 
qırmızı pələng daima müşayiət edir. O pələngi yalnız 
Allahın  seçilmişləri  –  müdriklər,  peyğəmbərlər, 
qabaqcadangörənlər gözləri ilə görməyə qadirdirlər. 
Şabdan  bahadır,  onun  alicənablığı,  səxavəti 
haqqında  çox  əfsanələr  nəql  edilir.  Onlardan 
birində bəhs edilir ki, müdrik Kalıqulunun yanına 
solto  xanədanının  nümayəndəsi  Baytik  gələrək 
Şabdanın başına ağıl qoymaq üçün xahişini ərz edir. 
Sən demə, Şabdan əsilzadə nəcabətini unudub, ən 
yoxsul bəndə ilə – fərq etməz, özbək, rus, yaxud 
qazax olsun – dostluq edirmiş. Baytik hesab edirdi 
ki, kübara belə davranış yaramaz, axı kölgə bütün 
manapların üstünə düşür. Kalıqulu diqqətlə şikayətə 
qulaq asıb fikrini söyləyir: “Demək, kiçik qardaşım 
Şabdan  Narın,  Sırdərya  və  Edildərya  çaylarının 
üstündən  atılmış  möhkəm  körpüyə  çevrilib.  Elə 
körpü  ki,  oradan  qazax  da,  rus  da,  özbək  də  bir-
birinin yanına gələ bilər. Şabdan xalqları bağlayan 
qızıl körpü olub!” 
Şabdan 
bahadırın 
anası 
Baalı-ənənin 
hekayətlərinə əsasən, səxavət elə uşaqlıqdan onun 
oğluna  xas  imiş.  Şabdanın  cəmi  üç  yaşı  olanda, 
xırda  dostlarını  evə  gətirər,  anasından  onları 
südlə  yedizdirməyi  rica  edərmiş.  İnsansevərliyin 
heyrətamiz  nümunəsi!  Altı  yaşı  tamam  olanda, 
Şabdan  atası  Cantay  xandan  sürüdən  yağlı  bir 
qoyun götürmək üçün izin istəyir. Təəccüblənmiş 
ata  tifilin  qoyunu  nəyə  görə  istədiyini  xəbər  alır. 
Şabdan cavab verir ki, bir yoxsul dostunun anası 
ağır  xəstələnib,  isti,  üzlü  ət  suyu  içsə,  sağalar. 
Cantay xan balaca oğlunun sözünü yerə sala bilmir.  
Əcdadlarımıza  bəlli  idi  ki,  yalnız  səbir 
firavanlığa  gətirib  çıxaracaq.  Onların  deyimi: 
“Səbirli  olsan  –  irəli  gedərsən,  səbirsiz  olsan  – 
rüsvay olarsan”.
Bəzi  alimlər  müharibələrin  yaranma  səbəbi 
barədə  fərziyyələr  irəli  sürəndə,  bütün  dünyanı 
lərzəyə  gətirmiş  11.09.  2001-ci  il  Nyu-York 
teraktına  da  istinadən,  belə  nəticə  hasil  etmişlər 
ki, bütün münaqişəli vəziyyətlərin başlıca səbəbi – 
insanın təcavüzkar xislətidir. 
Qırğız  xalqının  tarixi  –  başlıca  həyat 
instinkti  kimi  mülayimlik  təcəssümüdür.  Bəli, 
qırğızların  da  nəsibi  qanlı  müharibələr  olmuşdur. 
Lakin  əcdadlarımız  hərbi  münaqişələri  özləri 
qızışdırmırdılar.  Məs.,  qədim  qırğızlar  uyğur 
xaqanlığını  fəth  etmişdi,  lakin  oranın  xalqını 
qırmamışdı,  zira  təsir  dairələrini  genişləndirmək 
kimi təcavüzkar tələbatları yox idi. 
Daha  bir  misal  gətirək. Ayrı-ayrı  millətlərdə, 
ələlxüsus,  Qafqaz  xalqlarında  qan  ədavəti 
hökmfərmadır.  Qırğızlara  bağışlamaq  xasdır  ki, 
bununla da münaqişəyə sülh yolu ilə xitam verirlər. 
Bütün  dövrlərdə  qırğızlar  yalnız  alicənablıq  və 
səbirlə düşmənlərinə qalib gəlirdilər. 
Atalar  sözü  əsrlərlə  yaranır,  cilalanır,  özündə 
külleyi  xalq  müdrikliyini  toplayır.  Qırğız  atalar 
sözü eynən Bibliya nəsihəti kimi səslənir: “Kimsə 
sənə  daş  atsa,  onu  qonaq  elə”.  Daha  bir  əski 
atalar sözü mövcuddur: “Ananı atanın qatilinə ərə 
ver”.  Heç  bir  xalqda  ali  əxlaqi  idealların  genetik 
yaddaşının təcəssüm olunduğu belə nəsihət yoxdur. 
Ailənin  çörəkgətirəni  həlak  olanda,  hadisənin 
müqəssiri  kun  –  həcmini  möhtərəm  ağsaqqallar 
şurasının  təyin  etdiyi  maddi  qanbahası  ödəməli 
idi.  Sonrakı  qətllərin  qarşısını  alan  belə  ənənə, 
mehmannəvazlıq ənənəsi də daxil olmaqla kiçik və 
böyük  adətlərdən  toplanıb  formalaşmış  səxavətli 
xalqın mövcudiyyətini uzadırdı.  
78


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə